Məhkəmə qərarları › İş №2-1(112)-5486/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5486/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5486/2024 01.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X20 və X13) qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atası Şabanov X8 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 sayılı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X26 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müracət etmışdır. Ancaq xx.xx.2022-ci il tarixdə, **********03 sayılı məktubla ərizəsinə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş almışdır. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, cavab məktubunda qeyd olunur ki, babasına məxsus olan həmin fərdi yaşayış evi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra vərəsəlik qaydasında rəsmiləşdirilərək digər fiziki şəxsin mülkiyyətinə verilmişdir. Bildirir ki, bu vaxta qədər nə iddiaçı, nə də ki digər ailə üzvləri vərəsəlik dairəsinin müəyyənləşməsinə dair heç bir notarius ofislərinə müraciət etməmişdir. Həmçinin, imtina məktubunda bildirilir ki, elektron kadastr məlumatına əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Halbuki, həmin ərazidə neft hasilatını həyata keçirən heç bir buruq və ya neft çıxarma qurğuları mövcud deyildir. İddiaçının və qonşularının ərazisində də belə qurğular mövcud deyildir. Ümumiyyətlə, həmin ərazilərdə heç vaxt neft hasilatı işləri aparılmamışdır. Onların yaşadığı evlərdə əvvəl ata-babaları və ulu babaları yaşamışlar. Həmin ərazilərdə heç vaxt neft yatağı olmamışdır və faktiki olaraq, həmin ərazilər hər zaman onların istifadəsində və mülkiyyətində olmuşdur. Həmin torpaq sahələri heç vaxt neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olmamışdır. Həmçinin, imtina məktubunda texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahənin perimetrik ölçülərində və konfiqurasiyasında uyğunsuzluğun möcudluğu göstərilmişdir. Bildirir ki, istifadəsində və mülkiyyətində olan həmin torpaq səhəsində heç bir konfiqirasiya pozulmamışdır. Belə hesab edir ki, mərhum atasından miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X20 və X13 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********03 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü il tarixində tərtib edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evi digər fiziki şəxsin (X56) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra vərəsəlik qaydasında X20 və X3 adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X21 və X3 mülkiyyətindədir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisində yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş texniki pasport fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçı və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 1880-ci ildə tikilmiş Balaxanı, Lenin yaşayış məntəqəsi, Bolşevik 45 ünvanda yerləşən daşınmaz əmlaka dair aprel 1963-cü ildə X80 və Şabanov X16 adına Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport tərtib edilmişdir. Texniki pasportda A tikilisi, cəmi tikilinin sahəsi 151.4 kv.m, cəmi meydançanın sahəsi 278.4 kv.m göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş görünür ki, 1880-ci ildə tikilmiş Balaxanı, Lenin yaşayış məntəqəsi, Bolşevik 45 ünvanda yerləşən daşınmaz əmlaka dair oktyabr 1980-ci ildə X80 və Şabanov X16 adına Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun üzərində düzəliş edilərək X80 və Şabanov X16 adları mötərizəyə alınaraq həmin adların altından X62 adı yazılmışdır. Texniki pasportda A tikilisi, cəmi tikilinin sahəsi 84.10 kv.m, cəmi meydançanın sahəsi 278.4 kv.m göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən xx.xx.1975-ci il tarixli çıxarışa əsasən Balaxanı, Bolşevik 45 ünvanda yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüquqları X35 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 020520 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Bolşevik küçəsində üç otaq 4.7 yaşayış sahəsi, 83.4 ümumi sahəsi olan 45 nömrəli fərdi yaşayış evi X35 adına xx.xx.1975-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014cü il tarixli Qanun üzrə Vərəsəlik haqqında Şəhadətnaməyə əsasən xx.xx.1962-ci ildə vafət etmiş X62 vərəsələri ünvan 1-də gəlini- X20 və nəvəsi X13 hər biri ½ hissə olmaqla mirasdan irs almışlar. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi ünvanında yerləşən ümumi sahəsi 73.3 kv.m olan 45 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə (hər birinin payı ½ hissə) X20 və X3 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının Balaxanı Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliynin 136 nömrəli xx.xx.2023-cü il tarixli Arayışına əsasən X56 Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Dirçəliş (Bolşevik küçəsi) 45 saylı evdə vəfat edən günə kimi xx.xx.1962-ci il qeydiyyatda olub yaşayıb. 2. Həyat yoldaşı X9 -1889 təv.-1981-ci il vəfat edən günə kimi qeyd olunan ünvanda qeydiyyatda olub yaşayıb. 2. Oğlu-Şabanov X28-1917 təv.-1973 ilə kimi qeydiyyatda olub. 3. Oğlu-Şabanov X29- 1924 təv.- vəfat edən günə kimi 1967-ci il qeydiyyatda olub yaşayıb. 4. Qızı-X17-1926 təv.-1987-ci ilə kimi qeydiyyatda olub. 5. Oğlu- Şabanov X30-1929 təv.-1964-cü ilə kimi qeydiyyatda olub. 6. Oğlu-X18- 1935 təv.-vəfat edən günə kimi 1993-cü il qeyd olunan ünvanda qeydiyyatda olub yaşayıb. 7. X7-1926 təv.-1991-ci ilə kimi qeydiyyatda olub, yaşayıb. 8. Nəvəsi X13-1977təv.-vəfat edən günə kimi-2017-ci il qeyd olunan ünvanda qeydiyyatda olub yaşayıb. 9. Nəvəsi-X10-1960 təv.vəfat edən günə kimi 2014 il qeyd olunan ünvanda qeydiyyatda olub yaşayıb. Hal-hazırda qeyd olunan ünvanda qeydiyyatdadır: 1.nəvəsi-Şabanov X52-1964 təv. 2.X1- 1940 təv. 3. Oğlunun gəlini-X65 qrzı-1966 təv. 4.Oğlunun gəlini-X36-1964 təv. 5.X11 oğlu-1988 təv. 6.Nəticəsi - X12 qızı 1985-ci il. 7.X6 qızı- 1994 təv. 8.X2 qızı-1991 təv. 9.Nəticəsinin oğlu- X53-2012 təv. 10.Nəticəsi- X22 1994-cü il. 11.Nəticənin qızı- X39 2010-ci il. 12.X23, 1992ci il. 13.Nəticənin qızı- X40 2019-cu il. İş materiallarına əlavə edilmiş 12 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1243 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında xx.xx.1967-ci ildə vəfat etmiş atası Şabanov X19 adına vərəsəlik işi açılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki, X20 və başqalarının adına xx.xx.2014-cü ildə tərtib edilmiş ünvan 1 ünvanında yerləşən 45 nömrəli fərdi yaşayış evinə dair texniki pasportu tərtib edilmiş, Texniki Pasportda həmin ünvanda yerləşən fərdi yaşayış evinin 1880-ci ildə tikildiyi, ümumi sahəsinin 73.3 kv.m olduğu qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyətini əks etdirən xx.xx.2022ci il tarixli müayinə (baxış) aktına əsasən fərdi yaşayış evi bir mərtəbəlidir. İki yaşayış otağından və köməkçi sahələrdən ibarətdir. Fərdi yaşayış evi paylı mülkiyyətdədir. Texniki pasportda qeyd edilmiş, ərazidəki köməkçi tikililər sökülmüşdür və sonradan ərazidə həyət tikililəri, evə bitişik şəkildə köməkçi otaqlar inşa edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsi texniki pasporta əsasən 0.02488 ha olsa da, faktiki olaraq 0.03325 ha təşkil edir. Torpaq sahəsinin üzərində mövcud olan ümumi sahəsi 73.3 kv.m olan fərdi yaşayış evi **********12-10301 reyestr nömrəsi ilə X3 (1/2 hissə olmaqla) və X5 (1/2 hissə olmaqla) xüsusi mülkiyyətindədir. Faktiki olaraq mövcud olan fərdi yaşayış evinin ölçüsü və yerləşməsi texniki pasport ölçüləri ilə uyğundur (torpaq sahəsinin yerləşməsi istisna olmaqla). Qeydiyyata alınan “A” literli fərdi yaşayış evi ilə faktiki olaraq payçılar arasında istifadə olunan fərdi yaşayış evi eynidir. Sözügedən fərdi yaşayış evi iki hissəyə bölünüb. Fərdi yaşayış evinə dair texniki pasportda göstərilən 7 saylı sahə və qarşısındakı açıq eyvan sahəsi bağlanaraq köməkçi sahə kimi istifadə olunur. Bundan əlavə torpaq sahəsində əlavə tikintialtı sahəsi 33.0 kv.m olan yaşayış evi inşa olunmuşdur. Həmin yaşayış evinin yerləşdiyi sahənin ayrı giriş-çıxışı olmaqla daş hasarla ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən tərəfinizdən təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü il tarixində tərtib edilən "Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun”da göstərilən fərdi yaşayış evi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlə reyestrində qeydiyyata alınmış, daha sonra vərəsəlik qaydasında rəsmiləşdirilərək digər fiziki şəxsin mülkiyyətinə verilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən topraq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisində yerləşir. Nəzərinizə çatdırmaq istərdik ki, tərəfinizdən təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü il tarixində tərtib edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun”da göstərilən X4 əlaqəli sənədləri təqdim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 45 nömrəli fərdi yaşayış evinə dair 1963-cü ildə X46 Xanım Ana və Şabanov X16 adına, daha sonra 1980ci ildə həmin Texniki Pasportda düzəliş edilərək, X62 adına dəyişdirilmişdir. Qeyd edilən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları ilk öncə tam X62 adına daha sonra onun vərəsələri X20 və X3 adına paylı mülkiyyət hüququ ilə (hər birinin payı ½ hissə) qeydiyyatdan keçmişdir. Hazırkı iddiasında iddiaçı mərhum atası Şabanov X8 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. İddiaçı mərhum atası Şabanov X8 miras qalmış fərdi yaşayış evinə dair hüquqların qeydiyyata alınmasını tələb etsə də, Şabanov X19 adına qeyd edilən fərdi yaşayış evinə dair yalnız 1963-cü ildə tərtib edilmiş Texniki Pasport mövcud olmuş, lakin həmin Texniki Pasportda sonradan düzəliş edilərək X62 adına qeyd edilmiş və həmin ev X62 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş müayinə (baxış) aktından və məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfidən təqdim edilmiş məktublardan müəyyən edilir ki, iddiaçının iddia etdiyi, ona mərhum atası Şabanov X8 miras qalan fərdi yaşayış evi iddiaçının babası mərhum X62 adına qeydiyyatdan keçmiş fərdi yaşayış evi ilə eyni evdir. Təqdim edilmiş hər üç texniki pasportda sözügedən ünvanda 1 fərdi yaşayış evinin- A tikilisi olduğu qeyd edilməklə, əlavə fərdi yaşayış evinin oluğu öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçının iddia etdiyi fərdi yaşayış evi artıq başqa şəxslərin (iddiaçının babası X62, daha sonra isə onun vərəsələri X20 və X3) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı 1963-cü ildə tərtib edilmiş Texniki Pasportda öz əksini tapan 1880-ci ildə tikilmiş fərdi yaşayış evinin deyil, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsində sonradan inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyatdan keçməsini tələb edirsə, bu halda sonradan inşa edilmiş fərdi yaşayış evinə dair mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı tərəfindən isə belə sənədlərin təqdim edilməsi müəyyən edilmir. İddiaçı sonradan inşa edilən tikiliyə dair hüquqların qeydiyyata alınmasını iddia etdiyi təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırma icraatının başlanılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-cimaddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim etməlidir, hazırkı işdən isə iddiaçının belə bir müraciətinin olması və hüquqmüəyyənedici sənədlərin olması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada məlumat verilməsi təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; -8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılması ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlər aşkar olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26- dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; -2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; -2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; -2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); -2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; -2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; -2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, 1963-cü ildə tərtib edilmiş Texniki Pasportda öz əksini tapmış və 1880-ci ildə tikilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqları artıq başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyindən, iddiaçının həmin fərdi yaşayış evinin onun adına rəsmiləşdirilməsi, eləcə də eyni ünvanda iddiaçı tərəfindən sonradan inşa edilən tikiliyə dair hüquqların qeydiyyata alınması üçün yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədlər mövcud olmadığından, iddiaçının həmin fərdi yaşayış evinin də onun adına rəsmiləşdirilməsi ilə bağlı tələbi əsassızdır. Məhkəmə iddia edilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsas ilə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəldiyindən əlavə olaraq göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisində yerləşməsi ilə bağlı dəlilinə hüquqi qiymət verməyə zərurət görməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar