Məhkəmə qərarları › İş №2-1(112)-5465/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5465/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5465/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət qeytiyyatına alınaraq buna dair çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək , İddiaçı mülkiyyətində olan ünvan 6 saylı fərdi yaşayış evinin istifadəsində olan 0.04498 ha həyətyanı torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə verilməklə bu barədə çıxarış və texniki pasportun verilməsinin cavabdeh orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı mülkiyyətində olan ünvan 6 saylı fərdi yaşayış evinin istifadəsində olan 0.03026 ha (302.6 kv.m) həyətyanı torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə verilməklə bu barədə çıxarış və texniki pasportun verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq ailəsi ilə birgə Ermənistan Respublikasından qaçqın düşüb və elə o vaxtdan ünvan 3 ünvanında ailəsi ilə birgə yaşamışdır. Hazırda həmin ünvanda qeydiyyatda olmaqla daimi olaraq orada yaşayır. Həmin ünvanda yerləşən fərdi yaşayış evi Seriya RX, № ******* nömrəli, reyestr nömrəsi **********24-10301 olan Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin 0.04498 ha ibarət olan həyətyanı torpaq sahəsi üzun illərdir qanuni əsaslarla iddiaçının istifadəsində və sahibliyindədir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.09.2014-cü il 2-1(82)-2962/2014 saylı Qərarına əsasən sözügedən ünvanda yerləşən 5 A saylı evin 449.8 kv.m-dən ibarət torpaq sahəsinə A №523692 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Torpaq sahəsi 07.11.2014-cü il tarixdə 40392 nömrə ilə X4 kitabında uçota alınmışdır. Hüquq müəyyənedici sənədlər üzrə iddiaçıya aid torpaq sahəsinin həcmi 0.04498 ha göstərilsə də faktiki olaraq 0.03534 ha təşkil edir. Beləliklə, iddiaçı Bakı ş, Nizami r, M.X.Şərifli küç, 810-Keçid, 5A saylı evin faktiki mövcud olan 0,03534 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair ərizə və ərizəyə əlavə edilən hüquqmüəyyən edici və tələb olunan digər zəruru sənədlərlə birgə cavabdeh quruma müraciət etmişdir. Cavabdeh orqan isə **********206 nömrəli, 05.03.2021-ci il tarixli məktubla ərizənin təmin olunmasından imtina etmiş, imtinanın əsası kimi isə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının qeyd olunan ünvanda yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmalıdır. Qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılmasının qaydası və hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları qanunvericilikdə birbaşa və qəti olaraq müəyyən edilmişdir. Həmçinin hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində göstərilmişdir ki, həmin hallardan heç biri iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına münasibətdə mövcud deyildir. Bundan başqa iddiaçı onu qeyd edir ki, hüquqların qeydiyyatına dair iddiaçı tərəfindəri qeydiyyat orqanına ərizə verilərkən həmin ərizəyə qanunvericiliyin tələbinə uyğun olaraq! hüquq müəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində olan tikiliyə dair texniki paspportun və s sənədlər əlavə edilmişdir. Göstərilən xüsusat iddia ərizəsinə əlavə edilmiş sənədlərdə öz əksini tapmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə etiraz daxil olmuşdur. Etirazda bildirilir ki Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5465/2021 saylı, 16.04.2021 -ci il tarixli sərəncamının icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, keçid 810, 5A saylı fərdi yaşayış evinin, istifadəsində olan 0.04498 ha həyətyanı torpaq sahəsinin İddiaçı Allahveri oğlunun xüsusi mülkiyyətinə verilməklə bu barədə çıxarış və texniki pasportun verilməsinin cavabdeh orqan - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı 23.02.2021-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən faktiki sahə ilə sənəd üzrə sahədə ciddi uyğunsuzluq mövcuddur. İddiaçı tərəfindən göstərilən ərazinin bir hissəsi kadastr planının verildiyi sahədən kənarda yerləşir. Torpaq sahəsinin ölçüsü faktiki olaraq 353.4 kv.m. təşkil edir və onun 50.8 kv.m hissəsi digər fiziki şəxsin (X3) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərman ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Syahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilmədir. - Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, keçid 810, ev 5 A ünvanda yerləşən 0.0014 ha-dan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 16 aprel 2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********24-10301 reyestr nömrəsi ilə qeyd edilmiş 16.04.2013-cü il tarixli, 11/1542 inventar nömrəli Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, keçid 810, ev 5 A ünvanda yerləşən fərdi yaşayış evinin faktiki sahə üzrə, 0.04498, tikintialtı sahə üzrə-0.00588 ha, digər sahələr üzrə 0.03910 ha göstərilmişdir. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.09.2014-cü il tarixli, 2- 1(82)-2962/2014 saylı Qərarına əsasən İddiaçı mülkiyyətindəki ünvan 4 evin həyətyanı 0,04498 ha-dan ibarət torpaq sahəsinin plan və ölçüsünün verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ünvan 4 ünvanda yerləşən 449.8 kv.m-dən ibarət torpaq sahəsinin A №523692 nömrəli planı və ölçüsü tərtib edilmişdir. Hazırda iddiaçı mülkiyyətində olan ünvan 6 saylı fərdi yaşayış evinin istifadəsində olan 0.03026 ha (302.6 kv.m) həyətyanı torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə verilməklə bu barədə çıxarış və texniki pasportun verilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı 05 mart 2021-ci il tarixli **********06 nömrəli imtina məktubu ilə iddiaçının ünvan 6 ünvana dair üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli 23.02.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən faktiki səhə ilə sənəd üzrə sahədə ciddi uyğunsuzluq mövcüddur. Torpaq sahəsinin 50.8 kv.m hissəsi digər fiziki şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmin Qanununun 8.0.1 və 8.0.4-cü maddələrinin tələblərinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti, bələdiyyə və məhkəmə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Həmin Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Təqdim edilən sənədlər həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edir və imtinası ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüwəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, keçid 810 ünvanında yerləşən 5a saylı fərdi yaşayış evi üzərində İddiaçı oğlunun mülkiyyət hüququnun qeydə alınmasına dair RX seriyalı ******* saylı **********24-10301 reyestr nömrəli Çıxarışın, 16.04.2013-cü il tarixli 11/1542 inventar nömrəli texniki pasportun, 07.11.2014-cü il tarixli A№523692 saylı torpaq sahəsinin plan-ölçüsünün verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi cavabdehdən tələb olunmuşdur. Eyni zamanda iddiaçıya ünvanlanmış 05.03.2021-ci il tarixli **********06 saylı imtina məktubunda torpaq sahəsinin 50,8 kv.m hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşdüyü bildirilmişdir. İşin obyektiv həlli baxımından zəruri olduğundan digər fiziki şəxs barədə məlumatın və torpaq sahəsinin 50,8 kv.m hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti cavabdehdən tələb olunmuşdur. Sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən 0.5322 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 12 yanvar 2018-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Belə ki, işin halları ilə müəyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, keçid 810, ev 5 A ünvanda yerləşən 0.0014 ha-dan ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********24-10301 reyestr nömrəsi ilə qeyd edilmiş 16.04.2013-cü il tarixli, 11/1542 inventar nömrəli Texniki Pasporta əsasən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, keçid 810, ev 5 A ünvanda yerləşən fərdi yaşayış evinin faktiki sahə üzrə, 0.04498, tikintialtı sahə üzrə-0.00588 ha, digər sahələr üzrə 0.03910 ha-dan ibarətdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.09.2014-cü il tarixli, 2-1(82)-2962/2014 saylı Qərarına əsasən İddiaçı mülkiyyətindəki ünvan 4 evin həyətyanı 0,04498 ha-dan ibarət torpaq sahəsinin plan və ölçüsünün verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmış, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ünvan 4 ünvanda yerləşən 449.8 kv.m-dən ibarət torpaq sahəsinin A №523692 nömrəli planı və ölçüsü tərtib edilmişdir. Məhkəmə imtinada qeyd olunan elektron kadastr məlumatına əsasən faktiki səhə ilə sənəd üzrə sahədə ciddi uyğunsuzluğun mövcüd olması, torpaq sahəsinin 50.8 kv.m hissəsinin digər fiziki şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşməsinə dair arqumentinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan hal məhkəmə tərəfindən araşdırılmış və iddiaçı tərəfindən iddia tələbinin həcmi azaldıldığından və bununla da X1 mülkiyyətində olan 0.5322 hektara torpaq sahəsi ilə üstüstə düşmədiyindən, iddiaçının mülkiyyətində olan ünvan 6 saylı fərdi yaşayış evinin istifadəsində olan 0.03026 ha (302.6 kv.m) həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməklə bu barədə çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbində haqlı olduğu qənaətindədir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin cavabdehin imtinasının aşağıda göstərilənlərə əsasən əsassız olduğunu hesab edir. Cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd edir ki, imtina formal mülahisələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin istifadəsində olan 0.03026 ha (302.6 kv.m) torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən, cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1, 24.2-ci müddəalarının tələblərinə uyğun deyil. Məhkəmə iddiaçının hüquqlarının qeydiyyata alınmasına dair müvafiq şıxarışın hazırda qüvvədə olduğunu, imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçının iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 6 saylı fərdi yaşayış evinin istifadəsində olan 0.03026 ha (302.6 kv.m) həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilməklə bu barədə çıxarış və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 62-ci, 68-ci, 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçının iddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 6 saylı fərdi yaşayış evinin istifadəsində olan 0.03026 ha (302.6 kv.m) həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilməklə bu barədə çıxarış və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar