Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5490/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum babası X2 (X6) adına Bakı şəhəri, Remeslennaya küçəsi, 442 saylı məhəllə, ev 20 (hazırda ünvan 1 ünvanında yerləşən evin və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 12 sayılı Notariat ofisində iddiaçının müraciətinə əsasən, babası X2 (X6) adına vərəsəlik işi açılmışdır. X1 (X6) adına Bakı şəhəri, Remeslennaya küçəsi, 442 sayılı məhəllə, ev 20 ( Hazırda ünvan 1 ünvanında yerləşən əmlaka dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ancaq xx.xx.2023-cü il tarixdə, **********60 saylı məktubla iddiaçı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş almışdır. İmtina məktubunda bildirilir ki, qeyd olunan ünvanda digər fiziki şəxslərin adına qeydiyyata alınmış mənzillərin olduğu və həmin ərazidə söküntü işlərinin aparıldığı müəyyən edilmişdir. Bu səbəbdən də müraciətinin təmin olunması mümkün olmamışdır. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********70 saylı arayışında, həmin evin və torpaq sahəsinin X4 adına ilkin qeydiyyatdan keçməsi və hazırda da onun mülkiyyətində olması bildirilmişdir. Həmin arayışın surəti də ərizəyə əlavə edilmişdir. Cavabdeh tərəf isə imtina məktubunda öz mülahizəsini heç bir əsasla sübut edə bilməmişdir. Belə hesab edilir ki, iddiaçının mərhum babası X2 (X6) adına Bakı şəhəri, Remeslennaya küçəsi, 442 sayılı məhəllə, ev 20 (Hazırda ünvan 1 ünvanında yerləşən evin və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkündür. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********0 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, inzibat icraat aparılan zaman sözügedən daşınmaz əmlaka idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılması üçün iddiaçı ilə əlaqə saxlanılmış və iddiaçı tərəfindən fərdi yaşayış evinin söküldüyü, yerində yüksəkmərtəbəli yaşayış binasının tikildiyi bildirilmişdir. Məlumat üçün bildirilir ki, qeyd olunan ünvanda mənzillər digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlük məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, məqsədi fərdi yaşayış evinin və torpaq sahəsinin üzərində hüququn mərhum babasına məxsus olması barədə arayışın verilməsindən ibarətdir. Həmçinin bildirdi ki, ərazidə söküntü işlərinin aparılması nəticəsində həmin ev artıq mövcud deyil, evin yerləşdiyi torpaq sahəsinə dair isə heç bir sənədi yoxdur. Tələbi müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Remeslennaya küçəsi, 442 saylı məhəllə, 20 nömrəli ev (hazırda Mirəli Qaşqay küçəsi, ev 31) tarixsiz olaraq X4 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -Cavabdeh inzibati orqan tərəfindən iddiaçının iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda digər fiziki şəxslərin adına qeydiyyata alınmış mənzillərin olduğu və həmin ərazidə söküntü işlərinin aparıldığı müəyyən edilmişdir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, Bakı şəhəri, Remeslennaya küçəsi, 442 saylı məhəllə, 20 nömrəli fərdi yaşayış evi xx.xx.1912-ci il tarixdə X5 adına qeydiyyatdan keçməsinə dair reyestr kitabında (kitab 79, səhifə 965) qeydiyyat aparılmışdır və hazırda adınadır. Sözügedən əmlaka dair sənədlər İdaərnin arxiv əsaslarında aşkar edilməmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.3-cü bəndlər). İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Plenum qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). İşin mübahisəsiz hallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, Bakı şəhəri, Remeslennaya küçəsi, 442 saylı məhəllə, ev 20 (hazırda ünvan 1 sökülmüş və artıq mövcud deyildir. Hazırkı iddianı irəli sürməkdə iddiaçının məqsədi isə Bakı şəhəri, Remeslennaya küçəsi, 442 saylı məhəllə, ev 20 (hazırda ünvan 1 və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum babası X3 (X4) adına qeydiyyata alınmasına nail olmaqla, yaxud həmin daşınmaz əmlaklar üzərində hüququn mərhuma məxsus olması barədə arayış əldə etməklə söküntünü aparmış aidiyyəti şəxslərə qarşı kompensasiya tələbi irəli sürməkdən ibarətdir. Lakin iş materiallarında olan sənədlərdən məlum olur ki, sözügedən ünvanda yerləşmiş fərdi yaşayış evi X5 adına qeydiyyatdan keçməsinə dair reyestr kitabında qeydiyyat aparılmışdır və hazırda onun mülkiyyətindədir. Həmin qeydin ləğv edilməsi, etibarsız sayılması barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bəhsolunan fərdi yaşayış evinin mərhum X3 (X4) adına dövlət qeydiyyatından keçməsi qeydiyyat orqanı tərəfindən təsdiqləndiyindən və bununla da həmin evin yerləşdiyi torpaq sahəsi də onun qanuni istifadəsində olduğundan iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur və o, arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən, o cümlədən əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, iddiaçının fərdi yaşayış evinin sökülməsi nəticəsində ehtimal etdiyi hüquqlarının pozulması ilə əlaqədar kompensasiya tələbi ilə aidiyyəti şəxslərə qarşı müvafiq məhkəmədə iddia qaldırmaq hüququ vardır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçı hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən və iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5490/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5490/2024
02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver