Məhkəmə qərarları › İş №2-1(112)-5487/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5487/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5487/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əlilliyi olan şəxs kimi mənzil növbəsinə götürülmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 13 yanvar 2022-ci il tarixli Sərəncamına əsəsən üçüncü dərəcə Vətən müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsini nəzərə alınmaqla həmin 13 yanvar 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulamsı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1999-cu ildə Biləsuvar rayonunda anadan olmuşdur. xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 212, N və N nömrəli hərbi hissələrdə xidmət edərək Vətən Müharibəsində iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində ağır yaralanmış, başından və bədəninin digər nahiyyələrindən xəsarət almışdır. xx.xx.2021-ci ildən 3-cü dərəcə müharibə əlilidir. İddiaçı Bakı şəhəri Cavabdehnə Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlillərinin siyahısına Biləsuvar Rayon İcra Hakimiyyətində 13 yanvar 2022-ci il tarixdən növbədə olmağının nəzərə alınmaqla əlavə edilməsinə, mənzillə təmin olunmağına köməklik edilməsi barədə müraciət etmişdir. Cavabdehnə elektron və yazılı müraciət etsə də müraciətinə cavab verilməmiş, lakin onun kimi olan bəzi müharibə əlillərinə cavab olaraq bildirilmişdir ki, onlar 5 ildən az olmayaraq Bakı şəhərində qeydiyyatda olmalıdır və bu səbəbdən də növbəyə götürülməkdən imtina etmişlər. İddiaçı hesab edir ki, Cavabdeh müharibə əlilinə qarşı hərəkətsizliyi qanunsuz və əsassızdır. Belə ki, o, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Vətən Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, xəsarət almış, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazandığı xəstəliklərdən səhhətində olan dəyişikliklə bağlı ona 3-cü dərəcə müharibə əlilliyi təyin edilmişdir və eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli sərəncamında Cavabdeh ona qarşı hərəkətsizliyi haqında heç bir qanunun tələbləri öz əksini tapmamışdır. İddiaçı əlavə olaraq bildirir ki, 2022-ci ildən Bakı şəhərində qeydiyyatsız yaşayır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9436/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(112)-4337/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7546/2022 nömrəli xx.xx.2022-ci il tarixli və 2- 1(81)-3616/2018 nömrəli xx.xx.2018-ci il tarixli analoji qərarlarına müvafiq olaraq iddia tələbi haqlıdır və təmin olunması qanuna uyğundur....Eyni zamanda iddiaçı qeyd edir ki, Biləsuvar rayon İcra Hakimiyyətində 13 yanvar 2022-ci il tarixli Sərəncamı ilə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Hal-hazırda qeydiyyatı Bakı şəhər, Nizami rayonunda olduğu üçün həmin sənədlər Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər, Nizami rayonuna göndərilməsinə və 13 yanvar 2022-ci il tarixdən etibarən Bakı şəhər, Cavabdeh Başçısının Sərəncamı ilə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsinə ehtiyacı vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı yaşayış yerini Bakı şəhərinə dəyişməyi ilə əlaqədar mənzil uçotunuzun Nizami rayonuna köçürülməsinə köməklik göstərilməsi barədə ərizəsinə Cavabdehndə baxılaraq müəyyən edilmişdir ki, İddiaçı Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmuş və Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 09 nömrəli sərəncamına əsasən 3-cü dərəcəli Vətən müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, Mənzil Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsinə yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılırlar və həmin vətəndaşların mənzil növbəliyinin Bakı şəhərinin hər hansı bir rayonuna köçürülməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququnu əldə edirlər. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın məhkəmənin mülahizəsinə uyğun həll edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -AA seriyalı ******* № li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1999-cu il təvəllüdlüdür. -SX№0383212 saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş 23 aprel 2020-ci il tarixli, 9088 №li xəstəlik haqqında şəhadətnamədən görünür ki, üzvi mənşəli emosional labl pozunu F06.6 diaqnozu təyin edilmiş, HHK-nın hərbi xidmətə, hərbı-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında Xəstəliklər cədvəlinin 14 b, 23 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlıdır qeydi aparılmışdır. -Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə (xx.xx.2026-cı il tarixədək) üçüncü dərəcəli əlillik təyin edilmişdir . -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışlardan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ İdarələrinin arxiv məlumatlarına, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında heç bir məlumat yoxdur. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətiə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 0234003AAPDK nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2021-ci il tarixində 4 nömrəli Tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən beş il müddətinə (xx.xx.2026-cı ilədək) üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. -Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının “bir qrup şəxslərin mənzil növbəsinə qeydiyyata alınması barədə” 13 yanvar 2022-ci il tarixli 09 nömrəli sərəncamından görünür ki, Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əiaqədar 3-cü dərəcəli əlil İddiaçı imtiyazlı şəxs kimi mənzil növbəsinə qeydiyyata alınmışdır. -Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2024-cü il tarixli 22 №li sərəncamından görünür ki, 3-cü dərəcəli Vətən müharibəsi əlili İddiaçı ərizə ilə müraciət edərək, Biləsuvar Rayon icra Hakimiyyəti başçısının 13 yanvar 2022-ci il tarixli, 09 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını, hazırda yaşayış yerini dəyişərək ünvan 1 ünvanında qeydiyyata alındığını nəzərə alıb, onun Biləsuvar Rayon İcra Hakimiyyətindən yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılmasını və yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınması zamanı istinad edilmiş sənədlərin Bakı şəhəri, Cavabdehnə göndərilməsini xahiş etmişdir. İddiaçı ərizəsi nəzərə alınaraq o, yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılaraq, yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılma barədə sərəncamın surətinin İddiaçı verilməsi və yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınması zamanı istinad edilmiş sənədlərin Bakı şəhəri, Cavabdehnə göndərilməsinin təmin edilməsi qərara alınmışdır. -Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 15 fevral 2024-cü il cavab məktubundan görünür ki, Nizami bələdiyyəsinin avtomatlaşdırılmış məlumat sistemində İddiaçı adına torpaq sahəsinin ayrılması barədə məlumat aşkar olunmamışdır. -AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 fevral 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən hal-hazıradək Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 70, mənzil 76 ünvanıda yaşayış yeri üzrə qeydiyyata alınmaqla AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. -Bakı şəhəri İcra Hakimiyyəti MKTD-nin 57 saylı MKİS tərəfindən verilən xx.xx.2024cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 76 nömrəli mənzildə qeydiyyatdadır və yaşayır. -Ağalıkənd Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna verilən 06 fevral 2024-cü il məktubdan görünür ki, Ağalıkənd Bələdiyyəsi tərəfindən İddiaçı adına torpaq sahəsinin ayrılmamışdır. -Biləsuvar rayonu Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna verilən 08 fevral 2024-cü il məktubdan görünür ki, Biləsuvar Bələdiyyəsi tərəfindən İddiaçı adına torpaq sahəsinin ayrılmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 13 yanvar 2022-ci il tarixli 09 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlilliyi olan şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Sonradan iddiaçının yaşayış yerini dəyişməsi ilə əlaqədar müraciəti nəzərə alınaraq Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2024-cü il tarixli 22 №li sərəncamı ilə Biləsuvar rayonu üzrə mənzil növbəliliyi uçotundan çıxarılması və onun yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınması zamanı istinad edilmiş sənədlərinin Cavabdehnə göndərilməsi qərara alınmışdır. Lakin cavabdeh inzibati orqan iddiaçının son 7 il ərzində yaşayış yeri üzrə Nizami rayonu ərazisində qeydiyyatda olmadığını əsas gətirərək iddiaçının xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə, əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində konkret müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməyərək formal əsaslarla müraciətin təmin edilməsindən imtina etmiş, sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 70, ünvanında yerləşən 76 nömrəli mənzildə qeydiyyatda olmaqla faktiki yaşayır və bu məsələ nəzərə alınaraq Biləsuvar rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddiaçı həmin rayon üzrə mənzil növbəsindən çıxarılması və yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınması zamanı istinad edilmiş sənədlərin Cavabdehnə göndərilməsi qərara alınmışdır. Həmçinin məhkəmə araşdırması ilə iddiaçının mülkiyyətində torpaq sahəsi, mənzil, ev aşkar edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə bildirir ki, yeni Mənzil Məcəlləsi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciəti əsasında həyata keçirildiyini bildirir və bunun üçün onların həmin ərazidə minimum yaşama həddini müəyyənləşdirmir. Cavabdeh qurum isə yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 15 və 17-ci maddələrinin tələblərinə uyğun olmamış, iddiaçının qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia təmin edilməli, iddiaçı Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 13 yanvar 2022-ci il tarixli Sərəncamına əsəsən üçüncü dərəcə Vətən Müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla həmin 13 yanvar 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə dilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının 13 yanvar 2022-ci il tarixli Sərəncamına əsəsən üçüncü dərəcə Vətən Müharibəsi əlili kimi imtiyazlı şəxs qismində mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla 13 yanvar 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar