Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-548/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 60240,72 manat məbləğində əsas borc, 1731,5 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 61972,22 manat məbləğində vergi borcunun yazılması barədə qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 60240,72 manat məbləğində əsas borc, 1731,5 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 61972,22 manat məbləğində vergi borcunun yazılması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Panda Market mağazasında təsərrüfat işləri ilə, yəni fəhlə, işçilərə köməkçi funksiyası kimi fəaliyyətlə məşgul olur, aylıq əmək haqqı da yüksək deyildir, təxminən 300 manat məbləğindədir. Ancaq verği orqanının əməkdaşları bildirdilər ki, güya 60240,72 manat əsas borc, 1731,50 manat faiz borcu olmaqla ümumilikdə 61972 manat vergi borcu yaranmışdır və təcili olaraq bu borcları qısa zamanda ödənilməlidir. Bu borcun yaranması əsasları məlum deyidir. Halhazırda Vergilər Nazirliyinə müraciət edilərək, etiraz bildirilmiş, borcun iddiaçıya aidiyyəti olmaması və borcun silinməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “əsl olmayan cavabdehin əvəz edilməsi barədə” vəsatət ilə müraciət edərək bildirmişdir ki, vergi borcunun hesablanmasına əsas olmuş və iddiaçı tərəfindən mübahisələndirilən 01 mart 2019-cu il tarixli **********594900 nömrəli “Vergilərin hesablanması barədə” qərar Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə iddiaçıya iddiasında yol verilən formal xətaların aradan qaldırılmasını (iddia tələbini və cavabdehi dəqiqləşdirilməsini) təklif etmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, yol verilən formal xətaların aradan qaldırılmasında iddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclaslarını (25.08.2020-ci il, 29.09.2020-ci il, 13.11.2020-ci il, 17.02.2021-ci il, 07.04.2021-ci il tarixlərə təyin etmişdir. Məhkəmə iclasları barədə iddiaçıya məhkəmə bildirişləri göndərilmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən (24.01.2020-ci) işin gedişatı ilə maraqlanmamış, məhkəmənin müvafiq sorğularına cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 60240,72 manat məbləğində əsas borc, 1731,5 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 61972,22 manat məbləğində vergi borcunun yazılması barədə qərarının ləğv edilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 60240,72 manat məbləğində əsas borc, 1731,5 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 61972,22 manat məbləğində vergi borcunun yazılması barədə qərarının ləğv edilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin və 2 -1(112)-548/201 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-548/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-548/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver