Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5469/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «iddiaçı ilə mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı qarşı «iddiaçı ilə mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı adına Bakı şəhəri Yasamal RİH başçısının 348 nömrəli 28 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Ərzaq Anbarının Mənzil Komissiyasının 3 saylı 24 fevral 2009-cu il tarixli protokoluna əsasən Xətai rayonu, Naximov küçəsi, 29 saylı evin sahəsi 37,4 kv.m olan 3 otaqlı 71 saylı mənzilinə dair 30 sentyabr 2009-cu il tarixli 006364 nömrəli order verilmişdir. İddiaçı hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. O, orderdə göstərilən ünvanda yerləşən yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhəri Yasamal RİH-ə müraciət etmişdir. Lakin cavabdeh 29 dekabr 2022ci il tarixli məktubla həmin məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinasını iddiaçı əsassız və qanunsuz hesab edir. Göstərilənlərə və Azərbaycan SSR Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 10, 28, 48, 51-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) 51, 59, 62-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin 4.9.8-ci yarımbəndinə əsaslanaraq, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi (hazırkı P.Həşimov küçəsi), 29 saylı evin 71 saylı mənzilinə dair iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.2-ci maaddəsinə əsasən şəxsin inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin 3.9.6 və 3.9.8-ci yarımbəndlərinə görə yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir, müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir. İş materiallarında olan Bakı şəhəri Yasamal RİH-in müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 3 iyul 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanı Bakı şəhəri Yasamal RİH-in balansında deyildir. Məsələ ilə bağlı Bakı şəhəri Xətai RİH-ə müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 21 iyun 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Göründüyü kimi, mövcud qanunvericilik normaları yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasının təşkili səlahiyyətlərini versə də, bu səlahiyyətləri müvafiq ərazi hüdudlarında olan yaşayış və qeyri-yaşayış sahələrinə müanasibətdə nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal RİHin fəaliyyəti üzrə müvafiq ərazi Bakı şəhərinin Yasamal rayonu olduğu halda, iddiaçı həmin ərazi hüdudlarından kənarda, yəni Bakı şəhərinin Xətai rayonu ərazisndə yerləşən və Müdafiə Nazirliyinin balansında olanmənzilə kirayə müqaviləsinin bağlanmasını cavabdeh tələb edir. Məhkəmənin qənaətinə görə iddiaçının qaldırdığı məsələ, yəni Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən və Müdafiə Nazirliyinin balansında olan mənzilə dair kirayə müqaviləsinin bağlanması cavabdeh Bakı şəhəri Yasamal RİH-in səlahiyyətində olmadığından, inzibati məhkəmə icraatında hazırkı cavabdehə qarşı bu iddiaya baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5469/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5469/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver