Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-550/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı Sadiq oğlunun (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (mütəxəssis, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Sadiq oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sadiq oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı Sadiq oğluna 64 yaşı tamam olduğu 10.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sadiq oğlu xx.xx.1955-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. 10.04.1974-ci il tarixdən 28.01.2004-cii il tarixədək əmək fəaliyyəti vardır. Ümumilikdə 25 ildən çox sosial sığorta stajı vardır. Qeyd olunan sığorta stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə müraciət edərək pensiyanın təyin edilməsini xahiş etmişdir, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və ya 25 il sığorta stajı olmadığı əsas gətirərək yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin qeyd olunan əsaslarla iddiaçının müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, 10.04.1971 -ci il tarixdən 28.01.2004-cü il tarixədək 25 ildən artıq sosial sığorta stajı əmək kitabçasında qeyd olunmasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və ya 25 il sığorta stajının olmadığını əsas gətirərək imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin qeyd olunan əsaslarla müraciətimdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, 10.04.1971-ci il tarixdən 28.01.2004-cü il tarixədək 25 ildən artıq sosial sığorta stajı əmək kitabçasında qeyd olunmasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və ya 25 il sığorta stajının olmadığı əsas gətirərək imtina etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları"nın 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortlaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göstərilən qanunun normalarından görünür ki, istər əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda, istərsə də «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları»nda sığorta olunanın sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulduğundan, onun əmək kitabçasında 10.04.1971-ci il tarixdən 28.01.2004-cü il tarixədək 25 ildən çox sosial sığorta stajı müəyyən olunduğundan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin fərdi hesabımın sığorta hissəsində pensiya kapitalı və ya 25 il sığorta stajı olmadığı əsas gətirərək yaşa görə əmək pensiyasının təyin etməsindən imtina etməsi əsassızdır. Cavabdeh iddiaya dair verilmiş yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Sadiq oğlu özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, guya 10.04.1974-cü il tarixdən 28.01.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmaqla ümumilikdə 25 ildən çox sığorta stajı toplamışdır. Lakin iddiaçının əmək kitabçasında qeyd edilmiş bir sıra müəssisələrin mövcudluğu və iddiaçının orada həqiqətən işləməsi məsələləri əsaslı şübhələr doğurur. Belə ki, əmək kitabçasında sonuncu iş yeri olaraq qeyd edilmiş Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində iddiaçının 23.10.1998-ci il tarixdən 28.01.2004-cü il tarixədək sürücü vəzifəsində işlədiyi qeyd edilmişdir. Halbuki həmin dövrlərdə qeyd edilən birliklərin Təmir Tikinti İdarələri formal olaraq mövcud olsalar belə, heç bir fəaliyyət göstərməmiş və işçi götürməmişlər. Bu məsələlərin daha da dəqiq araşdırılması məqsədi ilə arxiv, vergi və bir sıra digər orqan və təşkilatlara sorğular göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna əsaslanmalı, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sadiq oğlu xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan SSR X5 Təhsil Komitəsi tərəfindən verilmiş Щ № 006564 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sadıx oğlu 1970-ci il tarixdən 01 mart 1974-cü il tarixədək Azərbaycan SSR Ali və Orta Bakı Sovet Ticarəti Peşə İxtisas Məktəbinin “Xörəklərin hazırlanması texnologiyası” peşəsi üzrə “texnik-texnoloq” ixtisası üzrə tam kursunu bitirmişdir. İşdə olan iddiaçıya məxsus 05 may 1974-cü il tarixli əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətidən görünür ki, iddiaçı 10.04.1974-cü il tarixdə müvəqqəti olaraq 480 saylı mağazaya satıcı təyin edilmişdir. 05.05.1974-cü il tarixdə Sovet Ordu sıralarına çağırıldığına görə vəzifəsindən azad edilmişdir. 02.07.1976-cı ildə “Türkmenrıbxolodflot” Krasnovodsk İdarəsi RMS-ə usta qəbul edilmiş, 26.10.1976-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. 15.03.1977-ci ildə post oxucusunun praktikantı qəbul edilmiş, 04.04.1977-ci il tarixdə sərbəst olaraq post oxucusu işinə buraxılmış, 02.06.1978-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 08.09.1978-ci ildə müvəqqəti olaraq restoran № 51-ə 3-cü dərəcəli bufetçi təyin edilmiş, 25.09.1978-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 10.04.1979-cu ildə № 51-ə 3-cü dərəcəli bufetçi təyin edilmiş, vilayət ictimai iaşə idarəsinin əmrinə əsasən 04.03.1981-ci il tarixdən N-51 saylı restoranın adı 10 saylı kombinatına dəyişdirilmişdir. 01.10.1981-ci ildə 4-cü dərəcəli bufetçi ixtisası verilmiş, 05.07.1986-cı ildə anbarçı vəzifəsinə keçirilmiş, 11.04.1987-ci ildə 4-cü dərəcəli bufetçi vəzifəsinə keçirilmiş, 29.06.1987-ci ildə 4-cü dərəcəli aşpaz vəzifəsinə keçirilmiş, 25.10.1990-cı ildə işdən azad edilmişdir. 25.01.1991-ci ildə anbar ekspeditoru təyin edilmiş, 24.04.1991-ci ildə UAZ a/m sürücüsü keçirilmiş, 25.06.1991-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 05.06.1995-ci ildə 2-ci dərəcəli sürücü qəbul edilmiş, 11.09.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 02.03.1996-cı ildə “STAR” firmasının 3 №li TMP-nə 2-ci dərəcəli sürücü qəbul edilmiş, 01.10.1997-ci ildə “STAR CO LTD” firmasına köçürmə yolu ilə işdən azad edilmiş, 01.10.1997-ci ildə müqavilə üsulu ilə sürücü vəzifəsinə qəbul edilmiş, 31.03.1998-ci ildə “xxxx” müəssisəsinə köçürülmə yolu ilə işdən azad edilmiş, 01.04.1998-ci ildə müqavilə üsulu ilə sürücü vəzifəsinə qəbul edilmiş, 16.09.1998-ci ildə “STAR CO LTD” firmasının 16.09.1998-ci il tarixli 4384 saylı əmrinə əsasən 02.03.1996-cı il tarixli müqavilənin müddəti başa çatması ilə əlaqədar olaraq işdən azad edilmişdir. 23.10.1998-ci ildə ikinci dərəcəli sürücü qəbul edilmiş, 28.01.2004-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 17.12.2019-cu il tarixli, **********1 saylı imtina məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad etmiş, qeyd olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ( 23040 manat kapital ) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququnun olduğu, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmadığından və ya 25 il sığorta stajnın olmadığından ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının tələbi əsaslıdır və iddiaçının pensiya təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş 25 il sığorta stajı mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iddia tələbi üzrə iddiaçı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh isə etirazının əsası olaraq iddiaçının əmək kitabçasında qeyd edilmiş bir sıra müəssisələrin mövcudluğu və iddiaçının orada həqiqətən işləməsi ilə bağlı əsaslı şübhələrin olduğuna istinad etmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədilə Məhkəmə tərəfindən “Star” firmasının 3 saylı TMP-nin, “Star co LTD” firmasının və “xxxx” müəssisəsinin fəaliyyətdə olub-olmaması, fəaliyyətinin dayandırıldığı təqdirdə hansı tarixdə dayandırılması barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialından, Azərbaycan Respublikası Vergilər Nazirliyinə sorğu göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli, 5/1520 saylı məktubla bildirilmişdir ki, “Star” firmasının 3 saylı TMP-nin, “Star co LTD” firmasının və “xxxx” müəssisəsinin və Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Təmir Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhər X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2020ci il tarixli, **********423500 saylı məktubla bildirilmişdir ki, 05.10.2020-ci il tarixə olan vergi ödəyicilərinin dövlət reyestr məlumatlarına əsasən Star CO LTD Firmasının (VÖEN **********) 21.05.1997-ci il tarixdən və "xxxx" Müəssisəsinin (VÖEN **********) 01.04.1998ci il tarixdən vergi uçotunda olması barədə məlumat müəyyən edilmişdir. Hər iki hüquqi şəxsin fəaliyyəti hazırda aktiv vəziyyətdədir. Məhkəmə sorğusuna cavab olaraq Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatə Birliyi tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli, 3/452 saylı məktubla bildirilmişdir ki, İddiaçı Sadiq oğlunun Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində Təmir Tikinti İdarəsinin fəaliyyətinin 2007-ci ildən dayandırıldığı və təsərrüfat hesablı olduğundan orda işləyən şəxslər barəsində idarədə rəsmi heç bir sənəd və məlumatın olmadığından iddiaçının 23.10.1998-ci il tarixindən 28.01.2004-cü il tarixədək sürücü vəzifəsində işləməsinə dair müvafıq əmrlərin və digər zəruri məlumatların verilməsi qeyri-mümkündür. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X3 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında iddiaçının 23.10.1998-ci il tarixindən 28.01.2004-cü il tarixədək Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində sürücü vəzifəsində işləməsi müəyyən edilmişdir. Lakin cavabdeh həmin dövr üzrə əmək haqqından sığorta ayırmalarının tutulmasını müəyyən etmək mümkün olmadığına görə həmin illəri iş stajına hesablamaqdan imtina etmişdir. Cavabdeh etirazında iddiaçının 23.10.1998-ci il tarixdən Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində işləməsinə dair əmək kitabçasında aparılan qeydlərin düzgünlüyünə şübhə yaratması ilə bağlı dəlillər göstərmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsində 2-ci dərəcəli sürücü vəzifəsində işləməsi qeydi əmək kitabçasında öz əksini tapdığından və bu hal müvafiq qaydada əmrləşdirildiyindən, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Təmir Tikinti İdarəsinin möhürü ilə təsdiq edildiyindən, həmçinin bu halın əksini təsdiq edən hər hansı əsaslı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, cavabdeh tərəfindən göstərilən əsaslarla iddiaçının işlədiyi illərin ümumi iş stajına hesablanmaması əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin yanvar ayının 1-də kişilərin yaş həddi 64 yaş olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 64 yaşı 10.05.2019-cu ildə tamam olmuşdur. İddiaçının 23.10.1998-ci ildən 28.01.2004-cü ilədək Təmir-Tikinti İdarəsində 2-ci dərəcəli sürücü olaraq işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun ümumi sosial sığorta stajı həqiqi hərbi xidmətdə olduğu müddət və də nəzərə alınmaqla 25 il 05 gün təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 01 sentyabr 1970-ci il tarixdən 01 mart 1974-cü il tarixədək Azərbaycan SSR Ali və Orta Bakı Sovet Ticarəti Peşə İxtisas Məktəbinin “Xörəklərin hazırlanması texnologiyası” peşəsi üzrə “texnik-texnoloq” ixtisası üzrə təhsil aldığı müddət də sosial sığorta stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, lakin texniki peşə məktəbində təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu göstərilməmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının 01 sentyabr 1970-ci il tarixdən 01 mart 1974-cü il tarixədək peşə məktəbində təhsil aldığından, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən texniki peşə məktəbində təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə qeyd edir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçıya 64 yaşı tamam olduğu 10.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Sadiq oğluna 64 yaşı tamam olduğu 10.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-550/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-550/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver