Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-549/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏNETDİ: İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Departamentinin iddiaçıya qarşı 26.527,20 manat (iyirmi altı min beş yüz iyirmi yeddi manat, iyirmi qəpik) əsas borc, 99,18 manat (doxsan doqquz manat, on səkkiz qəpik) faiz borcu olmaqla, ümumilikdə 26.626,38 manat (iyirmi altı min altı yüz iyirmi altı manat, otuz səkkiz qəpik) fantastik vergi borcumun yazılması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin X3 üzrə Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin 2-1(112)-2623/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin X3 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8510 saylı 20 noyabr 2017-ci il tarixli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********675900 saylı 01 mart 2019-cu il tarixli və **********660700 saylı 01 mart 2019-cu il tarixli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(112)-549/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8510 saylı 20 noyabr 2017-ci il tarixli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********675900 saylı 01 mart 2019-cu il tarixli və **********660700 saylı 01 mart 2019-cu il tarixli qərarları ləğv edilsin”. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin X3 üzrə Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi ilə əvəz edilməsini, iddia tələbinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8510 saylı 20 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılsın” məzmunda icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Panda Market” mağazasında təsərrüfat işləri ilə (fəhlə, işçilərə köməkçi) məşğul olur, təxminən 300 manat aylıq əmək haqqı alır. Cavabdehin əməkdaşları iddaçıya guya onun vergi orqanlarına 26.527,20 manat (iyirmi altı min beş yüz iyirmi yeddi manat, iyirmi qəpik) əsas borc, 99,18 manat (doxsan doqquz manat, on səkkiz qəpik) faiz borcu olmaqla, ümumilikdə 26.626,38 manat (iyirmi altı min altı yüz iyirmi altı manat, otuz səkkiz qəpik) fantastik vergi borcunun yarandığını və təcili olaraq ödəməyini bildirmişlər. Lakin iddiaçıya borcun haradan və necə yarandığı məlum deyil. Bu barədə cavabdehə ərizə ilə müraciət edərək etirazını bildirmiş, borcun ona aidiyyəti olmadığını və silinməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, adına vergi hesablanması qanuna uyğun deyil, iddiaçı heç bir obyekt işlətməmiş və ya hər-hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh iddiaya dair vəsatətində bildirmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26626,38 manat vergi borcunun hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək xx.xx.2017-ci il tarixli **********8510 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və xx.xx.2019-cu il tarixli **********660700 nömrəli və xx.xx.2019-cu il tarixli **********675900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmadığından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinin (hazırkı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş idarəsi) xx.xx.2017-ci il tarixli **********4155 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi orqanı tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək ev 223 ünvanda operativ vergi nəzarəti tədbiri keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2017-ci il tarixli VN-16 seriyalı 000818 nömrəli akta rəsmiləşdirilərək xx.xx.2017-ci il tarixli **********8510 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunmuş və vergi ödəyicisinə 35000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri ilə əlaqədar tərtib olunmuş bütün sənədlər, o cümlədən xx.xx.2017-ci il tarixli VN-16 seriyalı 000818 akt fərdi sahibkar tərəfindən imzalanaraq nüsxəsi qəbul edilmiş, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməsi barədə” Tələbnamə ilə tanış olmuşdur. Eyni zamanda İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək pozuntu halına yol verdiyini etiraf etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2017-ci il tarixli **********8510 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi orqanının xx.xx.2017-ci il tarixli **********367600 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamışdır. Daha sonra Hüseynov X1 Nazirliyinə xx.xx.2017-ci il tarixli ərizə ilə müraciət edərək xx.xx.2017-ci il tarixli **********8510 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsini xahiş etmişdir. Bununla belə İddiaçı xx.xx.2017-ci il tarixli ərizə ilə müraciət edərək xx.xx.2017-ci il tarixli ərizəsindən imtina etdiyini bildirmişdir (əlavə edilir). Bundan başqa iddiaçı Baş İdarə tərəfindən barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********660700 nömrəli və xx.xx.2019-cu il tarixli **********675900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsini də məhkəmədən xahiş etmişdir. Bununla bağlı bildirmək istəyirik ki, iddiaçı bu halda da, yəni qeyd edilən qərarların ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, vergi ödəyicisi ilə vergi orqanı arasında “Elektron sənəd mübadiləsi haqqında” Müqavilə bağlanmış və mübahisəli qərarlar vergi ödəyicisinə elektron qaydada onun e-qutusuna göndərilmişdir. Sonuncu tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019cu il tarixli **********660700 nömrəli və xx.xx.2019-cu il tarixli **********675900 nömrəli Qərarlar xx.xx.2019-ci il tarixdə saat 18:41-də oxunmuşdur (yazışmalar barədə hesabat əlavə edilir). Həmçinin iddiaçı tərəfindən qeyd edilən qərarlarla kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edilmişdir. Qeyd edilən müraciətin araşdırılması ilə əlaqədar xx.xx.2019-cu il tarixli **********175400 nömrəli araşdırmada iştirak etmək haqqında məktub göndərilərək iddiaçı xx.xx.2019-cu il tarixdə saat 16:00 üçün Vergilər Nazirliyinin inzibati binasına dəvət olunmuş, lakin xx.xx.2019-cu il tarixdə məktub vergi ödəyicisi tərəfindən oxunmasına baxmayaraq, inzibati araşdırmada iştirak etməmişdir. Nəticədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq iddiaçının müraciətinə baxılması ilə bağlı müddətin axımı dayandırılmış və bu barədə xx.xx.2019-cu il tarixli **********855700 nömrəli məktubla ona məlumat verilmişdir. Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən mübahisələndirilən qərarların ləğv edilməsi barədə iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Buna görə də iddiaçının iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və dəqiqləşdirilmiş iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair vəsatətə uyğun izahat verərək iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********8510 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 35000.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2017 tarixədək 35000.00 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2017-ci il tarixdə **********8510 saylı qərarı əsasında 35000.00 manat, xx.xx.2019-cu 5.215.38 manat, xx.xx.2019-cu il tarixdə 1.222.24 manat məbləğində vergi borcu hesablanmışdır. - Cavabdehin xx.xx.2017-ci il tarixli **********4155 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarından görünür ki, iddiaçının (VÖEN **********) sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: ixtisaslaşdırılmış magazada sair məhsulların pərakəndə satışı) həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək ev 223 ünvandakı obyektdə (magaza **********-18001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə - faktura və ya elektron qaimə - faktura və ya elektron vergi hesab – faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır. - Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY17İ203618 saylı çıxarışdan görünür ki, iddiaçıya məxsus obyektdə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər vergi nəzarətinin keçirilməsi qeydiyyata alınmışdır. - Cavabdehin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2017-ci il tarixli **********4176 saylı qərarından görünür ki, zəruri sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. - Cavabdehin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2017-ci il tarixli **********4165 saylı tələbnamədən görünür ki, zəruri sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********8511 saylı tələbnamədən görünür ki, iddiaçıdan büdcəyə ödənilməli olan 35.000 manat vəsaitin xx.xx.2017-ci il tarixə qədər ödənilməsi tələb olunmuşdur. - Cavabdehin xx.xx.2017-ci il tarixli 000818 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə - faktura və ya elektron qaimə - faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması məsələsi üzrə keçirilən operativ vergi nəzarəti nəticəsi haqqında tərtib edilən aktdan görünür ki, operativ vergi nəzarəti tədbirinin keçirilməsi zamanı iddiaçının (VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi marketdə 354.224 manat məbləğində olan maldan, 4224 manat hesab-fakturası aşkar olunsa da, qalan 354.224 manat məbləğində olan malın qaimə - faktura və elektron qaimə - faktura və elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmaması aşkar edilmiş, bu barədə müvafiq akt tərtib edilərək iddiaçı səbəb göstərmədən aktı imza etməkdən imtina etmişdir. - İddiaçının xx.xx.2017-ci il tarixli izahatından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək ev 223 ünvandakı marketin özünün işlətdiyini, aşkar edilmiş malların ona məxsus oldugunu, mallara dair heç bir sənədin olmadıgını bildirmişdir. - Vergi ödəyicisinə məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə faktura və elektron qaimə - faktura və elektron vergi hesab – faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı iddiaçının (VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək ev 223 ünvandakı “Panda” marketdə mövcud olan mallara dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli siyahısından görünür ki, 354.224 manat məbləğində malın qaimə - faktura və elektron qaimə - faktura və elektron vergi hesab – faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmadıgını iddiaçı öz imzası ilə vergi orqanı əməkdaşlarının iştirakı ilə təsdiq etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşağıdakı maddələri bu işə tətbiq olunur: 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə - material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (...) 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: (...) 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən az biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 7 1-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (...) 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən; 71-1.5.4. malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə; 71-1.5.7. malların emala verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən: 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 3.1. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergiödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan və topdansatış fəaliyyəti göstərən şəxslərdən satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDVnin məqsədləri üçün qeydiyyata alınmış vergiödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. 3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir 3.4. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma xərclərinin və sığorta xərclərinin cəmi nəzərə alınır. Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır və onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi orqanının xx.xx.2017-ci il tarixli **********4155 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək ev 223 ünvanda yerləşən “Panda” marketdə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək operativ vergi nəzarəti tədbiri keçirilməsi nəticəsində iddiaçının iştirakı ilə 354.224 manat məbləğində malın qaimə - faktura və elektron qaimə - faktura və elektron vergi hesab – faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmaması aşkar edilmişdir. Buna görə də vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********8510 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 35000.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdehin xx.xx.2017-ci il tarixli **********4155 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Panda” marketdə operativ vergi nəzarəti tədbiri keçirilməsi zamanı 354.224 manat məbləğində olan maldan, 4224 manat hesab-fakturası aşkar olunsa da, qalan 354.224 manat məbləğində olan malın qaimə - faktura və elektron qaimə - faktura və elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmaması aşkar edilmiş, bu barədə müvafiq akt və siyahı tərtib edilərək iddiaçı aktı imza etməkdən imtina etsə də, izahat verərək həmin malların ona məxsus oldugunu, sənədlərinin olmadıgını, həmçinin də vergi orqanı əməkdaşlarının iştirakı ilə tərtib edilmiş həmin malların siyahını öz imzası ilə təsdiq edilmişdir. İddiaçı iddia ərizəsini və nümayəndəsi məhkəmədə izahatını onunla əsaslandırmışlar ki, iddiaçı marketdə təsərrüfat işləri ilə (fəhlə) məşğul olur. Halbuki, məhkəmə araşdırması zamanı onun ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyatda alınması, sahibkarlıq fəaliyyətinin (fəaliyyət növü: ixtisaslaşdırılmış magazada sair məhsulların pərakəndə satışı) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək ev 223 ünvandakı obyektdə (magaza **********-18001) həyata keçirildiyi vergi orqanının aparılmış yoxlaması ilə müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən aşkar edilmiş mallara dair müvafiq sənədlərin olması iddia edilməmiş, həmin sənədlərin məhkəməyə təqdim edilməsi dəfələrlə təklif edilsə də, nümayəndəsi müvafiq sənədlərin olmadığını bildirilmişdir. Bu səbəbdən də cavabdeh yoxlama zamanı bu halı pozuntu kimi qiymətləndirərək iddiaçı barəsində Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulan maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri bilir ki, işin araşdırılan hallarından göründüyü kimi cavabdehin nümayəndələrinin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə apardığı yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbinə uyğun olaraq aparılması haqqında qərarın mövcud olması və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması bu cür yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar göstərilmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçının şikayətində sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə (izahatı) inzibati aktın ləgv edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8510 saylı 20 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi barədə” iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-549/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-549/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver