Məhkəmə qərarları › İş №2-1(112)-549/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-549/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-549/2025 17.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı “2010-2014-cü il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində oxuduğu illərin yekunu olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən diplomun verilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:

1. İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı “2010-2014cü il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində oxuduğu illərin yekunu olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən diplomunun verilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutu Qazax Filialına daxil olmuş, 2004-cü il tarixdə həmin İnstitutun “İptidai təhsilin pedaqogikası və metodikası” bakalavır dərəcəsini bitirmişdir (Diplom MT- 1№289255). İddiaçı 2010-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Univerisitetinə daxil olarkən sənədlərimi hazırlayıb Memarlıq və İnşaat Univerisitetinə vermiş, sənədlərin Azərbaycan Müəllimlər İnisitutu Qazax Filialının MT-1 №289255 Diplomunu əlavə etmişdir. Sənədlər qəbul edilmiş, heç bir etiraz olmamışdır. İmtahanlarını müvəffəqiyyətlə verib Azərbaycan Memarlıq və İnşaat Univerisitetinin inşaat texnologiya fakültəsinə daxil olmuşdur. 2014-cü il tarixdə tikinti materialları və məmulat texnologiyası mühəndisliyi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət atestasiya komisiyyasının xx.xx.2014-cü il tarixli 315/T-d saylı qərarı ilə ona bakalavr dərəcəsi verilmişdir. Lakin naməlum səbəblərdən bu günə kimi həmin univerisitetin diplomunu ala bilməmişdir. Dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinə yazılı və şikfahi müraciət etmiş, qəbullarda olmuşdur. Lakin verilən cavablar eyni olmuşdur. Bildirilmişdir ki, “2010-cu il tarixdə inşaat texnologiyaları fakültəsinin tikinti materialları və məmulat texnologiyası mühəndisliyi ixtisasına qəbul olunmuş, 2014-cü ildə 305t/d saylı xx.xx.2014-cü il tarixli əmrlə univerisiteti bitirmiş, lakin Elm və Təhsil Nazirliyi tərəfindən diplom ayrılmamışdır. Buna səbəb isə baza diplomunun tanınmaması qeyd olunmuşdur. Əgər onun baza diplomu nazirlik tərəfindən tanınmamışdırsa nə üçün 2010-cu ildə sənədlərin qəbul edib onu imtahana buraxmışlar. 4 il Univerisitetdə təhsil almışdır. Bu illər dövründə bir dəfə olsun belə bu haqda məlumatlandırılmamışdır. Lakin tələbə yoldaşları diplomlarını alıb hərəsi müəyyən ixtisas üzrə çalışırlar. Lakin diplomuun olmamasından iddiaçı öz ixtisası üzrə çalışa bilmir.

3. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 2010-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olarkən Azərbaycan Müəllimlər İnstitutu Qazax Filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” bakalavr dərəcəsini 2004-cü il tarixində bitirməsinə dair MT-1 289255 nömrəli diplom təqdim etmişdir. Müvafiq sənədlər təqdim olunduqdan sonra, İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat texnologiya” fakültəsinin “tikinti materialları və məlumat texnologiyası mühəndisliyi” ixtisasına daxil olmuş və 2014-cü il tarixində Dövlət attestasiya komissiyasının xx.xx.2014cü il tarixli, 315/T-d saylı Qərarı ilə İddiaçı bakalavr dərəcəsi verilmişdir. Lakin iddiaçının baza diplomunun tanınmaması səbəbindən ona Elm və Təhsil Nazirliyi tərəfindən diplom ayrılmamışdır. Qanunvericiliyə əsasən ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələrinin AR Təhsil Nazirliyinin sifarişi ilə verildiyini nəzərə alaraq hazırkı məhkəmə işi üzrə İddiaçı AzMİU-dan 2010- 2014-cü il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən diplomunun verilməsinə dair qərar qəbul edilməsinə dair tələb etmək hüququnun olmaması nəticəsinə gəlmək olar. Sadalanan hallardan göründüyü kimi ali təhsil haqqında dövlət sənədini verməli olan qurum Ali təhsil müəssisəsi deyil. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır.

6. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.17. əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil; 24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır. 24.2. Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir: 24.2.4. təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili. 24.5. Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İxtisasartırma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş“Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən:

3.1. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra — diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. 3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 3.3. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır. 3.4. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.3.1. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili üzrə proqram və tədris planı əsasında ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsil haqqında diplom verilir.

İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi - 2010-2014-cü il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində oxuduğu illərin yekunu olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən diplomunun verilməsinə dair qərar qəbul edilməsi”ndən ibarətdir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Müəllimlər İnstitutu Qazax Filialında bakalavr təhsili almış, həmin təhsili əsasında Azərbaycan Memarlıq və İnşaat Universitetində əlavə təhsil almışdır, təhsilini başa vuraraq bakalavr dərəcəsi almış, lakin bakalavr təhsilinin diplomu iddiaçıya verilməmiş, bunun səbəbi isə Təhsil Nazirliyi tərəfindən iddiaçının adına diplomun cavabdehə təqdim edilməməsidir. Belə olan halda iddiaçının müvafiq tələbi inzibati orqan – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qaldırılması məqsədəuyğun olmuşdur. Məhkəmə tərəfindən işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisənin həllində yardım etmək məqsədi ilə keçirilmiş məhkəmə iclası zamanı iddiaçının vəkili ilə yaranmış mübahisənin mümkün həlli vasitələri və qaydası, diplomun alınması ilə bağlı yaranmış mübahisə üzrə əsl cavabdehə müraciət etməsinin zəruriliyi və digər məsələlər müzakirə edilmişdir. İddiaçının vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizəni qısa müddətdə təqdim edilməsi üşün müddət istəmiş, bunun üçün iclası təxirə salınmasını xahiş etmişdir. İnzibati-Prosessual Məcəlləsinin 54.1. –cü maddəsinə əsasən, cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Lakin iddiaçı və ya onun nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə və ya müvafiq vəsatət məhkəməyə təqdim edilməmişdir. Hazırda iddiaçı tərəfindən qaldırdığı iddia tələbi üzrə iddia ərizəsində göstərilmiş cavabdeh- Azərbaycan Memarlıq və inşaat universiteti iddiaya cavab verən inzibati orqan kimi çıxış edə bilməz. Belə ki, yuxarıda qeyd olunmuş qanunvericilik normalarından göründüyü kimi, nazirlik tərəfindən təhsil müəssisənin məzununun adına bakalavr diplomu blankı verildiyi halda universitet diplomu təqdim edə bilir. Beləliklə iddiaçı tərəfindən məhz cavabdeh tərəfindən onun hüquqlarının pozulması əsaslandırılmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarından da göründüyü kimi əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. Lakin iddiaçının orta ixtisas təhsili barədə diplomu (Azərbaycan Müəllimlər İnisitutu Qazax Filialında aldığı təhsili üzrə) dövlət sənədi olmaması ilə bağlı mübahisə mövcuddur. Məhkəmə qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Bu anlayış hüquq subyektinin hüquqi münasibətlərdə öz mülkiyyətinə, şəxsi azadlıqlarına, sərbəst fəaliyyətinə, həyatına və digər hüquqlarına sahib olması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı “2010-2014-cü il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində oxuduğu illərin yekunu olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən diplomunun verilməsinə dair qərar qəbul edilməsi” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar