Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5478/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçınun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə pulunun ödənilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün kirayə pulunun ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh başçısının 283 №-li, xx.xx.2017-ci il tarixli sərəncamı ilə mərhum həyat yoldaşı X4 ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş, mənzil-uçot siyahısına daxil edilmiş və ona həmin tarixdən mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ödənilməyə başlanılmışdır. Cavabdeh başçısının 350 №-li, xx.xx.2017-ci il tarixli sərəncamı ilə qızı Səfərova Aygün, Ə.Səfərovun mənzil növbəsinə daxil edilmiş, oğlu Natiq Səfərov isə nikaha daxil olduğundan Cavabdeh başçısının 148 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə mənzil növbəsindən çıxarılmışdır. Həyat yoldaşı X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra o, ailə üzvləri ilə birlikdə Cavabdeh başçısının 180 №-li, xx.xx.2021-cı il tarixli sərəncamına əsasən ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və Cavabdeh başçısının 283 №-li, xx.xx.2017-ci il tarixli, 350 №-li, xx.xx.2017-ci il tarixli və 148 №-li, xx.xx.2020-ci il tarixli sərəncamları ləğv olunmuş, kirayə haqqının ödənilməsi isə dayandırılmışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək həyat yoldaşının vərəsəsi kimi (qızı ilə birlikdə) Yasamal RİH-də mənzil növbəsinə bərpa edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3564/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh başçısının 180 №, xx.xx.2021-ci il tarixli sərəncamının ləğv olunması, X1 mənzil növbəsinin İddiaçı adını keçirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunmuşdur. Cavabdeh başçısının sərəncamı ilə “Cavabdeh başçısının 180 №-li, xx.xx.2021-ci ıl tarixli sərəncamı ləğv edilmiş və mərhum həyat yoldaşı X1 mənzil növbəsi iddiaçının adına keçirilmiş və o, qızı X8 ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısına bərpa edilmiş, bundan sonra xx.xx.2022-ci il tarixdən onlara müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi bərpa edilmişdir. Lakin bu zaman onlara əvvəlki müddət üçün (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün) kirayə pulunun ödənilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün kirayə pulunun ödənilməsinə göstəriş verilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. İddiaçı imtinanı qanunsuz və əsassız hesab edirək iddia tələbinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçının müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi barədə Yasamal İcra Hakimiyyətinə etdiyi müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3564/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 241 saylı sərəncamı ilə icra olunduğu, iddiaçının mərhum həyat yoldaşı X1 mənzil növbəsinin İddiaçı adına keçirildiyi, lakin həmin qərarda vətəndaş İddiaçı kirayə haqqının ödənilməsi öhdəliyi rayon icra hakimiyyətinin üzərinə qoyulmadığından müraciətin yerinə yetirilməsinin mümkün olmadığı bildirilmiş, bununla bağlı müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -AA seriyalı, ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/s, K.Rəhimov küçəsi, ev 15, mənzil 224-də qeydiyyatdadır. -Cavabdeh başçısının 283 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, X4 3 nəfər ailə tərkibi ilə (özü, h/y, oğlu) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda oaln zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. -Cavabdeh başçısının 350 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, X1 mənzil növbəsinə qızı X8 daxil edilmiş və o, növbədə 4 nəfərlə (özü, h/y, oğlu, qızı) hesab olunması müəyyən edilmişdir. -Cavabdeh başçısının 148 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, Ə.Səfərovun oğlu nikaha daxil olduğundan, eyni zamanda onun ailəsi atası Səfərov Ədalət ilə həmin ünvanda yaşamadığından “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinə və Mənzil Məcəlləsinə əsasən Ə.Səfərovun oğlu Səfərov Natiqin Cavabdeh mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmiş, X9 mənzil növbəsindən çıxarılmış, X4 3 nəfər ailə tərkibi (özü, h/y, qızı) ilə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısında saxlanılmışdır. -Cavabdeh başçısının 180 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, 132508 nömrəli xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2020-ci il tarixində vəfat etdiyindən “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinə onun və ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmiş, X4 və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Yasamal RİHB-nin 283 nömrəli, xx.xx.2017-ci il tarixli, 350 nömrəli, xx.xx.2017-ci il tarixli və 148 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamları ləğv edilmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)3564/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh Başçısının 180 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının ləğv edilməsi və X1 (qızı X5 nəzərə alınmaqla) mənzil növbəsinin İddiaçı adına keçirilməsi vəzifəsinin Cavabdehnə həvalə olunması qərara alınmışdır. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 2020-ci il üçün kirayə haqqı X2 tam ödənilmişdir. Ədalət Səfərov xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən 2021-ci il üçün heç bir vəsait ödənilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli sərəncamı ilə icra olunmuş, 2022-ci ilin iyun ayından İddiaçı kirayə haqqı ödənilir. -Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 241 nömrəli sərəncamından görünür ki, Yasamal RİHB-nin 180 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ləğv edilmiş, X1 mənzil növbəsi İddiaçı adına keçirilmiş, İddiaçı qızı X8 ilə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısında saxlanılmışdır. -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, N05/Q-1125/69 nömrəli arayışdan görünür ki, xx.xx.1956-cı il tarixdə Şərur rayonu, Qıvraq kəndində anadan olmuş İddiaçı Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata görə xx.xx.1980-cı il (akt qeydi № 04) Şərur, Siyaqut icra nümayəndəliyində X4 ilə nikaha daxil olmuş 07.11.202-ci ildə ölməsi ilə bağlı həmin nikaha xitam verilmişdir (nikahın pozulması xx.xx.2017-ci ildə 198 nömrəli akt qeydi ilə Yasamal rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır). xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək olan dövr ərzində İddiaçı nikahı haqqında akt qeydi aşkar edilməmişdir. -"xxxx" MTK tərəfindən verilən arayışdan görünür ki, İddiaçı X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış binasının 224 saylı mənzilində yaşayır. -Yasamal Bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 748 №li arayışdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və X6 ondan ötrü ki, həqiqətən Yasamal Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. -Kirayəyə verən X7 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayəyə verən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 51.65 kv.metr olan mənzili xx.xx.2027-ci il tarixədək kirayəçiyə kirayəyə vermiş, sonradan xx.xx.2022-ci il tarixli müqavilə əsasında əvvəlki müqavilənin 4-cü bəndinə dəyişiklik edilərək kirayə haqqının məbləği 250.00 manat müəyyən edilmişdir. Qeyd olunan müqavilə iddiaçının əvəzinə qızı X8 tərəfindən imzalanmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş elektron arayışlardan görünür ki, arayış İddiaçı və X6 ondan ötrü verilir ki, onların adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 17 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli və 18 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətlərə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd olunan məlumatları əks etdirən eyni məzmunlu 21 iyul 2022-ci il tarixli arayışlar da məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarına əsasən müəyyən edilir ki, iddiaçının əri X14 RİHB-nin 283 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə 3 nəfər ailə tərkibi ilə güzəştli əsaslarla mənzil növbəsinə götürülərək ehtiyatda olan zabitlərin mənzil uçot siyahısına daxil edilmiş və ona vəfat etdiyi xx.xx.2020-ci il tarixədək kirayə haqqı ödənilmişdir. Cavabdeh başçısının 180 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə X4 xx.xx.2020-ci il tarixində vəfat etdiyindən “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinə əsasən o və ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və kirayə haqqının ödənilməsi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarının icrası ilə əlaqədar Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 241 №-li sərəncamına əsasən Cavabdeh başçısının 180 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ləğv edilərək, X1 mənzil növbəsi İddiaçı adına keçirilmiş və İddiaçı ilə X3 ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısında saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən 2022-ci ilin iyun ayından iddiaçıya kirayə haqqı ödənilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində almadığı kirayə haqqının verilməsi ilə bağlı cavabdeh Yasamal RİH-ə müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -38-ci maddəsinin İİİ hissəsin əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü abzasına əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 2-ci bəndinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 21-ci maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, vəfat edən hərbi qulluqçunun ailəsi onun istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bir şərtlə ki, qanunvercilikdə başqa qayda nəzərdə tutulmamış olsun. Belə ki, qanunverici hərbi qulluqçu ilə bərabər, onunla birlikdə yaşayan ailə üzvlərinin də dövlət hesabına mənzillə təmin olunmaq hüququndan, o cümlədən həmin hüquq reallaşdırılanadək mənzil kirayə xərclərinə görə kompensasiyadan yararlanması imkanı təsbit edilmişdir. Həmçinin, müvəqqəti mənzil üçün kirayə haqqının (kompensasiyanın) hesablanaraq ödənilməsini tənzimləyən Nazirlər Kabinetinin 174 nömrəli qərarında da yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsinə götürülmüş hərbi qulluqçu ilə birlikdə yaşayan hər bir ailə üzvü üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə istinad olunan normaları hazırkı iddiaya tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı hərbi qulluqçu kimi yerli icra hakimiyyətində mənzil növbəsinə götürülmüş vəfat edən hərbi qulluqçunun ailə üzvü olduğundan, onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısından çıxarılması barədə Yasamal RİHB-nin 180 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ləğv edildiyindən, həmin inzibati orqanın xx.xx.2022-ci il tarixli, 241 nömrəli sərəncamı ilə Ədalət Səfərovun mənzil növbəsi iddiaçının adına keçirildiyindən və sonrakı dövrlər üzrə kirayə haqqının ödənilməsi bərpa edildiyindən, iddiaçının mübahisəli xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək də kirayə pulunu almaq hüququna təsir etməməlidir. Əks yanaşma, iddiaçını vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi qanunvericilikdə təsbit olunmuş güzəştlərdən faydalanmaq hüququndan məhrum edə bilər. Odur ki, cavabdehin imtinası qanuni sayılmamaqla iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli və iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün kirayə pulunun ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5478/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5478/2023
31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver