Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-548/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qzının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yarandığı gündən təyin edilməsi vəzifəsini vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş edir.
2. Tələb onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı Milli Məclisin sabiq deputatı X2 25 may 2021-ci il tarixdə təyin olunmuş Covid-19 virusdan vəfat etmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.3-cü maddəsinə əsasən “ailə başçısının itirməyə görə əmək pensiyası, bunu hüququ oian şəxsin müraciəti əsasında bu Qanununun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin edilir”. Hal-hazırda iddiaçı yaşa görə pensiya alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa bir növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiya təyin edilməsi üçün zəruri sənədlər bu Qanunun 31 2-ci maddəsinə əsasən uyqun aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər. Başı hüzürə qarışdığı üçün və xəstəliyilə əlaqədər olaraq əmək pensiyanın təyin edilməsi üçün beş aydan sonra zəruri sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ona göndərdiyi 28 oktyabr 2021-ci il tarixii **********8 nömrəli məktubunda bildirmişdir ki, onun əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Lakin əmək pensiyası təminatına dair normativ hüquqi aktlara uyğun olaraq şəxsin əmək pensiyası növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1dən təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu imtina məktubunda onun əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ yaradılmasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsaslanmışdır, lakin əmək pensiyası təminatına dair normativ hüquqi aktlara uyğun olaraq şəxsin əmək pensiyası növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən təyin edilməsi hansı normativ hüquqi aktlarına uyğun olması göstərməmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun imtinası əsassız olduğundan ləğv edilməlidir və ona əmək pensiyasının bir növündən başqa bir növünə keçmə hüququ olduğundan ailə başçısının itirməyə görə əmək pensiyasının hüquqlarının yarandığı gündən pensiya ömürlük təyin edilməlidir. Həmçinin həmin Qanunun 31.3-ci maddəsinə əsasən təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1- ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəl ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin verdiyi 07 iyun 2021 -ci il tarix i AZ- İİ 195167 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən onun pensiya almaq hüququ həyat yoldaşının ölüm günündən yəni 25 may 2021-ci il tarixdən yaranmışdır Bununla əlaqədər olaraq “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 33.1.1ci maddəsinə əsasən əmək pensiyasını almaq hüququm yarandığı gündən təyin edilməsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibatı-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
3. Məhkəmənin 31 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının 25 may 2021-ci il tarixdən təyin edilməsi və 2021-ci ilin may-iyul ayları üzrə ödənilməsi kimi dəyişdirilmişdir.
4. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə X2 arasında xx.xx.1977-ci il tarixdə nikah bağlanmışdır.
5. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının əri X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
6. Cavabdeh orqan tərəfindən iddianın mümkünsüz hesab edilməsi barədə vəsatət təqdim edilərək bildirilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixinədək yaşa görə əmək pensiyası ödənilmişdir. Həyat yoldaşı X2 xx.xx.2021-ci il tarixində vəfat etdikdən sonra İddiaçı əmək pensiyasının bir növündən başqa növünə (ailə başçısını itirməyə görə əmək pensiyası) keçirilməsi ilə bağlı Fonda müraciət etmiş və Fondun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarı ilə xx.xx.2021-ci il tarixindən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Diqqətə çatdırılır ki, iddiaçının iddia ərizəsini əlavə etdiyi və “imtina məktubu” kimi məhkəməyə təqdim etdiyi Fondun xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edildiyi kimi “iddiaçının əmək pensiyasının pensiya növünün dəyişdirilməsi rəsmiləşdirildiyi tarixdən sonrakı növbəyi ayın 1-dən təyin edilir.” Məktubun məzmunundan da aydın olur ki, etdiyi Fondun xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubu ilə iddiaçıya imtina edilməmiş əksinə əmək pensiyasının təyin edilmə qaydası göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü maddəsində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu maddəsinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bundan başqa İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, iddianın mümkün sayılması əsasları 1.inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması 2.inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasıdır. İddianın mümkün sayılması üçün yuxarıda qeyd edilmiş hər iki halda iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl ilk öncə müvafiq inzibati orqana müraciət etməsi tələb edilir. İddiaçıya filial tərəfindən imtina məktubu verildikdən sonra məhkəməyə müraciət edilməli idi. Belə olan halda iddiaçının qanunla nəzərdə tutulan hüquq və maraqları cavabdeh tərəfindən pozulmamışdır.
7. Məhkəmənin 31 mart 2022-ci il tarixli qərarı (hakim R.Kərimli) ilə iddiaçının cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hüququ yarandığı vaxtdan təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir.
8. İddiaçının apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2342/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ləğv edilərək inzibati sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
9. İnzibati işə Bakı İnzibati Məhkəməsinə təkrar baxış zamanı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göndərilərək (apellyasiya instansiyası məhkəməsinin göstərişinə uyğun) iddia tələbi üzrə cavabdehin dəqiqləşdirilməsi təklif edilmişdir.
10. Məhkəmənin 18 oktyabr 2022-ci il tarixl qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
11. Məhkəmənin 09 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia tələbi 25 may 2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixə qədər pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilmişdir.
12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə dinləmələri zamanı iddiaçı iştirak etmir.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
14. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (həmin qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddə yeni redaksiyada verilmişdir. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. əvvəlki redaksiyada deyilirdi: Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.
17. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.
18. Məhkəmə qeyd edir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ailə başçısının öldüyü 25 may 2021-ci il tarixdən yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının hüququnun yarandığı vaxt (xx.xx.2021-ci il) qüvvədə olan redaksiyasına əsasən, ailə başçısını itirməyə görə pensiya əmək pensiyasının təyin edilməsi müvafiq müraciətin edildiyi tarixdən deyil (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyadan fərqli olaraq), məhz vətəndaşın hüququnun yarandığı vaxdan təyin edilməli və hesablanmalıdır.
19. Bu qənaət “Əmək pensiyaları haqqında” Qanunun 14.1, 14.1.2-ci maddələri ilə yanaşı, həmin Qanunun 31.1-ci və 32.1-1-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, 31.1-ci maddəsinə “əmək pensiyası hüququ olan şəxslər” müddəası o cümlədən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxsləri, Qanunun 32.1-1-ci maddəsində “əmək pensiyaları” müddəası isə, həmçinin “ailə başçısını itirməyə görə əmək pensiyası”nı da ehtiva edir.
20. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Həmin tarixə qədər o, yaşa görə pensiya almışdır. İddiaçının əmək pensiyasının pensiya növü (yaşa görə əmək pensiyasından ailə başçısının itirilməsinə görə pensiyaya keçirilməklə) həmin tarixdən dəyişdirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı (həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq) ona hüququnun yarandığı 25 may 2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək hesablanmasını və xx.xx.2021-ci il tarixədək olan pensiya fərqini (yaşa görə əmək pensiyası və ailə başçısının itirilməsinə görə pensiya arasındakı) tələb etməkdə haqlıdır.
21. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının pensiya növünün dəyişdirilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixə qədər pensiya fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva