Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5487/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı X4 Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "əmrdə dəyişdirilməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (ikinci Qarabağ müharibəsində) iştirak etdiyinə görə ona qanunvericiliyin tələblərinə uyğun olaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə onu Füzulinin və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilməsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin X3 komandirinin 0331 saylı xx.xx.2021-ci il tarixli əmrində dəyişiklik edilərək yeni redaksiyada verilməsini və öz arzusu ilə ehtiyata buraxılmağının mütləq şərt kimi göstərilməsi haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeçiliyində olan hərbi hissələrdə xidmət etmiş, ikinci Qarabağ müharibəsində Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ugrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, daha sonra 2021-ci il mart ayından 2021-ci ilin may ayının əvvəllərinədək Qubadlı korpusunun tabeçiliyində olan mexanikləşdirilmiş bölüyün baş çavuşu vəzifəsində xidmət etmiş, 01 may 2021-ci il tarixdə öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmış, lakin ona məlum olmuşdur ki, qanunun tələblərinə zidd olaraq Qubadlı Əlahiddə X1 0331 saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən onun hərbi biletində hərbi xidmətdən tərxis olmağının səbəbi öz arzusu ilə deyil, “xidməti uyğunsuzluğa görə” göstərilmişdir. O, ehtiyata buraxıldıqdan bir müddət sonra ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi, habelə müvafiq əmrində dəyişiklik edilərək yeni redaksiyada verilməsi və öz arzusu ilə ehtiyata buraxılmağının mütləq şərt kimi göstərilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət etmiş, lakin müraciətinə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin K/2384/32/X-10745 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Hesab edir, cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, iş üzrə toplanmış müvafiq sənədlərə əsasən DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Sabiq hərbi qulluqçu İddiaçı “Qubadlı” X2 xx.xx.2021-ci il tarixli 0337 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İşə əlavə olunmuş materiallardan görünür, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmiş və həmin raport N nömrəli hərbi hissədə xx.xx.2021-ci il tarixdə R-2710 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan raportdan görünür ki, İddiaçı ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nın Bakı şəhəri Nəsimi rayon idarəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı yazdığı raportla əlaqədar xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissədə onunla söhbət aparılmışdır. Söhbət zamanı İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, şikayət və təklifləri dinlənilmiş, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olubolmaması aydınlaşdırılmışdır. İddiaçı ailəsində problemlər olduğunu, həmin problemlərin xidməti fəaliyyətinə mənfi təsir etdiyini, hərbçi peşəsinə uyğunlaşa bilmədiyini, bundan sonrakı fəaliyyətini mülki həyatda davam etdirməyi planlaşdırdığını və hərbi hissədə hər hansı şəxsə qarşı iddiasının olmadığını bildirmişdir. Söhbət zamanı hərbi xidmətə könüllü qaydada daxil olma qaydası, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin hərbi xidmətkeçmə qaydalarını tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hərbi qulluqçular üçün müəyyən edilmiş qaydalara əməl edilməsi üzrə qəbul etdiyi öhdəliklərin tələbləri İddiaçı nəzərinə çatdırılmış, qanunvericilik və əsasnamənin müddəaları ona izah olunmuşdur. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq edilmişdir. Həmçinin hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”ndan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsi təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı inzibati şikayətin verilməsi müddətini buraxmışdır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixində təyinat vərəqəsini alsa da, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunsa da və şəxsi isinin SHXÇDX-nın Bakı şəhəri Nəsimi rayon idarəsinə göndərilməsi barədə məlumatlı olsa da, o, Dövlət Sərhəd Xidmətinə xx.xx.2021ci il tarixdə müraciət edərək müddətləri ötürmüşdür. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü, İnzibati Prosessual Məcəllənin 38ci və İnzibati icraat haqqında AR Qanununun 73-cü maddəsini nəzərə alaraq İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən məhkəmənin dəftərxanası vasitəsi ilə İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuşdur. Ərizədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin X3 komandirinin 0331 saylı xx.xx.2021-ci il tarixli əmrində dəyişiklik edilərək yeni redaksiyada verilməsi və iddiaçı, İddiaçı arzusu ilə ehtiyata buraxılmağı kimi göstərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlmişlər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata gəbul edilmişdir. Məhkəmə iddiaçının cavabdeh inzibati orqanın inzibati aktının qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mübahisələndirməməsinə, eləcə də ona müddətin üzürlü səbəbdən buraxılması barədə ərizənin və təsdiqedici sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən ərizənin və təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq iddianın mümkün sayılmaması məsələsinə baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Hazırki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin X3 komandirinin 0331 saylı xx.xx.2021-ci il tarixli əmrində dəyişiklik edilərək öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Qubadlı” X1 02 may 2021-ci il tarixli, 0120 nömrəli əmrindən çıxarışın surətinə əsasən gizir İddiaçı Mexanikiləşdirilmiş bölüyün baş çavuşu vəzifəsindən azad olunmaqla xx.xx.2021-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon şöbəsinə göndərilməsi qərara alınmışdır. 7050 nömrəli, 130 nömrəli təyinatların qeydiyyatı kitabının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Qubadlı” X1 02 may 2021-ci il tarixli, 0120 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdə imza etməklə tanış olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 48.3-ci maddəsinə əsasən müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. - 48.4-ci maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. - 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinə əsasən hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 8 ay müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından mübahisələndirilən inzibati aktdan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5487/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5487/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver