Məhkəmə qərarları › İş №2-1(112)-5485/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5485/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5485/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X10 kаtibliyi, üçüncü şəxsin nümayəndəsi X11 (Gəncə şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, "xxxx" ASC-nin məhkəmə orqanları ilə iş şöbəsinin kiçik hüquqşünası vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə “Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsi, 558-566-cı məhəllələrdə 3-cü və 1-ci blokları üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən xx/xx- 004114 saylı xx.xx.2018-ci il tarixli hazırlanmış və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/1688 saylı xx.xx.2018-ci il tarixli razılaşma ilə təsdiq edilmiş layihəyə əsasən hazırlanmış eskiz layihəsi üzrə 16008 kv.metr yaşayış, 1373.7 kv.metr qeyri-yaşayış və 1975 kv.metr yeraltı avtomobil dayanacağının tikinti işlərinə başlanması üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsi, 558- 566-cı məhəllələrdə 3-cü və 1-ci blokları üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən xx/xx-004114 saylı xx.xx.2018-ci il tarixli hazırlanmış və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/1688 saylı xx.xx.2018-ci il tarixli razılaşma ilə təsdiq edilmiş layihəyə əsasən hazırlanmış eskiz layihəsi üzrə 16008 kv.metr yaşayış, 1373.7 kv.metr qeyri-yaşayış və 1975 kv.metr yeraltı avtomobil dayanacağının tikinti işlərinə başlanması üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin ilkin təsisçiləri X5 və X4 tərəfindən nizamnamə kapitalı l00.000 (bir yüz min) azn həcmində hər biri 50000 (əlli min) azn olmaqla 2 paydan ibarət və hər biri 1 paya sahib olmaqla 11 fevral 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin X20 Bakı Bölgə Şöbəsində 0105-p98-42222 şəhadətnamə ilə qeydiyyata alınmışdır. Sonra İddiaçı xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-cı məhəllələrdə 1,7 ha torpaq sahəsi yaşayış binasının layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-cı məhəllələrdə İddiaçınə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində Baş Plan üzrə 8 giriş/i 16 mərtəbəli yaşayış binasının inşa edilməsi nəzərdə tutulmuşdur. Sonra X5 və X4 tərəfindən müəssisə başqa şəxslərə satılmış və həmin şəxslər isə müəssisəni X12 və X3, sonuncuların adından etibarnamə üzrə X14 iştirakı ilə 10 noyabr 2009-cu il tarixdə X1. X16 15 mart 2012-ci ildə dünyasını dəyişmiş və xx.xx.2012-ci il tarixdə hüquqi varisi hesab edilən mərhumun oğlu X17 MMC-nin 100%- lik payına sahib olmuşdur. 11 mart 2017-ci il tarixdə X17 tərəfindən X18 adına keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə torpaq sahəsi ayrıldıqdan sonra "xxxx" MMC-nin keçmiş rəhbərləri tərəfindən 200 nəfərdən çox şəxslərə yaşayış və qeyri-yaşayış sahələri satılmışdır ki, bunların da 70%-dən çox şəxslərdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri vardır. Qətnamənin olmasına baxmayaraq həmin qətnamələrin icrası bu günədək həyata keçrilməmişdir. Çünki "xxxx" MMC-nin maliyyə problemləri səbəbindən tikinti işlərini dayandırılmışdır. Vətəndaşlara yaşayış və qeyri-yaşayış sahələri "ARAZ-Tİ” MMC-nin keçmiş rəhbərləri X4 və X16 tərəfindən satılmışdır. Göstərilənlərə əsasən, vətəndaşlara olan borc 11324,82 kv.metr yaşayış, 3160 kv metr qeyri-yaşayış sahələrinin verilməsi məqsədi ilə aidiyyatı orqanlarla məsləhətləşmələr apararaq qərara gəlinmişdir ki, Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-cı məhəllələrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində yeni 2 blok 16 mərtəbəli yaşayış binalarının inşa edilməsi üçün sənədləşmə işləri aparılsın. Bu baxımdan "xxxx" MMC-nin 22 sentyabr 2017-ci il tarixli müraciəti üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən xx/xx-00484 saylı xx.xx.2018-ci il tarixli layihə hazırlanmış və həmin layihə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/03-8/1688 saylı xx.xx.2018-ci il tarixli razılaşma ilə təsdiq edildi. Daha sonra isə ardıcıllıq üzrə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti 46 "xxxx" MMC üçün tikiləcək yüksək mərtəbəli yaşayış binasının Eskiz Layihəsi hazırlandı. Vətəndaşlarla danışıqlar aparıldı ki, artıq tikintinin aparılması üçün bütün sənədlər hazırdı, yalnız əhalini köçürdükdən sonra Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işlərinə başlanması iiçün əsas olan Xüsusi Nişan (elektron kod) verilməsi söz verilib. Bundan sonra "xxxx" MMC tərəfindən qısa bir zamanda tikinti üçün nəzərdə tutulan sahədə yaşayan əhalinin bir qismi köçürüldü. Daha sora Dövlət Şəhərsalma və Arxitektura Komitəsində gedən dəyşikliklər və dünyada cərayan edən COVİD-19 infeksiya xəstəliyin nəticəsində gözləməyi məsləhət gördülər. Beləliklə vətəndaşların haqlı tələbi nəticəsində yenidən cavabdehlərə müraciət edildi. Bakı şəhər İcra Hakimiyyətindən bildirildi ki, onların səlahiyyətində heçnə qalmayıb, Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeçiliyinə verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə dəfələrlə müraciət olunsa da, yazılı heç bir cavab verilməmişdir. Sonradan Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, tikintiyə icazə sənədlərdə göstərilən deyil, yeni əmsallarla 12000 kv metrə yaxın sahə verilə bilər. Belə ki, "xxxx" MMC-nin sakinlərə (razılaşdırılan) 11324,82 kv.metr yaşayış, 3160 kv metr qeyri-yaşayış sahələri borcu var. Belə olan halda cavabdehlərin icazə verdikləri sahə heç borcu ödəmir. 2012-ci ilin mart ayında təsisçilər X7 və 2020-ci ilin dekabr ayında X2 dünyasını dəyişməsi vəziyyəti daha da çətinləşdirdi. ARAZ- Tİ MMC-nin 22 sentyabr 2017-ci il tarixli müraciəti üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən xx/xx-00484 saylı xx.xx.2018-ci il tarixli hazırlanmış və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/1688 saylı xx.xx.2018-ci il tarixli razılaşma ilə təsdiq edilmiş layihə üzrə tikintiyə icazənin verilməsi və Yasamal rayonu, H.Cavid küçəsi 46, 558-566- cı məhəllədən mənzil almış vətəndaşların mənzil problemlərinin həll edilməsi deməkdir. Hətta belə tikintini aparan podratçı şirkətin maliyyə çatışmazlığı olarsa, həmin vaxt sakinlər tikintini başa çatdırmaq üçün yenidən hər 1 kv. metrə 100 manatdan yığıb vermələrini deyirlər. Beləliklə ”ARAZ-Tİ" MMC-nin 22 sentyabr 2017-ci il tarixli müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, sərəncamı üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi “Azərdövlətlaylhə” Dövlət Baş Layihə İnstitutu tərəfindən xx/xx-00484 saylı xx.xx.2018-ci il tarixli hazırlanmış və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/1688 saylı xx.xx.2018-ci il tarixli razılaşma ilə təsdiq edilmiş layihəyə əsasən hazırlanmış eskiz layihəsi üzrə 16008 kv.metr yaşayış, 1373.7 kv.metr qeyri-yaşayış və 1975 kv.metr yeralıtı avtomobil dayanacağının tikintisinə cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işlərinə başlanması üçün əsas olan xüsusi nişan (elektron kod) verilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə tərəfindən verilmiş sərəncama əsasən cavabdeh iddia tələbinə dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə ünvanında 8 girişli 16 mərtəbəli yaşayış binalarının 3-cü və 4-cü bloklarının tikintisinə icazə verilməsi barədə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilmiş və araşdırma zamanı müəyyən olunmuşdur ki, göstərilən ünvanda yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş torpaq sahəsində inşası nəzərdə tutulan yaşayış binasının şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 363 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamı və bununla bağlı aparılmış digər sənədləşdirmə işləri Bakı şəhər İcra Hakimiyyətinin 03 yanvar 2019-cu il tarixli, 02 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, müvafiq ünvanda yaşayış binasının inşası üçün tikintiyə icazənin verilməsi ilə bağlı müraciətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq ərazi üzrə təsdiq edilmiş şəhərsalma əsaslandırılması təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciətinin təmin edilməsi mümkün olmamış və bununla bağlı iddiaçının nümayəndəsinə xx.xx.2022-ci il tarixli MİHO/2.1.1-2- 2022-2853 nömrəli və xx.xx.2022-ci il tarixli MİHO/2.1.1-2-2022-2761 nömrəli məktublarla cavab verilmişdir. Həmçinin, əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamına əsasən yaşayış binasının layihələndirilməsi və tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 1,7 ha torpaq sahəsinin 0,0014 ha hissəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 2010-cu il tarixli sərəncamı ilə "xxxx" MMC-yə, 0,89 ha hissəsi isə Bakı şəhər İcra Hakimiyyəti başçısının 520 nömrəli xx.xx.2014-cü il tarixli sərəncamına əsasən eyni məqsədlə "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş və bununla bağlı həmin 0,89 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin adına 14/270 nömrəli 2014-cü il tarixli Ayrıc aktı tərtib edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddiaçının iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdirlər. Məhkəmə iclasında iştirak edən 3-сü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahat və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanladığı 18/03-8/1688 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, onun xx.xx.2018-ci il tarixli, 05 saylı müraciətini, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamının 21-ci bəndini və 11736 saylı inşaat pasportunu nəzərə alaraq, İddiaçı MMC tərəfindən Yasamal rayonu, H.Cavid küçəsi, 556- 566-cı məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binasının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə" DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandınlması razılaşdırılır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışına əsasən ARAZ-Tİ” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatından keçmiş (VÖEN **********) qurumdur, təsisçisi X23, təmsilçisi X15r. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışına əsasən ARAZ-Tİ” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi,ev 46-dır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəindən hazırlanmış 10/83 nömrəli 2010-cu il tarixli ayrıc aktına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə İddiaçı MMC yaşayış binalarının tikintisi üçün (dəqiqləşdirilmiş ayrıc aktı) ayrılmış torpaq sahəsinin 1:2000 miqyaslı cizgisi hazırlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 saylı yaşayış binasının layihələndirilməsi haqqında sərəncamına əsasən Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 324/d saylı razılıq məktubu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-ci məhəllələrdə 1,7 ha torpaq sahəsi icarə əsasında yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin MMCyə icazə verilməsi, ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericilik əsasında, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 520 saylı ayrılmış torpaq sahəsinin bir hissəsində yaşayış binasının layihələndirilməsi haqqında sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli 16/10 saylı müraciətini və İddiaçı xx.xx.2013-cü il tarixli 04/11 və 05/11 razılıq məktublarını nəzərə alaraq, Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-ci məhəllələrdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə yaşayış binasının layihələndirilməsi üçün İddiaçı MMC-yə ayrılmış 1,7 ha torpaq sahəsinin 0,89 ha hissəsi, eyni məqsədlə "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində sifarişçinin tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququ olmalıdır və Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqlar qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü 75.1-ci yarımbəndlərində nəzərdə tutulmuş tikinti sənədləri müvafiq qaydada təqdim edilməlidir. Borcun köçürülməsi və hüququn güzəşti haqqında xx.xx.2013-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən İlkin borclu A.Ə.Ömərov hazırkı Müqavilənin 1.2-ci bəndində qeyd olunan zamin olduğu Kredit müqavilələri üzrə (bundan sonra Kredit müqavilələri) 7.793.587 (yeddi milyon yeddi yüz doxsan üç min beş yüz səksən yeddi) manat əsas borc olmaqla cəmi 11.000.000 (on bir milyon) manat məbləğində borcun (əsas öhdəlik) Yeni borclu "xxxx" MMC-yə köçürülməsini həyata keçirir, Yeni borclu isə Əsas öhdəliyin ona köçürülməsi, yəni Kreditor “Nikoyl” İKB qarşısında Əsas öhdəliyin ödənilməsini öhdəsinə götür və bunun müqabilində Üçüncü tərəf İddiaçı (İlkin borclunun təsisçisi olduğu cəmiyyət) Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə ona ayrılmış Yasamal rayonu, 558-566-ci məhəllə ünvanında yerləşən 1.6996 ha torpaq sahəsində tikilməli olan yaşayış kompleksinin 5-ci, 6-cı, 7-ci, 8-ci blokları (Ələsgər Ələkbərov küçəsinə baxan) üzrə (bundan sonra "Yaşayış kompleksi") və binaların yerləşəcəyi torpaq sahəsi üzrə özünə məxsus olan bütün hüquqlarından Yeni borclunun xeyrinə imtina etməyi öhdəsinə götürür. Müqavilənin 1.6-cı bəndinə görə üçüncü tərəf İddiaçı MMC-nin təsisçisi bu müqavilənin bağlanması üçün müvafiq razılıq vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-283/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı "xxxx" MMC və "xxxx" ASC inzibati iş jüzrə 3-cü şəxslər qismində cəlb edilməklə “Bakı şəhər İcra Hakimiyyətinin 29 oktyabr 2014-cü il tarixli, 520 saylı sərəncamın və ayrıc aktının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1517/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı inzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1978/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1517/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışına əsasən ölçüsü 0,0701 ha olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Bank ASC-nin adında qeydiyyatdan keçmişdir Eyni zamanda, iddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış xx.xx.2018-ci il xaric olma tarixli layihə, xx.xx.2018-ci il xaric olma tarixli şəhərsalma əsaslandırılması, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırlanmış 2005-ci il tarixli inşaat pasportu, Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2005-ci il tarixli rəyi və X22 İdarəsinin xx.xx.2005-ci il tarixli rəyi məhkəməyə təqdim olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi haqqında Əsasnamə”nin 1.1-ci yarımbəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-сi maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 5.1.-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: 5.1.4. tikintiyə icazə verilməsi; Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Sözügedən Məcəllənin 75.3-cü maddəsinə əsasən, Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti;75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqlar qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalı və həmin reyestrdən çıxarışla rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi, tikinti obyektinin tikintisinə icazənin verilməsi üzrə icraat Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11 -ci və 75-ci maddələrinin və bununla bağlı digər normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının, üzərində yaşayış binası inşa etmək istədiyi torpaq sahəsi mübahisəli torpaqdır. İddiaçı sözügedən torpaq sahəsində tikinti aparılmasına əsas verən sənəd qismində “Yaşayış binasının layihələndirilməsi haqqında ”Bakı şəhər İcra Hakimiyyətinin 126 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına istinad etmişdir. Halbuki qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən tikintiyə icazə almaq üşün torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. İddiaçıda torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd mövcud deyil. Tikintiyə icazə alınması üçün qanuna əsasən tələb olunani sənədlər cavabdehə təqdim edilmədiyi üçün, iddiaçının müraciətinə imtina verilmişdir. Məhkəmə cavabdeh tərəfindən səlahiyyətlərin həyata keçirilməsi zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, iddiaçının hüquqlarının pozulması hallarını müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsi, 558- 566-cı məhəllələrdə 3-cü və 1-ci blokları üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən xx/xx-004114 saylı xx.xx.2018-ci il tarixli hazırlanmış və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/1688 saylı xx.xx.2018-ci il tarixli razılaşma ilə təsdiq edilmiş layihəyə əsasən hazırlanmış eskiz layihəsi üzrə 16008 kv.metr yaşayış, 1373.7 kv.metr qeyri-yaşayış və 1975 kv.metr yeraltı avtomobil dayanacağının tikinti işlərinə başlanması üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34, 68-ci, 69cu,85-ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar