Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5482/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavadehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 19 fevral 2012-ci il təvəllüdlü X12 və 13 oktyabr 2013-cü il təvəllüdlü X1 “Əzizli” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, arvadı X11 ilə birlikdə qərara gəlmişlər ki, övladları 19 fevral 2020-ci il təvəllüdlü X12 və 13 oktyabr 2013-cü il təvəllüdlü X13 babalarının “Əzizli” soyadını daşısınlar. Belə ki, tərəflərindən 5 fevral 2021-ci il tarixində övladlarının soyadlarının babalarının “Əzizli” soyadı ilə əvəz olunması haqqında ərizə ilə cavabdehə müraciət ünvanlamışlar. Lakin, cavabdeh tərəfindən müraciətlərinə hər hansı formada cavab verilməmişdir. Bu səbəbdən də, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilərək, uşaqlarının soyadının dəyişdirilməsi cavabdehə həvalə edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim olunaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X21 küçəsi 1061-ci məhəllə, ev 9 mənzil 41 ünvanında yaşayan İddiaçı, Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına Q-26-164 saylı, 08.02.2021-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, övladları 19 fevral 2012-ci il təvəllüdlü X12 və 13 oktyabr 2013-cü il təvəllüdlü X2 “Əzizli” soyadına dəyişdirilməsinə köməklik olunmasını xahiş etmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin Q-26-164 nömrəli, 05.03.2021-ci il tarixli, məktubu ilə ərizəçiyə cavab olaraq məlumat verilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Odur ki, müraciətdə qaldırılan məsələnin həlli məqsədə müvafiq hesab edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İİİ № 274669 saylı, 27.02.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13.10.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X8r. Doğum haqqında akt qeydləri kitabında 27.02.2014-cü il tarixdə 1117 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 843733 saylı, 16.03.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 19.02.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X8r. Doğum haqqında akt qeydləri kitabında 16.03.2012-ci il tarixdə 865 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş, X11 tərəfindən verilmiş **********732 nömrəli və **********733 nömrəli razılıq ərizələrinin surətindən görünür ki, X11 19.02.2021ci il təvəllüdlü qızı X9 və 13.10.2013-cü il təvəllüdlü X3 “Qurbanzadə” soyadından “Əzizli” soyadına dəyişdirilməsinə heç bir etirazı yoxdur, razıdır. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 69 nömrəli, 30 mart 2021-ci il tarixli və 70 nömrəli, 30 mart 2021-ci il tarixli arayışlardan görünür ki, X13 və X12 həqiqətən "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 1061-ci məhəllə, 9 saylı kooperativ yaşayı binasının 41 saylı mənzilində valideynləri ilə birlikdə yaşayırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə X6 rəsmi nikahlarından 19.02.2012-ci il təvəllüdlü X12 və 13.10.2013-cü il təvəllüdlü X13 anadan olmuşdur. İddiaçı və onun arvadı X10 övladlarının soyadının “Əzizli” soyadına dəyişdirilməsinə dair müraciətləri cavabdeh tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-ci maddəsi əsas göstərilməklə təmin edilməmişdir. Məhkəmə aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Mcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyninin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000ci il tarixli 297 saylı Fərmanının 2-ci bəndinin 8-ci abzasına əsasən, Ailə Məcəlləsinin 54.1ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 4-cü bəndinə əsasən, yetkinlik yaşına çatmayanın vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi üçün yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4-cü maddəsinə görə uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmaqla, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Həmin Qaydaların 6.26-cı maddəsinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. “Uşaq hüququları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında uşaq hüquqularının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüququi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Beləliklə, məhkəmə işin hallarına məcmu halda qiymət verərək hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından, uşağa soyad bir qayda olaraq valideynlərinin soyadına uyğun olaraq verildiyindən hazırki tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5482/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5482/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver