Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-550/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 29 dekabr 2020-ci il tarixli, **********143348 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın azadılmış vergi hesablama hissəsində, yəni 29862.7 və 14971.36 Azərbaycan manatı maliyyə sanksiyası hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Qarant Mühasibat-X1 Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli, **********143348 nömrəli qərarında azaldılmış məbləğlər, o cümlədən 2017-ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752.16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il Mənfəət vergisi üzrə 2050.65 manat, 2019-cu il ÖMV üzrə 37.36 manat, 2020-ci il ÖMV üzrə 33.16 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2017-ci il üzrə 2500 manat, MDSSişəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2018-ci il üzrə 3196.62 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2019-cu il üzrə 6381.03 manat, MDSS-Muzdla işəgötürənləri – işə götürən siğortaedənlər 2019-cu il üzrə 4549.74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127.84 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2019-ci il üzrə 255.28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019-cu il üzrə 181.98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236.60 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 1266.72 manat və ümumilikdə 14971.36 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən səyyar vergi yoxlamasının baxılmasının nəticələri üzrə çıxarılmış vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 29 dekabr 2020-ci il tarixli, **********143348 nömrəli qərar qəbul edilmişdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsı barədə 29 dekabr 2020-ci il tarixli, **********143348 nömrəli qərara əsasən 29862.7 Azərbaycan manatı vergi azadılmışdır və 14971.36 Azərbaycan manatı maliyyə sanksiyası müəyyən olunmuşdur. 27 noyabr 2020-ci ildə vergi orqanına müraciət məktubunda qeyd edilmişdir ki, İdarənin 19.08.2020-ci il tarxli, **********139184 nömrəli səyyar vergi yoxlanılması haqqında qərara əsasən iyul 2017-iyun 2020-ci il dövr üzrə 20.08.2020-30.09.2020-ci il tarix müddətində müəssisədə yoxlama təyin edilmışdir. Növbədənkənar səyyar vergi yoxlamasının başa çatmasına baxmayaraq bu günə qədər səyyar vergi yoxlaması aktı müəssisəyə təqdim edilməmişdir. Səyyar vergi yoxlamasının nəticəsi barədə aktın və digər sənədlərin, həmçinin səyyar vergi yoxlaması keçirilməsi üçün istifadə olunmuş sənəd və nümunə kimi əşyaların müəssisənin nümayəndəsinə təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişlər. İdarənin 19.08.2020-cı il tarixli, **********139184 nömrəli səyyar vergi yoxlaması keçirilməsi haqqında qərara əsasən İddiaçı MMC-də X9 tərəfindən səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması 12.11.2020-ci il tarixində başa çatdığı, 17.11.2020-ci il tarixində akt tərtib edildiyi göstərilmişdir. Akt 27.11.2020-ci il tarixdə müəssisənin nümayəndəsinə təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktı qanunvericiliyə uyğun tərtib edilməmisdir. Çünki səyyar vergi yoxlaması aktı hər bir vərəqdə VÖEN qeyd olunmaqla nömrələnərək çap edillməlidir. Lakin səyyar vergi yoxlaması aktı nömrələnməmiş, A4 vərəqlərdə çap edilərək təqdim edimişdir. Səyyar vergi yoxlaması aktında göstərilir ki, operativ vergi nəzarəti nəticəsində 06.12.2019-cu il tarixli qərara əsasən 11.6 GB elektron sənəd götürülüb. Müvafiq götürülmənin qanun əsaslarını Vergi Məcəlləsinin 43-cü maddəsində təsbit olunmuşdur. Yoxlama materiallarından da göründüyü kimi səyyar vergi yoxlaması zamanı tələb edilən sənədlər vergi orqanının yoxlayıcısına təqdim edilib. Yoxlama ilkin sənədlərlə hər hansı vergi hesablaya bilməyib. Daha sonra səyyar vergi yoxlamasına aidiyyatı olmayan başqa bir operativ vergi yoxlaması üzrə qərara və götürüldüyü qeyd edilən elektron fayllara istinad etmişdir. Halbuki, bu elektron məlumatların qanunvericiliyinə uyğun olaraq müəssisəyə aidiyyatı sübuta verilməmiş və vergi hesablamasına əsas yaratmamışdır. Çünki səyyar vergi yoxlamasına aidiyyatı olmayan bu məlumatlar Vergi Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq götürülməmiş, həmin məlumatların müəssisəyə aidiyyatı təsdiqini tapmamışdır. Vergi orqanına 28 noyabr 2020-ci il tarixli müraciətlərində bildirmişlər ki, İdarənin 19.08.2020-ci il taixli, **********139184 nömrəli səyyar vergi yoxlaması haqqında qərara əsasən İyul 2017-İyun 2020-ci il dövr üzrə 20.08.2020-30.09.2020-ci il tarix müddətində müəssisələrində yoxlama təyin edilmişdir. Qərar Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Səyyar vergi yoxlaması 27.11.2020-ci il saat 17-50 də onlara təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktında yoxlamanın başlama tarixi 20.08.2020, bitmə tarixi 12.11.2020, aktın tarixi 17.11.2020 göstərilmişdir. Vergi Məcəlləsinin 39.4-cü maddəsində vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Buradan da görünür ki, səyyar vergi yoxlaması aktı qanunvericiliyinin tələbləri pozularaq təqdim edilib. Bundan əlavə olaraq yoxlama aktında 06.12.2019-cu il tarixli, **********3669 nömrəli qərarla müəssisədə operativ vergi nəzarəti keçirildiyi göstərilmişdir. Müəssisələrində səyyar vergi yoxlaması ilə əlaqədar operativ vergi nəzarəti keçirilməmişdir. İddiaçı MMC-nin obyektindən sənədlər götürülməyib. Müəssisəyə MDSS üzrə müəyyən hesablamalar aparılmışdır kı, bununla əlaqədar müəssisədə aparılan yoxlama zamanı heç bir dəlil və sübut təqdim edilməmişdir. Həmçinin MDSS üzrə hər hansı yoxlama keçirilməsi, yenidən hesablama və sair tədbirlər görülməsinin Vergi Məcəlləsində edilmiş 29 noyabr 2019-cu il tarixli, 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu əsasında 01.01.2020-ci il tarixdən sonrakı dövrdə nəzərdə tutulmuşdur. MDSS hansı şəxslərə ödənilmiş əmək haqqından hesablanmışdır, bu barədə aktda heç bir məlumat yoxdur. Bütün bunlar yoxlamanın səthi keçirilməsini bir daha sübut edir. Yuxarıda göstərilən qanun pozuntularının, prosesual pozuntuların, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarının pozulması ilə əlaqədar icraçı şəxslər barədə intizam tənbehinin verilməsini və qanunsuz olaraq tərtib edilmiş aktın ləğv edilməsini və ya məsuliyyətdən imtina barədə qərar çıxarılmasını xahiş etmişlər. 19 dekabr 2020-ci il tarixli vergi orqanına müraciətlərində qeyd etmişlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən bildirirlər kı, İddiaçı MMC-də (VÖEN:**********) keçirilmiş novbəti səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün İdarə tərəfındən müəyyən edilən müddət bitdiyi qeyd edilmişdir. Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunduğu göstərilmişdir. Göstərilən səbəbdən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına onların aradan qaldırılması və müvafıq sansiyaların tətbiq edilməsi məsələsinə 28.12.2020-cı ıl tarixdə Baş İdarədə iştirakları olmadan telefon əlaqəsi saxlanılaraq baxılacağı göstərilmişdir. Yuxarıdakıları diqqətə çatdıraraq bildirmişlər ki, VM-nin 39.5-cı maddəsi növbəti səyyar vergi yoxlaması deyil, növbədənkənar SVY ilə əlaqədar olub, müəssisələrində növbəti deyil, növbədənkənar SVY keçirilmişdir. Bütün bunları görərək məktubda da qeyd edildiyi kimi qərəzli və səthi olaraq keçirilmiş SVY yoxlamasına məktubda göstərildiyi kimi telefonla da tərs qərar veriləcəyi ehtimalını bildirmişlər. Lakin vergi orqanına tərəflərindən ünvanladıqları müraciətlərə əsaslı cavab verilməmişdir. Götürülən elektron fayllar yoxlama zamanı müəssisənin hər hansı nümayəndəsinin iştirakı ilə araşdırılmamışdır. Ümumiyyətlə hansı vergi və DSMF hesablamalarının əlavə hesablanması mənbəyi bəlli olan məlumatlara istinad edilməsi bildirilməyib. Akt təqdim edildikdən sonra vergi orqanına etdikləri çoxsaylı müraciətlərdən sonra qoşma olaraq 1 fayl göndərilib. SVY (səyyar vergi yoxlaması) ilə həmin məlumata istinad edildiyi bildirilib. Bu göstərilənlər sənəd deyil, elekton faylda göstərilən rəqəmlərin onların müəssüsəsinə aidıyyatı və bu məlumatların doğruluğu araşdırılmamışdır. SVY aktının içərisində MDSS üzrə hesablamalar aparılmışdır kı, bu hesablamalar hansı işçiyə hesablanmışdır göstərilməyib. ƏDV hesablamaları üzrə əlavə hesablamalardan görünür ki, müxtəlif aylarda ƏDV-nin az hesablanması göstərilmişdır. Buna səbəb əvəzləşmələrin düzgün verilməməsi göstərilmişdir. Lakin müvafiq əvəzləşmə sənədlərini əlavə olaraq təqdim edə bilərlər ki, bu sənədlər də SVY zamanı yoxlayıcıya təqdim edilmişdir. Mənfəət vergisi üzrə müəyyən xərclər ləğv edilmiş və nəzərə alınmamışdır. Ödəmə mənbəyində tutulan vergilərlə razı deyillər. Çünkı ödəmə mənbəyində tutulan vergi qanunvericiliyinə uyğun hesablanmış və ödənilmişdir. 20 dekabr 2020-ci il, **********2570000 məktubunda qeyd etmişlər ki, müəssisədə (VÖEN **********) keçirilmiş səyyar vergi yoxlaması nəticəsində tərtib edilən aktda əsaslandıqları 2 elektor fayl məlumatı ilə əlaqədar onu bildirirlər ki, vergi orqanı tərəfindən müəssisədə operativ vergi nəzarətinin keçirilməsi barədə qeyd edilən 06.12.2019-cu il tarixli, **********3669 nömrəli qərarın müəssisədən sənədlərin və nümunə kimi əsyaların götürülməsi barədə qərarın və 116 GB həcmində elektron faylların gotürülməsı barədə sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə protokolun təsdiq edilmiş nüsxəsinin təqdim edilməsini xahiş etmişlər. 23 dekabr 2020-ci il tarixdə 06.12.2019-cu il tarixli, **********3669 nömrəli qərar və sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə **********3689 nömrəli qərar və protokol vergi orqanı tərəfindən cavab məktubunda göndərimişdir. Cavabdeh tərəfindən səyyar vergi yoxlamasının baxılmasının nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb ediməsi" barədə 29 dekabr 2020-ci il tarixli, **********143348 saylı qərar qanunvericiliyinin tələblərinə zidd tərtib olduğu üçün, yəni qərarda azadılmış vergi hesablama hissəsində, yəni 29862.7 və 14971.36 Azərbaycan manatı maliyyə sanksiyası hissəsində ləğv edilməlidir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli, **********3669 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar”ı ilə “X13 X15" MMC-yə (hazırki adı "xxxx" MMC) məxsus ünvan 1 ünvanda yerləşən obyektdə 06.12.2019-cu il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və apanlması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq keçirilməsi nəzərdə tutulan yoxlamalar barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim olunmuş və sonuncu da öz növbəsində yoxlayıcı orqan olan cavabdeh tərəfindən "X13 X15" MMC-də 06.12.2019-cu ildən 31.12.2019-cu il tarixədək olan dövr üzrə operativ vergi nəzarəti keçirilməsi barədə çıxarış vermiş və iddiaçı həmin çıxarışı imzalayaraq tanış olmuşdur. Tədbir zamanı Baş İdarənin 06.12.2019-cu il tarixli, **********3689 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar”ına əsasən sənədlər və elektron fayllar müvafiq araşdırmaların aparılması məqsədilə götürülmüşdür. Qeyd olunanlar 06.12.2019-cu il tarixli, VN seriyalı 000253 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri, o cümlədən sənədlərin və əşyaların götürülməsi müəssisənin rəhbəri vəzifəsində çalışmış X7 iştirakı ilə aparılmışdır. Tərtib edilmiş bütün sənədlər, o cümlədən 06.12.2019cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar və VN seriyalı 000253 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol” X10 tərəfindən imzalanaraq bir nüsxələri qəbul edilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, hal-hazırda da qüvvədədir. İddiaçıya məxsus ofisdən götürülmüş mühasibatlıq sənədləri (elektron fayllar) araşdırılarkən həmin sənədlərin iddiaçıya aid olması aşkar edilmişdir. Həmin sənədlər (elektron fayllar) araşdırılarkən vergidən yayınma hallarının olması müəyyən edilmiş, bu səbəbdən də “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli, **********139184 nömrəli qərar çıxarılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün iddiaçıya zəruri olan sənədlərin təqdim edilməsi haqqında 21.08.2020-ci il tarixli, **********139347 nömrəli tələbnamə təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin bir qisminin təqdim edilməsi barədə 11.09.2020-ci il tarixli akt tərtib edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. Odur ki, 11.09.2020-ci il tarixdə cəmiyyətə məxsus ofisə baxış keçirilmiş, baxış zamanı iddiaçının mühasibat sənədlərinin, əsas vəsaitlərinin mövcudluğu müəyyən olunmuş və 11.09.2020-ci il tarixli protokol tərtib edilmişdir. Yoxlama nəticəsində iddiaçı tərəfindən yoxlanılan dövr üzrə vergilərin 12670,21 manat (mənfəət vergisi 2050,65 manat, ƏDV 7045,72 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 3503,32 manat, ödəmə mənbəyində tutulan vergi 70,52 manat) azaldıldığı, 5458,19 manat (ƏDV 4850,35 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 462,45 manat, əmlak vergisi 145,39 manat) artıq hesablandığı, eyni zamanda icbari ödənişlərin 17192,49 manat azaldıldığı aşkar edilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir. Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması zamanı müəssisənin mənfəətini müəyyən edilən zaman xərc maddələri araşdırılmış, 2017-ci ildə aktiv təsərrüfat subyekti olmadığı üçün alınmış əsas vəsaitlərə görə ödənilmiş 11528.9 manat nəzərə alınmamış, həmçinin “Digər xərclər” (232 A4) sütununda qeyd olunan 21000.0 manat sənədlərlə təsdiqini tapmadığından həmin sütündan çıxarılmışdır. 2018-ci il üzrə müəssisə tərəfində alınmış avto nəqliyyat vasitəsi üçün ödənilmiş 5150 manat dəyərində sığorta xərci Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasında xərc sütunundan çıxarılmışdır. Müəssisə 2019cu ildə 164316.15 manat dəyərində E-QF-təqdim etdiyindən 2019-cu il üzrə müəssisənin işlərin və xidmətlərin göstərilməsindən gəlirinin 164316.15 manat olması müəyyən edilmişdir. 2019-cu ildə bundan əlavə müəssisənin hər hansı bir icarəyə nəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 nəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMCdən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacağa görə ödənilən vəsaiti xərclər sütununda qeyd etməsi müəyyən olundu. Yoxlama ilə müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində "perimum" markalı yanacaqdan istifadə olunduğundan əldə edilmiş yalnız "premium" markalı benzin “yanacaq xərci” kimi nəzərə alınmış, “A-92” markalı yanacaq üçün ödənilən 6479.45 manat isə gəlirin əldə edilməsi ilə bağlı xərclər olmadığından xərc sütunundan çıxarılmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cu və 108-ci maddəsinin tələbləri pozulmaqla ümumilikdə 2017-ci il üzrə mənfəətdən 2050.65 manat (2847.10-796.45) vəsaitin hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 2050.65 manat vəsaitin 50%-miqdarında, yəni 1025.33 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisinin ödəmə mənbəyində vergi tutulan vergi üzrə mükəlləfiyyəti olmuşdur. Belə ki, sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektini (obyektini) 05.02.2019-cu il tarixdən 31.05.2020ci il tarixədək icarə müqaviləsi əsasında aylıq icarə haqqı 200.0 manat olmaqla vergi orqanında qeydiyyata qoymuşdur. Lakin cəmiyyət ödəmə mənbəyində verginin tutulmasında Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəaları pozulmuşdur. Belə ki, hesabatda göstərilməli olan, lakin göstərilməyən 70.52 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddasinə əsasən isə yayındırılmış 70.52 manat vəsaitin 50%-i miqdarında, yəni 35.26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV üzrə: Səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl etmənin düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, bir sıra aylarda həmin maddənin tələbləri pozulmuşdur. Bundan əlavə olaraq cəmiyyətin 2017-ci ildə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına baxmayaraq 2017-ci ildə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsi, müəssisənin hər hansı bir icarəyə avtonəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 avtonəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacaqlara görə ödənilən ƏDV-nin əvəzləşdirməsi müəyyən olundu. Yoxlama zamanı müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində “premium” markalı yanacaqdan istifadə olunduğundan, yalnız əldə edilmiş “premium” markalı yanacaqlar üzrə ödənişlər müəssisənin xərci kimi nəzərə alınmış, əldə edilmiş “A-92” markalı yanacaq üçün ödənilən 1595.86 manat ƏDV məbləği, 2017-ci ildə alınmış əsas vəsaitlərə görə 275.2 manat ƏDV məbləği əsassız əvəzləşdirildiyindən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq 1871.06 manat ƏDV məbləği əvəzləşmədən çıxarılmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində ümumilikdə 7045.72 ƏDV məbləğinin az göstərilməsi, 4850.35 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 2195.37 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 7045.72 manat ƏDV-nin 50%-i miqdarında, yəni 3522.86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. MÖVM üzrə: Müəssisənin rəhbərinin yoxlamaya verdiyi izahatında "xxxx" ASC-dəki AZN hesabından 21.09.2017-ci il tarixdə “təhsil haqqı” təyinatı ilə 10000 manat məxaric olan vəsaitin müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmaması bildirmişdir. Bu da həmin vəsaitin müəssisənin rəhbərinin şəxsi mənafeyi üçün istifadə etməsi kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 98.1-ci maddəsində qeyd olunmuşdur ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Hesablanmış 3040.90 gəlir vergisi üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 3040.90 manat ƏDV-nin 50%-i miqdarında, yəni 1520.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesabatın və ya arayışın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyyası üzrə: Cəmiyyət icarə müqaviləsi əsasında götürdüyü obyektin qeydiyyatının ləğv edilməsi barədə 31.05.2020-ci il tarixdə vergi orqanına ərizə təqdim etməsinə baxmayaraq, 2020-ci il 2-ci rüb üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına vaxtında təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsasında 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. MDSS və İşsizlikdə sığorta üzrə: Müəssisənin rəhbərinin yoxlamaya verdiyi izahatında “Amrahbank ASC”-dəki AZN hesabından 21.09.2017-ci il tarixdə “təhsil haqqı” təyinatı ilə 10000.0 manat məxaric olan vəsaitin müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmaması bildirmişdir. Bu da həmin vəsaitin müəssisənin rəhbərinin şəxsi mənafeyi üçün istifadə etməsi kimi qiymətləndirilmiş və həmin 10000.0 manat vəsaitə görə məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Bundan əlavə vergi orqanı tərəfindən çıxarılmış operativ vergi nəzarətinin keçirilməsi barədə 06.12.2019-cu il tarixli, **********3669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən 10 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il - noyabr 2019-cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 87454.76 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 30945.2 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 56509,56 manat (87454.76 -30945.2) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 16627.39 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 16627.39 manat sığorta haqqlarının 50%-i miqdarında, yəni 8313.70 manat maliyyə sanksiyası tətbiq edilmiş, işsizlikdən sığorta haqqı üzrə 565.10 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 565.10 manatın 50%-i miqdarında, yəni 282.55 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Əmlak vergisi üzrə: Cəmiyyətin 2017-ci və 2018-ci ildə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına görə 2017-ci ildə alınmış əsas vəsaitlərə görə əmlaklar 2017 və 2018-ci il əmlak vergisi bəyannamələrindən çıxarılmışdır. Yoxlama ilə ümümilikdə 145.39 manat əmlak vergisi azaldılmışdır. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması zamanı elektron daşıyıcılardakı məlumatlara istinad edilməsi vergilərin hesablanma əsası kimi qəbul edilməz. Lakin Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. İddiaçının özü də iddia ərizəsində Vergi Məcəlləsinin və digər normativ hüquqi aktların bir sıra müddəalarına istinad etsə də yoxlama ilə və iddiaçıdan götürülmüş “elektron fayllar” ilə müəyyən edilmişdir ki, o, öz gəlirlərinin və xərclərinin uçotunu məqsədli şəkildə həmin normaların tələblərinə uyğun aparmamışdır. Buna baxmayaraq iddiaçı öz iddia ərizəsində vergilərin yalnız göstərilən normaların tələbləri əsasında rəsmiləşdirilən sənədlər əsasında hesablanmalı olmasını bildirərək, bu normaların tələblərinə riayət edilmədən gizlədilmiş əməliyyatlara dair vergilərin hesablanmasını əsassız hesab etmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının aparılması zamanı vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ var. Maddənin məzmunundan göründüyü kimi hesablama zamanı istinad olunan məlumatların mənbəyi də bəllidir. Belə ki, istinad olunan qara mühasibatlıq sənədləri iddiaçının təsərrüfat obyektindən protokolla rəsmiləşdirilməklə götürülmüşdur. Götürülmüş sənədlərdən iddiaçı yoxlanılan dövrdə real gəlir həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Həmçinin operativ vergi nəzarəti zamanı iddiaçıdan götürülmüş sənədlərlə müəyyən edilir ki, iddiaçının yoxlamanın əhatə etdiyi dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları həqiqəti əks etdirməmişdir. İddiaçının ikili mühasibatlıq apararaq vergi tutulan əməliyyatları vergi orqanına bəyan etməməsi və əməliyyatların uçotunu “qara mühasibatlıq”da əks etdirməsi, iddiaçını həmin əməliyyatlara görə hesablanmalı vergiləri dövlət büdcəsinə ödəməsi vəzifəsindən azad edilməsi əsası kimi baxıla bilməz. Eyni zamanda iddiaçının ikili mühasibatlıq aparması bir daha onu sübut etmişdir ki, iddiaçının məqsədi vergidən yayınmaq olmuş, ona görə də yoxlama zamanı müəyyən edilmiş əməliyyatları qara mühasibatlıqda əks etdirərək uçotdan yayındırmış və həmin əməliyyatları bəyan etməməklə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. İddiaçının vergi tutulan əməliyyatiyyatlarını ilkin mühasibatlıq sənədlərində rəsmiləşdirməyərək, sadəcə əldə edilmiş qara mühasibatlıq sənədlərinin rəsmi sənəd olmamasını qeyd etməklə həmin əməliyyatları “qara mühasibatlıq” sənədlərində əks etdirməsi özü özlüyündə iddiaçının vergi öhdəliklərini yerinə yetirməkdən məqsədli yayındığını sübutedən faktdır. Odur ki, iddiaçının vergi tutulan əməliyyatlarını ilkin mühasibatlıq sənədləri ilə məqsədli olaraq rəsmiləşdirilməməsi, onu həmin əməliyyatlara görə vergi ödəmək vəzifəsindən azad edə bilməz. Qeyd olunan hüquq normalarına və faktlara əsaslanaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı Məhdud Məsuliyyəti lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ********** vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsi və müvafiq qeydiyyat nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət vergi ödəyicisi kimi 23.02.2017-ci ildən qeydiyyata alınmışdır. - Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş 06.12.2019-cu il tarixli, **********3669 №-li qərarın surətindən görünür ki, “X13 X15” MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 06.12.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək (31.12.2019-cu il tarixi daxil olmaqla) operativ vergi nəzərətinin həyata keçirilməsi qərara alınmışdır. - Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş 06.12.2019-cu il tarixli, **********3689 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarın surətindən görünür ki, “X13 X15” MMC-dən “Nəzarət kitabçası”, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədlərini, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompyuter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyalar götürülməsi qərara alınmışdır. - Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səlahiyyətli şəxsləri və “X13 X15” MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq tərtib olunmuş 06.12.2019-cu il tarixli, VN 00253 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun surətindən görünür ki, kağız formada 2 ədəd qovluqda, 2 ədəd yaddaş qurğusu, elektron faylar və 9 ədəd notebook cəmiyyətdən götürülmüşdür. - İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 19.08.2020-ci il tarixli, **********139184 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın surətindən görünür ki, “X13 X15” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2017-iyun 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 19.08.2020-ci il tarixli, KY201467093 nömrəli çıxarışın surətindən görünür ki, “X13 X15” MMC-də (VÖEN **********) yoxlamanın müddəti: 20.08.2020-30.09.2020; yoxlanılan dövr: 01.07.2017-01.07.2020-ci il, yoxlamanın növü: növbədənkənar səyyar vergi yoxlaması, yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, VM 38.3.5-ci maddə. qeydə alınmışdır. - Səyyar vergi yoxlaması haqqında 17.11.2020-ci il tarixli, **********139403 №-li aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarənin 19.08.2020-ci il tarixli, **********13184 nömrəli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X9 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 3-cü rüb 2017-2-ci rüb 2020 sadələşdirilmiş vergi, 4-cü rüb 2018-2-ci rüb 2019 işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər), 3-cü rüb 2017-2-ci rüb 2020 ödəmə mənbəyində tutulan vergi, 2018-ci il -2020-ci il torpaq vergisi, 1-ci rüb 2020-2-ci rüb 2020 muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), iyul 2017-iyun 2020 əlavə dəyər vergisi, 3-cü rüb 2019-4-cü rüb 2019 muzdla işləyənləri işə götürən sığortaedənlər, 4-cü rüb 2018-2-ci rüb 2019 MDSS-İşəgötürənlər–muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər, 2017-ci il -2019-cu il əmlak vergisi, iyul 2017iyun 2020 mədən vergisi, iyul 2017-iyun 2020 aksiz vergisi, 2017-ci il – 2019-cu il mənfəət vergisi, 3-cü rüb 2019-4-cü rüb 2019 muzdla işləyənləri işə götürən sığortaedənlər ilə bağlı tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergitutma və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, müəssisə yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin tədiyyəçisi, uçot metodu ilə hesablama olmuşdur. Yoxlama zamanı Cəmiyyət tərəfindən 2017, 2018 və 2019-cu illər üzrə mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. 2017-ci il üzrə mənfəətdən verginin 796,45 manat olmasını, 2018-ci ildə 14 864,52 manat zərər etməsi, 2019-cu ildə zərəri mənfəət hesabına silinməsini, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsindəki hüququndan istifadə edərək 2019-cu il üzrə mənfəət vergisinin 0 manat olmasını bəyan etmişdir. Səyyar vergi yoxlaması zamanı mənfəətini müəyyən edən zaman xərc maddələri araşdırılmış, 2017-ci ildə aktiv təsərrüfat subyekti olmadığı üçün alınmış əsas vəsaitlərə görə ödənilmiş 11 528,9 manat nəzərə alınmamış, həmçinin “Digər xərclər” (232 A4) sütununda qeyd olunan 21 000 manat sənədlərlə təsdiqini tapmadığından həmin sütundan çıxarılmışdır. 2018-ci il üzrə müəssisə tərəfindən alınmış avto nəqliyyat vasitəsi üçün ödənilmiş 5 150 manat dəyərində sığorta xərci Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasında xərc sütunundan çıxarılmışdır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyinin yarandığı vaxt nəzərə almalıdır. Müəssisə 2019-ci ildə 164316.15 manat dəyərində E-QF- təqdim etdiyindən 2019-cu il üzrə müəssisənin işlərin və xidmətlərin göstərilməsindən gəlirinin 164316.15 manat olması müəyyən edilmişdir. 2019-cu ildə bundan əlavə müəssisənin hər hansı bir icarəyə nəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 nəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacağa görə ödənilən vəsaiti xərclər sütununda qeyd etməsi müəyyən olundu. Yoxlama ilə müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində “perimum” markalı yanacaqdan istifadə olunduğundan əldə edilmiş yalnız “perimum” markalı benzin “yanacaq xərci” kimi nəzərə alınmış, “A-92” markalı yanacaq üçün ödənilən 6479.45 manat isə gəlirin əldə edilməsi ilə bağlı xərclər olmadığından xərc sütunundan çıxarılmışdır. Ümumilkdə yoxlama zamanı 2017-ci il üzrə mənfəətdən 2 050.65 manat (2 847.10-796.45) vəsaitin hesablanmasını, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 2 050.65 manat vəsaitin 50%-i miqdarında, yəni 1 025.33 manat maliyyə sanksiyasının tətbiqi təklif olunur. Yoxlama ilə 2018-ci il üzrə zərər 24 288.57 manat, 2019-cu il isə əldə edilmiş 13 029,14 manat mənfəət Vegi Məcəlləsinin 121.1-ci maddəsi əsasında kompensasiya edilmiş və mənfəətdən vergi 0 manat olmuşdur. "xxxx" MMC yoxlama ilə əhatə olunan dövrdə əlavə dəyər vergisinin tədiyyəçisi olmuşdur. Səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl etmənin düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, bir sıra aylarda həmin maddənin tələbləri pozulmuşdur. Bundan əlavə olaraq cəmiyyətin 2017-ci ldə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına baxmayaraq 2017-ci ildə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsi, müəssisənin hər hansı bir icarəyə avtonəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 avtonəqliyyat vasitəsi olmasına baxamayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacaqlara görə ödənilən ƏDV-nin əvəzləşdirməsi müəyyən olundu. Yoxlama zamanı müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində “premium” markalı yanacaqdan istifadə olunduğundan, yalnız əldə edilmiş “premium” markalı yanacaqlar üzrə ödənişlər müəssisənin xərci ikimi nəzərə alınmış, əldə edilmiş “A-92” markalı yanacaq üçün ödənilən 1595.86 manat ƏDV məbləği 2017-ci ildə alınmış əsas vəsaitlərə görə 275.2 manat ƏDV məbləği əsassız əvəzləşdirildiyindən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq 1871.06 manat ƏDV məbləği əvəzləşmədən çıxarılmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində ümumilikdə 7045.72 ƏDV məbləğinin az göstərilməsi, 4850.35 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 2195.37 manat ƏDV məbləğinin hesablanması, Vergi Məcəlləsiniin 58.1-ci maddəsinə əsasən yayındırılmış 7045.72 manat ƏDV-nin 50%-i miqdarında, yəni 3522.86 manat maliyyə sanksiyasının tətbiqi təkilf olunur. Yoxlanılan dövrdə vergi ödəyicisi əmlak vergisi mükəlləfiyyəti olmuşdur. Bundan əlavə olaraq cəmiyyətin 2017-ci və 2018-ci ilfə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına görə 2017-ci ildə alınmış əsas vəsaitlərə görə əmlaklar 2017 və 2018-ci il əmlak vergisi bəyananmələrindən çıxarılmışdır. Yoxlama ilə ümumilikdə 145.39 manat əmlak vergisi azaldılmışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi mükəlləfyyətli olmuşdur. Belə ki, aparılan yoxlama ilə manat kənarlaşma aşkar olundur. Müəssisənin rəhbərinin yoxlamaya verdiyi izahatında "xxxx" ASC-dək AZN hesabından 21.09.2017-ci il tarixdə “təhsil haqqı” təyinatı ilə 10000 manat məxaric olan vəsaitin müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmamasını bildirmişdir. Bu da həmin vəsaitin müəssisənin rəhbərinin şəxsi mənafeyi üçün istifadə etməsi kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 98.1-ci maddəsində qeyd olunmuşdur ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Yoxlama ilə həmin 10000 manat vəsaitə görə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq muzdlu işdən gəlir vergisi hesablanmışdır. Bundan əlavə vergi orqanı tərəfindən çıxarılmış operativ vergi nəzarətinin keçirilməsi barədə 06.12.2019-cu il tarixli, **********6669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11,6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən 10 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, 2018-ci il oktyabr, noyabr, dekabr ayları üzrə əmək haqqı məbləğinin 3488.50 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 9711.50 manat (13200.0-9711.50) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə 2018-ci il oktyabr, noyabr, dekabr ayları üzrə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq muzdlu işdən gəlir vergisi hesablanmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində ümumilikdə 3503.32 manat gəlir vergisinin az göstərilməsi, 462.41 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 3040.91 manat gəlir vergisinin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 3503.32 manatın 50%-i miqdarında, yəni 1751.66 manat maliyyə sanksiyasının tətbiqi təkilf olunur. Yoxlanılan dövrd vergi ödəyicisinin ödəmə mənbəyində vergi tutulan vergi üzrə mükəlləfiyyəti olmuşdur. Belə ki, sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektini (obyektini) 05.02.2019-cu il tarixdən 31.05.2020-ci il tarixədək icarə müqaviləsi əsasında aylıq icarə haqqı 200.0 manat olmaqla vergi orqanında qeydiyyata qoymuşdur. Lakin cəmiyyət ödəmə mənbəyində verginin tutulmasında Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəaları pozulmuşdur. Belə ki, hesabatda göstərilməli olan, lakin göstərilməyən 70.52 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən isə yayındırılmış 70.52 manat vəsaitin 50%-i miqdarında, yəni 35.26 manat maliyyə sanksiyasının tətbiqi təklif olunur. Həmçinin cəmiyyət icarə müqaviləsi əsasında götürdüyü obyektin qeydiyyatının ləğv edilməsi barədə 31.05.2020-ci il tarixdə vergi oranına ərizə təqdim etməsinə baxmayaraq 2020-ci il 2-ci rüb üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına vaxtında təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsasında 40.0 manat maliyyə sanksiyasının tətbiqi təklif olunur. Müəssisənin rəhərinin yoxlamaya verdiyi izahatında "xxxx" ASC-dəki AZN hesabından 21.09.2017-ci il tarixdə “təhsil haqqı” təyinatı üzrə 10000 manat məxaric olan vəsaitin müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmamasını bildirmişdir. Vergi Məcəlləsinin 98.1-ci maddəsində qeyd olunmuşdur ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Yoxlama ilə həmin 10000 manat vəsaitə görə məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Bundan əlavə vergi orqanı tərəfindən çıxarılmış opertiv vergi nəzarətinin keçirilməsi barədə 06.12.2029-ci il tarixli, **********3669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il – noyabr 2019-cu il dövr üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 69637.76 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 30945.2 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 38692.56 manat (69637.76 – 30945.2) təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1.1-ci maddəsində məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərvbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilməsi qeyd olunmuşdur. Aparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 16627.39 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırmış 16627.39 manat sığorta haqqlarının 50%-i miqdarında, yəni 8313.70 manat maliyyə sanksiyasının tətbiqi təklif olunur. Yoxlanılan dövrdə müəssisə tərəfindən işsizlikdən sığorta haqları düzgün tutulmamışdır. Belə ki, vergi orqanı tərəfindən çıxarılmış operativ vergi nəzarətinin keçirilməsi barədə 06.12.2019-cu il tarixli, **********3669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən 10 işçiyə maaşların kart və əlbəəl verilməsini verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il – noyabr 2019-cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 69637.76 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 30945.2 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 38692.56 manat (69637.76-30945.2) təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 7-1-ci maddəsində işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilməsi qeyd olunmuşdur. Aparılan yoxlama ilə işsizlikdən sığorta haqqı üzrə 565.10 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 565.10 manatın 50 %-i miqdarında, yəni 282.55 manat maliyyə sanksiyasının tətbiqi təkilf olunur. - İdarə tərəfindən qəbul olunmuş 29 dekabr 2020-ci il tarixli, **********143348 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçınə mənfəət vergisi üzrə (2017-ci il) 2050.65 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 2050.65 manat vəsaitin 50%-i miqdarında, yəni 1025.33 manat maliyyə sanksiyası, ödəmə mənbəyindən tutulan vergi üzrə (2019-2020) 70.52 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 70.52 manat vəsaitin 50%-i miqdarında, yəni 35.26 manat maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə (2017-2020) 2195.37 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 7045.72 manatın 50%-i miqdarında, yəni 3522.86 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə (2017-2018) 3040.91 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 3503.22 manatın 50%-i miqdarında, yəni 1751.66 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə (2017-2019) 145.39 manat verginin azaldılması, 2020-ci il 2-cü rüb üzrə ödəmə mənbəyindən tutulan vergi bəyannaməsini vergi orqanına vaxtında təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsasında 40.0 manat maliyyə sanksiyası, məcburi dövlət sosial sığorta haqqı üzrə (oktyabr 2018-noyabr 2019) 16627.39 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 16627,39 manat sığorta haqlarının 50%-i miqdarında, yəni 8313.70 manat maliyyə sanksiyası, işsizlikdən sığorta haqqı üzrə (oktyabr 2018-noyabr 2019) 565.10 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 565.10 manatın 50%-i miqdarında, yəni 282.55 manat maliyyə sanksiyasının, cəmi 29862,7 manat verginin və 14971,36 manat maliyyə sanskiyasının tətbiq olunması qərara alınmışdı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/475 №li 02.03.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən 17.11.2020-ci il tarixli, **********139403 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə hesablanmış vergilərin azaldılması müəyyən edilmədi. Həmçinin iş materiallarında olan sənədlərə əsasən vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə hesablanan vergi məbləğlərində fərq aşkar edilmədi. Bundan başqa müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2019-cu il üzrə 37.36 manat, 2020-ci il üzrə 33.16 manat olmaqla ümumilikdə 70.52 manat məbləğində ödəmə mənbəyində vergi üzrə az hesablama müəyyən edildi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı ilə “X13 X15” MMC) faktiki olaraq auditor fəaliyyəti ilə məşğul olmuşdur. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli, **********3669 №-li qərarına əsasən cəmiyyətdə operativ vergi nəzarəti həyata keçirilmiş və 06.12.2019-cu il tarixli, VN 00253 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokola əsasən cəmiyyətdən sənədlər kağız formada 2 ədəd qovluqda, 2 ədəd yaddaş qurğusu, elektron faylar və 9 ədəd notebook götürülmüşdür. İdarə tərəfindən qəbul edilmiş 19.08.2020-ci il tarixli, **********139184 nömrəli qərara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“X13 X15” MMC) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2017-iyun 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması haqqında 17.11.2020-ci il tarixli, **********139403 №-li akta əsasən cəmiyyət tərəfindən 2017-ci il üzrə mənfəətdən 2 050.65 manat (2 847.10- 796.45) vəsaitin hesablanması, yoxlanılan dövr ərzində ümumilikdə 7045.72 ƏDV məbləğinin az göstərilməsi, 4850.35 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 2195.37 manat ƏDV məbləğinin hesablanması, yoxlanılan dövrdə ümumilikdə 145.39 manat əmlak vergisinin azaldılması, yoxlama ilə 2018-ci il oktyabr, noyabr, dekabr ayları üzrə 3040.91 manat muzdlu işdən gəlir vergisi hesablanmış, yoxlanılan dövr üzrə ödəmə mənbəyində vergi tutulan vergi üzrə 70.52 manat vəsaitin hesablanması, Aaparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 16627.39 manat vəsaitin hesablanması, aparılan yoxlama ilə işsizlikdən sığorta haqqı üzrə 565.10 manat vəsaitin hesablanması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi olaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisələndirilən 29.12.2020-ci il tarixli, **********143348 nömrəli qərar qəbul edilərək cəmiyyətə ümumilikdə 29862.70 manat verginin hesablanması və 14971.36 manat maliyyə sanskiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. -38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. - 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. - 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 83.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. - 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar əsasında iddiaçıya 8 (səkkiz) növ vergi – ƏDV, mənfəət, əmlak, muzdlu işlər əlaqədar ödəmə mənbəyindən tutulan, ödəmə mənbəyindən tutulan, məcburi dövlət sığorta haqqı, işsizlikdən sığorta vergisi üzrə əlavə vergi məbləğləri hesablanmış və onlara uyğun maliyyə sanskiyaları tətbiq edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən müəssisənin mənfəətini müəyyən edən zaman xərc maddələri araşdırılmış, 2017-ci ildə aktiv təsərrüfat subyekti olmadığı üçün alınmış əsas vəsaitlərə görə ödənilmiş 11528.9 manat nəzərə alınmamış, həmçinin “Digər xərclər” (232 A4) sütununda qeyd olunan 21000.0 manat sənədlərlə təsdiqini tapmadığından həmin sütündan çıxarılmış, 2018-ci il üzrə müəssisə tərəfində alınmış avto nəqliyyat vasitəsi üçün ödənilmiş 5150 manat dəyərində sığorta xərci xərc sütunundan çıxarılmış, müəssisə 2019-cu ildə 164316.15 manat dəyərində E-QF-təqdim etdiyindən 2019-cu il üzrə müəssisənin işlərin və xidmətlərin göstərilməsindən gəlirinin 164316.15 manat olması müəyyən edilmiş, 2019-cu ildə bundan əlavə müəssisənin hər hansı bir icarəyə nəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 nəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacağa görə ödənilən vəsaiti xərclər sütununda qeyd etməsi, müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində "perimum" markalı yanacaqdan istifadə olunduğundan əldə edilmiş yalnız "premium" markalı benzinin “yanacaq xərci” kimi nəzərə alınması, “A-92” markalı yanacaq üçün ödənilən 6479.45 manat isə gəlirin əldə edilməsi ilə bağlı xərclər olmadığından xərc sütunundan çıxarılması, ona görə də vergi ödəyicisi tərəfindən ümumilikdə 2017-ci il üzrə mənfəətdən 2050.65 manat vəsaitin hesablanması nəticəsinə gəlinmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.12-ci maddəsinə əsasən gəlir-malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. - 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 105.1-ci maddəsinə görə müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. - 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. - 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli, Q-01 №li Qərarı ilə təsdiq edilmiş “X2 Standartlarına əsasən X6 Qaydaları”nın 2.1.6-cı və 2.1.7-ci maddələrinin tələblərinə görə gəlir-mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır; xərc–mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı, habelə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır. Məhkəmə qeyd edir ki, sahibkarların müəssisə fəaliyyətində əsas məqsədi gəlir (mənfəət) əldə etməkdir. Gəlirlər mahiyyət etibarilə aktivlərin artmasına və öhdəliklərin azalmasına birbaşa təsir edir. Bu zaman kapitalın artımı baş verir və bu artımın mülkiyyətçilərin paylarına heç bir təsiri yoxdur. Müəssisənin əsas gəlir mənbəyi məhsul və xidmət satışından gəlirlərdir. Lakin bununla yanaşı valyuta mübadiləsi, icarə və s. bunun kimi sahələr də gəlir mənbəyi hesab edilir. Sahibkarlıq fəaliyyəti ilə məşqul olan vergi ödəyicisinin əldə etdiyi mənfəət iki elementin törəməsidir, gəlir çıxılsın xərclər. Milli Mühasibat Standartının Anlayış Sistemində nəzərdə tutulduğu kimi gəlir, xərc və mənfəət anlayışları daha geniş məna ifadə edirlər. Başqa sözlə desək, gəlir, bir müəssisənin fəaliyyəti nəticəsində aldığı, məsələn məhsul və ya xidmətin satdığı, lakin dolayı yolla da əldə edilə bilən ümumi pul məbləği, mənfəət və ya xalis mənfəət isə bütün xərclər çıxıldıqdan sonra qalan pul məbləğidir. Zəruri olan hal isə odur ki, gəlirdən yalnız gəlirin əldə edilməsi ilə bağlı olan xərclər (gəlirdən çıxılmayan xərclər istisna olmaqla VM-nin 109-cu maddə) çıxıldıqdan sonra mənfəət əldə edilir. Ekspertiza tədqiqatından və iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC-nin 2017-ci il hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz malların təqdim ediiməsindən, (işlərin görülməsindən, xidmətlərin göstəriiməsindən) gəlir 39.000.00 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 39.000.00 manat, birgə fəaliyyətdən əldə edilən gəlir 0.00 manat olmuşdur. Ümumi gəlirlər 39.000,00 manat, çıxılmalardan sonra ümumi gəlir 39.000,00 manat hesablanmışdır. Hesabat dövründə gəlir əldə edilməsi ilə bağlı xərclər malların təqdim edilməsi, iş görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər 12.545.32 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələr 10.100.00 manat, yerli işçilər üzrə 10.100,0 manat, sosial sığorta haqları 2.222,00 manat, bank xidməti üzrə xərclər 223,32 manat, amortizasiya ayırımları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 1.405,78 manat, digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 1.405,78 manat, sığorta üzrə xərclər 19,20 manat, ödənilmiş sığorta haqları 19,20 manat, digər xərclər 21.000,00 manat, gəlirdən çıxılan vergilər və yığımlar 47,45 manat, əmlak vergisi 47,45 manat, cəmi xərclər 35.017,75 manat, ümumi gəlirdən çıxılan xərclər 35.017,75 manat, vergiyə cəlb olunan mənfəət 3.982,25 manat, keçmiş illərin çıxılması zərəri 0.00 manat, keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət 3.982,25 manat, mənfəət vergisi 796,45 manat, ödəməli mənfəət vergisinin məbləği 796.45 manat müəyyən edilir. Göstərilənlər ilkin uçot sənədləri, 1 C mühasibat proqramından çıxarışlar, bank çıxarışları, e qaimə, e-VHF, aktlar, hesablama cədvəlləri üzrə öz təsdiqini tapmışdır. 2018-ci il mənfəət vergisinin hesabat dövrünın gəlirləri (ƏDV-siz və aksizsiz) malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 41.000,00 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 41.000,00 manat, birgə fəaliyyətdən əldə edilən gəlir 0.00 manat müəyyən edilmişdir. Ümumi gəlirlər 41.000,00 manat, çıxılmalardan sonra ümumi gəlir 41.000,00 manat hesablanmışdır. Hesabat dövründə gəlir əldə edilməsi ilə bağlı xərclər malların təqdim edilməsi, iş görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər 15.803,38 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələr 12.550,67 manat, yerli işçilər üzrə 12.550,67 manat, sosial sığorta haqları 2.823,90 manat, bank xidməti üzrə xərclər 428,81 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 1.110,00 manat, faizlə əlaqədər xərclər və ayırımlar 1.110,00 manat, faizlərlə bağlı digər xərclər 1.110,00 manat, amortizasiya ayırımları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 27.756,41 manat, maşınlar və digər avadanlıq üzrə hesablanmış amortizasiya 350,00 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 26.275,79 manat, digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 1.124,62 manat, sığorta üzrə xərclər 5.240,00 manat, ödənilmiş sığorta haqları 5.240,00 manat, digər xərclər 5.897,00 manat, gəlirdən çıxılan vergilər və yığımlar 57,73 manat, əmlak vergisi 57,73 manat, cəmi xərclər 55.864,52 manat, ümumi gəlirdən çıxılan xərclər 55.864,52 manat, zərər 14.864,52 manat müəyyən edilmişdir. Ödəməli mənfəət vergisinin məbləği 0,00 manatdır. Göstərilənlər ilkin uçot sənədləri, bank çıxarışları üzrə öz təsdiqini tapmışdır. 2019-cu il üzrə hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 162.516,15 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 162.516,15 manat, birgə fəaliyyətdən əldə edilən gəlir 0,00 manat müəyyən edilmişdir. Ümumi gəlirlər 162.516,15 manat, ümumi gəlirdən çıxılmalar 0,00 manat, çıxılmalardan sonra ümumi gəlir 162.516,15 manat hesablanmışdır. Hesabat dövründə gəlir əldə edilməsi ilə bağlı xərclər - malların təqdim edilməsi, iş görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər 52.019,08 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələr 30.629,21 manat, yerli işçilər üzrə 30.629,21 manat, sosial sığorta haqları 6.204,02 manat, icarə haqqı 1.905,26 manat, rezident şəxslər üzrə icarə haqqı 1.905,26 manat, fiziki şəxslər üzrə 1.905,26 manat, enerji xərcləri 220,47 manat, yanacaq xərcləri 11.215.00 manat, rabitə xərcləri 1.085,00 manat, bank xidməti üzrə xərclər 460,12 manat, reklam xərcləri 300,00 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 10.140.85 manat, faizlə əlaqədər xərclər və ayırımlar 10.140,85 manat, faizlərlə bağlı digər xərclər 10.140,85 manat, amortizasiya ayırımları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 20.891,34 manat, maşınlar və digər avadanlıq üzrə hesablanmış amortizasiya 284,80 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 19.706,84 manat, digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 899,70 manat, təmir xərcləri 260,38 manat, sığorta üzrə xərclər 210,60 manat, ödənilmiş sığorta haqları 210,60 manat, digər xərclər 26.249,32 manat, gəlirdən çıxılan vergilər və yığımlar 77,51 manat, əmlak vergisi 77,51 manat, cəmi xərclər 109.849,08 manat, ümumi gəlirdən çıxılan xərclər 109.849,08 manat, vergitutma məqsədləri üçün mənfəət 52.667,07 manat, mənfəət üzrə azadolmalar və güzəştlər 39.500,30 manat, mənfəət üzrə kompensasiya edilən keçmiş illərin zərəri 13.166,77 manat, 2018-ci il üzrə zərərin məbləği 13.166,77 manat müəyyən edilmiş, ödəməli mənfəət vergisi olmamışdır. Göstərilənlər ilkin uçot sənədləri bank çıxarışları üzrə öz təsdiqini tapmışdır. Beləliklə 2017-2019-cu illər üzrə vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlarla bağlı mənfəət vergisinin az hesablanması və ya kənarlaşması müəyyən edilməmişdir. Əlavə dəyər vergisinin anlayışı, vergi ödəyicilərinin hüquqi statusu, vergitutma obyekti, vergi ödəməkdən azad edilmə, büdcəyə ödəmələr müəyyən edilərkən və ya əvəzləşdirilərkən ƏDV və digər məsələlər Vergi Məcəlləsinin Xİ Fəslində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir: - vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; - elektron vergi hesab-fakturala və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği . Hesabat dövrü ərzində bu iki göstərici arasındaki fərq ödənilməli ƏDV-nin məbləğidir. Başqa sözlə büdcəyə ödəniləcək ƏDV hesablamaq üçün vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləğindən əvəzləşdirilməli olan ƏDV-nin məbləğini çıxmaq lazımdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Göründüyü kimi malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi əlavə dəyər vergisinin vergi tutma obyekti kimi çıxış edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Yəni iki növ ödəmələr nəzərdə tutulmuşdur: - elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr; - ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlar ödənilən vergi. Hazırki mübahisəli qərardan və səyyar vergi yoxlaması aktının məzmunundan görünür ki, səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl etmənin düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, bir sıra aylarda həmin maddənin tələbləri pozulmuşdur. Cəmiyyətin 2017-ci ildə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına baxmayaraq 2017-ci ildə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsi, müəssisənin hər hansı bir icarəyə avtonəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 avtonəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacaqlara görə ödənilən ƏDV-nin əvəzləşdirməsi müəyyən olundu. Yoxlama zamanı müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində "premium" markalı yanacaqdan istifadə olunduğundan, yalnız əldə edilmiş "premium" markalı yanacaqlar üzrə ödənişlər müəssisənin xərci kimi nəzərə alınmış, əldə edilmiş "A-92" markalı yanacaq üçün ödənilən 1595.86 manat ƏDV məbləği, 2017-ci ildə alınmış əsas vəsaitlərə görə 275.2 manat ƏDV məbləği əsassız əvəzləşdirildiyindən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq 1871.06 manat ƏDV məbləği əvəzləşmədən çıxarılmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində ümumilikdə 7045.72 ƏDV məbləğinin az göstərilməsi, 4850.35 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 2195.37 manat ƏDV məbləğinin hesablanması, Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən yayındırılmış 7045.72 manat ƏDV-nin 50%-i miqdarında yəni 3522.86 manat maliyyə sanksiyasının tətbiqi təklif olunmuşdur. Ekspertiza tədqiqatından və iş materiallarında olan sənədlərdən görünür ki, 2017-ci il yoxlanılan dövr üzrə ƏDV-siz dövriyyə 12000,0 manat, ƏDV-si 2160,0 manat, əvəzləşdiriiən ƏDV 275,2 manat yekun olaraq hesablanmış vergi 1884,8 manat olmuşdur. 2018-ci il üzrə ƏDV-yə cəlb edilən dövriyyə 41000,0 manat, ƏDV-si 7380,0 manat, əvəzləşdirilən ƏDV məbiəği 19613,26 manat, yekun olaraq büdcədən verilən azalma məbləği 5933,26 manat təşkil etmişdir. 2019-cu il üzrə ƏDV-yə cəib edilən dövriyyə 146546,63 manat, ƏDV-si 26378,39 manat, əvəzləşdirilən ƏDV məbləği 6955,17 manat, yekun olaraq büdcəyə hesablanan vergi məbləği 15861,36 manat təşkil edir. 2019-cu il mart və aprel ayları üzrə dəqiqləşdirilən azaldılan dövriyyə məbiəği 20000,0 manat azaldılan ƏDV məbiəği 3600,0 manat olmuşdur. 01.01.2020-ci il tarixindən ƏDV-nin hesablanması üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə edilən dəyişikliklərə və ƏDV bəyannaməsinə dəyişikiik ediimişdir. 2020-ci ii üzrə ƏDV-yə cəlb edilən dövriyyə təqdim edilmiş iş, xidmətlər üzrə 140616,93 manat, ƏDV-si 25311,05 manat, daxil olan pul vəsaitləri üzrə əməliyyatların məbləği 113450,83 manat, ƏDV-si 20421,15 manat, əvəzləşdirilən ƏDV məbiəği 9004,3 manat, yekun olaraq büdcəyə hesablanan vergi məbləği 11416,85 manat təşkii edir. 2020-ci il üzrə ƏDV- bəyannaməsində yanvar və mart aylarında ümumilikdə 01.01.2020-ci il tarixinə olan 10000,0 manat debitor məbləğ silinmişdir. Göründüyü kimi müəssisənin 2017-ci il, 2018-ci il, 2019-cu ii və 2020-ci illər üzrə ƏDV bəyannamələrinin yoxlama nəticəsi üzrə 7045.72 manat ƏDV-nin azaldılması müəyyən olunmamışdır. Əmlak vergisinin anlayışı, vergi ödəyicilərinin hüquqi statusu, vergitutma obyekti, vergi ödəməkdən azad edilmə, büdcəyə ödəmələrin müəyyən edilməsi ilə bağlı məsələlər Vergi Məcəlləsinin Xİİİ Fəslində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. - 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus, su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla); 197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla). - 197.2-ci maddəsinə əsasən vergitutma obyekti olan, müəssisələr və fərdi sahibkarlar tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla), bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir. Cavabdehin qənaətinə görə yoxlanılan dövrdə vergi ödəyicisi əmlak vergisi mükəlləfiyyətli olmuş, cəmiyyətin 2017-ci və 2018-ci ildə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına görə 2017-ci ildə alınmış əsas vəsaitlərə görə əmlaklar 2017 və 2018-ci il əmlak vergisi bəyannamələrindən çıxarılmış, bununla da yoxlama ilə ümumilikdə 145,39 manat əmlak vergisi azaldılmışdır. Buna münasibətdə məhkəmə qeyd edir ki, əmlak vergisinin yoxlanılması üzrə 2017-ci il üzrə əmlak vergisi hesablanmalı olmadığı halda müəssisə 52,72 manat əmlak vergisini artıq hesablamışdır. Nəticədə 2017-ci il üzrə 52,72 manat əmlak vergisinin artıq hesablanması müəyyən edilir. 2017-ci il əmlak vergisi üzrə əlavə vergi borcu müəyyən edilmir. Əmlak vergisinin yoxlanılması üzrə 2018-ci il üzrə 6,68 manat əmlak vergisi hesablanmalı olduğu halda müəssisə 57,73 manat əmlak vergisi hesablamışdır. Nəticədə 2018-ci il üzrə 51,05 manat əmlak vergisinin artıq hesablanması müəyən edilir. 2018-ci il əmlak vergisi üzrə əlavə vergi borcu müəyyən edilmir. Əmlak vergisinin yoxlanılması üzrə 2019-cu il üzrə 35,89 manat əmlak vergisi hesablanmalı olduğu halda müəssisə 77,51 manat əmlak vergisi hesablamışdır. Nəticədə 2019-cu il üzrə 41,62 manat əmlak vergisinin artıq hesablanması müəyən edilir. 2019-cu il əmlak vergisi üzrə əlavə vergi borcu müəyyən edilmir. Belə olan halda müəssisəsinin əmlak vergisi borcu olmadığı halda cavabdeh inzibati orqan tərəfindən bu hissədə əlavə əmlak vergisinin hesablanması qanunaziddir. Bilavasitə mənbədən vergitutma – verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulmasını nəzərdə tutan vergitutma formasıdır. Bu forma vergi hüquq nəzəriyyəsində avans üsülü da adlandırılır. Çünki vergi ödəyicisinin gəlir ödəmə mənbəyində, vergi agenti tərəfindən qabaqcadan cəlb edilir. Bu əlamət onun digər vergitutma forması olan bəyannamə üzrə vergitutmadan fərqləndirir. Çünki sonuncu halda vergi gəlir və ya mənfəət əldə edilməsindən sonra vergi ödəyicisinin özü tərəfindən ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1-ci maddəsinə görə aşağıdaki şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludur: -muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər; -muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar; -dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar; -hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər; - hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar; - VM-in 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar; - vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Cavabdeh inzibati orqan vergi ödəyicisinin muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta haqqları və işsizlikdən sığorta haqları üzrə kənarlaşmanın müəyyən edilməsi zamanı operativ vergi nəzarətinin keçirilməsi barədə 06.12.2029-ci il tarixli, **********3669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən rəqəmlərə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, vergi tutulan dövriyyənin və yararan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Bundan əlavə iddiaçıya məxsus obyektdən götürülmüş 11.6 GB həcmində olan məlumatların məhz iddiaçının fəaliyyəti ilə bağlı məlumatların olmasını təsdiq edək təkzib edilməz sübutlar da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda vergi ödəyicisi cəmiyyətdə işləyən 10 nəfər işçilərə dair qeyd alınmış əmək müqavilələrini məhkəməyə təqdim etmişdir ki, həmin müqavilələrdə işçilərin əmək haqqı barədə məlumatlar qeyd edilmişdir. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatı zamanı da müəssisə tərəfindən aparılmış əməliyyatlara görə müəssisənin muzdlu işdən gəlir vergisi, MDSS üzrə borcu, həmçinin işsizlik sığortası üzrə borcu müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2019-cu il üzrə 37,36 manat, 2020-ci il üzrə 33,16 manat olmaqla ümumilikdə 70,52 manat məbləğində ödəmə mənbəyindən vergi üzrə az hesablama müəyyən edildiyindən cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə ödəmə mənbəyində tutulan vergi məbləğləri üzrə cəmi 70.52 manat az hesablaması və 35.26 manat maliyyə sanksiyası hesablaması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş 02.03.2022-ci il tarixli, 9/475 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.Beləliklə, mübahisələndirilən inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırki iş mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş növbədənkənar vergi yoxlaması cavabdeh tərəfindən qəbul edilmiş qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlandığı qeyd edilmişdir. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malik olsa da inzibati orqan həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Göründüyü kimi vergi orqanı tərəfindən qəbul edilmiş qərar həm prosessual baxımından, həmçinin də mahiyyəti üzrə (ödəmə mənbəyindən tutulan vergi istisna olmaqla) əsaslı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair 29.12.2020-ci il tarixli, **********143348 №-li qərarı 2017ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752.16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il Mənfəət vergisi üzrə 2050.65 manat, MDSSişəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2017-ci il üzrə 2500 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2018-ci il üzrə 3196.62 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2019-cu il üzrə 6381.03 manat, MDSS-Muzdla işəgötürənləri – işə götürən siğortaedənlər 2019-cu il üzrə 4549.74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127.84 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2019-ci il üzrə 255.28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019-cu il üzrə 181.98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236.60 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 1266.72 manat və ümumilikdə 14936.10 manat maliyyə sanksiyası hissəsində qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də iddia tələbi təmin edilərək mübahisələndirilən qərar qeyd olunan hissələrdə qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iş üzrə ekspert xərcinin 150 manatı cavabdehdən, 50 manatı isə iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair 29.12.2020-ci il tarixli, **********143348 №-li qərarı 2017-ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752.16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il Mənfəət vergisi üzrə 2050.65 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2017-ci il üzrə 2500 manat, MDSSişəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2018-ci il üzrə 3196.62 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2019-cu il üzrə 6381.03 manat, MDSS-Muzdla işəgötürənləri – işə götürən siğortaedənlər 2019-cu il üzrə 4549.74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127.84 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2019-ci il üzrə 255.28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019-cu il üzrə 181.98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236.60 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 1266.72 manat və ümumilikdə 14936.10 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manatın 150 (yüz əlli) manatı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 50 (əlli) manatı isə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-550/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-550/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver