Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5492/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil (Kəlbəcər rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Mingəçevir şəhər vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi və vəkili X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “17 oktyabr 2020-ci ildə 60 yaşı tamam olduğu üçün həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “17 oktyabr 2020-ci ildə 60 yaşı tamam olduğu üçün həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1960-cı ildə Qəbələ rayonunun Beyli kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 20 iyul 1982-ci ildə Az.DRES Tikinti Quraşdırma İdarəsində qaynaqçı vəzifəsinə işə qəbul olunmuş, 26 iyun 1990-cı ildə həmin işdən çıxmışdır. 27 iyun 1990-cı ildə X10 Hidromantaj İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş və 15 aprel 1992-ci ilə kimi həmin idarədə işləmişdir. Eyni zamanda 16 aprel 1992-ci ildə həmin idarədə 5-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul olunmuş və 17 sentyabr 1995-ci ilə kimi orada işləmişdir. Daha sonra, yəni 18 sentyabr 1995-ci ildən 10 nömrəli Tikinti İdarəsində 5-ci dərəcəli qaynaqçı kimi işə qəbul edilmiş, 17 mart 2000-ci ildə həmin işdən çıxmışdır. Həmin tarixdə, yəni 17 mart 2000-ci ildə "xxxx" ATSC-də elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və 25 aprel 2003-cü ilə kimi orada işləmişdir. 01 iyun 2005-ci ildə "xxxx" MMC-yə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş və 29 oktyabr 2010-cu ilə kimi orada işləmişdir. 01 noyabr 2010-cu ildə "xxxx" ASC Mingəçevir Tikinti və İstehsal İdarəsinin Dəmir X4 sahəsinin 1 saylı Dəmir Beton sexinə 5-ci dərəcəli briqadir vəzifəsinə işə qəbul olunmuş və 02 noyabr 2015-ci ilə kimi həmin idarədə işləmişdir. 01 aprel 2019-cu ildə “Turqut” kiçik müəssisənin tikinti sahəsinə çilingər vəzifəsinə işə qəbul olunmuş və 17 sentyabr 2019-cu ildə həmin işdən çıxmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 04 fevral 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41019,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38114.86 manat təşkil edir. Buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı əmək fəaliyyətinə 1982-ci il tarixdən başlamış və kifayət qədər də “Sovet İttifaqı” dövründə işləmişdir. Eyni zamanda işlədiyi bütün müəssisələr, idarələr əmək kitabçasında və güzəştli arayışlarda qeyd olunmuşdur. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41010,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38114,86 manat təşkil edir. Bundan əlavə, iddiaçının güzəştli iş stajı da mübahisəlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsi güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçının güzəştli iş stajı isə arayışlar vasitəsilə öz təsdiqini tapmır. İddiaçı tərəfindən üç güzəştli arayış təqdim edilmişdir. Birinci arayış iddiaçının 17.03.2000-25.04.2003-cü il tarixləri arasındakı əmək fəaliyyəti ilə bağlıdır. Həmin arayışda hər hansı peşəyə deyil, ümumi şəkildə - “35-ci sətirə” istinad olunur. Üstəlik arayışda möhür görünmür. İkinci arayış iddiaçının 01.11.2010-02.11.2015-ci illərdəki fəaliyyəti ilə bağlıdır. Həmin arayış cəmi 5 ili əhatə edir. Üçüncü arayış iddiaçının 01.06.2005-29.10.2010-cu illərdəki fəaliyyəti ilə bağlıdır. Həmin arayışda iddiaçının iş icraçısı olduğuna istinad olunduğundan və bu məlumat iddiaçının əmək kitabçası ilə uyğunluq təşkil etmədiyindən, bundan əlavə, arayışda Nazirlər Kabinetinin müvafiq siyahısındakı hər hansı konkret peşəyə deyil, ümumi fəslə istinad olduğundan, arayış etibarlı hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiаçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova iddia ərizəsinə etirazda göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17848,26 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 21464,76 manat olmaqla cəmi pensiya kapitalı 39313,02 manat təşkil edir, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 17.10.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38000,00 manat məbləğində hesablanmışdır”. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, İddiaçı 10 may 2005-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası "xxxx" ASC-nin 01-FA/989 nömrəli, 10.12.2020-ci il tarixli “işin xarakteri haqqında” arxiv arayışına əsasən, 1960-ci il təvəllüdlü İddiaçı 01.11.2010-cu ildə (əmr 144/22-kş nömrəli, 22.11.2010-cu il) "xxxx" ASC-nin Mingəçevir Tikinti İstehsal İdarəsinin Dəmir X1 sahəsinin 1 saylı Dəmir beton sexinə iş icraçısı vəzifəsinə qəbul edilib, 03.08.2015-ci ildə (əmr 15/1/48-irş, 05.08.2015-ci il) Dəmir X1 sexinə elektrik qaynaqçısı peşəsinə keçirilib və 02.11.2015-ci ildə (əmr 15/1/69-irş, 02.11.2015-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən müqaviləsinə xitam verilib. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarının “ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdırma işləri”-nə uyğun iş icraçılarının və “Ümumi peşələr” –in 35-ci fəslində nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" ASC-nin ATÜ/442 nömrəli, 28.12.2015-ci il tarixli Əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Güzəştli pensiya üçün staj: 05 il, 01 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il, 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin AG/37 nömrəli, 10.12.2020-ci il tarixli arxiv arayışına əsasən, 1960-cı il təvəllüdlü İddiaçı 01.06.2005-ci ildə (əmr 07/-k nömrəli, 01.06.2005-ci il) "xxxx" MMC-yə qaynaqçı peşəsinə işə qəbul edilmiş, 01.05.2006-cı ildə (əmr 40/k, 01.05.2006-cı il) həmin müəssisədə elektrik qaz qaynaqçısı sahəsinə iş icraçısı vəzifəsinə keçirilmiş və 29.10.2010-cu ildə (əmr 123/k, 29.10.2010-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü il) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr, Azərbaycan Respublikasının NK-nin 23.01.2017-ci il tarixli 12 nömrəli qərarının 35-ci fəslinə əsasən bilavasitə xüsusi zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj: 05 il, 04 ay, 28 gün təşkil edir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 04 nömrəli, 21.12.2020-ci il tarixli arayışına əsasən, İddiaçı 17.03.2000-ci il tarixdə "xxxx" ATSC-yə əmək müqaviləsi yolu ilə qazqaynaqçısı işinə qəbul edilmiş (əmr 42/5), 01.11.2002-ci ildə öz ərizəsinə əsasən 0.5 ştat vahidi ilə elektrik qaynaqçısı işinə keçirilmiş (əmr 144 nömrəli), 25.04.2003-cü ildə əmək müqaviləsinin müddəti başa çatdığı üçün işdən azad edilmişdir. (əmr 54/k nömrə). Göstərilən peşəyə əsasən Azərbaycan Respublikasının NKnin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci sətrinə əsasən bilavasitə xüsusi zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj 03 il 01 ay 08 gün təşkil edir. 01.08.2016-cı il tarixdə müəssisə "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı X6 ünvanladığı **********9 nömrəli, 04 fevral 2021-ci il tarixli məktubundan görünür ki, iddaçının müraciətinin icrasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 41019,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38114,86 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 nömrəli, 27 sentyabr 2021-ci il tarixli “fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında” məktubuna əsasən iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17848,26 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 21464,76 manat olmaqla cəmi pensiya kapitalı 39313,02 manat təşkil edir. "xxxx" ASC-nin 22.11.2010-cu il tarixli, 144/22-kş saylı əmrdən çıxarışına əsasən, şəxsi heyət üzrə İddiaçı 01.11.2010-cu il tarixdən 1 (bir) ay sınaq müddəti ilə Mingəçevir Tikinti və İstehsal İdarəsinin Dəmir X1 sahəsinin 1 saylı Dəmir Beton sexinə (müddətli əmək müqaviləsi ilə) 5-ci dərəcəli briqadir vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC-nin 02.11.2015-ci il tarixli, 15/1/69-irş saylı əmrdən çıxarışına əsasən, şəxsi heyət üzrə İddiaçı Tikinti İdarəsinin Mingəçevir RTQ sahəsinin Dəmir X1 sexinin 5-ci dərəcəli elektrik qaynaqçısının əmək müqaviləsinə, 02.11.2015-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. .Azenco” ASC-nin 05.08.2015-ci il tarixli, 15/1/48-irş saylı əmrdən çıxarışına əsasən, şəxsi heyət üzrə İddiaçı Tikinti İdarəsinin Mingəçevir RTQ sahəsinin Dəmir X1 sexinin 5-ci dərəcəli briqadiri, 03.08.2015-ci il tarixindən həmin idarənin DBMİ sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı 01.09.1981ci ildən 15.07.1982-ci ilədək Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbində təhsilalmış, “Azenerqostroy” Trestin Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası, 20.07.1982-ci ildə 39 nömrəli TPM-dən göndəriş olaraq dördüncü dərəcəli elektrik qaynaqçısı kimi işə götürülmüş, 01.07.1987-ci ildə beşinci dərəcə verilmiş, 26.06.1990-cı ildə öz xahişi ilə işdən azad olunmuş, Azərbaycan Tikinti-quraşdırma İdarəsi, 27.06.1990cı ildə 5-ci dərəcəli əl elektrik qövs qaynağın elektrik qaynaqçısı kimi işə götürülmüş, 15.04.1992-ci il tarixli RSFSR Əmək haqqında Qanunun 31-ci maddəsinə əsasən işdən çıxarılmış, 16.04.1992-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, 21.05.1993-cü ildə 6-cı dərəcəli elektrik qaynaqçısı verilmiş, 17.09.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, imza və möhür var. 18.09.1995-ci ildə həmin tarixdən 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 04.08.1997-ci ildə həmin tarixdən işinin öhdəsindən gəldiyi üçün 6-ci dərəcəli verilmiş, 17.03.2000-ci ildə ərizəsinə əsasən işdən azad edilmiş, 17.03.2000-ci ildə "xxxx" ATSC-də elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 01.11.2002-ci ildə öz ərizəsinə əsasən 0,5 elektrik qaynaqçısı işinə keçirilmiş, 25.04.2003cü ildə müqavilənin müddəti başa çatdığı üçün işdən azad edilmiş, 01.06.2005-ci ildə "xxxx" MMC-yə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş, 01.05.2006-cı ildə "xxxx" MMC-də elektrik qaz qaynaqçısı briqadiri vəzifəsinə keçirilmiş, 5-ci dərəcə ilə, 29.10.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmiş, 01.11.2010-cu ildə Mingəçevir Tikinti və İstehsal İdarəsinin Dəmir X5 sahəsinin 1 saylı Dəmir Beton sexinə 5ci dərəcə briqadir vəzifəsinə təyin edilmiş, 05.01.2012-ci ildə Tikinti Məmulatları İstehsalat Kombinatına 5-ci dərəcəli briqadir vəzifəsinə keçirilmiş, 05.01.2012-ci ildə STP-nin Tikinti Məmulatlarının İstehsal Kombinatına vəzifə və dərəcəsi saxlanılmaqla keçirilmiş, 28.12.2012-ci ildə "xxxx" ASC-nin Sənaye Tikinti və İstehsalı İdarəsinə 5-ci dərəcəli birqadir keçmiş, 07.01.2014-cü ildə Mingəçevir Tikinti və Quraşdırma İdarəsinin Dəmir X1 sexinə 5-ci dərəcəli briqadir peşəsinə keçirilmiş, 05.01.2015-ci ildə Tikinti İdarəsinin Mingəçevir RTA sahəsinin DBMİ sexinə 5-ci dərəcəli briqadir vəzifəsinə keçirilmiş, 03.08.2015-ci ildə DMBİ sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 02.11.2015-ci ildə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmiş, 01.04.2019-cu ildə “Torqut” kiçik müəssisinin tikinti sahəsinə çilingər vəzifəsinə qəbul edilmiş, 17.09.2019cu ildə ƏM-nin 75,2a bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı ilə) əmək müqaviləsinə xitam verilmiş, 17.09.2019-cu ildə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 07.01.2020-ci ildə 2-ci dərəcəi quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 24.01.2020-ci ildə qaynaqçı peşəsinə keçirilmiş, 11.06.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.1960cı ildə anadan olmuş, 20 iyul 1982-ci ildən əmək fəaliyyətinə başlamışdır. İddiaçı onun 17 oktyabr 2020-ci il tarixinə ümumi iş stajı 25 ildən çox olması, bu stajın 12 il 6 aydan çox müddəti güzəştli staj təşkil etdiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Vİİ hissəsinə uyğun olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında 29-cu fəslində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” peşəsində və 35ci fəslində “Ümumi peşələr”-in əl ilə qaynaq aparan elektrik qaynaqçılarının peşələrində güzəştli iş stajı 12 il 06 aydan çox, ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 60 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının ümumi iş stajı əmək kitabçaları və arxiv arayışları ilə təsdiq edilir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinasının əsası- iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşagı olmayan pensiya təminatına imkan verməməsidir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-3-cü maddəsinə əsasən, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1. –ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 39313,02 manat pensiya kapitalı vardır. Məhkəmə hesab edir ki, bu məbləğ iddiaçıya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olaraq ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərək, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Cavabdehin öz etirazında, iddiaçının təqdim etdiyi arxvi arayışlarının mötəbər olmadığını bildirmişdir və həmin arayışların etibarsız olduğunu məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə də razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı 17 oktyabr 2020-ci ildə 60 yaşı tamam olduğu üçün həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınnın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33cü, 68-ci, 69-cu, 85 ci, 110-ci mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı 17 oktyabr 2020-ci ildə 60 yaşı tamam olduğu üçün həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-5492/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5492/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver