Məhkəmə qərarları › İş №2-1(112)-5479/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5479/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5479/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, iddiaçı Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı "xxxx" Firması üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin boşaldılması” tələbi barədə inzibati mübahisəyə dair işin materiallarına məhkəmənin inzibati binasında (Bakı N.Vəzirov küç. 56) baxaraq müəyyən etdi: İddiaçı Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 4073 və 4087-ci məhəllədə, Gənclər və Ş.Kamilov küçələrinin kəsişməsində yerləşən 0,2720 ha torpaq sahəsinin "xxxx" Firmasının icarəsinə verilməsi barədə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 286 saylı və xx.xx.2002-ci il tarixli, 548 saylı Sərəncamlarının Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" firması arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 0230 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahələrinin boşaldılması və Bakıxanov Bələdiyyəsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Firması zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş "xxxx" Firmasının yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. İddiaçı Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin sədri Ramis Nəsibov xx.xx.2025ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə ərizənin geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin ərizəsi təmin edilsin. İddiaçı Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı "xxxx" Firması üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin boşaldılması” tələbi barədə inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar