Məhkəmə qərarları › İş №2-1(112)-548/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-548/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-548/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi) qarşı “iddiaçının mülkiyyətində olan mənzilə bitişik divarın sökülməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tullantı yeşikləri üçün ayrılmış ümumi istifadədə olan iddiaçının evinin arxa tərəfində yerləşən mənzil kommunal istismar sahəsi tərəfindən inşa edilmiş divarın sökülməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında, ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17 3 kv m, köməkçi sahəsi 22 7 kv m olan birotaqlı mənzildə qeydiyyatda olmaqla yaşayır. Sözügedən mənzil qeydiyyat vəsiqəsinə əsəsən xususi mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən yaşayış sahəsində 3 nəfər yaşayır. Hazırda, Azərbaycan Respublikası FHN 8451 nömrəsi ilə təsdiq etdiyi İnşaat institutunun layihəsinə müvafiq olaraq təmir işlərinin davam etdirilməsi, layihəyə əsəsən mənzilinin tam həcmli təmirini həyata keçirə bilmək üçün, yəni pəncərə qoyub kondisioner quraşdırmaq, evin xarici divarlarını səliqəyə salmaqdan ötrü bu divar sökülməlidir. Bu işlərin görülməsinə 4 saylı MİS tərəfindən quraşdırılmış divarın vaxtı-vaxtında sökülməməsi mane olur. Bakı şəhər Səbəıi rayonunun 4 sayli MİS tərəfindən divarla çəpərlənmiş zibil tullantıları konteynerlərinin yerləşdirilməsi üçün sahə ayrılmışdır. MİS bu divardan və ayrılmış sahənin istifadəsindən imtina etmişdir, belə ki, yaxınlıqda zibil tullantıları konteynerlərinin yerləşdirilməsi üçün daha münasib sahə ayrılmış və divar inşa edilmişdir. Bununla belə, müəyyən edilmiş divar faktiki olaraq mənzilin və qonşusu Həsənova Məlahətin mənzilinin arxa tərəfindən bitişən ümumi istifadə sahəsinin qarşısını kəsmişdir. Sözügedən ümumi istifadə sahəsi divar oyuğundan ibarətdir, yəni mənzilinin xarici divarından və Həsənova Məlahətin mənzilinin xarici divardan ibarət olan, MİS tərəfindən quraşdırılan divarın arxasında yerləşən ərazinin kvadrat oyuğundan ibarətdir. Divarın inşası faktiki olaraq bu ümumi istifadə sahəsinin qarşısını kəsir. Baxmayaraq ki, MİS həmin divarın və ayrılmış sahənin istifadəsindən artıq imtina etmişdir, lakin mübahisəli divar sökülməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3822/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və mahiyyəti üzrə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1843/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3822/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməklə iş sonrakı prosessual hərəkətlərin aparılması üçün üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 4 nömrəli mənzil iddia,; İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 4 saylı Mənzil Kommunal İstismar Sahəsinin nümayəndələri ilə birlikdə yerində müayinə baxışı keçirilmişdir. İddiaçı və qonşusu X2 məxsus yaşayış evlərinin arxa hissəsində çöl divarlarına bitişik ümumi istifadədə olan boş sahə vaxtilə daş hasarla bağlanmışdır. Müayinə zamanı uzunluğu 3,5 metr olan köhnə hasarın üstündə M.Əmrahova tərəfindən öz məqsədləri üçün dörd mişar daşı hündürlüyündə hörgü işlərinin aparıldığı aşkar edildiyindən, həmin hörgü mənzil kommunal istismar sahəsinin işçiləri tərəfindən sökülmüş və ərazi əvvəlki vəziyyətinə qaytarılmışdır. Hasarın qalan hissəsinin sökülməməsi barədə müraciətdə göstərilən qeydlərlə bağlı bildirilmişdir ki, Səbail rayon MKTB-nin 4 saylı MKİS-İn nümayəndələrinin verdiyi- məlumata əsasən sözügedən hasar uzun illər əvvəl mövcud olmuşdur və ümumi istifadədə olan boş sahədə məişət tullantılarının yığılmasının qarşısının alınması məqsədilə tikilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-8320/2022 nömrəli qərarından görünür ki, İddiaçı iddiası təmin edilmiş, ünvan 2 ünvanda yerləşən 4 nömrəli mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılıq verilməsinə dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Səbayıl rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli, 37/4S nömrəli məktubundan görünür ki, mübahisəli hasar aparılacaq təmir işlərinə görə hər hansı maneəçilik yaratmır. İddiaçı mənzilin arxa divar hissəsi olduğu üçün sözügedən hissəyə heç bir aidiyyəti yoxdur. Mübahisəli hasar bir neçə il öncə tikilmişdir. Səbayıl rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı qonşusu tərəfindən konstruksiya işləri aparılması barədə əraziyə xidmət göstərən 4 saylı MKİS-ə müraciət etmiş və MKİS işçiləri tərəfindən sözügedən qanunsuz quraşdırılmış konstruksiyalar sökülmüşdür. İşdən görünür ki, iddiaçı hazırda 4 saylı MKİS tərəfindən tullantıların yerləşdirilməsi üçün inşa edilmiş divarın tam sökülmədiyini, bu halın onun evinin yenidən qurulmasına mane olduğunu, bu səbəbdən də həmin divarın sökülməsini, yəni ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsini xahiş edir. Məsələnin araşdırılması məqsədilə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli, qərardad ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməklə ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı sökülməsini tələb etdiyi divarın onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilə aidiyyəti varmı?

2. ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus 4 nömrəli mənzilə bitişik divarın Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi DLİ “Azərdövləttikintilayihə” tərəfindən təsdiq olunmuş işçi layihəsi əsasında tikinti və yenidənqurma işlərinin həyata keçirilməsinə maneçilik törədirmi? Törədirsə, bu maneçilik nədən ibarətdir?

3. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə bitişik olan və hazırda sökülmsəini tələb etdiyi divarın onun mülkiyyətində olan yaşayış sahəsindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırmı? Əgər məhdudlaşdırırsa, bu məhdudiyyət nədən ibarətdir?

4. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus 4 nömrəli mənzilə bitişik olan və hazırda sökülməsini tələb ediyi divarın sökülməsi iddiaçı və qonşu mülkiyyətçilərə məxsus fərdi yaşayış evlərinin təhlükəsizliyinə, dayanıqlılığına təsir edə bilərmi?

5. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus 4 nömrəli mənzilə bitişik olan və hazırda sökülməsini tələb etdiyi divar iddiaçının ümumi istifadədə olan torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırırmı? Əgər məhdudlaşdırırsa, bu məhdudiyyət nədən ibarətdir?

6. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus 4 nömrəli mənzilə bitişik olan və hazırda sökülməsini tələb ediyi divarın hazırda təyinatı nədən ibarətdir? Ümumi istifadədə olan boş sahədə məişət tullantılarının yığılmasının qarşısının alınması məqsədinə xidmət edirmi? Qərardadın icrası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli ekspert rəyi təqdim edilmiş və rəydə aşağıdakılar müəyyən edilmişdir:

1. Qərardadın birinci sualı üzrə: İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilinin qonaq otağının pəncərəsi qarşısında sökülməsini tələb etdiyi divarın iddiaçının mənzilindən kənarda olduğu, lakin həmin divar iddiaçının mənzilinin divarına bitişik və qonaq otağının pəncərəsindən 1.8m kənarda inşa olunduğu müəyyən edilmişdir;

2. Qərardadın ikinci, üçüncü və beşinci sualları: ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus4 nömrəli mənzilə bitişik inşa olunmuş divarın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi DLİ “Azərdövləttikintilayihə” tərəfindən təsdiq edilmiş işçi layihəsi əsasında tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi zamanı işçi layihəsində qonaq otağında nəzərdə tututlmuş pəncərəyə düşən təbii işığın qarşısını qismən kəsə bilər. Eyni zamanda İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə bitişik olan və hazırda sökülmsəini tələb etdiyi divarın onun mülkiyyətində olan yaşayış sahəsindən və torpaq sahəsidən maneəsiz istifadə hüququnu məhdudlaşdırılmasının və həmin mənzilə maneçilik törədib-törətməməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyidir.

3. Qərardadın dördüncü sualı üzrə: İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus 4 nömrəli mənzilə bitişik olan və hazırda sökülməsini tələb ediyi divarın iddiaçı və qonşu mülkiyyətçilərə məxsus fərdi yaşayış evlərinin divarları ilə hərhansı hörgü bağlantısı olmadığını nəzərə alaraq, həmin divarın sökülməsi iddiaçı və qonşu mülkiyyətçilərə məxsus fərdi yaşayış evlərinə təhlükəsizliyinə, dayanıqlılığına təsir edə bilməz.

4. Qərardadın altıncı sualı üzrə: İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus 4 nömrəli mənzilə bitişik olan və hazırda sökülməsini tələb etdiyi divar yaradılan sahənin xarici divarıdır. Lakin 4 nömrəli mənzilin qarşısında olduğunu nəzərə alaraq, hazırda həmin sahənin təyinatının nədən ibarət olmasını müəyyən etmək mümkün olmadı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti başçısının vəzifələri aşağıdakılardır: 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; 3.11.5. yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:

1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;

2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını;

3. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;

4. habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;

5. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini; 4.9.3. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir; 4.9.16. tikintisi layihələndirilən obyektlərə bitişik olan ərazilərdə istirahət guşəsinin, uşaq və idman meydançalarının qurulması, minik avtomobillərinin dayanacaq meydançalarının təşkili, yaşıllaşdırma işləri, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi ilə bağlı görüləcək kompleks abadlaşdırma işlərinin həcmini sifarişçi ilə razılaşdırmaq, həmin işlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək; 4.9.17. müvafiq ərazidə məişət tullantılarının yığılması üçün konteyner meydançalarının yerləşdirilməsi və yenidən qurulması üzrə ünvanlı proqramları təsdiq etmək və həmin proqramların icrasına nəzarəti həyata keçirmək; İşin yuxarıda qeyd olunan hallarından görünür ki, mübahisəli tikili Səbail rayon MKTB tərəfindən ümumi istifadədə olan boş sahədə məişət tullantılarının yığılmasının qarşısının alınması məqsədilə tikilmişdir. İddiaçı hazırda həmin hasarın onun mülkiyyətində olan mənzildə yenidənqurma işlərinin aparılmasına mane olduğuna istinad edərək, onun sökülməsini xahiş edir. İşdə olan ekspert rəyi ilə həmin hasarın işçi layihəsində qonaq otağında nəzərdə tututlmuş pəncərəyə düşən təbii işığın qarşısını qismən kəsə biləcəyi, habelə həmin divarın sökülməsinin iddiaçı və qonşu mülkiyyətçilərə məxsus fərdi yaşayış evlərinə təhlükəsizliyinə, dayanıqlılığına təsir etməyəcəyi müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri, habelə mübahisəli tikilinin tikintisinə icazə tələb edilmədiyini, Səbail rayon MKTB tərəfindən inşa edilmə məqsədinə uyğun istifadə edilmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. ünvan 5 ünvanında yerləşən 4 saylı mənzilə bitişik ümumi istifadədə olan boş sahədə məişət tullantılarının yığılmasının qarşısının alınması məqsədilə inşa edilmiş divarın sökülərək ərazinin ilkin vəziyyətinin bərpa edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar