Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5479/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun ölkə ərazisində tanınması ilə bağlı şəhadətnamə verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı 30 iyun 2017-ci il tarixdə ona verilən B 17 seriyalı 131310 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması ilə bağlı şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-2017-ci illərdə X2 adına Luqansk Milli Universitetində "Əmtəəşünashq və sahibkarlıq fəaliyyəti" ixtisası üzrə bakalavr təhsili almışdır. Ali təhsil müəssisəsini bilirdikdən sonra 30 iyun 2017-ci il tarixində ona verilən В 17 seriyalı. 131310 nömrəli bakalavr diplomunu tanıtmaq məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etsə də, diplomun tanınmasının mümkün olmadığı barədə ona bildiriş gəlmişdir. Daha sonra çoxsaylı müraciətlərinə baxmayaraq onun Ukrayna ərazisində qısa müddətdə olması səbəbilə diplomunun tanınmasının mümkün olmadığı bildirilmişdir. Agentlik sözügedən qərarı ilə əsassız səbəblərlə onu konstitusion hüquqlarından məhrum edir. Təhsil aldığı Taras Şevçenko adına Luqansk Milli Universiteti Ukraynanın Luqansk şəhərində yerləşir. Hamıya məlumdur ki, Luqansk şəhərinin yerləşdiyi Luqansk vilayəti 2014-cü ilin aprel ayından aktiv hərbi əməliyyatların keçirilmə zonasına çevrilmişdir. Belə ki, artıq birinci tədris ilinin ikinci semestrindən onun əyani şəkildə dərslərdə iştirak etməyi mümkün deyildi. Luqansk Milli Universitetinin rəhbərliyi dərslərin keçirilməsi üçün əlindən gələni etmiş və dərsləri ümumdünya təcrübəsi əsasında distant şəkildə keçirmişdir. Luqansk şəhərinin tam işğal olunması ilə əlaqədar Universitet müvəqqəti olaraq Luqansk vilayətinin Starobelsk şəhərinə köçürülmüşdür. Starobelsk şəhərinin aktiv hərbi əməliyyatlar aparılan zonadan avtomobillə cəmi 1 saatlıq məsafədə yerləşdirir. Luqansk vilayətində hərbi vəziyyətin elan olunması, habelə xarici tələbələrin yerləşdirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq Universitet rəhbərliyi tələbələrə dərslərdə distant iştirak etməyə icazə vermişdir. Həmin dövrdə Təhsil Nazirliyinin heç bir qurumu Luqansk və Donetsk vilayətlərində təhsil alan tələbələrə bu universitetlərdə oxumamaqları ilə bağlı heç bir çağırış etməmişdir. Halbuki aktiv hərbi əməliyyatlar 2013- 2018-ci illərdə, yəni 4 ilə yaxın müddətdə davam etmişdir. Eyni zamanda Təhsil haqqında Qanunun 13-cü maddəsində də vətəndaşların distant təhsil ala bilmələri barədə hüquqları açıq şəkildə göstərilmişdir. Onun müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən dərslərin bir hissəsində distant şəkildə iştirak etmək mənfi rəyin verilməsi üçün əsas kimi göstərilməyib. Təhsildə X1 diplomunun tanınması ilə bağlı icraat apararkən distant təhsilə qanunvericiliklə icazə verildiyi, onun distant təhsil formasında zəruri səbəblərə (pandemiyada təhsil alan tələbələr kimi) görə təhsil aldığını, habelə təhsil aldığı müəssisənin yerləşdiyi əraziyə getməyinin həyatı üçün təhlükə törədə biləcəyini nəzərə almamış, bununla da “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, cavabdeh onun oxuduğu təhsil müəssisəsinin yerləşdiyi ərazidə oflayn şəkildə dərslərin keçirilməsinin mümkünsüzlüyünü nəzərə almamışdır. Cavabdeh pandemiyada keçirilən distant tədrisin qəbul edilə bilən olduğunu vurğulasa da (pandemiya səbəbilə tədris alınan ölkəyə gedə bilməyən tələbələrin diplomlarının tanınmasına problem törədilmir), hərbi əməliyyatların keçirilməsi səbəbilə keçirilən distant təhsili qəbul etmədiyini əsaslandırmamışdır. Bununla da cavabdeh bir inzibati qurum kimi bərabərlik prinsipinə riayət etməmiş və İnzibati icraat haqqında Qanunun 12-ci maddəsinin tələblərini pozmuşdur. Ayrı-ayrı tədris illərində ümumilikdə 29 gün oxuduğu müəssisənin yerləşdiyi əraziyə böyük çətinliklə də olsa getmiş, əyani olaraq imtahanlarda iştirak etmişdir. Lakin cavabdeh isə əvvəlcədən ictimaiyyətə heç bir açıqlama vermədən ondan hər bir il adi rejimdə tətbiq olunan müddətdə Luqansk vilayətində olmağını tələb edirNəyə görə öz hüquqlarımı nəzərə almadan müharibə zonasına getməli idi? Hər hansı bir raket atəşi nəticəsində sağlamlığına zərər dəysə idi, TKTA onun zərərini qarşılayacaqdı? Müharibə illərində hərbi əməliyyatların keçirilməsi səbəbilə ümumilikdə Luqansk diyarında 4500-dən çox adam həyatını itirmişdir. TKTA heç bir qanunda göstərilməyən əlavə məhdudiyyətlər tələb elməklə (guya müharibə dövründə belə tələbə mütləq şəkildə dərslərdə oflayn qaydada iştirak elməlidir. İnzibati icraat haqqında Qanunun 15-ci maddəsinin tələblərini pozur. Universitet tərəfindən ona təqdim edilən xx.xx.2021-ci il tarixli arayışda da X6 qərarları əsasında Luqanskda keçirilən müxtəlif təyinatlı hərbi əməliyyatlarla əlaqədar olaraq tələbələr üçün distant təhsilin keçirilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi öz qərarlarında distant formada alınan təhsilin tanınma üçün əngəl olmadığını qeyd etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Əsədov X3 T.Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən ona verilmiş xx.xx.2017-ci il tarixli, B17 № 131310 nömrəli diplom üzrə əldə etdiyi “Əmtəəşünaslıq” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının həmin qısa müddət ərzində diploma əlavədə qeyd olunan toplamda 4 illik müddət üzrə nəzərdə tutulmuş 53 istiqamət üzrə toplamda 240 AKTTS-lik (Avropa Kredit Toplama və Transfer Sistemi) tədris yükünü qiyabi təhsilalma formasının sessiya və imtahan tələblərinə uyğun olaraq yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2022-ci il tarixli qərarla imtina edilmişdir. İş üzrə icraat həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na əsasən aparılmışdır. Qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilmişdir. Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Bu tələb yerli qanunvericlikdə əks olunmuş tələbləri xarici dövlətlərdə təhsil almış şəxslərə nisbətdə yüngülləşdirmişdir (halbuki, bu güzəşt nisbəti yerli ali təhsil müəssisələrində 25 faiz təşkil etməkdədir). Buna rəğmən Azərbaycan Respublikası təhsil sistemində ümumilikdə hər il üçün ən az 20 günlük sessiyalarda iştirak müddətinə qarşılıq ümumilikdə 4 il üzrə 29 gün olmuşdur. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları belə müəyyənləşdirilmişdir: İ il - 10 gün; İİ il - getməyib; İİİ il - 8 gün; İV il - 11 gün. Qeyd olunan tələblə bağlı əvvəlki oxşar işlər üzrə müvafiq instansiya məhkəmələrinin xarici ölkədə təhsil alan iddiaçıların həmin ölkə ərazisində olma müddətinin onun sessiyalarda və ali təhsil müəssisəsində digər əlaqəli fəaliyyətinin birbaşa göstəricisi olmadığı barədə şərhləri nəzərə alınaraq iddiaçının sərhədkeçmə məlumatları üzrə yalnız həftə içi, universitetlərin tədrisin təşkil olunduğu günlərinə təsadüf edən dövrləri üçün də məlumatlar araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı təhsil aldığı 4 il ərzində qeyri-iş günləri üzrə belə xarici ali təhsil aldığı ölkədə olmuşdur: 2013/2014-cü il tədris ili üzrə 7 iş günü (2014-cü il 10-21 yanvar); 2014/2025-ci tədris ili üzrə - ümumiyyətlə getməyib; 2015/2016-cı tədris ili üzrə - 5 iş günü (2016-cı il 28 may-4 iyun); 2016/2017-ci tədris ili üzə - 7 iş günü (2017-ci il üzrə 26 may-5 iyun). Sadəcə ali təhsil müəssisələrində sessiya və imtahanlarda iştirakın mümkün olduğu iş günlərinə baxıldıqda isə iddiaçının təhsil aldığı bütün dövr üzrə sadəcə 19 iş günü xarici ali təhsil aldığı ölkədə olduğu müəyyən edilmişdir. Müharibə zonasında təhsil alması və həyatının təhlükədə olması ilə bağlı qeyd etdiyi faktlar cavabdeh qurum üçün önəmlidir və vəziyyətin həssaslığı başadüşüləndir. Qeyd olunan hallar üzrə iddiaçı həmin dövrdə xarici ali təhsil aldığı ölkədə vəziyyətin kəskinləşməsi ilə bağlı akademik fəaliyyətlərin təşkilinin mümkünsüzlüyünə və həyati təhlükənin mövcudluğuna görə akademik məzuniyyət götürə bilər və ya Azərbaycan Respublikasının qanunvericiliyinin Azərbaycan Respublikasının vətəndaşı kimi ona verdiyi ölkəmizin yerli ali təhsil müəssisələrindən birinə köçürülmək hüququnun təmini üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilərdi. Həmin müraciətlər tamamilə ödənişsiz və elektron sistem vasitəsilə həyata keçirilir. Qeyd olunmuş hallarla bağlı müraciət edilmədiyi kimi vətəndaş iddia ərizəsində müharibə səbəbindən akademik fəaliyyətlərin təşkilinin mümkünsüz və həyati təhlükənin mövcud olduğunu israrla qeyd etdiyi xarici ölkəyə (Ukraynaya) təhsil dövründə qısa intervallarla dəfələrlə giriş-çıxış etmişdir. Hətta İddiaçı 2017-ci ilin iyununda təhsil müddəti bitdikdən sonra da xx.xx.2018-ci ildə yenidən Ukraynaya getmiş xx.xx.2018-ci il tarixə qədər həmin ölkədə qalmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası iddiaçının “tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Resbuplikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 28-ci bəndində: “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”. Qaydaların 4.1.5-ci bəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər sırasında əks olunmuşdur ki, bu da ərizəçilərin əyani və qiyabi təhsilalma formasında təlim gördükləri tədris dövrünün üçdə bir hissəsində distant texnologiyaların tətbiqi ilə təhsil almalarını istisna etmir və bu barədə ali təhsil müəssisəsi ilə rəsmi müqavilə və ali təhsil müəssisəsinin müvafiq əmri olduqda iddiaçının təqdim etdiyi sənədlər əsasında icraat zamanı bu hallar nəzərə alınır. Yenə əvvəlki oxşar işlər üzrə müvafiq instansiya məhkəmələrinin Qaydalarda yer alan “ənənəvi təlim metodları” ifadəsinin təfsiri ilə bağlı ünvanladığı sual və izah tələbi barədə qeyd edilməlidir ki, Ali Təhsillə bağlı Kvalifikasiyaların Tanınması üzrə Qlobal Konvensiyanın (25 noyabr 2019-cu il Paris, Fransa, BMT-də qeydiyyat: 20 iyun 2023-cü il, No. 72013) anlayışlar hissəsində qeyd olunur: “Ənənəvi olmayan təlim metodları dedikdə təhsil proqramlarının çatıdırılması və təlim fəaliyyətlərində həmin alternativ mexanizmlər nəzərdə tutulur ki, təhsilverən və təhsilalanlar arasında üz-üzə birbaşa ünsiyyət mövcud deyil”. Qeyd olunanlara əsasən görünür ki, qəbul edilmiş normativ hüquqi akt (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”) Azərbaycan Respublikası Təhsil Qanununda yer alan distant təhsilalma formasını birmənalı olaraq rədd etmir, əksinə xarici ali təhsilə aid kvalifikasiyaların tanınması zamanı bunun tənzimlənmə qaydasını müəyyən edir və iddiaçının distant texnologiyaların tətbiqi ilə bağlı təqdim etdiyi sənədlər bu sahədə mövcud olan normativ-hüquqi aktda nəzərdə tutulmuş mexanizmlər çərçivəsində dəyərləndirilməlidir və iddiaçının təhsil müddətində auitoriya dərslərində iştirakı və imtahan sessiyaları üçün xarici ali təhsil aldığı ölkədə olduğu müddət bu çərçivəyə uyğun gəlmir. Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qiyabi təhsilalma formasında tədris olunan təhsil proqramları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq, habelə iddia tələbi həm maddi, həm də prosessual normalarla ziddiyyət təşkil etdiyi üçün rədd edilməlidir. B17 saylı 131310 saylı xx.xx.2017-ci il tarixli bakalavr diplomundan görünür ki, Əsədov X4 Taras Şevçenko adına Milli Universiteti Dövlət Müəssisəsinin tam kursunu tamamlamışdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00004828 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması haqqında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qərarının qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-38-2/33-511/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 2013-2017-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müvafiq məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə Tarix İstiqamət Ölkə xx.xx.2013 Çıxış İran xx.xx.2016 Giriş İran xx.xx.2013 Giriş İran xx.xx.2016 Çıxış İran xx.xx.2013 Çıxış İran xx.xx.2016 Giriş İran xx.xx.2013 Giriş İran xx.xx.2016 Çıxış İran xx.xx.2013 Çıxış İran xx.xx.2016 Giriş İran xx.xx.2013 Giriş İran xx.xx.2017 Çıxış İran xx.xx.2013 Çıxış İran xx.xx.2017 Giriş İran xx.xx.2013 Giriş İran xx.xx.2017 Çıxış İran xx.xx.2014 Çıxış Ukrayna xx.xx.2017 Giriş İran xx.xx.2014 Giriş Ukrayna xx.xx.2017 Çıxış Ukrayna xx.xx.2014 Çıxış İran xx.xx.2017 Giriş Ukrayna xx.xx.2014 Giriş İran xx.xx.2017 Çıxış İran xx.xx.2016 Çıxış İran xx.xx.2017 Giriş İran xx.xx.2016 Giriş İran xx.xx.2017 Çıxış İran xx.xx.2016 Çıxış İran xx.xx.2017 Giriş İran xx.xx.2016 Giriş İran xx.xx.2017 Çıxış İran xx.xx.2016 Çıxış Ukrayna xx.xx.2017 Giriş İran xx.xx.2016 Giriş Ukrayna xx.xx.2017 Çıxış İran xx.xx.2016 Çıxış İran xx.xx.2017 Giriş İran Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia məcburetməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, imtina məktubunun iddiaçıya çatdırılma tarixi müəyyən edilmir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-1306/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarına uyğundur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunundan: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarından; 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”ndan:
8. Ali təhsil proqramları: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur İş materiallarından görünür ki, iddiaçı diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olduğunu əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Göründüyü kimi, xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomunun tanınması və tanınmasından imtinanın şərtləri qanunvericiliklə dəqiq müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, onun təhsil aldığı universitetdə tədris işinin həcminin kredit vahidləri ilə aparıldığı, iddiaçının təhsil müddəti kimi müəyyən edilmiş 04 il müddətində iddiaçı məhkəmə sorğusun əsasən sərhədkeçınə haqqında məlumatdan yalnız 2013/2014-cü il tədris ili üzrə 11 gün, (2014-cü il 10-21 yanvar); 2014/2025-ci tədris ili üzrə - ümumiyyətlə getməyib; 2015/2016-cı tədris ili üzrə - 8 gün (2016-cı il 28 may-5 iyun); 2016/2017-ci tədris ili üzə - 11 gün (2017-ci il üzrə 26 may-6 iyun) müddətində olduğu müəyyən olunmuş, bununla da iddiaçının qeyd edilən illər ərzində auditoriya dərslərində iştirakının az olduğu öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda göstərilənlərlə iddiaçının Ukrayna Respublikasında tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur. Başqa sözlə iddiaçı İİ tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmişdir. Deməli, o, İİ kursda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının auditoriya dərslərində iştirak etdiyi dövrlərdə də tədris yükünün dövlət standartlarına uyğun yerinə yetirməsi mümkün deyildir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” na əsasən hər il üzrə auditoriya dərslərinin həcmi 180-240 saat müəyyən edilmişdir. Lakin iddiaçının təhsil müddəti bu şərti ödəmir. Qiyabi təhsil alan xarici tələbələrin təlim prosesini optimallaşdırmaq məqsədilə təhsil müəssisəsi tərəfindən münasib qrafikin təşkilinin və ya fərqli qaydanın müəyyən edilməsinin mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, iddiaçı təhsil aldığı universitetin normativi qarşılığında həmin ölkədə (ölkə hüdudlarından kənarda) qısa müddət olduğundan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsil müddətinin yetərli olmaması qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanuna zidd sayıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova