Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5486/2021 28.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, 01.02.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 01.10.1997-ci il tarixdən 05.11.2014cü il tarixədək (17 il 01 ay 04 gün) zərərli peşədə (asfaltbetonçu) işləmiş və qanunamüvafiq olaraq pensiya hüququ qazanıb 24.12.2014-cü ildən güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********8 nömrəli, 01 mart 2021-ci il tarixli məktubu ilə qanunsuz və əsassız olaraq onun güzəştli iş stajının olmaması və DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq ona 05.11.2014-cü ildə əmək pensiyasının təyin olunması və ona 19547,33 manat artıq pul ödənilməsi bildirilərək geri qaytarması tələb olunur. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, guya iddiaçının 01.10.1997- 08.11.2013-cü illlərdə işləmiş olduğu asfaltbetonçu və asfaltdöşəyən peşələri güzəştli peşə hesab olunan asfalt-beton döşəyən peşəsinə aid deyil və bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İddiaçı iş stajı və zərərli peşədə çalışmağıyla bağlı məlumat verərək qeyd etmək istəyir ki, 01.02.1978-ci ildə Səhiyyə Nazirliyinin 4 saylı Birləşmiş Xəstəxanasında xadimə işinə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış, 21.02.1980-ci ildə İxtisaslaşdırılmış remont tikinti idarəsində müxtəlif peşələrdə işləmiş və 01.10.1997-ci ildən 05.11.2014-cü ilədək “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində “Asfaltbetonçu” zərərli peşəsində işləmiş və 24.12.2014-cü il tarixdən güzəştli şərtlərlə pensiyaya çıxmışdır, lakin 08.01.2015-ci ildən hal-hazıradək həmin idarədə yardımçı fəhlə kimi əmək fəaliyyətini davam etdirir. Zərərli fəhlə peşəsində işlədiyi dövrlər 01.10.1997-05.11.2014-cü illərə təsadüf edir: Belə ki, 01.10.1997-01.06.1998-ci ilədək Səngəçal 2 nömrəli sahədə 2ci dərəcə üzrə asfaltdöşəyən; 01.06.1998-01.01.2000-ci illərdə Səngəçal 5 nömrəli sahədə 3-cü dərəcəli asfaltdöşəyən; 01.01.2000-ci ildə idarənin adı dəyişdirilərək 6 nömrəli Təmir tikinti quraşdırma idarəsi adlanmış; 01.05.2001-01.06.2001-ci illərdə “Azərdənizneftinşaat” Tresti 3-cü dərəcəli asfaltdöşəyən; 01.06.2001-01.08.2002-ci illərdə həmin Trestdə 3-cü dərəcəli asfaltdöşəyən; 01.08.2002-ci ildə həmin idarədə 4-cü dərəcəli asfaltdöşəyən; 14.03.2007-23.05.2008-ci illərdə ARDNŞ “Neftqaztikinti” Tresti 5 saylı Tikinti quraşdırma idarəsi olub; 26.05.2008-04.11.2014-cü illərdə “Neftqaztikinti” Tresti Yol Tikinti Təmiri İdarəsi “Asfalt-betonçu” peşəsi olub; 08.01.2015-ci ildən hal-hazıradək həmin idarədə yardımçı fəhlə işləyir. Göründüyü kimi iddiaçının 52 yaşdan güzəştli şərtlə pensiya təyin edə bilmək üçün tələb olunan 10 ildən artıq (17 il 01 ay 04 gün) xüsusi stajı vardır, işlədiyi zərərli fəhlə peşəsi “asfaltdöşəyən” və “Asfalt-betonçu” adlandırılsa da eyni idarədə, zərərli işlə bağlı eyni peşədə işləmişdir. Buna görə də işlədiyi zərərli peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (29, “A” bəndində) zərərli sahə kimi təsbit edilmişdir. Odur ki, onun xüsusi stajı 10 ildən çox olmaqla 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bütün qanuni əsaslar mövcuddur. “Asfalt-beton” sözünün izahlı lüğətdə mənası “Çınqıllı, qum, asfalt və bitum qatışığından ibarət tikinti materialı” kimi verilmiş asfaltdöşəyən sözləri də eyni mənanı ifadə edən anlayışlardır. Bunu nədənsə DSMF-nin əməkdaşları fərqləndirib və qanunsuz qərar verib səlahiyyətlərin aşıblar. Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamentinin ona 7 il əvvəl təyin edilmiş pensiyanı ləğv etmək səlahiyyəti və subyektiv hüququ yoxdur. DSMF-nin pensiya təyin edən xüsusi komissiyası onun sənədlərini yoxlayaraq komissiyon qaydada onlara qiymət verdikdən sonra ona qanuni əsaslarla pensiya təyin etmişdir. O, hər hansı saxtakarlıq və qanunsuz davranışlara yol verməmişdir ki, pensiyası ləğv olunur və ona qarşı 19547,33 AZN pul tutulması tətbiq olunur. Cavabdehin 7 ildən sonra ödənilmiş pensiyanı geri qaytarmaq səlahiyyəti yoxdur, qanunda yalnız 1 ay ərzində artıq ödənilmiş və ya səhv ödənilmiş pulun dövlət büdcəsinə qaytarılması qanunda nəzərdə tutulmuşdur. Bu da o halda olur ki, bu cür nöqsan vətəndaşın saxta sənədlər təqdim etməsi əsasında və ya hər hansı texniki səhf əsasında baş vermiş olsun. Əgər hər hansı əməkdaşının nöqsanı səbəbindən baş vermişsə onda cəza tədbirləri də həmin əməkdaşa yönəldilməlidir, əməkdaşın qanunsuz hərəkətlərinə görə vətəndaş məsuliyyət daşımır. İddiaçıya 24.12.2014-cü il tarixində DSMF-nin əmək pensiyası təyin edən xüsusi komissiyası tərəfindən pensiya işi açılmış, sənədlərin yoxlanılması həyata keçirilərkən belə bir sual meydana çıxmışdı ki, onun əmək kitabçasına asfaltbetonçu və asfaltdöşəyən kimi qeyd olunmuş peşələrdə işləməyi və 26.05.2008-ci ildən idarədə struktur islahatlarından sonra asfalt-betonçu kimi qeyd olunan peşələri eyni peşə və işdir, ya yox? Bu suala cavab vermək üçün həmin dövrdə xüsusi bilikləri olan şəxslərin rəyi və onun işlədiyi idarədən alınmış arayış əsasında müəyyən edilmişdir ki, 01.10.1997-ci ildən işlədiyi zərərli peşənin adı müxtəlif cür göstərilsə də o, eyni idarədə və bir işdə işləmiş və həmin peşə zərərli sahəyə daxil olub, bu səbəbdən əmək haqqına ayda 8 % artıq ödəniş olunmuş, süd və s. qida məhsulları ona zərərli işə görə verilmişdir. Bununla da struktur islahatları nəticəsində işlədiyi ARDNŞ-nin adı SOCAR olmaqla, eləcə də həmin şirkətin nəzdində Trest və İdarələrin adı bir neçə dəfə dəyişməklə idarənin və peşənin adı əmək kitabçasına müxtəlif cür yazılmışdır, lakin o, eyni bir peşədə və işdə “Asfalt-betonçu” peşəsində işləmiş, sadəcə dərəcəsi 2-4-cü dərəcələrə qədər artırılmışdır. Asfaltdöşəyən fəhlə peşəsi ümumiyyətlə fəhlə peşə adlarını müəyyən edən vahid tarif-ixtisas sorğu kitabçasında yoxdur, işlədiyi peşənin adı köhnə sənədlərdə həmin idarədə formalaşmış inzibati praktikaya uyğun olaraq belə göstərilmiş, 2008-ci ildə “Asfaltbetonçu” göstərilməklə peşənin adını normativ xarakterli sənədlərdə qeyd olunan kimi yazmışlar. Belə ki, əvvəllər fəhlə peşələri SSRİ Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin 17.07.1985-ci il tarixli 226/125-15-88 nömrəli qərarı ilə təsdiq olunmuş fəhlə peşələrinin vahid tarif-ixtisas sorğu kitabçasına əsasən aparılmış və həmin qərardan tərcümələr qeyri-dəqiq olmaqla tətbiq olunduğundan bu cür hallar baş vermişdir. Fəhlə peşələri və işlərinin vahid tarif-ixtisas sorğu kitabçasının, “Tikinti, quraşdırma və tarif-tikinti” bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il 93 №-li “Fəhlə peşələri və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası ilə əlaqədar olaraq hazırlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir. Həmin “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası” 3-cü Hissə “Təmir, quraşdırma və təmir tikinti işləri” bölməsində “Asfalt-betonçu” fəhlə peşəsi göstərilmişdir (asfaltdöşəyən peşəsi yoxdur). Məhz bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının əmək kitabçasında qeyd olunmuş asfaltdöşəyən peşəsi göstərilməmişdir, çünki həmin fəhlə peşəsi vahid tarif-ixtisas sorğu kitabçasında mövcud olmamışdır. Buradan da görünür ki, iddiaçının işlədiyi “Asfalt-betonçu” peşəsi elə asfaltdöşəyən fəhlə peşəsi ilə eynidir. Deməli, DSMF-nin buna əsaslanaraq onun pensiyasını dayandırması və ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı tələbləri qanunsuzdur və onun pozulmuş hüquqları bərpa olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-5486/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 23.07.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı 30 dekabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) asfalt-beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən 01.10.1997-08.11.2013-cü il tarixləri arasındakı dövrlər ərzində “Azərdənizneftinşaat” trestində və “Neftqaztikinti” trestində asfaltbetonçu və asfaltdöşəyən vəzifəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi asfaltbetonçu və asfaltdöşəyən vəzifələri isə yuxarıda qeyd olunan asfalt-beton döşəyənlər vəzifəsinə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Göründüyü kimi iddiaçıya 08.11.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya 08.11.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19547,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq 01.03.2021-ci il tarixli **********8 nömrəli məktubla artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarmağı xahiş edilmişdir. Əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyiniz xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 02.02.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 4 nömrəli Birləşmiş Xəstəxanada 01.02.1978-ci ildə xəstə bacısı vəzifəsinə təyin edilmiş, 01.09.1978-ci ildə tutduğu vəzifədən azad edilmişdir. 21.02.1980-ci ildə İxtisaslaşmış Təmir Tikinti İdarəsi № 5 “İxtisaslaşmış Təmir Tikinti” Trestində katib-makinaçı vəzifəsinə təyin edilmiş, 01.07.1987-ci ildə SRSU-5 ilə birləşməsi nəticəsində SRSU-3-ün genişləndirilməsi ilə əlaqədar olaraq SRSU-3-ə köçürülmüşdür, Xüsusi Trest, Xəzər Dəniz Tikintisi, vəzifəsi: köməkçi işçi, OTM, 01.03.1989-cu ildə dərəcə olmadan köməkçi işçi vəzifəsinə köçürülmüşdür. 01.10.1997-ci ildə Səngəçal 2 №li sahədə ikinci dərəcəli asfaltdöşəyən peşəsinə keçirilmiş, 01.06.1998-ci ildə Səngəçal 5 nömrəli sahədə 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilmiş, 01.01.2000-ci ildə idarənin adı dəyişdirilərək 6 nömrəli Təmir Tikinti quraşdırma idarəsi adlanmış, 01.05.2001-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 01.05.2001-ci ildə “Azərdənizneftinşaat” Trestinin 2 №li İTQTF-də 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilmiş, 01.06.2001-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 01.06.2001-ci ildə “ARDNİ” Tresti 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialında 3-cü dərəcəli asfaltdöşəyən sənətinə qəbul edilmiş, 01.08.2002-ci ildə 4-cü dərəcəli asfaltdöşəyən sənəti verilmiş, 14.03.2007-ci ildə “ARDNİ” Trestinin 1 saylı İTQ və TF-ı “Neftqaztikinti” trestinin 5 saylı Tikinti quraşdırma idarəsi adlandırılmış, 23.05.2008-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 26.05.2008-ci ildə “Neftqaztikinti” tresti Yol Tikinti Təmir İdarəsində asfalt-betonçu peşəsinə işə qəbul edilmiş, 04.11.2014-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 05.11.2014-cü ildə “Neftqaztikinti” tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində 1 saylı tikinti quraşdırma sahəsinə asfaltbetonçu peşəsinə işə qəbul edilmiş, 08.01.2015-ci ildə Asfaltbeton istehsalı sahəsinə yardımçı fəhlə peşəsinə keçirilmiş, 07.08.2015-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 10.08.2015-ci ildə Asfaltbeton istehsalı sahəsinə 700-2 (iki) olmaqla yardımçı fəhlə peşəsinə işə qəbul edilmiş və hal-hazıradək orada işləyir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “Neftqaztikinti” trestinin 26.04.2021-ci il tarixli, SOCAR**********30490075X00173 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı hal-hazırda “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində yardımçı fəhlə peşəsində çalışır. Sorğunuzda göstərilənlərə dair bildirilir ki: - Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nda (VTİSK-3) asfaltdöşəyən peşəsi öz əksini tapmır, asfaltbeton döşəyən peşəsinin isə asfalt beton kütləsi yayan maşının maşinisti olduğu 3 saylı VTİSK-da rus dilindən tərcümə kimi göstərilmişdir. - “Neftqaztikinti” trestində yardımçı fəhlə peşəsinə qədər İddiaçı asfalt-betonçu peşəsində çalışmışdır. Bu peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004-cü il tarixli 92 nömrəli Qərarına əsasən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda əks olduğu üçün 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. - İddiaçı 01.06.2001-ci il tarixindən 01.08.2015-ci il tarixinədək asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələrində işlədiyi müddətdə, iş yerlərinin attestasiyasının nəticələri nəzərə alınaraq, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq əmək haqqına 1.08 miqdarında (8%) artım əmsalı tətbiq edilmişdir. - Asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də əsasən örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi, asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü, katok ilə asfalt örtüyünün yayılması, katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığının tənzimlənməsi, asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması və sair bu kimi oxşar işlər yerinə yetirilir. Həmin məktuba əlavə edilmiş SOCAR-ın “Neftqaztikinti” trestinin 23.04.2021-ci il tarixli, SOCAR**********80020123X00118 nömrəli arayışında göstərilmişdir ki, verilir xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 01.10.1997-ci il tarixində (əmr № 81/a, 20.10.1997-ci il) “Azərdənizneftinşaat" trestinin 3 saylı İxtisaslaşmış Təmir Tikinti İdarəsinə 2 nömrəli sahəyə 2-ci dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 01.06.1998-ci il tarixində (əmr № 47/a, 25.06.1998-ci il) 5 nömrəli sahəyə 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilib. 01.05.2001-ci il tarixində (əmr № 15-k, 01.05.2001-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 3 il 7 ay (üç il yeddi ay) təşkil edir. İddiaçı 01.05.2001-ci il tarixində (əmr № 01-k, 24.05.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialına 3cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 01.06.2001-ci il tarixində (əmr № 49-k, 30.04.2001-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 ay (bir ay) təşkil edir. İddiaçı 01.06.2001-ci il tarixində (əmr № 06-k, 01.06.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialına 3cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 01.08.2002-ci il tarixində (əmr № 35/k, 01.08.2002-ci il) 4-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilib. 23.05.2008-ci il tarixində (əmr № 71-k, 23.05.2008-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il 11 ay 22 gün (altı il on bir ay iyirmi iki gün) təşkil edir. “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2-ci maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın “Neftqaztikinti” trestinin tərkibinə verilib. SOCAR-ın 14.03.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən “Azərdənizneftinşaat” trestinin 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialının adı dəyışdirilərək “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. İddiaçı 26.05.2008-ci il tarixində (əmr № 23-k, 26.05.2008-ci il) “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsinə 4-cü dərəcəli asfaltbetonçu peşəsinə işə qəbul edilib. 04.11.2014-cü il tarixində (əmr № 259-k, 04.11.2014-cü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il 5 ay 8 gün (altı il beş ay səkkiz gün) təşkil edir. İddiaçı 05.11.2014-cü il tarixində (əmr № 244-k, 05.11.2014-cü il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsinə 4-cü dərəcəli asfaltbetonçu peşəsinə işə qəbul edilib, 08.01.2015-ci il tarixində (əmr № 04-k, 08.01.2015-ci il) Asfaltbeton İstehsalı sahəsinə 2-ci dərəcəli yardımçı fəhlə peşəsinə keçirilib. 07.08.2015-ci il tarixində (əmr № 201-k, 07.08.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 2 gün (doqquz ay iki gün) təşkil edir. İddiaçı 10.08.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/03-10-000175, 10.08.2015-ci il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün Asfaltbeton İstehsalı sahəsinə 2-ci dərəcəli yardımçı fəhlə peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 5 il 8 ay 13 gün (beş il səkkiz ay on üç gün) təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının (hazırda qüvvədən düşmüş) 27-ci maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), fəhlələr bəndinin (a) 2290000a-11140) əsasən zərərli şəraitdə asfaltbetonçu peşəsi üzrə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ yaradır. İddiaçı asfaltdöşəyən peşəsi üzrə iş stajı 10 il 7 ay 22 gün (on il yeddi ay iyirmi iki gün), asfaltbetonçu peşəsi üzrə iş stajı 6 il 7 ay 10 gün (altı il yeddi ay on gün), yardımçı fəhlə peşəsi üzrə iş stajı 6 il 3 ay 13 gün (altı il üç ay on üç gün) təşkil edir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin müdiri M.Abasov imzalı və möhür ilə təsdiq edilmiş 11.09.2015-ci il tarixli Asfaltbetonçu 3-cü dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində ən sadə işlərin yerinə yetirilməsi göstərilmişdir. İş nümunələri: əl paylaşdırıcısının köməyi ilə özüllərin qara büzücü materiallarla emal edilməsi. Dayaqlı tirlərin (brusların) qurulması. Asfaltbeton qarışığı və isti və soyuq vəziyyətdə qara büzücü maddələrlə emal edilmiş materialların əl ilə verilməsi və yerləşdirilməsi. Nümunələrin kəsilib çıxarılması və yarılmış yerin üstünün örtülməsi. Asfaltbeton örtüyünün çatlarının təmizlənməsi və üstünün örtülməsi. Əl və asfaltqızdırıcı və ya təmiredici qurğulardan istifadə etməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan örtüklərin kiçik təmiri. Asfaltbeton örtüyün və qara büzücü maddələrlə emal edilən materiallardan örtüyün mexanikləşdirilmiş alətlərlə sökülmə və çapılması. Örtükaltı özüllərin düzəldilməsi. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 11.09.2015-ci il tarixli Asfaltbetonçu 4-cü dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində orta mürəkkəbli işlərin yerinə yetirilməsi göstərilmişdir. İş nümunələri: Mayak və mayak reykalarını qurmaqla, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün profilləməsi və bəzəyi. Asfaltbeton və qara qarışıqla örtüyün çuxur təmiri. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 11.09.2015-ci il tarixli Asfaltbetonçu 5-ci dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi astaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində mürəkkəb işlərin icrası göstərilmişdir. İş nümunələri: Örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi. Asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü. Katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığını tənzimləmək. Asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması. Yüksək yapışma əmsallı xüsusi seçilmiş qarışıqlardan və rəngli asfaltbetondan olan örtüklərdə bəzək işlərinin aparılması. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 01.09.2015-ci il tarixli Asfalt kütləsi bişirən 4-cü dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi açıq tiyanlarda asfalt qarışıqlarının hazırlanması göstərilmişdir. İş nümunələri: Açıq tiyanlarda asfalt qarışıqlarının bişirilməsi. Elektrotermik üsulla qara büzücü materiallardan hazırlanması. Emulsiya qurğusunda bitum emulsiyasının hazırlanması. Sistern, bunker və yükünü özüboşaldan - vaqonlardan bitumun boşaldılması. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 01.09.2015-ci il tarixli Asfalt kütləsi bişirən 5-ci dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi səyyar qarışdırıcı qurğuda asfalt qarışıqlarının hazırlanması göstərilmişdir. İş nümunələri: Səyyar qarışdırıcı qurğularda asfalt qarışıqların hazırlanması. Tərkibli səthi-fəal əlavələrin hazırlanması. Rəngli asfalt qarışıqların hazırlanması. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim edilmiş SOCAR-ın “Neftqaztikinti" Trestinin 08.04.2021-ci il tarixli, SOCAR**********30490075X00125 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinə ünvanladığınız 29.03.2021-ci il tarixli 116 nömrəli müraciətinizə Trest tərəfindən müvafiq qaydada baxılmışdır. Məktubda adıçəkilən İddiaçı hal-hazırda “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində yardımçı fəhlə peşəsində çalışır. Sorğunuzda göstərilənlərə dair bildirilir ki, Tikinti, quraşdırma və təmirtikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nda (VTİSK-3) asfaltdöşəyən peşəsi əks olunmamış, asfalt beton döşəyən peşəsi göstərilmişdir. Asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də əsasən örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi, asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü, katok ilə asfalt örtüyünün yayılması, katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığının tənzimlənməsi, asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması və sair bu kimi oxşar işlər yerinə yetirilir. Həmin sorğuya əlavə edilmiş SOCAR-ın “Neftqaztikinti" trestinin 13.04.2021-ci il tarixli, SOCAR**********30490075X00129 nömrəli cavab məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinə ünvanladığınız 29.03.2021-ci il tarixli 117 nömrəli müraciətinizə Trest tərəfindən müvafiq qaydada baxılmışdır. Sorğunuzla əlaqədar ətraflı araşdırma aparılmiş, arxiv sənədlərinə baxış keçirilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, hal-hazırda "Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində yardımçı fəhlə peşəsində işləyən İddiaçı 01,06.2001-ci il tarixindən 01.08.2015ci il tarixinədək asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələrində işlədiyi müddətdə, iş yerlərinin attestasiyasının nəticələri nəzərə alınaraq, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq əmək haqqına 1.08 miqdarında (8%) artım əmsalı tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 01.03.2021-ci il tarixli, **********8 nömrəli pensiya ödənişinin dayandırılması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uygun olmayan hallar aşkar edildikdə təyin edilmış əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş 'Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) asfalt-beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən 01.10.1997-08.11.2013-cü il tarixləri arasındakı dövrlər ərzində “Azərdənizneftinşaat” trestində və “Neftqaztikintı” trestində asfaltbetonçu və asfaltdöşəyən vəzifəsində işlədiyiniz müəyyən edilmişdir. Sizin işlədiyiniz asfaltbetonçu və asfaltdöşəyən vəzifələri isə yuxarıda qeyd olunan asfalt-beton döşəyənlər vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız yoxdur. Göründüyü kimi sizə 08.11.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə 08.11.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19547,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınız xahiş edilir. Əks halda sizə artıq ödənilmiş vəsaitin bııdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən 24.12.2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş 13.11.2014-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 244-k saylı, 05.11.2014-cü il tarixli əmri ilə 1 saylı tikinti quraşdırma sahəsinə asfaltbetonçu peşəsinə işə qəbul edilib. Hal-hazırkı tarixədək həmin sahədə asfaltbetonçu peşəsində çalışır. İddiaçı 5 saylı Tikinti Quraşdırma İdarəsində ümumi əmək stajı 9 gün hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “a” bəndinə əsasən asfaltbetonçu peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Pensiya işində olan “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş aydınlaşdırıcı arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən “Azərdənizneftinşaat” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında 01.06.2001-ci ildən (əmr 6/k 01.06.2001-ci il) 23.05.2008-ci ilədək (əmr 71/k 23.05.2008-ci il) 4-cü dərəcəli asfaltdöşəyən peşəsində işləmişdir. Asfaltdöşəyən peşəsində işləyən İddiaçı işlədiyi peşə 2 saylı Siyahı üzrə səh. 190 XXVİİ bölməyə əsasən güzəştli peşə hesab edilir. Şifr 2290000a-11140. Asfaltdöşəyən və asfalt-betonçu peşəsi eyni peşədir. 14.03.2007-ci il tarixindən “Azərdənizneftinşaat” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialı “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsinin 15.08.2014-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsinin 23-k saylı, 26.05.2008-ci il tarixli əmri ilə 2 saylı sahəyə asfaltbetonçu peşəsinə işə qəbul edilib. Hal-hazırkı tarixədək həmin sahədə asfaltbetonçu peşəsində çalışır. İddiaçı Yol Tikinti Təmir İdarəsində ümumi əmək stajı 5 (beş) il, 7 (yeddi) ay, 21 (iyirmi bir) gün hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin "a" bəndinə əsasən asfaltbetonçu peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. SOCAR-ın “Neftqaztikinti” trestinin 15.12.2014-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı - 01.10.1997-ci il tarixində 20.10.1997-ci il tarixli 81 a nömrəli əmrə əsasən "Azərdənizneftinşaat" trestinin 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin (İTTİ) 2 nömrəli sahəsinə (Səngəçal) 2-ci dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilmişdir. "Azərdənizneftinşaat" trestinin 29.10.1999-cu il tarixli 93 nömrəli əmrinə əsasən 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi 6 saylı Təmir Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. İddiaçı - 01.05.2001-ci il tarixli 15/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 70-ci maddəsinin "a" bəndinə uyğun olaraq (idarənin ləğv edilməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı - 24.05.2001-ci il tarixli 1/k nömrəli əmrə əsasən "Azərdənizneftinşaat" trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilmişdir. İddiaçı - 01.06.2001-ci il tarixində "Azərdənizneftinşaat" trestinin 30.04.2001-ci il tarixli 49 nömrəli əmrinə əsasən Səngəçal sahəsi 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına təhvil verildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Güzəştli şərtlərlə ümumi əmək stajı 03 il 06 ay 20 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu maddəsinin “a” bəndinə əsasən asfalt-beton döşəyənlər güzəştli şərtlərlə pensiya hüququ verir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı 08.11.2013-cü il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən ödənilmişdir. Sonradan cavabdeh 01.03.2021-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq onun pensiya təyin edilən zaman güzəştli iş stajının olmadığını əsas gətirərək pensiyanın ödənilməsini dayandırmış və 19547,33 manat artıq pul ödənildiyini bildirərək məbləğin geri qaytarılmasını tələb etmişdir. Hazırkı iddia üzrə iddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh tərəfindən ödənilməsinin bərpa edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən dayandırılmış pensiya ödənişinin bərpa edilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, iddiaçıya pensiya təyin edilən zaman (01.07.2017-ci il tarixədək qüvvədə olmuş) qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından görünür ki, ididaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 52 yaşını 08.11.2013-cü ildə tamamlamışdır. İddiaçının 52 yaşının tamam olduğu tarixə ümumi iş stajı 34 il 03 ay 19 gün təşkil etmişdir. İddiaçının əmək fəaliyyəti barədə əmək kitabçasındakı qeydlərdən və arxiv arayışlarından müəyyən olunur ki, o 01.10.1997-ci ildən 23.05.2008-ci il tarixinədək asfaltdöşəyən peşəsində işləmişdir. Daha sonra İddiaçı 26.05.2008-ci il tarixindən 08.01.2015-ci il tarixinədək asfaltbetonçu peşəsində çalışmışdır. İddiaçının asfaltdöşəyən və asfaltbetonçu peşələri üzrə işlədiyi dövr 52 yaşının tamam olduğu 08.11.2013-cü il tarixə ümumilikdə 16 il 01 ay 09 gün təşkil edir. Hazırkı iş üzrə cavabdeh iddiaçıya təyin edilmiş pensiyanın dayandırmasının əsası kimi ona istinad etmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) asfalt-beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi asfaltbetonçu və asfaltdöşəyən peşələri adıçəkilən siyahıda qeyd edilmiş asfaltbeton döşəyənlər vəzifəsinə aid deyildir. Bu əsasdan iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli iş stajı yoxdur. Məhkəmə iddiaçının qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası, Hissə - 3 “Tikinti, quraşdırma və təmir-tikinti işləri” bölməsinə daxil olan fəhlə peşə adlarının indiyə qədər fəaliyyətdə olan peşə adları ilə müqayisəsi və dərəcələr diapazonu” da: -Asfaltbetonçu-Асфальтобетонщик; -Asfaltbetonçu-asfaltbişirən-Асфальтобетонщик варильщик; -Asfaltbeton döşəyən-Машинист укладчика асфальтобетона kimi tərcümə edilmiş və uyğunlaşdırılmışdır. Qeyd edilən Vahid tarif sorğu kitabçasının “Təmir, quraşdırma və təmir tikinti işləri” bölməsi üzrə asfaltbetonçu, asfaltbetonçu-asfaltbişirən və asfaltbeton döşəyən peşələri nəzərdə tutulmuş, asfaltdöşəyən peşəsi göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində a) fəhlələr 2290000a-11140 kodu altında asfalt - betonçular; 2290000a-11141 asfalt beton bişirənlər; 2290000a-14288, asfalt-beton döşəyicilərin maşinistləri peşələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda isə 29. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində a) fəhlələr: asfalt-beton döşəyənlər, asfalt-beton bişirənlər, asfalt-beton döşəyicilərinin maşinistləri peşələri zərərli peşə kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Pensiya işinin surətindən müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən işlədiyi iş yerindən zərərli işə dair arayışlar təqdim edilmiş, həmin arayışlarda, eləcə də hazırkı iş üzrə məhkəmənin sorğusu ilə əldə edilmiş SOCARın “Neftqaztikinti” trestinin təqdim etdiyi arayışlarında iddiaçının işlədiyi asfaltdöşəyən peşəsinin asfalt beton döşəyən peşəsi olduğu, həmin peşə ilə asfalt-betonçu peşələrinin oxşar işlərin icrası ilə, yəni gördükləri işlərin əsasən örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi, asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü, katok ilə asfalt örtüyünün yayılması, katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığının tənzimlənməsi, asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması kimi oxşar işlər yerinə yetirilməsindən ibarət olduğu göstərilmişdir. İşəgötürən qeyd edilən peşə üzrə əmək şəraitinin ağır və zərərlilik səviyyəsini nəzərə alaraq əmək haqqına 1.08 miqdarında 8% artım əmsalını tətbiq etdiyini bildirmiş və iddiaçının işlədiyi asfaltdöşəyən (asfalt beton döşəyən) peşəsi və asfaltbetonçu peşələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının (hazırda qüvvədən düşmüş) 27-ci maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), fəhlələr bəndinin (a) 2290000a-11140) əsasən zərərli şəraitdə asfaltbetonçu peşəsinə uyğun olmaqla güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Beləliklə, Ali Məhkəmənin qeyd olunan mövqeyini rəhbər tutularaq vahid tarif sorğu kitabçasında qeyd edilən asfaltbetonçu peşəsinin peşə təlimatının xüsusiyyətləri, işəgötürən “Neftqaztikinti” tresti tərəfindən iddiaçının asfaltdöşəyən peşəsi üzrə yerinə yetirdiyi əmək funksiyalarının asfatbetonçu peşəsinin yerinə yetirdiyi əmək funksiyaları ilə oxşarlığı (funksional vəzifənin - işin eyniliyi) nəzərə alındıqda iddiaçının 01.10.1997-ci ildən 23.05.2008-ci ilədək işlədiyi asfaltdöşəyən (asfaltbeton döşəyən) peşəsinin asfaltbetonçu peşəsinə uyğun olduğu müəyyən edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində a) fəhlələr 2290000a-11140 kodu altında asfalt - betonçular vəzifəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 01.10.1997-ci ildən 23.05.2008-ci ilədək işlədiyi asfaltdöşəyən və 26.05.2008-ci ildən 08.01.2015-ci ilədək asfaltbetonçu peşələri işəgötürənin arayışına müvafiq olaraq adıçəkilən 21 iyun 1993-cü il tarixli 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda - 2290000a- 11140 kodu altında asfalt - betonçular zərərli peşəsinə aiddir. Cavabdehin iddia etdiyi dəlil, yəni iddiaçının işlədiyi asfaltdöşəyən və asfaltbetonçu peşələrinin ümumiyyətlə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmuş a) fəhlələr: asfalt-beton döşəyənlər vəzifəsinə aid olmaması dəlili ilə məhkəmə razılaşmır. Belə ki, 21 iyun 1993-cü il tarixli 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda asfalt betonçular peşəsi göstərilmiş, buna uyğun olaraq “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında asfaltbetonçu peşəsi nəzərdə tutulmuşdur. Lakin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərar ilə təsdiq edilmiş siyahıda asfalt-beton döşəyənlər peşəsi nəzərdə tutulduğu halda vahid tarif sorğu kitabçasında asfalt-beton döşəyənlər vəzifəsi əks etdirilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, 21 iyun 1993-cü il tarixli 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində asfalt - betonçular peşəsi nəzərdə tutulduğu halda, 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda eyni bölmədə və eyni sırada həmin vəzifənin (asfaltbetonçu) yerinə asfalt-beton döşəyənlər vəzifəsi göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının işlədiyi peşələr tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşəsinə aid olmaqla yerinə yetirdiyi əmək funksiyalarına görə 21 iyun 1993-cü il tarixli 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda asfalt - betonçular peşəsinə, eyni zamanda 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda asfaltbetonçu peşəsinin yerinə göstərilmiş asfalt-beton döşəyənlər peşəsinə uyğundur. Peşələr üzrə adların müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılar üzrə uyğunlaşdırılmaması eyni və ya oxşar funksiyaları icra edən işçinin ziyanına təfsir və tətbiq edilə bilməz. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza əlavə olaraq bildirmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 1999-cu il tarixli 170 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısı”nda nəzərdə tutulduğundan iddiaçının həqiqətən həmin peşələrdə işləməsinin mötəbərliyi şübhəlidir. Cavabdehin qeyd edilən dəlili ilə bağlı iddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə iclasında dinlənilmiş X3 şahid qismində izahat verərkən bildirmişdir ki, o, hal-hazırda “Neftqaztiikinti” trestində asfaltdöşəyən vəzifəsində işləyir. Həmin vəzifədə 2001-ci ildən işləyir, səhhətində problem olmadığı üçün işləyə bilir. İddiaçı Aslan qızı ilə də birlikdə işləmişdir. Onlarla birlikdə işləmiş qadınlar vəfat etmişlər. Hazırda isə özü həmin sahədə işləyən tək qadındır. Əmək funksiyasına texnika olmadıqda qaynar şəkildə gətirilmiş asfaltın lapatka ilə yayılması daxildir. Ağır işdə işləməyinə görə ona 8 faiz maaşına əlavə və süd verilir. Məhkəmə iclasında X5 şahid qismində izahat verərkən bildirdi ki, o, hal hazırda “Neftqaztiikinti” trestində asfaltbetonçu vəzifəsində işləyir. Həmin vəzifədə 1996-cı il tarixdən işləyir. İddiaçı ilə bir yerdə işləmişdir. Əmək funksiyası yerə tökülən qaynar asfaltı lapatka vasitəsilə yaymaqdan ibarətdir. Məhkəmə iclasında X4 şahid qismində izahat verərəkən bildirdi ki, “Neftqaztiikinti” trestində asfaltbeton zavodunda briqada rəhbəri olmuşdur. Rəhbərlik etdiyi dövrdə İddiaçı ilə birgə işləmişdir. Həmin dövrdə mexanika olmamış, asfaltı əl ilə yayırdılar. Özünün sonuncu vəzifəsi asfaltdöşəyən olmuşdur. Həmin vəzifəyə görə hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifələrin qadın əməyinin tətbiqi qadağan olunan iş olması baxımından dəyərləndirmə hazırkı mübahisənin predmetinə daxil deyildir. Əvvəla ona görə ki, Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” Əsasnamənin 3.1.1-ci bəndində göstərilmişdir ki, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifələrindəndir. Hazırki iş üzrə mübahisə iddiaçının qadın əməyinin tətbiqi qadağan olunan iş yeri ilə bağlı işəgötürənə qarşı açılmış mübahisə deyildir. Yuxarıda da qeyd edildiyi kimi bununla bağlı dövlət nəzarətini həyata keçirmək səlahiyyəti nəzərdə tutulmuş qurum mövcuddur və həmin işin qadağan olunan iş olubolmamasını müəyyən etmək və ya bununla bağlı mübahisə açmaq həmin qurumun səlahiyyətinə aiddir. Bununla bağlı hər hansı hər hansı mübahisənin olduğu iş üzrə müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçının işlədiyi vəzifənin qadın əməyinin tətbiqi qadağan olunan iş olmasının iddia edilməsi belə yenə də iddiaçının müvafiq peşələrdə işləməsi faktını və həmin dövrün onun güzəştli iş stajına hesablanması əsasını aradan qaldırmır. Belə ki, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur. Həmin kitabçada iddiaçının asfaltdöşəyən, asfaltbetonçu peşələrində işləməsi barədə qeydlər mövcuddur, işə qəbul, işdən çıxma barədə əmrlər tarixləri, nömrəsi ilə qeyd edilməklə işəgötürən tərəfindən möhürlə təsdiqlənmişdir. Bundan əlavə, işəgötürən tərəfindən iddiaçının müvafiq peşələrdə işləməsi ilə bağlı arxiv arayışları da təqdim edilmişdir. İddiaçı qeyd edilən peşələr üzrə əmək haqqı almış, iş yerinin zərərliliyinə görə onun əmək haqqına əlavələr verilmişdir. İddiaçının işlədiyi müddətdə vəzifə funksiyalarını həmin peşələrin təyinatına uyğun düzgün icra edib-etməməsinə qiymət vermək və ya bununla bağlı mübahisə açmaq isə işəgötürənin bilavasitə səlahiyyətinə aid olan məsələdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd edilənləri nəzərə alaraq hesab edilir ki, iddiaçının adıçəkilən peşələrdəki əmək stajını şübhə altına alan hər hansı hal iş üzrə müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, müəyyən olunur ki, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə hərəkətləri əsassız olmuş, iddiaçının qanunla qorunun pensiya təminatı hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5486/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5486/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver