Məhkəmə qərarları › İş №2-1(112)-5485/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5485/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5485/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2007-2021-ci illəri əhatə edən dövr üçün hər il ayrıca hesablanmaqla fərdi hesabda yığılmış sığorta kapitalının indeksləşdirilməsi və ümumi kapitalın sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “fərdi hesabda qeydə alınmış 22 409,75 manat vəsaitin indeksləşdirilərək ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli ehtiyatda olan zabitidir. 1987-2013-cü illər arasında həqiqi hərbi xidmət keçmişdir. 2013-cü ilin avqust ayında müdafiə nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. 2013-cü ilin sentyabr ayından ona pensiya təyin olunmuşdur. Fərdi hesabında 2007-2013-cü illər ərzində 22.409.75 manat vəsait qeydə alınmışdır. 12 oktyabr 2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək fərdi hesabında qeydə alınmış vəsaitin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehdən daxil olmuş 18 noyabr 2022-ci il tarixli **********4 nömrəli cavab məktubunda cavabdehin mövqeyi qanunsuz və əsassız olduğundan məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Fərdi hesabında 2007-2013-cü illər ərzində 22.409.75 manat vəsait qeydə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Deməli, fərdi hesabında müvafiq vəsait olduğu üçün ona ödənilməsini tələb etmək qanunvericiliklə təsbit olunmuş hüququdur. Cavabdehin bundan imtina etməsi qanunsuz və əsassızdır. Əvvəla, cavabdehə ünvanlanmış müraciətdə fərdi hesabında qeydə alınmış vəsaitin ödənilməsinin təmin edilməsini xahiş etmişdi, pensiyanın yenidən hesablanmasını xahiş etməmişdi. Həmçinin cavabdeh ondan əmək kitabçasının surətini tələb edir. O, əmək fəaliyyəti ilə məşğul olmamış, dövlətə xidmətin bir növü olan hərbi xidmət keçmişdir. Zabitlərin isə əmək kitabçası deyil şəxsi işləri olur. Ehtiyata buraxılarkən xidmət keçdiyi qurum olan Müdafiə Nazirliyi tərəfindən ona dair məlumat vərəqəsi cavabdehə göndərilmiş və həmin məlumat vərəqəsində 34 il 05 ay 12 gün xidmət keçməyi qeyd olunmuşdur. Cavabdeh də buna əsasən (xidmət illərinə görə) ona pensiya təyin etmişdir. Cavabdehə xatırlatmaq lazımdır ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin a) bəndinə əsasən, həmin Məcəllənin tələbləri hərbi qulluqçulara şamil edilmir. Ona görə də onun əmək kitabçasının surətini tələb etməsi absurd və qanunsuzdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara yaşa görə əmək pensiyası təyin olunur. Ona bu əsasla, yəni xidmət illərinə görə pensiya təyin olunmuşdur. Hərbi xidmətə 04 avqust 1987-ci il tarixdə başlamışdır. 04 avqust 2007-ci il tarixdə 20 xidmət ili tamam olmuş və pensiya hüququnu qazanmışdır. Fondda fərdi hesabında qeydə alınmış vəsaitin isə ona pensiya təyinatına heç bir aidiyyəti yoxdur. Bu gündən sonra də əmək fəaliyyəti ilə məşğul olaraq fərdi hesabda vəsait yığmaq fikri yoxdur. “Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.9-cu maddəsinə əsasən Fond məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir. Onunla cavabdeh arasında fərdi hesabında qeydə alınmış vəsaitlərin idarə olunmasına dair hər hansı bir müqavilə mövcud deyil. Ən əsası, fərdi hesabında qeydə alınmış vəsait onun maaşından tutulmuş halal vəsaitidir. Onun hər hansı bir investisiya fonduna yatırılmasına, ondan gəlir götürülməsinə, idarə olunmasına razılıq verməmiş, bundan sonra da belə bir niyyəti yoxdur. Ona görə də həmin vəsait özünə qaytarılmalıdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə tam olaraq cavab verir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı iddia ərizəsində qeyd olunub - Bakı İnzibati Məhkəməsi; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları iddia ərizəsində qeyd olunub - İddiaçı: İddiaçı, Qeydiyyat ünvanı: ünvan 1ayonu, 20 yanvar küçəsi, 2/51, mənzil 3 Cavabdeh: Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, ünvan: Bakı şəhəri, Ziya Bünyadov, 43; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi - iddia ərizəsində tələb aşağıdakı kimi qeyd olunmuşdur: fərdi hesabda qeydə alınmış 22.409.75 manat vəsaitin indeksləşdirilərək ödənilməsinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulsun. Hazırki ərizə ilə iddia tələbini dəqiqləşdirir. 46.2. Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər: 46.2.1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri - əsaslandığı fakt və sübutlar iddia ərizəsində sadalanıb; 46.2.4. əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı şikayət instansiyasının imtina qərarı 2 dəfə: həm iddia ərizəsi ilə, həm də 10 fevral 2023-cü il tarixli ərizə ilə təkrarən məhkəməyə təqdim olunub; 46.2.5. ərizəyə əlavə olunmuş sənədlərin siyahısı - sənədlər iddia ərizəsinə və 10 fevral 2023-cü il tarixli ərizəyə əlavə olunub. Göründüyü kimi, iddia ərizəsi tam olaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə cavab verir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclası zamanı iddianı dəyişmək təklifini qəbul edərək hesab edir ki, iddia tələbi aşağıdakı kimi dəqiqləşdirilməlidir: - Fərdi hesabda yığılmış pensiya kapitalı 2013-2023-cü illər üçün indeksləşdirilsin və fərdi hesabda yığılmış kapital sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulsun. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1.1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmçinin, cənab prezidentin hər il imzaladığı sərəncamlara əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilməlidir. Göründüyü kimi, fərdi hesabda qeydə alınmış pensiya kapitalının indeksləşdirilməsini tələb etmək qanunla təsbit olunmuş hüququdur. Məhkəmənin hüquqi yardım etmə vəzifəsinə hörmət edərək hesab edir ki, tələbin ikinci hissəsi aşağıdakı kimi dəqiqləşdirilməlidir: - Fərdi hesabda yığılmış kapital sığorta stajıma daxil edilərək pensiyanın yenidən hesablanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasr’nm təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 №li qərarinın 4.1.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə sosial sığorta stajı dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən) əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınır. Belə olduğu təqdirdə, onun 2007-ci ilin avqust ayında pensiya hüququnu qazandığını nəzərə alaarq hesab edir ki, 2007-2013-cü illər ərzində fərdi hesabında toplanmış vəsait sığorta stajına əlavə edilərək pensiya yenidən hesablanmalıdır. Göründüyü kimi, qanundankənar heç nə tələb etmir, fərdi hesabda qeydə alınmış kapitalın indeksləşdirilməsi, fərdi hesabda yığılmış kapitalın sığorta stajına daxil edilməsini tələb etmək qanunvericiliklə təsbit olunmuş hüquqlarıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Beləliklə cavabdehin hərəkətləri onun qanunvericilikdə təsbit olunmuş hüquqlarını kobud şəkildə pozur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi iddiaçının ərizəsinə əsasən “Fərdi hesabda yığılmış pensiya kapitalının 2013-2023-cü illər üçün indeksləşdirilməsi və fərdi hesabda yığılmış sığorta kapitalının sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması” kimi dəyişdirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə tərəfindən edilən hüquqi yardıma əsasən tələbin dəqiqləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə təqdim etmişdi. 06 mart 2023-cü il tarixdə iclas keçirilmiş və ərizə icraata qəbul edilmişdir. Həmin iclasdan 1 gün sonra, yəni 07 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən fərdi hesabda olan sığorta kapitalı indeksləşdirilmişdir. Lakin indeksləşdirmə 2022-ci ilin yekunlarına əsasən edilmişdir və əvvəlki illərə görə aparılmamışdır ki, bu da onu qane etmir. Ona görə də iddia tələbini yenidən və yekun olaraq aşağıdaki kimi dəqiqləşdirir: 2007-2021 -ci illəri əhatə edən dövr üçün hər il ayrıca hesablanmaqla fərdi hesabda yığılmış sığorta kapitalı indeksləşdirilsin və ümumi kapitalın sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulsun. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “2007-2021-ci illəri əhatə edən dövr üçün hər il ayrıca hesablanmaqla fərdi hesabda yığılmış sığorta kapitalının indeksləşdirilməsi və ümumi kapitalın sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının yaşa, əlilliyə və ailə başçısını itirməyə görə növləri vardır. Sözügedən Qanunun 4.2-ci maddəsinə əsasən yaşa və əlilliyə görə əmək pensiyası sığorta və yığım hissələrindən ibarətdir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği və Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına təyin edilmiş qulluq stajına görə əlavə hissəsi dövlət büdcəsi hesabına, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. “Əmək pensiyaları haqqında" Qanunun 9.5-ci maddəsinə əsasən hərbi qulluqçuların güzəşti şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar olaraq, Qanunun 20.1.11-ci və 20.14.1 -ci maddələrinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların əmək pensiyalarına qulluq stajına görə əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəşti sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Göstərilənlərə əsasən iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 01034 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq ona 1 sentyabr 2013-cü il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İlkin təyinat tarixinə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyası 817,78 manat (xx.xx.2013-cü il tarixli 01034 nömrəli məlumat vərəqinə əsasən hesablanmış 918,85 manat təminat xərcliyinin 89%-i) təşkil edib. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 18 il 6 ay 14 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən adıçəkilən şəxsə pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 39,11 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16807,87 manat sığorta kapitalına uyğun 96,45 manat pensiyasının sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2013-cü il tarixindən 817,78 manat pensiya məbləği (96,45 manat (sığorta hissəsi) +85 manat (baza hissəsi) +636,34 manat (qulluq əlavəsi) müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2013-cü il tarixinədək onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddiaçının hal-hazırda istifadə olunmamış kapitalı yoxdur. Odur ki, iddiaçının iddia tələbi tam əsassızdır. "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyasının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə (29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyaya əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2022-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. İddiaçı fərdi hesabında yığılmış pensiya kapitalı 2013-2023-cü illər üçün indeksləşdirilərək ilkin təyinat zamanı müəyyən edilmiş 181,44 manat sığorta kapitalı indeksləşdirilərək 380,82 manata çatdırılmışdır. Hal-hazırda sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1826,98 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilir: • əmək pensiyasının sığorta hissəsi-380,82 manat; • qulluq stajına görə əmək pensiyasına əlavəsi-1280,07 manat; • maddi yardım-166,09 manat. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə ona pensiya təyin olunduqdan sonra yenidən əmək fəaliyyəti ilə məşğul olduğu təqdirdə işləyən əmək pensiyaçısı kimi 6 il və daha çox işlədikdə yaxud işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra baxıla bilər. İddiaçı sosial arayışında fərdi şəxsi hesabından görünür ki, 2013-cü il üzrə gəlir 6978,92 manat, hesablanmış (ödənilmiş) 1744,76 manat, 2012-ci il üzrə gəlir 10234,8 manat, hesablanmış (ödənilmiş) 2558,76 manat, 2011-ci il üzrə gəlir 9183,33 manat, hesablanmış (ödənilmiş) 2295,86 manat, 2010-cu il üzrə gəlir 8600,06 manat, hesablanmış (ödənilmiş) 2150,02 manat, 2009-cu il üzrə gəlir 8812,59 manat, hesablanmış (ödənilmiş) 2203,17 manat, 2008-ci il üzrə gəlir 7514,0 manat, hesablanmış (ödənilmiş) 1878,56 manat, 2007-ci il üzrə gəlir 5422,5 manat, hesablanmış (ödənilmiş) 1355,67 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək bildirmişdir ki, “polkovnik-leytenant” rütbəli ehtiyatda olan zabitdir. 2013-cü ildən güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında Qanun”un 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Hal-hazırda fərdi hesabında 22.409.75 manat vəsait toplanmışdır. Qanunvericiliyin tələblərini nəzərə alınaraq fərdi hesabda yığılmış vəsaitin ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, əmək pensiyasının yenidən hesablanması məsələsinə əmək kitabçasının surəti Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə növbəti dəfə müraciət edərək bildirmişdir ki, 2013-cü ildən güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında Qanun”un 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Hal-hazırda fərdi hesabında 22.409.75 manat vəsait toplanmışdır. Qanunvericiliyin tələblərini nəzərə alınaraq fərdi hesabda yığılmış vəsaitin ödənilməsinin təmin edilməsi, bundan imtina halında qanunla müəyyən olunmuş müddət ərzində hüquqi əsaslandırılmış cavab verilməsi xahiş edilmişdir. Qeyd: Bu məsələ ilə bağlı 12.10 2022-ci il tarixdə müraciət etməyinə baxmayaraq hər hansı bir cavab almamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, əmək pensiyasının yenidən hesablanması məsələsinə əmək kitabçasının surəti Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 01034 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq sizə 1 sentyabr 2013-cü il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Verilmiş sorğuya cavab olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş iddiaçıya dair 10 avqust 2022-ci il tarixli MN- 01034 nömrəli yeni məlumat vərəqində sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 845,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 299,70 manat, 1-ci məharət dərəcəsinə görə vəzifə maaşı 25 faizi miqdarında əlavə 211,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1573,95 manat göstərilmişdir. Həmin məlumat vərəqinə uyğun olaraq 34 il 5 ay 12 gün xidmət müddəti üçün əmək pensiyası yenidən hesablanaraq təminat xərcliyinin (1573,95 manat) 92 faizi (20 ilə görə 50 faiz, 14 ilə görə 42 faiz (3x14))-1448,03 manat məbləğində müəyyən edilmiş və 1 sentyabr 2019-cu il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 256,68 manat fərq məbləği cari ilin sentyabr və oktyabr aylarında pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 144,80 manat maddi yardım ödənilir. Eyni zamanda, keçmiş müddət üçün ödənilməli olan 5,68 manat maddi yardım məbləği cari ilin sentyabr ayında müvafiq kart hesabına köçürülüb. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış 02/2-97 saylı xx.xx.2022-ci il tarixli məktubla göndərilmiş ölkə üzrə orta aylıq nominal əmək haqqının illər üzrə statistik məlumatından görünür ki, İddiaçı 2015-ci ildə 466,9 manat, 2016-cı ildə 499,8 manat, 2017-ci ildə 528,5 manat, 2018-ci ildə 544,6 manat, 2019-cu ildə 635,1 manat, 2020-ci ildə 707,7 manat və 2021-ci ildə (ilkin) 732,1 manat əməkhaqqı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 3- 25-8/2-A-3xx-xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. 01 avqust 1987-ci il tarixdən 20 iyul 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, 04 avqust 1992-ci il tarixdən 30 avqust 2013-cü il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası müdafiə nazirinin 0352 nömrəli 14 avqust 2013-cü il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin (N1) Şəxsi heyət bölməsinin baş zabiti (şəxsi heyətin uşotu üzrə)” vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxıİmışdır. Bundan sonra, Azərbaycan Respublikası müdafiə nazirinin 0889 nömrəli 23 dekabr 2014-cü il tarixli əmrinə müvafiq olaraq iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə daha öncə verilmiş müdafiə nazirinin 0352 nömrəli 14 avqust 2013-cü il tarixli əmrinin 2-ci bəndi, yəni "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) olan hissəsi, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndi (öz arzusu ilə) ilə əvəz edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 may 2015ci il tarixli 2-1(81)-706/2015 nömrəli qərarına əsasən daha öncə ona verilmiş “polkovnikleytenant” hərbi rütbəsinin bir pillə aşağı “mayor” hərbi rütbəsinə qədər endirilməsi barədə Müdafiə nazirinin 27 aprel 2012-ci il tarixli 010rt nömrəli əmri, habelə ona verilmiş 1-ci məharət dərəcəsinin 2-ci dərəcəyədək endirilməsi barədə N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ləğv edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına tərtib olunmuş MN-01034 nömrəli “Məlumat vərəqi”ndə onun təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir, o cümlədən (illər üzrə):

1. MN-01034 nömrəli xx.xx.2013-cü il tarixli “Məlumat vərəqi” vəzifə maaşı - 473.00 rütbə maaşı (mayor) - 130.00 xidmət illərinə görə faiz əlavəsi 30% - 180.90 ərzaq əvəzinə pul kompensasiyası - 64.00 məharət dərəcəsi (2-ci dərəcə) - 70.95 Cəmi: 918.85

2. MN-01034 nömrəli xx.xx.2014-cü il tarixli “Məlumat vərəqi” vəzifə maaşı - 473.00 rütbə maaşı (mayor) - 130.00 xidmət illərinə görə faiz əlavəsi 30% - 180.90 ərzaq əvəzinə pul kompensasiyası - 64.00 məharət dərəcəsi (2-ci dərəcə) - 70.95 Cəmi: 918.85

3. MN-01034 nömrəli xx.xx.2015-ci il tarixli “Məlumat vərəqi” vəzifə maaşı - 550.00 rütbə maaşı (polkovnik-leytenant) - 134.00 xidmət illərinə görə faiz əlavəsi 30% - 205.20 ərzaq əvəzinə pul kompensasiyası - 64.00 məharət dərəcəsi (2-ci dərəcə) - 82.50 Cəmi: 1035.70

4. MN-01034 nömrəli xx.xx.2015-ci il tarixli “Məlumat vərəqi” vəzifə maaşı - 550.00 rütbə maaşı (polkovnik-leytenant) - 134.00 xidmət illərinə görə faiz əlavəsi 30% - 205.20 ərzaq əvəzinə pul kompensasiyası - 64.00 məharət dərəcəsi (1-ci dərəcə) - 137.50 Cəmi: 1090.70

5. MN-01034 nömrəli xx.xx.2022-ci il tarixli “Məlumat vərəqi” vəzifə maaşı - 845.00 rütbə maaşı (polkovnik-leytenant) - 154.00 xidmət illərinə görə faiz əlavəsi 30% - 299.70 ərzaq əvəzinə pul kompensasiyası - 64.00 məharət dərəcəsi (2-ci dərəcə) - 211.25 Cəmi: 1573.95 Ərizədə qeyd edilən digər məsələyə (təminat xərcləyində sığorta haqlarının olubolmaması barədə) aydınlıq gətirilməsi məqsədi ilə aidiyyəti üzrə təyin olunmuş əmək pensiyasının ödənilməsini həyata keçirən orqana, yəni Bakı şəhəri, X6 küçəsi 60 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmək məsləhət görülür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş İddiaçı dair pensiya altsistemindən çıxarışa əsasən pensiyanın təyinat tarixi xx.xx.2013-cü il, yazılma tarixi xx.xx.2015-ci il, təqvimi xidmət ili 26 ay, güzəştli xidmət ili 08 ay 04 gün, iş stajı yoxdur, cəmi staj 34 il, pensiyanın faizi = 95%, təminat xərci 1175,95 manatdır (ödəniş məbləği 1826,98 manat, pensiyanın məbləği 1081,87 manat). Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti şöbəsinin əmək pensiyası təyin edən komissiyanın B/2446 saylı xx.xx.2013-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən ömürlük 817,78 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 03/89/02-261 saylı xx.xx.2017-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən vəzifə maaşı - 605,00 manat, rütbə maaşı - 134,00 manat, xidməti ilə görə 30 faiz əlavə - 221,70 manat, və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,00 manat, məharət dərəcəsinə görə 25 faiz 151,25 olmaqla cəmi təminat xərcliyi 1175,95 manat təşkil edir. 34 il xidmətə görə təminat xərcliyinin 92 faizi, yəni 1081,87 manat məbləğində pensiya düzgün hesablanaraq ödənilir. Müraciətə aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə müraciət etmək xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

X4 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 01034 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq ona 1 sentyabr 2013-cü il tarixindən cavabdeh tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İlkin təyinat tarixinə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyası 817,78 manat (xx.xx.2013-cü il tarixli 01034 nömrəli məlumat vərəqinə əsasən hesablanmış 918,85 manat təminat xərcliyinin 89%-i) təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 18 il 6 ay 14 gün təşkil etmiş, xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən iddiaçıya pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 39,11 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16807,87 manat sığorta kapitalına uyğun 96,45 manat pensiyasının sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2013-cü il tarixindən 817,78 manat pensiya məbləği (96,45 manat (sığorta hissəsi) +85 manat (baza hissəsi) +636,34 manat (qulluq əlavəsi) müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2013-cü il tarixinədək onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddiaçının hal-hazırda istifadə olunmamış kapitalı yoxdur. xx.xx.2013-cü ildən hal-hazıradək iddiaçı əmək fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçının fərdi hesabında yığılmış pensiya kapitalı 2013-2023-cü illər üçün indeksləşdirilərək ilkin təyinat zamanı müəyyən edilmiş 181,44 manat sığorta kapitalı indeksləşdirilərək 380,82 manata çatdırılmışdır. Hal-hazırda sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1826,98 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilir: əmək pensiyasının sığorta hissəsi-380,82 manat; qulluq stajına görə əmək pensiyasına əlavəsi-1280,07 manat; maddi yardım-166,09 manat. “Əmək pensiyaları haqqında" Qanunun 9.5-ci maddəsinə əsasən hərbi qulluqçuların güzəşti şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar olaraq, Qanunun 20.1.11-ci və 20.14.1 -ci maddələrinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların əmək pensiyalarına qulluq stajına görə əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəşti sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə (29 iyun 2022-ci il tarixidək qüvvədə olmuş) əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyasının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə (29 iyun 2022-ci il tarixidək qüvvədə olmuş) gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2022-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ ona pensiya təyin olunduqdan sonra yenidən əmək fəaliyyəti ilə məşğul olduğu təqdirdə işləyən əmək pensiyaçısı kimi 6 il və daha çox işlədikdə yaxud işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra yarana bilər. Belə olan halda iddiaçının pensiyanın yenidən hesablanmasına “qanuni gözləntisi” yoxdur və iddiaçının “2007-2021-ci illəri əhatə edən dövr üçün hər il ayrıca hesablanmaqla fərdi hesabda yığılmış sığorta kapitalının indeksləşdirilməsi və ümumi kapitalın sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması” barədə iddiası tələbi təmin edilməməlidir. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar