Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5486/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin (DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin) nümayəndəsi X4, cavabdehin (AR DGK-nın) nümayəndəsi X3 iştirakı ilə iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «yeni məlumat vərəqəsinin göndərilmısi, pensiyanın yenidən hesablanması və alınmamış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər AR ƏƏSM Nazirliyi yanında DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və AR Dövlət Gömrük Komitəsinə qarşı «yeni məlumat vərəqəsinin göndərilmısi, pensiyanın yenidən hesablanması və alınmamış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. İş materiallarından görünür ki, 10 sentyabr 2020-ci il tarixdə məhkəməyə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi daxil olmuş və həmin ərizədə iddia ərizəsi və ona əlavə olunmuş sənədərin geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi və ona əlavə olunmuş sənədərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X7 iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X5 iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə MPM-in normalarına uyğun olaraq baxılmalıdır. MPM-in işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X1 cavabdehlər DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «yeni məlumat vərəqəsinin göndərilmısi, pensiyanın yenidən hesablanması və alınmamış fərq məbləğinin ödənilməsi» tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və İPM-in 1.2, 80-cı maddələrini, MPM-in 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsinin (vəkili) ərizəsi təmin edilsin. İddiaçı X1 cavabdehlər AR ƏƏSM Nazirliyi yanında DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və AR Dövlət Gömrük Komitəsinə qarşı «yeni məlumat vərəqəsinin göndərilmısi, pensiyanın yenidən hesablanması və alınmamış fərq məbləğinin ödənilməsi» barədə iddia tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2
Məhkəmə qərarları › İş №2-1(112)-5486/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5486/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver