Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5498/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi Ağasıyev Məmmədtağı Teymur oğlunun (Bakı şəhərində qeydiyyatdadır),cavabdehin nümayəndəsi Kərimova Tamilla Mövludin qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası həkim: baş həkim işləyir) iştirakı ilə, iddiаçı Ağasıyev Teymur Məmmədtağı oğlunun cаvаbdеh 8 nömrəli şəhər poliklinikasına qаrşı “göndəriş verilməsi öhdəliyinin qoyulması” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Ağasıyev Teymur Məmmədtağı oğlu cavabdeh 8 nömrəli şəhər poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək xx.xx.2020-ci ildən iddiaçıya xəstəlik vərəqəsinin açılması və əlillik dərəcəsi almağı üçün tibbi sosial-ekspert komissiyasına göndəriş verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, 2019-cu ilin dekabr ayının əvvəllərindən etibarən ürəyi ilə bağlı yaranmış narahatlıqlar günbəgün kəskinləşdiyindən həmin ayın 20si Bakı Sağlamlıq Mərkəzində cərrahi əməliyyat olunmuşdir. Əməliyyatdan sonra əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün üç ay müddətinə cavabdehin verdiyi sənədlə bülletendə olmuşdur. Həmin müddət bitdikdən sonra bülletinin uzadılmasına zərurət olduğundan X7 müraciət etmiş, ambulator müalicə olmağı üçün ona şərait yaradılmış və həmin xəstəxananın verdiyi sənəd əsasında yenə də üç ay müddətinə bülletendə olmuşdur. Növbəti bülletenin şəhər poliklinikasında deyil, X6 açdırmağına əsas isə poliklinikadan aldığı rədd cavabı olmuşdur. Belə ki, poliklinikadan ona pandemiya ilə əlaqədar olaraq kardiologiya institutunun fəaliyyətini dayandırdığı və bu səbəbdən də institutda stasionar müalicə olunmağa görə göndəriş verilə bilməyəcəyi bildirilmişdir. Sonuncu üç ay müddəti bitdikdən sonra karantin rejiminin yumşaldılması səbəbi ilə kardiologiya institutuna müalicə olunmaq üçün göndərilməyi mümkün olmuş və iki həftə müddətinə institutda müalicə olunmuşdur. Daha sonra müalicəsinin ambulator şəraitində davam etdirilməsi üçün kardiologiya institutu şəhər poliklinikasina göndəriş vermişdir. Verilmiş göndərişə və həkim rəyinə baxmayaraq poliklinika ambulator şəraitdə müalicəsinin davamı məqsədilə xəstəlik vərəqəsinin müddətinin uzadılmasından və onun əlillik dərəcəsi almağı üçün tibbi-sosial ekspert komissiyasına göndəriş verilməsindən imtina etmişdir. Bununla əlaqədar xx.xx.2020-ci ildə Cavabdehna müraciət etmişdir. Poliklinikanın xx.xx.2020-ci il tarixli, 424 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, xx.xx.2020-ci ildə HMK-nın üzvlərinin iştirakı ilə keçirilmiş komissiyada səhhətindəki yaxşılaşmağa uyğun olaraq xəstəlik vərəqəsinin uzadılmasına əsas olmadığı üçün xəstəlik vərəqəsinin müddətinin uzadılması mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh 8 nömrəli şəhər poliklinikası Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, göndəriş verilməsi üçün əsaslara, şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox müalicədə olması, müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyaların bərpa olunmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması aiddir. İddiaçı xx.xx.2019-xx.xx.2019-ci ilədək Bakı Sağlamlıq Mərkəzində müayinə və müalicə olunmuşdur. xx.xx.2019-cu ildə “aorta-koronar şuntlama” əməliyyatı aparılmış, xx.xx.2019-cu ildə kafi vəziyyətdə evə buraxılmışdır. Xəstəxanada müayinə nəticəsi: sol mədəçiyin sistola-diastola ölçüləri normaldır. Sistolik funksiya (LVEF- 47%) minimal azalmışdır. xx.xx.2019-xx.xx.2020-ci ilədək poliklinikada ambulator olaraq müalicə davam etmiş və bu müddət ərzində ona müvəqqəti əmək qabiliyyətinin itirilməsi barədə xəstəlik vərəqəsi verilmişdir. xx.xx.2020-ci ildə HKM-nın üzvlərinin iştirakı ilə keçidirlmiş komissiyada səhhətindəki yaxşılaşmağa uyğun olaraq xəstəlik vərəqəsinin uzaldılmasına əsas olmadığı üçün sağalma ilə bağlanmışdır. xx.xx.2020-ci ildən sonra iddiaçı 8 nömrəli şəhər poliklinikasına müraciət etməmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Ağasıyev iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimova iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiаçının və cavabdehin nümayəndələrinin çıxışlarını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməməlidir. İş materiallarına əlavə edilmiş: Bakı Sağlamlıq Mərkəzinin epikrizisinə əsasən İddiaçı üzərində xx.xx.2019-cu ildə aorto koronar şuntlama əməliyyatı aparılmışdır. 8 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2019-xx.xx.2019-cu ilədək Bakı Sağlamlıq Mərkəzində müayinə və müalicə olunmuşdur. xx.xx.2019-cu ildə aorta-koronar şuntlama əməliyyatı aparılmış, xx.xx.2019cu ildə kafi vəziyyətdə evə buraxılmışdır. Xəstəxanada müayinə nəticəsi: sol mədəçiyin sistola-diastola ölçüləri normaldır. Sistolik funksiya (LVEF-47%) minimal azalmışdır. xx.xx.2019-xx.xx.2020-ci ilədək poliklinikada ambulator olaraq müalicə davam etmiş və bu müddət ərzində ona müvəqqəti əmək qabiliyyətinin itirilməsi barədə xəstəlik vərəqəsi verilmişdir. xx.xx.2020-ci ildə HKM-nın üzvlərinin iştirakı ilə keçirilmiş komissiyada səhhətindəki yaxşılaşmağa uyğun olaraq xəstəlik vərəqəsinin uzadılmasına əsas olmadığı üçün sağalma ilə bağlanmışdır. Hansısa məqsədlə ona nəzarət edən müalicə həkiminə məlumat vermədən başqa tibb müəssisəsində - X6 yenidən xəstəlik vərəqəsi 3 aya qədər artırılmışdır. Bununla xəstəlik vərəqəsində olma müddəti 6 aya çatdırılmışdır, əgər həmin xəstəxana onda əlillik əlamətlərinin əmələ gəldiyi qənaətinə gəlibsə TSEK müayinəsinə göndərilməsi məsələsinə də baxmalıdır. O, xx.xx.2020-ci ildən 8 nömrəli şəhər poliklinikasına müraciət etməmişdir. Beləliklə, iş materiallarına əsasən məhkəmə müəyyən etdi ki, iddiaçı səhhətindəki problemlərlə bağlı Bakı Sağlamlıq Mərkəzində üzərində şuntlama əməliyyatı keçirilmişdir, o bundan sonra 8 nömrəli şəhər poliklinikasında ambulator müalicə olunmuş, orada xx.xx.2019-xx.xx.2020-ci il dövrü üçün ona xəstəlik vərəqəsi açılmışdır, xx.xx.2020-ci ildə səhhətindəki yaxşılaşma ilə bağlı xəstəlik vərəqinin müddəti uzadılmamışdır.İddiaçı hazırda xx.xx.2020-ci ildən xəstəlik vərəqində olma müddətinin uzadılmasını və əlillik dərəcəsinin müəyyən edilməsi üçün göndəriş verilməsini tələb edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçını iddia tələbində haqlı hesab etmir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”ın 2-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan müalicə idarələrinin həkimləri tərəfindən verilir. Həmin Təlimatın 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan müalicə idarələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Həmin Təlimatın 6-cı bəndinə əsasən xəstəlik, məişət zədəsi və şikəstlik üzrə məzuniyyətlə əmək qabiliyyəti bərpa olanadək və ya tibbi-sosial ekspert komissiyası tərəfindən əlillik müəyyən edilən bütün müddət ərzində verilir. Həmin Təlimatın 7-ci bəndinə əsasən həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. Həmin Təlimatın 8-ci bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin müalicə idarəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. Həmin Təlimatın 9-cu bəndinə əsasən xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş şəxslərin hamısına xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra xəstəlik vərəqəsini artırmağa icazə verilə bilər. Xəstəlik uzun çəkdikdə bu müayinələr azı hər 10 gündən bir keçirilməlidir.Həkim-məsləhət komissiyası (HMK) və ya müalicə idarəsində belə komissiyalar olmadıqda, müalicə həkimi, baş həkimin təsdiqindən sonra vərəm xəstəliyi və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirmiş şəxsə 2 aydan artıq olmamaq şərti ilə xəstəlik vərəqəsi verib, onu müvəqqəti olaraq başqa işə keçirməyə icazə verə bilər. Bu cür keçirmə, xəstə öz adi iş yerində əmək qabiliyyətinə malik olmayıb, işə ziyan vurulmadığı, müalicənin gedişinə maneçilik törədilmədiyi halda təyin oluna bilər. Xəstəlik vərəqəsində təyin olunmuş keçirilmə haqda müalicə idarəsinin baş həkiminin imzası ilə qeydlər edilir. İşçinin (bu bənddə göstərilməmiş) sair xəstəliklərlə əlaqədar olaraq sağlamlıq cəhətcə başqa işə keçirmək lazım gəldikdə, xəstəlik vərəqəsi deyil, HMK-nın rəyi verilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir).1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi;1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İşin faktiki hallarına əsasən iddiaçıya cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il tarixə qədər poliklinikada ambulator olaraq müalicə təyin edilmiş və bu müddət ərzində ona müvəqqəti əmək qabiliyyətinin itirilməsi barədə xəstəlik vərəqəsi verilmişdir.İddiaçı xx.xx.2020-ci ildən sonra müayinə və müalicə üçün cavabdehə müraciət etmədiyi halda xx.xx.2020-ci ildən müayinə olmadan xəstəlik vərəqinin açılması qanunvericilikdə nəzərdə tutulmamışdır, bundan əlavə xx.xx.2020-ci il tarixində HMK-nın üzvlərinin iştirakı ilə keçirilmiş komissiyada iddiaçının səhhətindəki yaxşılaşmağa uyğun olaraq xəstəlik vərəqəsinin müddətinin uzadılması üçün əsas olmadığına görə xəstəlik vərəqi bağlanmışdır, iddiaçı HMK-nın qərarı ilə razılaşaraq ondan şikayət etməmişdir, ondn sonra da iddiaçı səhhəti ilə bağlı cavabdehə müraciət etməmişdir, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5-ci bəndində nəzərdə tutulmuş əsasların olması cavabdeh tərəfindən müəyyən edilməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikasının İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiаçı Ağasıyev Teymur Məmmədtağı oğlunun cavabdeh 8 nömrəli şəhər poliklinikasına qarşı xx.xx.2020-ci ildən iddiaçıya xəstəlik vərəqəsinin açılması və əlillik dərəcəsi almağı üçün tibbi sosial-ekspert komissiyasına göndəriş verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması hаqqındа iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2,34, 68, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı Ağasıyev Teymur Məmmədtağı oğlunun cavabdeh 8 nömrəli şəhər poliklinikasına qarşı xx.xx.2020-ci ildən iddiaçıya xəstəlik vərəqəsinin açılması və əlillik dərəcəsi almağı üçün tibbi sosial-ekspert komissiyasına göndəriş verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması hаqqındа iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-5498/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5498/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver