Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5489/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X16 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli aktın əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********4352 saylı qərarın ləğv olunmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində saat 17:00-da “Riva Plaza” şadlıq sarayında (**********) X75 üzrə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********7945 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və onun nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktın əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********4352 saylı qərarı ilə 44000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli akt qanunvericiliyin tələblərini pozmaqla tərtib olunmuşdur. İddiaçı Bakı ş, Sabunçu r, Seyid Hüseyn (Sabunçu) Ə.Məmmədəliyev küçəsinin kəsişməsi ünvanda yerləşən “Riva Plaza” şadlıq sarayında fərdi sahibkarlıq fəaliyyəti göstərir. Vergi Xidməti əməkdaşları tərəfindən akt tərtib olunarkən faktiki hallar nəzərə alınmamış və işçilərdən izahatlar alınarkən iddiaçıya qarşı ifadə vermələri üçün qanunsuz təsir göstərilmişdir. Operativ nəzarət şöbəsinin nümayəndələri tərəfindən akt tərtib olunarkən əsassız olaraq əlavə məlumatların əldə edilməsinə zərurət yaranmadığı qeyd edilmiş və iddiaçının izahatında bildirdiyi hallara ötəri yanaşılmışdır. Belə ki, iddiaçının tabeliyində olan 38 nəfər işçi əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Aktda qeyd edilən 12 nəfər işçi xx.xx.2021-ci il tarixində, yəni toy günündə qeydiyyata alınmış əmək müqavilələri ilə fəaliyyət göstərmişdir. Digər 7 nəfərdən ibarət musiqi qrupu isə toy yiyəsinin dəvət etdiyi şəxslər olmuşdur. Bütün bu hallar yoxlama zamanı nəzərə alınmamışdır. Vergi Xidmətinin əməkdaşları inzibati xəta üzrə məsuliyyətə cəlb etmə barədə qərar qəbul etmək əvəzinə, vergi Məcəlləsinə əsasən onu məsuliyyətə cəlb etməklə humanizm prinsipinin tələblərini kobud surətdə pozmuşlar. Belə ki, əmək müqaviləsi bağlamadan fiziki şəxlərin işə cəlb olunmasına görə Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə hər adam üçün işə götürənə münasibətdə 2000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulduğu halda, İnzibati xətalar Məcəlləsinin 192.1-ci maddəsində ümumilikdə 2000 manat məbləğində cərimə göstərilmişdir. Bu məsuliyyət tədbirləri arasında Vergi Məcəlləsinin müddəalarının tətbiq olunması iddiaçının sahibkarlıq fəaliyyətinə böyük zərər vurmuş olacaqdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 7.5-ci maddəsinə əsasən, yoxlayıcılar təmsil etdiyi yoxlayıcı orqanda tətbiq edilən etik davranış qaydalarına əməl etməlidirlər. Belə ki, izahat alınarkən şəxslərin ifadələrinə təsir edilmiş, hətta bəzi ifadələr Xidmət əməkdaşların özləri tərəfindən yazılmışdır. Buna əyani sübut kimi X22 izahatının ilk cümləsindəki “işə götürülmüşdür” hissəsinə diqqət yetirmək kifayətdir. Aktda göstərilənin əksinə olaraq yoxlama zamanı yoxlayıcı əməkdaşlar tərəfindən iddiaçıya hər hansı sənəd təqdim olunmamışdır. Çoxsaylı tələblərinə baxmayaraq Vergi Xidməti əməkdaşları yoxlama aparmalarına əsas olan hər hansı sənədi iddiaçıya təqdim etməmiş və öz mülahizələrinə əsaslanan akt tərtib etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X75 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7945 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs X4 (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən “Riva Palace” şadlıq evində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 (iyirmi bir) fiziki şəxsin və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 (bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021ci il tarixli DVX seriyalı 005291 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmaması və bir nüsxəsinin qəbul edilməməsi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:08:23-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 44000 (qırx dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:20:22-də oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, aktda adı qeyd edilən 12 nəfər işçi ilə toyun başlamasından bir neçə saat əvvəl əmək müqaviləsi bağlanmış, 7 nəfərdən ibarət musiqiçi qrupu isə toy sahibinin dəvət etdiyi şəxslər olmuşlar. X12 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən “Riva Palace” şadlıq evində Baxşalıyev Nəbi tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, gündəlik əmək haqqının 12 manat təşkil etdiyini, obyektdə özündən başqa işçilərdən Rəmal, Raman və Nicatı tanıdığını bildirmişdir. X13 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 gün olar ki, qarmon ifaçısı kimi işə cəlb olunduğunu, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqını nağd şəkildə 10 manat aldığını bildirmişdir. X28 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən ofisiant vəzifəsinə işə cəlb olunduğunu, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını və gündəlik əmək haqqının 12 manat təşkil etdiyini bildirmişdir. X29 xx.xx.2021-ci il tarixli etirafedici izahatında “Riva Palace” şadlıq evində Baxşalıyev Nəbi tərəfindən aşbaz vəzifəsinə işə götürüldüyünü, əmək haqqını nağd şəkildə 12 manat aldığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını və obyektdə özündən başqa işçilərdən Adizadə Əlini tanıdığını bildirmişdir. X45 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 6 ay olar ki, “Riva Palace” şadlıq evində Baxşalıyev Nəbi tərəfindən işə cəlb olunduğunu, əmək haqqının 600 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X37 10 gündür ki, Baxşalıyev Nəbi tərəfindən ofisiant vəzifəsinə işə götürüldüyünü, gündəlik əmək haqqının 12 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən Baxşalıyev Nəbi tərəfindən ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işçilərdən Fərid və Ağanı tanıdığını, gündəlik əmək haqqının 12 manat təşkil etdiyini bildirmişdir. X7 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 günlük Baxşalıyev Nəbi tərəfindən meyvə doğramaq üçün işə cəlb olunduğunu, obyektdə özündən başqa işçilərdən Nəbi, Samir, Elnarəni tanıdığını, gündəlik əmək haqqının 20 azn təşkil etdiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X14 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən işə cəlb olunduğunu, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini, işçilərdən Səfərov Nicatı tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X3 xx.xx.2021-ci il tarixli etirafedici izahatında “Riva Palace” şadlıq evində Baxşalıyev Nəbi tərəfindən musiqiçi kimi işə dəvət olunduğunu, hər toya görə 40 manat əmək haqqı aldığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X30 xx.xx.2021-ci il tarixli etirafedici izahatında Baxşalıyev Nəbi tərəfindən nağara ifaçısı kimi işə cəlb olunduğunu, əmək haqqının 20 manat təşkil etdiyini, obyektdə özündən başqa işçilərdən Əlövsəti tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər işçilər də oxşar məzmunlu izahatlar verərək Baxşalıyev Nəbi tərəfindən işə cəlb olunduqlarını və onlarla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmiş, bir işçi X64 isə heç bir əsaslı səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişdir. Əlavə olaraq bildiririk ki, operativ vergi nəzarəti zamanı X14nun 15 yaşının tamam olmadığı, digər işçi X25 isə 16 yaşına keçdiyi lakin onun valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlardan) yazılı razılıq almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli akt saat 15:50-də tərtib olunmuş və aktın tərtib olunmasından sonra X16 ilə saat 16:14-də X17, saat 16:10-da X80, saat 16:08-də X70, saat 16:00-da X71, saat 15:55-də X51, saat 15:54-də X40 arasında bağlanmış əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemi”nə daxil edilmiş və həmin müqavilələr qanuni qüvvəsini saxlamaqdadır. X8 ilə bağlanmış əmək müqaviləsi bildirişi isə aktın tərtib olunmasından sonra “Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemi”nə daxil edilsə də, xx.xx.2021-ci il tarixində saat 15:14-də həmin bildiriş ləğv edilmişdir. Əlavə olaraq bildiririk ki, X16 ilə işçi X9 və X87 arasında olan əmək müqavilələri xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində qüvvədə olmuşdur. Eyni zamanda iddiaçı ərizəsində əsassız olaraq bildirişdir ki, əmək müqaviləsi bağlamadan fiziki şəxslərin işə cəlb olunmasına görə Vergi Məcəlləsinin 58.10.cu maddəsi ilə hər işçi üçün işəgötürənə 2000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulduğu halda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində ümumilikdə 2000 manat məbləğində cərimə göstərilmişdir. Vergi orqanının əməkdaşları inzibati xəta üzrə məsuliyyətə cəlb etmə barədə qərar qəbul etmək əvəzinə, Vergi Məcəlləsinə əsasən məsuliyyətə cəlb etməklə humanizm prinsipinin tələblərini kobud surətdə pozmuşdurlar. Bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 50.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, operativ vergi nəzarəti qanunvericiliyə uyğun həyata keçirilmiş və heç bir pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddiaçı X4 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyini xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7945 nömrəli qərarına əsasən X5 (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1034 Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn (Sabunçu) Ə.Ə.Məmmədəliyev küçəsinnən kəsişmə, obyektin adı: Riva Palace (**********-18002), fəaliyyət növü: Şadlıq evlərinin xidmətləri) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi masələsi(ləri) üzrə xx.xx.2021 il tarixdən xx.xx.2021 il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli KY211690966 nömrəli çıxarışa əsasən yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: X18; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2021-xx.xx.2021; yoxlanılan dövr: cari fəaliyyət; yoxlamanın predmeti və hüquqi əsasları: Azərbaycan Respublikasınn Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. (“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, maddə 50.1.7); yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 18002 Riva Palace; AZ1034 Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn (Sabunçu), ev.Ə.Məmmədəliyev küçəsinnən kəsişmə m.-;Şadlıq evlərinin xidmətləri; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7946 nömrəli “Operativ vergi nəzarətinin keçiriliməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə X16 ********** operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədləri təqdim etməsi tələb edilmişdir: “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlər. Sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X75 üzrə Baş İdarəsi AZ1108, Bakı şəhəri, Binəqədi rayonu ünvanında təqdim olunmalıdır. Operativ vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsi və ya bu tələbnamə ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Tələb edilən sənədlər təqdim edildikdə operativ vergi nəzarətinin müddəti bərpa edilir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində X5 məxsus Riva Palace şadlıq evində xx.xx.2021-ci il tarixdə saat 15:50-də təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surəti, əmək müqavilələrinin elektron bildirişlərinə əsasən obyektdə iaşə xidmətlərinin göstərilməsinə cəlb olunmuş 47 (qırx yeddi) nəfər fiziki şəxsdən 21 (iyirmi bir) nəfərin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, 1(bir) nəfəri Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən fotoqraf (işinin) obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Operativ vergi nəzarəti barədə əlavə məlumatlar vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməsi, ekspertizanın aparılması, mütəxəssis, tərcüməçi dəvət edilməsi, bu işlərin nəticəsi barədə tərtib edilmiş sənədlər və onların akta əlavə olunması barədə qeydlərə zərurət yaranmadı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 (iyirmi bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 1 (bir) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X5 Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. İşə cəlb olunmuş işçilərlə əmək müqavilələrinin bağlanılması və ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyata alınması tövsiyyə olundu və sadələşdirilmiş vergi üzrə sabit məbləğin və MDSS haqqının ödənilməsi haqqında qəbz əldə edilməsi tövsiyyə olundu. Vergi ödəyicisinə işçilər ilə əmək və xidməti müqavilə bağlanması tövsiyə edildi. Nəzarət kitabçası təqdim edilmədi. Vergi ödəyicisi səbəb göstərmədən aktı imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli akta X5 məxsus Riva Palace-da aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respubliaksının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısı aşağıdakılardan ibarət olmuşdur:
1. X31- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE15622258, qeydiyyat ünvanı: Qazax rayonu, Aşağı Salahlı kəndi;
2. X52- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE2598280, qeydiyyat ünvanı: Ucar rayonu, Bərgüzad kəndi;
3. X51- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE09929202, qeydiyyat ünvanı: Xətai rayonu, Qafqaz 39, m11;
4. X49- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA2759022, qeydiyyat ünvanı:Cəlilabad rayonu, Mollalı kəndi;
5. X70- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE16630763, qeydiyyat ünvanı: Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev 27,m 99;
6. X71- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 17178312, qeydiyyat ünvanı: Gədəbəy rayonu, Dördlər kəndi;
7. X87 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA 2478125, qeydiyyat ünvanı: Yardımlı şəhəri;
8. X80 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA2811876, qeydiyyat ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Əmir Bağırov, ev 28j, mən 12;
9. X9- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE17765889, qeydiyyat ünvanı: Kürdəmir rayonu, Şilyan kəndi;
10. X17- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1501765, qeydiyyat ünvanı: Nizami rayonu, M.H.Kazımov d7, ev3;
11. X39- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA2882364, qeydiyyat ünvanı: Masalli şəhəri, Ə.Əliyev ev 21A;
12. X53 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE10591729;
13. X50 oğlu - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE10591729, qeydiyyat ünvanı: Biləsuvar rayonu, Çaylı kəndi.
14. X40 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0624114, qeydiyyat ünvanı: Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu Mədən 16;
15. X23 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1223330, qeydiyyat ünvanı: Laçın rayonu, Qarakeçdi kəndi;
16. X72 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1277276, qeydiyyat ünvanı: Füzuli rayonu, Aşağı Əbdurrəhmanlı kəndi;
17. X32 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE15178585, qeydiyyat ünvanı: Abşeron rayonu, Qobu qəs, Ağamalı oğlu küç, ev 28;
18. X54 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE14353387, qeydiyyat ünvanı: Binəqədi ray, M.Ə.Rəsulzadə qəs, İ.Hacıyev ev 54;
19. X42 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE15652734, qeydiyyat ünvanı: Cəlilabad ray, Hamarqışlaq kəndi;
20. X64 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1922043, qeydiyyat ünvanı: Abşeron ray, Göradil kəndi;
21. X65 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE115084717, qeydiyyat ünvanı: Oğuz rayonu, Xaçmaz kəndi. xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli akta X5 məxsus Riva Palace-da aparılmış operativ vergi nəzarəti nəticəsində fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısı aşağıdakılardan ibarət olmuşdur:
1. X66 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE13005348, qeydiyyat ünvanı: ünvan 24 Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinin operativ nəzarət şöbəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, operativ vergi nəzarəti zamanı 2 nəfər fiziki şəxsin operativ vergi nəzarətinin həyata keçirildiyi tarixə, yəni xx.xx.2021-ci iln tarixə 1 nəfərin X24 15 yaşının tamam olmadığı, digər fiziki şəxs X25 16 yaşına keçdiyi lakin onun valideynlərinin (və ya övladlığa götürənlərdən, qəyyumalardan birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı olmadan işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. Həmçinin, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetriilməsinə cəlb edilmiş bir nəfər şəxs X33 hər hansı əsaslı səbəb göstərmədən yazılı izahat təqdim etməkdən imtina etmişdir. Akt vergi orqanlarının əmkdaşları tərəfindən imzalanmışdır. X43 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 2-3 gün əvvəl Riva Palace şadlıq evində Nəbi Baxşalıyev tərəfindən xadiməçi vəzifəsinə işə qəbul edilmişəm. Məndə olan məlumata görə mənimlə əmək müqaviləsi bağlanıb. Çünki lazımlı sənədləri təqdim etmişdim. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin təqdim edilməsi haqda məlumatım yoxdur. Əmək haqqım toy olan vaxtlar 10 azn-dir. İş vaxtı16:00-23:00-dır. İş vaxtı 5-6 saatdır, 23:00-da bitir. Gündəlik 5-6 saat iş rejimim var. Məzuniyyət hüququm yaranmayıb. Rəsmi gündəlik əmək haqqım 10 manatdır. Məndən başqa obyektdə ofisiant işləyən Səfərov Nicat və Əmir adlı şəxsləri tanıyıram. Vergi orqanında qeydiyyatdan keçməmişəm. İzahat mənim sözlərimlə yazıldı, ucadan oxundu, əlavə yoxdur və doğruluğunu imzamla təsdiq edirəm. X48 (şəxsiyyət vəsiqəsi seriya/№ AA 2598280) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, X16 tərəfindən Riva Palace şadlıq sarayında ofisiant vəzifəsinə xx.xx.2021-ci il tarixdən işə götürülmüşdür. İşəgötürənlə aralarında əmək müqaviləsi bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti təqdim edilməyib. Gündəlik əmək haqqı 12 manatdır. Nağd şəkildə Ramal müəllimdən alıram. İş vaxtı saat 10:00-da başlayır, 23:00-da bitir. Nahar fasiləsi 13:00-da başlıyır, 14:00-da başlayır. Gündəlik 13 saat iş rejimim var. İş rejimim toydan-toyadır. İşlədiyim dövrdə əmək məzuniyyətində olmamışam. Mənə 12 AZN əmək haqqı ödənilir. Məndən başqa obyektdə işləyən Ramal, Roman və Nicatı tanıyıram. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbz almamışam. İzahat mənim sözlərimlə yazıldı. Yüksək səslə oxundu. Razıyam, doğruluğunu imzamla təsdiq edirəm. X51 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE09929202AA) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 3 gündür ki, Baxşalıyev Nəbi tərəfindən operator vəzifəsinə işə götürülmüşəm. İşəgötürənlə aramızda əmək müqaviləsi bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti təqdim edilməyib. 15 AZN nağd şəkildə alıram. İş vaxtı saat 16:00-da başlayır, 23:00da bitir. Gündəlik 2 saat iş rejimim var. İş olanda gəlir. İşlədiyim dövrdə əmək məzuniyyətində olmamışam. Mənə 15 azn əmək haqqı ödənilir. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbz almamışam. Əlavəm yoxdur, imzamla təsdiq edirəm. X55 (şəxsiyyət vəsiqəsi seriya/№ AA2759022) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 1 gün olaraq işə çıxmışam. Müdriyyət tərəfindən qarmonçu vəzifəsinə götürülmüşəm. İşəgötürənlə aramızda əmək müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Əmək haqqımız nağd şəkildə 10 azn olmaqla Müdriyyətdən alıram. İş vaxtı saat 15:00-da başlayır, 23:00-da bitir. Gündəlik 6 saat iş rejimimiz var. İşlədiyim dövürdə əmək məzuniyyətində olmamışam. 10 AZN rəsmi əmək haqqım alıram. Qeyri-rəsmi almıram. Məndən başqa obyektdə işləyən Rufəti tanıyıram. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbzim yoxdur. Ərizəmi özüm yazdım, əlavəm yoxdur. İmzamla təsdiq edirəm. X73 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən, X47 tərəfindən Riva Palace şadlıq sarayında ofisiant vəzifəsinə təyin olunmuşam. İşəgötürənlə aramızda əmək müqaviləsi bu gün işə gəldiyim üçün bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti bu gün işə gəldiyim üçün mənə təqdim olunmayıb. Əmək haqqım gündəlik 12 manat təşkil edir. Əmək haqqım zal administrator tərəfindən alınması nəzərdə tutulmuşdur. İş vaxtı saat 14:30-da başlayır, 11:00-da bitir. Nahar fasiləsi olmur. İşlədiyim dövürdə əmək məzuniyyəti yaranmayıb. Rəsmi əmək haqqım 12 manatdır. Məndən başqa obyektdə işləyən Nəbi və Valehi tanıyıram. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbz almamışam. İzahat mənim sözlərimlə Ə.Ramal tərəfindən yazıldı. Ucadan oxundu. İzahatın doğruluğunu imzamla təsdiq edirəm. X71 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, bir ay olar ki, X16 tərəfindən Riva Palace restoranına aşpaz köməkçisi vəzifəsinə işə götürülmüşəm. İşəgötürənlə aramızda əmək müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Əmək haqqım gündəlik 12 manat təşkil edir. Nağd şəkildə sahibkardan alıram. İş vaxtı saat 15:00-da başlayır, 23:00-da bitir. Nahar fasiləsi sabitdir. Gündəlik 8 saat iş rejimimdir. Həftəlik iş rejimim toya görə dəyişir. İşlədiyim dövürdə əmək məzuniyyətim omamışdır. Rəsmi əmək haqqım günlük 12 manatdır. Məndən başqa obyektdə Emin və Adızadə Əli işləyir. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbz almamışam. Öz hüququmu bilirəm. İzahatı özüm yazdım, əlavəm yoxdu. Doğruluğunu imzamla təsdiq edirəm. X88 (şəxsiyyət vəsiqəsi seriya/№ AA2478125) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 6 ay olar ki, Baxşalıyev Nəbi tərəfindən Riva Palace şadlıq sarayına işə götürülmüşəm. İşəgötürənlə aramızda əmək müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Əmək haqqım aylıq 600 azn təşkil edir. Nağd şəkildə sahibkardan alıram. İş vaxtı saat 10:00-da başlayır, 22:00-da bitir. Nahar fasiləsi 13:00- 14:00 arasıdır. Gündəlik iş rejimim 12 saatdır. Həftəlik iş rejimi toya görə dəyişir. İşlədiyim dövürdə əmək məzuniyyətində olmamışam. Rəsmi əmək haqqım 600 azn-dir. Məndən başqa obyektdə Sadıqov Ülvi və Əbişov Ramal işləyir. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbz almamışam. Öz hüququmu bilirəm. İzahatımı özüm yazmışam. Doğruluğunu imzamla təsdiq edirəm. X80 (şəxsiyyət vəsiqəsi seriya/№ AA2811876) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, Baxşalıyev Nəbi tərəfindən 10 gündür ofisiant vəzifəsinə götürülmüşəm. İşəgötürənlə aramızda əmək müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Əmək haqqım gündəlik 12 manat təşkil edir. Nağd formada Nəbi müəllim tərəfindən ödənilir. İş vaxtı saat 10:00-da başlıyır. 23:00-da bitir. Nahar fasiləsi 14:00-15:00 arasıdır. Gündəlik iş rejimim 12 saatdır. Həftəlik iş rejimi toyların sayından asılıdr. İşlədiyim dövürdə əmək məzuniyyətinə çıxmamışam. Rəsmi əmək haqqım 12 azn-dir. Məndən başqa obyektdə işləyən Fərid –ofisiant, Ricad –ofisiant, Əmir-ofisiant, Ramal-adminstrator tanıyıram. VÖENim yoxdur. Sabit qəbz almamışam. Öz hüququmdan məlumatlıyam. X34 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, Nəbi tərəfindən çağırılmışam. İşəgötürənlə aramızda əmək müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. X6 (şəxsiyyət vəsiqəsi seriya/№ AA 1501769) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, Baxşalıyev Nəbi tərəfindən xx.xx.2021- ci ildə ofisiant vəzifəsinə götürülmüşəm. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Əmək haqqımı 12 manat nağd şəkildə Nəbidən maaş alıram. İş vaxtı saat 16:00-da başlıyır. 23:00-da bitir. Nahar fasiləsi etmirəm. Gündəlik iş rejimim 7 saatdır. Həftəlik iş rejimim iş olanda gəlirəm. İşlədiyim dövrdə əmək məzuniyyətinə çıxmamışam. Rəsmi əmək haqqım 12 azn-dir. Məndən başqa obyektdə işləyən Fərid və Ağanı tanıyıram. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbz almamışam. Əlavəm yoxdur. İzahat mənim sözlərimlə yazıldı. Mənə ucadan oxundu. İmzamla təsdiq edirəm. X39 (şəxsiyyət vəsiqəsi seriya/№ AA2882364) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, Nəbi tərəfindən 1 günlük olaraq meyvə doğramaq üçün işə qəbul olmuşam. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Bu günlük iş müqabilində heç bir sənəd imzalamadan günün sonunda Nəbi tərəfindən 20 azn alıram. İş vaxtı saat 15:30-da başlıyır, 18:00-da bitir. Gündəlik iş rejimim 2:30. Rəsmi əmək haqqım yoxdur. Qeyri-rəsmi olaraq 20 azn alıram. Məndən başqa obyektdə işləyən Nəbi administrator Samir, Elnarə barmeni tanıyıram. VÖEN-im yoxdur. Sabit qəbz almamışam. Ərizəmi özüm yazdım, imzamla təsdiq edirəm. X53 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə Riva Palace şadlıq evində Nəbi Baxşalıyev tərəfindən musiqiçi kimi işə çağırılmışam. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Əmək haqqı almamışam. İş vaxtı saat 16:00-da başlayır, 18:00-da bitir. Gündəlik iş rejimim 2 saatdır. Məzuniyyət hüququm yaranmıyıb. Məndən başqa obyektdə işləyən qarmon ifaçısı Səfa, administrator Ramalı tanıyıram. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. Öz hüquq və vəzifələrimi bilirəm. İzahatı özüm yazdım, əlavəm yoxdur və imzamla təsdiq edirəm. X50 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, X16 tərəfindən xx.xx.2021-ci il tarixdən pastafşik kimi işə qəbul olmuşam. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Gündəlik əmək haqqım 10 AZN Ramaldan nağd şəkildə alıram. İş vaxtı saat 10:00-da başlıyır, 23:00-da bitir. Gündəlik iş rejimim 10 saatdır. Həftəlik iş rejimim toy olanda. Məzuniyyətə çıxmamışam. Rəsmi əmək haqqım 10 AZN-dir. Məndən başqa obyektdə işləyən ofisiant Səfərov Nicatı tanıyıram. VÖEN almamışam. Sabit qəbz almamışam. İzahatı özüm yazdım, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X40 (şəxsiyyət vəsiqəsi seriya/№ AA 0624114) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, Nəbi tərəfindən xx.xx.2021-ci il tarixdən operator kimi işə qəbul olmuşam. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Gündəlik toy olan günlərdə 20 AZN Nəbi administrator tərəfindən heç bir sənəd imzalamadan əmək haqqı alıram. İş vaxtı saat 18:00-da başlayır, 00:00-da bitir. Gündəlik iş rejimim 6 saatdır. Həftəlik iş rejimim toy olanda. Məzuniyyətə çıxmamışam. Toy olan günlərdə 10 AZN əmək haqqı alıram. Məndən başqa obyektdə işləyən Nəbi administrator, İntiqam ofisiantı tanıyıram. VÖEN yoxdur. Sabit qəbz almamışam. İzahatı özüm yazdım, imzamla təsdiq edirəm. X66 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən Nəbi (administrator) tərəfindən fotoqraf qismində işə qəbul olmuşam. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Gündəlik olaraq 20 azn məbləğində heç bir sənəd imzalamadan Nəbi tərəfindən əmək haqqı alıram. İş vaxtı saat 18:00-da başlıyır, 23:00-da bitir. Gündəlik iş rejimim 5 saatdır. Həftəlik iş rejimim 35 saatdır. Məzuniyyətə çıxmamışam. Gündəlik olaraq 20 AZN əmək haqqı alıram. Məndən başqa obyektdə işləyən Nəbi administrator, Sənan (şəkil satan) tanıyıram. VÖEN var dondurmuşam. İzahatı özüm yazdım, imzamla təsdiq edirəm. X23 (şəxsiyyət vəsiqəsi seriya/№ AA 1223330) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə X16 tərəfindən Riva Palace sarayında musiqiçi kimi dəvət olmuşam. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Əmək haqqım günlük 40 manat təşkil edir. Nəğd qaydada sahibkardan alıram. İşvaxtı saat 18:00-da başlıyır, 23:00-da bitir. Gündəlik iş rejimim 5 saatdır. Həftəlik iş rejimim toya görə dəyişir. İşlədiyim dövrdə əmək məzuniyyətində olmamışam. Rəsmi əmək haqqım hər toya 40 manatdır. Məndən başqa obyektdə Vüsal, Roman işləyir. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatım yoxdur. Sabit qəbz almamışam. Öz hüququmu bilirəm. İzahatı özüm yazdım. Əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X72 (şəxsiyyət vəsiqəsi seriya/№ AA1277276) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, Baxşalıyev Nəbi tərəfindən Riva Palace şadlıq evinə xx.xx.2021-ci il tarixində nağaraçı vəzifəsinə götürülmüşəm. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Maaş 1 toy üçün 20 manat nağd formada Nəbi müəllim tərəfindən ödənilir. İş vaxtı saat 18:00-da başlayır, 23:00-da bitir. Gündəlik iş rejimim 5 saatdır. Həftəlik iş rejimim toy sayından asılıdr. Rəsmi əmək haqqım 20 manatdır. Məndən başqa obyektdə Əlövsət işləyir. VÖEN yoxdur. Sabit qəbz almamışam. Öz hüququmu bilirəm. Əlavəm yoxdur. X32 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, X16 tərəfindən 1 günlük qarmon ifaçısı kimi dəvət olmuşam. İşəgötürənlə aramızda 1 günlük gəldiyimdən əmək( xidməti) müqavilə bağlanmamışam. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. 1 günlük xidmətimə görə 20 manat pul alacam. İşvaxtı saat 18:00-da başlayır, 23:00-da bitir. Məndən başqa obyektdə işləyən Şəmsini taniyıram. VÖEN var almışam. Sabit qəbz yoxdur. Əlavəm yoxdur, imzamla təsdiq edirəm. X54 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə Riva Palace şadlıq evində aparıcı musiqiçi qismində dəvət edilmişəm. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır, bəy tərəfindən dəvət edilmişəm. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Toy şənliyinə ödənişsiz təşrif buyurmuşam. İş vaxtı saat 21:00-da başlıyır, 23:00-da bitir. Gündəlik iş rejimim 3 saatdır. Məzuniyyətə çıxmamışam. Rəsmi əmək haqqım yoxdur. Məndən başqa obyektdə işləyən söz ifaçısı Əlövsəti taniyıram. Vergi orqanında qeydiyyatdan keçməmişəm. Öz hüququmu bilirəm. İzahatı özüm yazdım, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X42 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə Nəbi administrator tərəfindən musiqiçi qismində işə qəbul olmuşam. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Əmək haqqımı 50 manat müqabilində heç bir sənəd imzalamadan nağd şəkildə Nəbidən alacam. İş vaxtı saat 18:00-da başlıyır, 00:00-da bitir. Gündəlik iş rejimim 6 saatdır. Həftəlik iş rejimim 42 saatdır. Məzuniyyətə çıxmamışam. Rəsmi əmək haqqım 50 manatdır. Məndən başqa obyektdə işləyən Nəbi sahibkar, Fariz video çəkəni taniyıram. VÖEN-im yoxdur. Sabit qəbz alamamışam. İzahatı özüm yazdım, imzamla təsdiq edirəm. X65 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən X16 tərəfindən fotoqraf köməkçisi vəzifəsinə təyin olunmuşam. İşəgötürənlə aramızda əmək və xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi və ya xidmət müqaviləsi bildirişinin surəti mənə təqdim edilməyib. Əmək haqqım gündəlik 10 manat təşkil edir. Əmək haqqımı şəkildə Nəbi administratordan alacam. İş vaxtı saat 19:00-da başlıyır, 23:00-da bitir. Nahar fasiləsi olmur. Gündəlik iş rejimim 4 saatdır. Rəsmi əmək haqqım 10 manatdır. Məndən başqa obyektdə işləyən Nəbini taniyıram. Vergi orqanında qeydiyyatım yoxdur. Sabit qəbz alamamışam. İzahatı özüm yazdım, əlavəm yoxdur, imzamla təsdiq edirəm. X16 xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, mənə verilən suallara cavab olaraq bildirirəm ki, mən Sabunçu rayonu, Seyid Hüseyin və Ə.Məmmədəliyev küçələrinin kəsişməsi ünvanında yerləşən Riva Palace şadlıq evində fərdi sahibkarlıq fəaliyyəti göstərən obyekt tabeliyində çalışan işçilərdən 38 nəfəri ilə (12 nəfəri bu gün qeydiyyata almışam) əmək müqaviləsi bağlamışam. Yoxlama zamanı yazılan aşkarlanan əmək müqaviləsi olmayan 22 işçiylə bağlı omu qeyd edə bilərəm ki, onlardan 7 nəfəri müsiqiçi, 1 nəfər bəy maşını sürən , 2 fotoqraf (1 aş), qalanları 5 nəfər 1 günlük işə gəlib. X35, X48, X51, X56, X70, X71, X88, X80, X9, X17, X39, X57, X50, X40, X66, X23, X64, X74, X32, X54, X26 əmək haqqı mənim tərəfimdən nağd şəkildə gündəlik olaraq ödənilir. Söz verirəm işdə qalıb işləyəcək, daimi işləyən hamıyla əmək müqaviləsi bağlayacam. Yazılan aktla tam razı deyiləm. Ona görə ki, toy yiyəsi tərəfindən gətirilən və mənə aidiyyəti olmayan şəxslər yazılıb. İzahatı özüm yazdım. İmzamla təsdiq edirəm. Qeyd edim ki, X65 buraya toy yiyəsi tərəfindən fotoqraf köməkçisi kimi gəlib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən X16 (doğulduğu yer və tarix: Azərbaycan, Qubadlı, Mollabürhan k, xx.xx.1990, yaşayiş yeri: AZ5000, Sumqayıt şəhəri, 5 mkr, ev.35/69, m.35, fin: 4urk6xe, vöen:**********) barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 42000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcıİıq, çalğıçılıq, rəqqaslıq. aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 44000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. Beləliklə, işin sadalanan hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7945 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdə fərdi sahibkar X4 (VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseyn (Sabunçu) Ə.Ə.Məmmədəliyev küçəsinnən kəsişməsində yerləşən Riva Palace şadlıq evində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 (on iki) nəfər fiziki şəxsin və 1 nəfər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, “operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX 005291 nömrəli akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 44000 (qırx dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən xx.xx.2021-ci il tarixli, **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğvinə dair iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, bununla da iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. İşin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında iddiaçının fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən “Riva Palace” şadlıq evində xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla X16 xx.xx.2021ci il tarixdə tanış olmuş və imzalamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli KY ********* nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, X16 çıxarışla tanış olmuş və imzalamışdır. Yuxarıda adıçəkilən inzibati icraat materiallarından o da görünür ki, vergi orqanı xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmış, akt X16 tərəfindən imzalamaqdan imtina etmiş, lakin eyni zamanda vergi ödəyicisi olan iddiaçı həmin aktda yoxlama ilə bağlı öz qeydlərini etməmişdir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli operativ vergi nəzarətinin nəticələrinə dair akta əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu hallar aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahısı tərtib edilərək akta əlavə edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 22 (iyirmi iki) nəfər fiziki şəxsin siyahısı tərtib edilmiş, 21 nəfərdən izahat alınmış, alınmış izahatlar iş materiallarına əlavə, eyni tarixdə vergi əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən 1 nəfər izahat verməkdən imtina etmişdir. İddiaçı vergi orqanına və məhkəməyə verdiyi izahatlarda bildirmişdir ki, operativ vergi nzəarətinin keçirildiyi xx.xx.2021-ci il tarixdə 12 nəfərlə əmək müqaviləsi bağlamışdır. Bu səbəbdən həmin şəxslərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi əsassızdır. İş materiallarına əlavə edilmiş elektron sistemə işlənmiş əmək müqaviləsi bildiriş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:51-16:14 aralığında 12 nəfərlə əmək müqaviləsi bildirişi elektron sistemə daxil edilmişdir. Qeyd edilən 12 nəfər aşağıdakılardır: -X58 (AZE ********) -X40 (AA 0624114) -X51 (AZE ********) -X27 (AZE ********) -X44 (AA 1253151) -X71 (AZE ********) -X67 (AA 3010884) -X48 (AA 2598280) -X19 (AZE ********) -X70 (AZE ********) -X80 (AA 2811876) -X17 (AA 1501765) Qeyd edilməlidir ki, adları çəkilən bu şəxslərdən 5 nəfəri, yəni X58, X27, X44, X1 Elmir Mirzəli oğlu ilə əmək müqaviləsi bağlansa da adları çəkilən şəxslər ümumiyyətlə vergi əməkdaşları tərəfindən operativ vergi nəzarəti zamanı əmək müqaviləsi bağlanmadan işə cəlb edilmiş şəxslər qismində aşkar edilməmiş, onlara münasibətdə iddiaçıya maliyyə sanksiyası tətbiq edilməmişdir. Həmin şəxslərə görə icraat aparılmadığından və maliyyə sanksiyası tətbiq edilmədiyindən iddiaçının qeyd etdiyi 12 nəfərdən 5 nəfərə münasibətdə qərarın ləğv edilməsi dəlilini əsaslı hesab etmir. Siyahıda 12 nəfərdən yerdə qalan 7 nəfər: X40, X51, X71, X48, X70, X80, X17 olmuşlar ki, onların əmək müqaviləsi bildirişləri xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti ilə eyni gündə sistemə daxil edilmişdir. Məhkəmə adları çəkilən bu şəxslərin vergi orqanına verdikləri izahatlarda X40 xx.xx.2021-ci il tarixdən işə başladığını, X51 3 gündür işə götürüldüyünü, X71 1 ay olar ki, işə başaldığını, X48 xx.xx.2021-ci il tarixdən işə başladığını, X80 10 gündür işə götürüldüyünü bildirmişlər. Belə olan halda məhkəmə qeyd edilən 5 nəfərin əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilsə də özlərinin izahatlarında müqavilə bağlanmazdan xeyli vaxt qabaq işə başladıqlarını etiraf etdiklərindən həmin şəxslərin işə başlamazdan öncə iddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edildikləri qənaətinə gəlir və onlara münasibətdə vergi orqanın iddiçıya maliyyə sanksiyası tətbiq etməsini əsaslı hesab edir. Lakin eyni zamanda qeyd edilən 7 nəfərdən qalan 2 nəfəri, yəni X70 və X17 izahatlarında xx.xx.2021-ci il tarixdə işə götürüldüklərini bildirmişlər. Məhkəmə qeyd edilən 2 nəfərlə əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlandığını və sonuncuların izahatlarında məhz həmin günü işə götürüldüklərini etiraf etdiklərini nəzərə alaraq onlara münasibətdə iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsini əsassız hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasıında adları çəkilən X70 və X17 ilə əmək müqaviləsi bildirişinin operativ vergi nəzarəti ilə təxminən eyni vaxtda yəni, 16:08 və 16:14 radələrində sistemə daxil edildiyini, bu əsasdan həmin müqavilələrin məsuliyyətdən yayınmağa yönəldiyini bildirsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin bu hissədə etirazı o zaman əsaslı ola bilərdi ki, vergi əməkdaşı operativ vergi nəzarəti zamanı qeyd edilən şəxsləri əmək müqaviləsi bağlanmazdan öncə bilavasitə işçi geyimində, iş başında aşkar etmiş və bunu sübut edən sənədi (məsələn, videoçəkiliş, fotoçəkiliş və s.) təqdim etmiş olsun. Hazırkı iş üzrə isə belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınsa ki, qeyd edilən 2 nəfər ofisiant vəzifəsində olmuşlar, o zaman işəgötürən onlarla günün istənilən vaxtında görüşərək işə başlamalarını və eyni zamanda əmək müqaviləsinin rəsmiləşməsini həyata keçirə bilərdi. Həmçinin, vergi orqanının tərtib etdiyi əmək müqaviləsi bağlamadan işə cəlb edilmiş şəxlərin siyahısında X10 adı qeyd edilsə də həmin şəxsin izahatı icraat materiallarına əlavə edilməmişdir. Təqdim edilmiş icraat materiallarında həmin şəxsin əvəzinə X11 izahat alınmış, izahatı Abbasova Səfurə imzalamış, izahatında onunla əmək müqaviləsi bağlandığını bildirmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildrişləri barədə məlumatda X43 (AZE ********) ilə əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə sistemə işləndiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə X10 izahatının alınmadığını, izahatın alınmaması barədə akt tərtib edilmədiyini, onun yerinə başqa bir əmək müqaviləsi olan işçinin izahatının alındığını əsas götürərək hesab edir ki, cavabdehin 1 nəfər X31 adlı şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi sübuta yetirilməmişdir və bu əsasdan ona münasibətdə də maliyyə sanksiyasının tətbiqi əsassızdır. Vergi orqanın təqdim etdiyi digər fiziki şəxslərin izahatlarını müqayisəli təhlil edərək məhkəmə yerdə qalan həmin şəxslərə münasibətdə mübahisələndirilən qərarın qanuni olmaqla ləğv edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Belə ki, izahatları alınmış digər fiziki şəxslər hər biri müxtəlif 1, 3, 10, 17 gün, 06 ay və s. olmaqla sözügedən iddiaçıya məxsus obyektdə işlədiklərini, lakin onlarla yazılı əmək müqaviləsi və ya hər hansı bir xidmət müqaviləsinin bağlanmadıqlarını bildirmişlər. Qeyd edilməlidir ki, adları çəkilən fiziki şəxslər verdikləri izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin X16 olduğunu bildirməklə yanaşı, obyektdə onlarla birlikdə çalışan digər şəxslərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin şadlıq evində işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. Bundan əlavə məhkəmə qeyd edir ki, vergi orqanı əmək müqaviləsi bağlamadan cəlb etdiyi şəxslər sırasında həm də X33 da adını qeyd etmiş, ona münasibətdə də maliyyə sanksiyası tətbiq etmişdir. Adı çəkilən şəxs izahat verməkən imtina etmiş, cavabdeh orqanın əməkdaşları yuxarıda adı çəkilən Qaydaların tələblərinə uyğun olaraq bu barədə akt tərtib etmişlər. Eyni zamanda X20 xx.xx.2021-ci il tarixdə vergi orqanına verdiyi izahatda əmək haqqını nağd şəkildə gündəlik olaraq ödədiyi işçilər siyahısında X33 da adını qeyd etmişdir. Belə olan halda məhkəmə X36 əmək müqaviləsi bağlamadan iddiaçı tərəfindən işə cəlb edildiyini nəticəsinə gələrək ona münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların: -3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. -3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. -3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. -3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, fiziki şəxslərin hansı müddətdə həmin obyektdə işlədiyinin müəyyən edilməsi hazırkı vergi hüquq pozuntusunun mahiyyətinə təsir edə bilən məqam deyildir. Belə ki, yuxarıda qeyd edilən normalardan da görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçı barəsində qəbul etdiyi mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********4352 saylı qərarı 3 nəfərə münasibətdə tətbiq edilmiş 6000 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X75 üzrə Baş İdarəsi tərəfindən X16 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova