Məhkəmə qərarları › İş №2-1(112)-5470/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5470/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5470/2023 29.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənzil kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı oğli Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 40, mənzil 2, yaşayış sahəsi 16,2 kv, metr olan mənzilə dair iddiaçı daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən ona xx.xx.1993-cü il tarixli sərəncamla ünvan 1 ünvanında yerləşən 1 otaqlı 16,2 kv.metr yaşayış sahəsinə 002423№-li, xx.xx.1993-cü il tarixli xidməti order verilmişdir. İddiaçı hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Və hal-hazırda həmin ünvanda yaşayır. İddiaçı yaşadığı mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması üçün Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir. iddiaçı hesab edir ki, onunla cavabdeh arasında daimi kirayə müqaviləsi bağlanılmalıdır. İddiaçı tələbinin hüquqi əsası olaraq qeyd etmişdir: Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR ittifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayar, vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyənedilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xaiq deputatları Sovetinin icrayyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsiniicarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil- təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş ' vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini müqaviləsinə uyğun olaraq istifadə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf-dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin-vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uşotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənedilir: 62.1 -ci maddəsinə əsasən yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5470/2023 nömrəli xx.xx.2023-cü il tarixli qəradadı ilə iddiaçının “Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 40, mənzil 2, yaşayış sahəsi 16,2 kv.metr olan mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək , iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz ərizəsi məhkəməyə təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - 002423 nömrəli Xidməti Orderdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 40, mənzil 2, ünvanında yerləşən 1 otaqlı 16.2 kv.m olan yaşayış sahəsi vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü məktubda qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 40 saylı evin, 2 nömrəli mənzili Cavabdeh Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. - Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 22 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 02 nömrəli məktubunda da qeyd edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.1993-cü ildə №002423 saylı xidməti order Şərifzadə küçəsi ev 40 mənzil 2 ünvanına-İddiaçı Əmir oğluna verilmişdir. Şərifzadə küçəsi ev 40 mənzil 2 ünvanı Cavabdeh balansındadır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən, Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli 175/24 nömrəli Sərəncamı məhkəmənin sorğusu əsasında təqdim edilərək iş materiallarına əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçıların Qubadlı rayonundan məcburi köçkün kimi Bakı şəhəri Xətai rayonunda məskunlaşmasını (Qubadlı Rayon İcra Hakimiyyəti Zilanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Arayışı) nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan halları və iş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək, ünvan ünvan 4ahəsi 16,2 kv, metr olan mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən Yasamal rayonu, Şərifzadə küçəsi, ev 40 ünvanında yerləşən 2 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılıb sizinlə daimi kirayə müqaviləsinin bağlanması ilə bağlı xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan, 002423 nömrəli Orderdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 40, mənzil 2, ünvanda yerləşən 1 otaqlı 16.2 kv.m olan yaşayış sahəsi vətəndaş İddiaçı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü məktubda qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 40 saylı evin, 2 nömrəli mənzili Cavabdeh Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 22 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 02 nömrəli məktubunda da qeyd edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.1993-cü ildə №002423 saylı xidməti order Şərifzadə küçəsi ev 40 mənzil 2 ünvanına-İddiaçı Əmir oğluna verilmişdir. Şərifzadə küçəsi ev 40 mənzil 2 ünvanı Cavabdeh balansındadır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən, Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli 175/24 nömrəli Sərəncamı məhkəmənin sorğusu əsasında təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.1993-cü il tarixli 175/14 nömrəli sərəncamla Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli 531/14 nömrəli sərəncamın 2-ci bəndi dəyişdirlərək, ünvan 1 ünvanında yerləşən 1 otaqlı 16,2 kv.metr olan xidməti mənzil İddiaçı verimiş, və həmin mənzilə dair iddiaçıya 23№-li, xx.xx.1993-cü il tarixli xidməti order verilmişdir. İddiaçı hazırda həmin ünvanda pasport qeydiyyatda olamaqla həmin ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından görünür ki, iddiaçı sözügedən yaşayış sahəsinə dair daimi kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdehə müraciət etmiş və bununla bağlı lazımi sənədləri cavabeh inzibati orqana təqdim etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun”a istinad edərək tələbini təmin etməkdə imtina etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin imtinası qanunsuz olmuş və iddiaçının mənzil hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçının hazırkı iddia tələbi Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli 531/14 nömrəli sərəncamı ilə 23№-li, xx.xx.1993-cü il tarixli xidməti order əsasında ona verilmiş mənzilə dair kirayə müqaviləsinin bağlanmasından ibarətdir. Məhkəmə hesab edir ki, həmin yaşayış sahəsi faktiki olaraq iddiaçının istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur və mübahisə predmeti olan mənzilin Cavabdeh Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olması işin mübahisələndirilməyən halı olduğundan, həmin mənzilin iddiaçıya verilməsi, onun həmin mənzildə yaşaması və qeydiyyatda olması iş materialları ilə öz təsdiqini tapdığından İddiaçı mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) Maddə 51. Yaşayış sahəsinin icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Maddə 52. Yaşayış sahəsini icarə müqaviləsinin predmeti Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. Maddə 89. Yaşayış sahəsindən çıxarma Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir. Maddə 100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 101. Xidməti yaşayış sahəsi verilə bilən şəxslər kateqoriyalarının siyahısı Xidməti yaşayış sahəsi verilə bilən işçilərin kateqoriyaları siyahısı SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrıayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Maddə 105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər. Göründüyü kimi iddiaçı ilə xidməti mənzili verən qurum arasında yaranmış hüquq münasibətləri zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında müvafiq icarə müqaviləsi bağlanmalı olduğu halda tələb yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, hazırki münasibətlərin tənzimlənməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri də nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) Maddə 4.0.2. Dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada dövlət fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Maddə 8.0.3. Məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Maddə 92. Xidməti yaşayış sahələrinin təyinatı Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. ........... Maddə 102. Vətəndaşların xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; ............ Göründüyü kimi hüquq münasibətlərinin yarandığı dövrdə də, həmçinin hazırda qüvvədə olan qanunvericilikdə şəxsə ayrılmış xidməti mənzillə bağlı müvafiq müqavilənin bağlanması tələbi müəyyən olunmuşdur. Lakin iddiaçı ilə cavabdeh inzibati orqan arasında nə mənzil ayrılarkən, nə də hazırkı halda mənzilə dair hər hansı müqavilə bağlandığı məhkəmə tərəfindən müəyyən olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xidməti mənzil ayrıldığından və iddiaçı hal-hazıradək həmin mənzildə daimi qeydiyyatda olmaqla yaşadığından, yəni həmin xidməti yaşayış sahəsindən çıxarılmadığından və onunla müvafiq müqavilə bağlanılmadığından cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 40, mənzil 2, yaşayış sahəsi 16,2 kv.metr olan mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 40, mənzil 2, yaşayış sahəsi 16,2 kv.metr olan mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar