Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5487/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X34 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X12 Cavabdeh Bakı şəhəri Cavabdehin nümayəndəsi X26, 3-cü şəxslər X13 və Vəkil3 iştirakları ilə, İddiаçı İddiaçı MMC-nin cаvаbdеh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cаvаbdеh Bakı şəhəri Cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən verilmiş 19.09.2017-ci il tarixli, 382 nömrəli, 31.07.2017-ci il tarixli 322 nömrəli, 31.07.2017-ci il tarixli, 323 nömrəli, 17.07.2017-ci il tarixli 307 nömrəli, 15.06.2018-ci il tarixli 067 nömrəli, 26.01.2017-ci il tarixli 49 nömrəli, 04.09.2018-ci il tarixli, 337 nömrəli, 26.01.2017-ci il tarixli, 50 nömrəli, 30.10.2018-ci il tarixli, 358 nömrəli, 03.11.2017-ci il tarixli, 439 nömrəli sərəncamların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərar qəbul edilmişdir. Bakı şəhərinin təsdiq olunmuş Baş planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonu ərazisində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə, Bakı şəhəri Cavabdeh başçısı 430 nömrəli 12.12.2016-cı il tarixli Sərəncamı ilə 3.82 ha torpaq sahəsi təsisçisi olduğu İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Yuxarıda qeyd etdiyi normativ aktların tələbləri çərçivəsində İddiaçı MMC tərəfindən yuxarıda qeyd etdikləri ünvandakı evlərin (mənzillərin) mülkiyyətçiləri ilə müqavilələr bağlanaraq 300-ə yaxın ailə kirayə evlərə köçürülmüş, qəzalı vəziyyətdə olan mənzillər sökülmüş və çoxmənzilli yaşayış binalarının inşasına başlanılmışdır. ünvan 1 ünvandakı ərazi Pilot Layihənin həyata keçirilməsi üçün Cavabdehin 12.12.2016-cı il tarixli Sərəncamı əsasında İddiaçı MMC-yə veriləndən sonra, bir qrup şəxs həmin ərazidə mövcud olan ağacların ətrafını taxta materiallarla bağlayaraq, guya mənzil kimi istifadə etmələrini qələmə vermişlər, həmin daxmalara (gecəqondulara) Cavabdeh tərəfindən guya həmin mənzillərin kirayəçisi olan şəxslərlə kirayə müqavilələrinin adlarına rəsmiləşdirilməsinə dair Sərəncamlar verilmişdir. Həmin Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanı ərazisində 2017-2018-ci illər ərzində verilmiş Sərəncamda qeyd edilən mənzillər olmayıb, əgər mənzil olsaydı belə orada mənzil nömrələrinə uyğun mövcud bina olmuş olardı. Həmin Sərəncam verilən tikililər tikintiyə yararlı olmayan taxta və digər tez məhv olan materiallardan kustar üsulla yığılmışdır. Bütün bu hərəkətlər şirkətdən əlavə pulların alınması niyyəti ilə həyata keçirilmişdir. Sərəncam verilən “mənzil” sahəsinin ortasında yaşı 100-dən çox olan böyük gövdəli tut ağacı vardır. Həmin ağacın ətrafı isə taxta qırıqları ilə hasara alınıb, yaşayış sahəsi görüntüsü yaradılıb. Sərəncam verilən hər bir yaşayış sahəsinin hər biri bir ağaca bağlıdır. Belə olduğu halda orada hansı bina olub ki, həmin binanın mənzilləri də olsun.Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 2009-cu ildən qüvvəyə minən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbinə əsasən yerli icra hakimiyyəti orqanları fiziki və hüquqi şəxslərlə yalnız sosial kirayə müqaviləsi bağlamaq səlahiyyətinə malikdirlər. Hər hansı yaşayış sahəsinə dair daimi mülkiyyətə verilməsinə dair müqavilə bağlamaq, sərəncam vermək səlahiyyətlərinə malik deyildir. Qeyd etdikləri ünvan üzrə isə ümumiyyətlə, sərəncam verilə bilməzdi, çünki sərəncamlarla qeyd edilən ünvan 2016-cı ildə İddiaçı MMC-nin istifadəsinə verildiyi halda 2017-2018-ci illərdə həmin ünvan üzrə başqa şəxslərin adlarına sərəncamlar verilib.İcra hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində Pilot layihə çərçivəsində dövlətin və vətəndaşların qarşısındakı öhdəlikləri yerinə yetirə bilmirlər. Layihənin həyata keçirilməsində yaranmış süründürməçilik hallarının nəticəsi olaraq, bu günkü gündə qarşıya qoyulmuş tikinti planları geriləməkdədir və bu layihənin vaxtında həyata keçirilməsinə maneə yaradır. Bakı şəhəri Cavabdehə müraciət edərək Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanı ərazisinə aid olan 2017-2018-ci illər ərzində verilmiş 19.09.2017-ci il tarixli, 382 nömrəli, 31.07.2017-ci il tarixli 322 nömrəli, 31.07.2017-ci il tarixli, 323 nömrəli, 17.07.2017-ci il tarixli 307 nömrəli, 15.06.2018-ci il tarixli 067 nömrəli, 26.01.2017-ci il tarixli 49 nömrəli, 04.09.2018-ci il tarixli, 337 nömrəli, 26.01.2017-ci il tarixli, 50 nömrəli, 30.10.2018-ci il tarixli, 358 nömrəli, 03.11.2017-ci il tarixli, 439 nömrəli sərəncamların ləğv edilməsini xahiş etmişlər. Lakin Cavabdeh 17.02.2021-ci il tarixli məktubla müraciətlərinə imtina cavabı vermişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5487/2021 nömrəli, 09.04.2021-ci il tarixli qərardadı ilə X17, X29, X5, X27, X18, X20, X21, X14, Vəkil3, X10 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İş üzrə cavabdeh Bakı şəhəri Cavabdeh Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ №-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı ıl tarixli 86 №-li Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi müvafiq ərazi aidiyyəti üzrə Cavabdehə (RİH) tapşırılmışdır. Həmin Qərarın 1.1ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə və verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən X37 icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının 12.12.2016-cı il tarixli 430 №-li Sərəncamı ilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 3,82 ha torpaq sahəsinin İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə İddiaçı MMC arasında 19.12.2016-cı il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər «Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Bu tədbirin həyata keçirilməsində Nərimanov RİH yaxından iştirak etmiş və bu istiqamətdə RİH-in müstəsna xidmətləri olmuşdur. Nərimanov RİH başçısının 12.12.2016-cı il tarixli 430 №-li Sərəncamı ilə ((bundan sonra Sərəncam).1. Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov. Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi,2. Rayonun Təbriz F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə “İNTEKS" MMC-yə aşağıdakılar həvalə edilməsi,2.1. İddiaçı MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi,2.2. Ayrılmış torpaq sahəsinə İddiaçı MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüquq əldə edilməsi,2.3. Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması,2.4. Tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması İddiaçı MMC-yə tapşırılması,2.5. Ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə Baş Plan işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla İddiaçı MMC-nin vəsaiti hesabına həyata keçirilməsi,2.6. Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən binaları sökülməsi nəzərdə tutulmuşdur. Təbriz küçəsi 10 ünvan üzrə mənzillərə münasibətdə bildirilir ki, sözügedən mənzillər ötən əsrin 90-cı illərində vətəndaşların köçürülməsi təkcə mülkiyyətçilərə münasibətdə yox, bütün sakinlərə münasibətdə nəzərdə tutulmuşdur və mübahisə predmeti olan Nərimanov RİH başçısının sərəncamları üzrə mövcud istifadə vəziyyətində həmin mənzillərdə yaşayan sakinlərin adlarına sənədləşdirilən mənzillər Nazirlər Kabinetinin sözügedən Qərarında qeyd edilən qəbildən olan mənzillərdir və hesab edirlər ki, həmin mənzillər üzrə qəbul edilmiş sərəncamlar işin mahiyyətini dəyişdirmir və İddiaçı MMC-nin hüquqlarını pozmur. Qeyd etdikləri kimi Nərimanov RİH-in 12.12.2016-cı il tarixli 430 №-li Sərəncamının 2.1-ci maddəsi ilə İddiaçı MMC-yə torpaq sahəsinin yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi tapşırılmışdır və sözügedən mənzillərə dair MMC tərəfindən bu və ya digər şəxslərə qarşı hər hansı pretenziya edilməmişdir. Həmin mənzillər mövcud istifadə vəziyyətində RİH başçısının diskresion səlahiyyətləri daxilində müvafiq sərəncamlarla orada yaşayan şəxslərin adına sənədləşdirilmişdir. Qeyd edilənlərlə əlaqədar iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. 3-cü şəxs X27 izahatında iddia tələbinin əsassız olduğunu, 2008-ci ildən yaşlı anası ilə birlikdə həmin mənzildə yaşadığını, mənzil üzrə kommunal ödənişləri həyata keçirdiyini bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. 3-cü şəxs Vəkil3 izahatında iddia tələbinin əsassız olduğunu, Təbriz küçəsindəki 10 nömrəli evin 3 nömrəli mənzili üzrə 2017-ci ildə qohumu X6 ilə kirayə müqaviləsi bağlandığını, daha sonra 2018-ci ildə həmin kirayə müqaviləsinin onun adına dəyişdirildiyini, daha əvvəldən 2003-2019-cu illərdə həmin mənzildə yaşadığını, kommunal ödənişləri həyata keçirdiyini bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər X17, X29, X5, X18, X20, X21, X14 və X10 məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarında olan Cavabdeh başçısının nümayəndəsi tərəfindən təqdim olunmuş 29 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı MMC 2 fevral 2021 -ci il tarixli 16 №-li məktubla Cavabdehə (RİH) müraciət edərək, Təbriz küçəsi, 10 ünvana dair ayrı-ayrı şəxslərə verilmiş Sərəncamların surətinin İddiaçı MMC-yə verilməsinə müvafiq göstəriş verilməsini və həmin Sərəncamların ləğv edilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar, mübahisəli ərazidə hazırki mübahisə predmetı olan 8 mənzil üzrə ayrı-ayrı şəxslərin adlarına verilmiş olan ilkin sərəncamların həmin mənzillərdən 3-nün özgəninkiləşdirilməsı ilə əlaqədar dəyişdirilməsi səbəbindən bütün sərəncamların müəyyən edilməsində gecikmələr olmuşdur. Nərimanov RİH 17.02 2021-ci il tarixli 1/96 Ns-li məktubla sərəncamların ləğvindən imtina etmiş, müəyyən edilmiş 5 mənzil üzrə sərəncamların surətlərinin müraciət sahibinə təqdim edilməsi barədə məktub tərtib etmişdir. “İNTEKS" MMC-nın etibarnaməli nümayəndəsi T.Qənbərovun tələbi ilə mübahisə predmeti olan bütün 8 mənzil üzrə bütün sərəncamlar müəyyən edilmiş və 15 mart 2021-ci il tarixdə 17.02.2021-ci il tarixli məktub ona əlavə edilmiş 8 sərəncam ilə birlikdə T.Qənbərova təqdim edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi isə məhkəməyə 05.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Bakı şəhəri Cavabdeh başçısının 430 nömrəli, 12.12.2016-cı il tarixli “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının 49 nömrəli 26.01.2017-ci il tarixli Təbriz küçəsindəki, 10 №-li evin 2 №-li mənzilinin kirayə müqaviləsinin vətəndaş Y.K. Süleymanovun adına bağlanması haqqında” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz küçəsindəki, 10 №-li evin, ümumi sahəsi 32,0 kv.m., yaşayış sahəsi 29,0 kv.m., olan 2 otaqlı 2 №-li mənzlinə ailə tərkibi 1 nəfər (özü) olmaqla Y.K. Süleymanovun adına kirayə müqaviləsi bağlanması və X7 həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh Başçısının 50 nömrəli, 26.01.2017-ci il tarixli “Təbriz küçəsindəki, 10 №-li evin 3 №-li mənzilinin kirayə müqaviləsinin vətəndaş M.M.Şıxəliyevanın adına bağlanması haqqında” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz küçəsindəki, 10 №-li evin, ümumi sahəsi 29.0 kv.m., yaşayış sahəsi 26,0 kv.m., olan 2 otaqlı 3 №-li mənzilinə ailə tərkibi 1 nəfər (özü) olmaqla M.M.Şıxəliyevanın adına kirayə müqaviləsi bağlanması və X2 həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh Başçısının 307 nömrəli, 17.07.2017-ci il tarixli “Təbriz küçəsindəki, 10 №-li evin 7 №-li mənzilinin kirayə müqaviləsinin vətəndaş X1 adına sənədləşdirilməsi barədə” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz küçəsindəki, 10 №-li evin, ümumi sahəsi 38.5 kv.m., yaşayış sahəsi 28,5 kv.m. olan 2 otaqlı 7 №-li mənzilinin kirayə müqaviləsi vətəndaş X1 adına sənədləşdirilməsi və onun ailə tərkibi 1 nəfər (özü) olmaqla həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Bakı şəhər Cavabdeh Başçısının 322 nömrəli, 31.07.2017-ci il tarixli “Təbriz küçəsindəki, 10 №-li evin 9 №-li mənzilinin kirayə müqaviləsinin vətəndaş X4 adına sənədləşdirilməsi barədə” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz küçəsindəki, 10 №-li evin, ümumi sahəsi 32.4 kv.m., yaşayış sahəsi 21,0 kv.m. olan 2 otaqlı 9 №-li mənzilinin kirayə müqaviləsi X4 adına sənədləşdirilməsi və onun ailə tərkibi 1 nəfər (özü) olmaqla 2008-ci ildən həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Bakı şəhər Cavabdeh Başçısının 323 nömrəli, 31.07.2017-ci il tarixli “Təbriz küçəsindəki, 10 №-li evin 8 №-li mənzilinin kirayə müqaviləsinin vətəndaş X11 adına sənədləşdirilməsi barədə” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz küçəsindəki, 10 №-li evin, ümumi sahəsi 39.5 kv.m. yaşayış sahəsi 22,0 kv.m. olan 2 otaqlı 8 №-li mənzilinin kirayə müqaviləsi X11 adına sənədləşdirilməsi və onun ailə tərkibi 1 nəfər (özü) olmaqla 2008-ci ildən həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Bakı şəhər Cavabdeh Başçısının 382 nömrəli, 19.09.2017-ci il tarixli “Təbriz küçəsindəki, 10 №-li evin 12 №-li mənzilinin kirayə müqaviləsinin vətəndaş X9 adına sənədləşdirilməsi barədə” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz küçəsindəki, 10 №-li evin, ümumi sahəsi 41.0 kv.m., yaşayış sahəsi 32,0 kv.m. olan 2 otaqlı 10 №-li mənzilinin kirayə müqaviləsi X9 adına sənədləşdirilməsi və onun ailə tərkibi 1 nəfər (özü) olmaqla 2008-ci ildən həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh Başçısının 439 nömrəli, 03.11.2017-ci il tarixli “Təbriz küçəsindəki, 10 №-li evin 11 №-li mənzilinin kirayə müqaviləsinin vətəndaş X3 adına sənədləşdirilməsi barədə” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz küçəsindəki, 10 №-li evin, ümumi sahəsi 15.0 kv.m., yaşayış sahəsi 10,0 kv.m. olan 1 otaqlı 11 №-li mənzilinin kirayə müqaviləsi vətəndaş X3 adına sənədləşdirilməsi və onun ailə tərkibi 1 nəfər (özü) olmaqla 2008-ci ildən həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Bakı şəhər Cavabdeh Başçısının 267 nömrəli, 25.06.2018-ci il tarixli “Təbriz küçəsindəki, 10 №-li evin 12 №-li mənzilinin kirayə müqaviləsinin vətəndaş X16 adına sənədləşdirilməsi barədə” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz küçəsindəki, 10 №-li evin, ümumi sahəsi 28.6 kv.m., yaşayış sahəsi 14,8 kv.m., olan 1 otaqlı 12 №-li mənzilinin kirayə müqaviləsi X16 adına sənədləşdirilməsi və onun ailə tərkibi 1 nəfər (özü) olmaqla 2008-ci ildən həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh Başçısının 337 nömrəli, 04.09.2018-ci il tarixli “Təbriz küçəsindəki, 10 №-li evin 3 №-li mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi barədə” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz küçəsindəki, 10 №-li evin, 2 otaqlı, yaşayış sahəsi 26,0 kv.m., ümumi sahəsi 29.0 kv.m., olan 3 №-li mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi, Vəkil3 həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh Başçısının 358 nömrəli, 03.10.2018-ci il tarixli “Təbriz küçəsindəki, 10 №-li evin 11 №-li mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi barədə” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz küçəsindəki, 10 №-li evin, 1 otaqlı, yaşayış sahəsi 10,0 kv.m., ümumi sahəsi 15,0 kv.m., olan 11 №-li mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi və X19 həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Bakı şəhər Cavabdeh Başçısının müavini tərəfindən İddiaçı təsisçilərinə ünvanlanmış 07.04.2021-ci il tarixli İ-40/2-071/2 İ-40-071 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ №-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi müvafiq ərazi aidiyyəti üzrə Cavabdehə (RİH) tapşırılmışdır. Həmin Qərarın 1.1.ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri- yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.3.-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən X37 icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının 12.12.2016-cı il tarixli 430 №-li Sərəncamı ilə rayonun Təbriz. F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 3,82 ha torpaq sahəsinin İddiaçı MMC -nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə İddiaçı MMC arasında 19.12.2016-cı il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Bu tədbirin həyata keçirilməsində Nərimanov RİH yaxından iştirak etmiş və bu istiqamətdə RİH-in müstəsna xidmətləri olmuşdur. Nərimanov RİH başçısının 12.12.2016-cı il tarixli 430 №-li Sərəncamı ilə Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3.82 ha torpaq sahəsi “İNTEKS" MMC-nin daimi istifadəsinə verilməsi, 2. Rayonun Təbriz F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyriyaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə İddiaçı MMC-yə aşağıdakılar həvalə edilməsi, 2.1. “İNTEKS" MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, 2.2 Ayrılmış torpaq sahəsinə İddiaçı MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüquq əldə edilməsi, 2.3. Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması, 2.4. Tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması İddiaçı MMC-yə tapşırılması, 2.5. Ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə Baş Plan işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla İddiaçı MMC-nin vəsaiti hesabına həyata keçiirilməsi, 2.6. Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binaları sökülməsi nəzərdə tutulmuşdur. Qarabağ küçəsi 5,7, Ə.Əlizadə küçəsi 2,3 ünvanda yaşayan 25-ə yaxın mənzil sahiblərinin (istifadəçilərinin) həmin ərazidən köçürülmələri ilə bağlı yaranmış problemlə əlaqədar bildirilir ki, həmin şəxslərə mülki iş münasibətdə mübahisə predmeti artıq tərəfinizdən məhkəmə müstəvisinə çıxarılmış və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin icraatındadır. (İş № 2(005)-3865/2020, hakim K.Əmirxanova), Sözügedən iş üzrə Nərimanov RİH mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir və həmin işdə Nərimanov RİH inzibati orqan olaraq işin müsbət həlli üçün hər cür hüquqi yardım (dəstək) göstərilməkdədir. Təbriz küçəsi 10 ünvan üzrə mənzillərə münasibətdə bildirilir ki, sözügedən mənzillər ötən əsrin 90-cı illərində vətəndaşlar tərəfindən müxtəlif inşaat elementlərdən (əsasən taxta, taxta lövhələr, fənərlər və s) tikilmişdir Həmin mənzillər mövcud istifadə vəziyyətində RİH başçısının diskreksion səlahiyyətləri daxilində müvafiq sərəncamlarla orada yaşayan şəxslərin adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirlər ki, Təbriz küçəsi, 10 №-li ünvan üzrə Nərimanov RİH başçısının Sərəncamların tərəfimizdən ləğv edilməsi yolverilməzdir. Bu məsələ ələqədar məhkəməyə müraciət etməyi tövsiyə olunur. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 07.10.2021ci il tarixdə verilmiş arayışlardan görünür ki, X17 ünvan 6 ünvanda, X29 Bakı şəhəri, Ak.H.Əliyev küçəsi, ev 106, m.48 ünvanda, X15 ünvan 8 ünvanda, X27 ünvan 9 ünvanda, X18 ünvan 10 ünvanda, X20 ünvan 11 ünvanda, X21 ünvan 12 ünvanda, X14 ünvan 13 ünvanda və X8 ünvan 14eydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 430 nömrəli, 12.12.2016-cı il tarixli “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamına əsasən Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsinin İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan qərarın icrası ilə əlaqədar, Nərimanov RİH ilə İddiaçı MMC arasında 19.12.2016-cı il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Hazırda iddiaçı həmin ünvanda yaşayan X17, X29, X5, X27, X18, X20, X21, X30 qızı, Vəkil3 və X10 ilə Cavabdeh arasında mənzil kirayə müqaviləsi bağlanmasına dair Cavabdehin 19.09.2017ci il tarixli, 382 nömrəli, 31.07.2017-ci il tarixli 322 nömrəli, 31.07.2017-ci il tarixli, 323 nömrəli, 17.07.2017-ci il tarixli 307 nömrəli, 15.06.2018-ci il tarixli 067 nömrəli, 26.01.2017-ci il tarixli 49 nömrəli, 04.09.2018-ci il tarixli, 337 nömrəli, 26.01.2017-ci il tarixli, 50 nömrəli, 30.10.2018-ci il tarixli, 358 nömrəli, 03.11.2017-ci il tarixli, 439 nömrəli sərəncamların ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarının 1 və 1.1-ci bəndinə əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin həyata keçirmələri qərara alınmışdır. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (14.1, 14.2, 14.3) Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindəndir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Beləliklə, iddiaçının mübahisələndirdiyi sərəncamların ləğvi üçün əsas olaraq istinad etdiyi Cavabdeh başçısının 430 nömrəli 12.12.2016-cı il tarixli Sərəncamında Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi nəzərdə tutulsa da, eyni zamanda həmin ünvanda yerləşən yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi nəzərdə tutulmuşdur. Belə olan təqdirdə cavabdeh Bakı şəhəri Cavabdehin Bakı şəhəri Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən verilmiş 19.09.2017-ci il tarixli, 382 nömrəli, 31.07.2017-ci il tarixli 322 nömrəli, 31.07.2017-ci il tarixli, 323 nömrəli, 17.07.2017-ci il tarixli 307 nömrəli, 15.06.2018-ci il tarixli 067 nömrəli, 26.01.2017-ci il tarixli 49 nömrəli, 04.09.2018-ci il tarixli, 337 nömrəli, 26.01.2017-ci il tarixli, 50 nömrəli, 30.10.2018-ci il tarixli, 358 nömrəli, 03.11.2017-ci il tarixli, 439 nömrəli sərəncamları 430 nömrəli 12.12.2016-cı il tarixli Sərəncama zidd olmamış və iddiaçının hüquqlarını da pozmamışdır. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cаvаbdеh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cаvаbdеh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5487/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5487/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver