Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5491/2021 25.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik yardımın verilməsi” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq 190 manat birdəfəlik yardımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28.04.2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən iddiaçıya göndərilən sms bildirişdə bildirilmişdir ki, o aztəminatlılıq meyara uyğun olmadığı üçün 190 manat birdəfəlik ödəmədən imtina edilir. Səbəb olaraq həyat yoldaşı X1 adında nəqliyyat vasitəsinin olması göstərilmişdir. Daha sonra iddiaçı həyat yoldaşı ilə evliliyinə xitam verilməsi barədə Xəzər Rayon Məhkəməsinin 04.10.2019-cu il tarixli qətnaməsini, eyni zamanda keçmiş həyat yoldaşının 15.11.2019-cu il tarixində avtoqəza nəticəsində vəfat etməsi haqqında şəhadətnaməni və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 31.08.2020-ci il tarixli, 016 7724871- 4220 nömrəli arayışını yazılı şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının 29.09.2020-ci il tarixli, **********2 nömrəli cavab məktubunda 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Səbəb kimi iddiaçının istifadəsində nəqliyyat vasitəsinin olması göstərilmişdir. İddiaçıya daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin 09.10.2020 tarixli, 016 77 367 M- 4226 nömrəli arayışı ilə onun adına heç bir nəqliyyat vasitəsinin aşkarlanmadığını bildirmişdir. Bu arayış barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə yazılı şəkildə müraciət etmiş və 03.11.2020-ci il tarixli, **********7 nömrəli cavab məktubu ilə iddiaçının adında nəqliyyat vasitəsinin aşkarlandığını və 190 manat birdəfəlik ödəmədən imtina edildiyi bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən təqdim edilmiş etirazında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. İddiaçı MAS-da işsiz kimi qeydiyyatdan keçməmiş (işsiz kimi qeydiyyat tarixi 05.05.2020-ci il) və bu səbəblərdən iddiaçının birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır. Həmçinin, şəxsiyyət vərəqəsində iddiaçının evli olduğu görünsə də, qeydiyyatdan keçən zaman arvadı barədə məlumatı daxil etməmişdir. Bununla yanaşı iddiaçının istifadəsində nəqliyyat vasitəsi olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövrünə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.12-ci yarımbəndinə uyğun olaraq, mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanların işsiz statusu olsa belə, birdəfəlik ödəmə almaq hüquqları istisna edilməkdədir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsindən göndərmiş olduğu sorğuya cavab olaraq əldə edilən məlumata əsasən, şəxsin istifadəsində **-ND-*** dövlət nömrə nişanlı LF 7132-320 markalı və **-SF-*** dövlət nömrə nişanlı VAZ 21074 markalı nəqliyyat vasitələri var. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qocayev iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsinni məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini nəzərdən keçirərərk, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. AZ-İİ 048515 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 15 noyabr 2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının iddiaçıya ünvanladığı 29 sentyabr 2020-ci il tarixli məktubuna əsasən, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır. İddiaçının 05 may 2020-ci il tarixli müraciəti əsasında işsiz kimi qeydiyyata alınmışdır. Əlavə araşdırmalar nəticəsində istifadəsində iki və daha çox nəqliyyat vasitəsi olduğuna görə iddiaçıya 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmiş və müvafiq hüququ araşdırılarkən məlumatları Daxili İşlər Nazirliyinin DYPİ-nin informasiya bazasından əldə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin İddiaçı ünvanladığı 09.10.2020-ci il tarixli məktuba əsasən, DİN-in Baş X11 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1975ci il təvəllüdlü İddiaçı adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin X2 ünvanladığı 31.08.2020-ci il tarixli məktuba əsasən, DİN-in Baş X11 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə ünvan 2 ünvanında qeydiyyatda olan 28.05.1975ci il təvəllüdlü X1 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. 28 aprel 2020-ci il tarixli sms bildirişdən görünür ki, iddiaçı X4 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi istifadəsində iki və daha çox neqliyyat vasitəsi aşkarlandığı bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 25.05.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının etibarnamə əsasında **-ND-*** dövlət nömrə nişanlı LF 7132-320 markalı və **-SF-*** dövlət nömrə nişanlı VAZ 21074 markalı nəqliyyat vasitələri istifadəsindədir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır., İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər; Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə;2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “esosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən işsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən işsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. İşin faktiki hallarına əsasən iddiaçı işsiz statusu olan şəxs kimi 05.05.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Lakin ona birdəfəlik yardımın ödənilməsindən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.12-ci yarımbəndinə əsasən imtina edilmişdir. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3. –ci bəndinə əsasən, dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;2.3.2. əmək pensiyaçılarına;2.3.3. aylıq müavinət alanlara;2.3.4. aylıq təqaüd alanlara;2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;2.3.6. işsizlikdən sığorta ödənişi alanlara;2.3.7. peşə hazırlığına görə təqaüd alanlara;2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara;2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara;2.3.14. yaşı 18-dən aşağı olanlara;2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. İş materiallarından göründüyü kimi, iddiaçının istifadəsində nəqliyyat vasitələri vardır. Beləliklə, işin faktiki hallarının tədqiqi, iş materiallarında olan sənədlərin təhlili, qanunvericiliyin normalarının tədbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya 190 manat birdəfəlik ödəmənin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 aprel 2020-ci il və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinətin verilməsindən cavabdehin imtinası qanunauyğun olduğu üçün 190 manat birdəfəlik yardımın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34,68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 190 manat birdəfəlik yardımın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5491/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5491/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver