Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5501/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əmlakın siyahıya alınması haqqında 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərarın və 10 noyabr 2020-ci il tarixli **********106900 saylı qərara əlavənin etibarsız hesab edilməsi” tələbinə dair iddianın inzibati məhkəmə icratının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı əmlakın siyahıya alınması haqqında 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərarın və 10 noyabr 2020-ci il tarixli **********106900 saylı qərara əlavənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona ********** №-li VÖEN verilmişdir. Sahibkarlıq fəaliyyəti müddətindəmən daim qanunverciliyin tələblərinə riayət edərək vergiləri, sosial borcları vaxtlı-vaxtında ödəmişdir. 2021-ci ilin dekabr ayında icra şöbəsinə dəvət olunan zaman ona bəlli olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi mənə qarşı "siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması" tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək onun 08 sentyabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 27.661,87 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 187.000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq harracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının xəbəri və məlumatı olmadan da Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(113)-1558/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək onun 08 sentyabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 27.661,87 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 187.000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq harracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən dövlət büdcəsinə ödənilməmiş 27.661,87 manat və 10 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Göstərilənlərdən onun məlumatının olmamasının səbəbi uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmamağı və sahibkarlıq fəaliyyətinin dondurulması olmuşdur. 238.464,38 manat borcun olmasına dair Lokal Gəlirlər baş idarəsi tərəfindən bildiriş ünvanlansa da, qeyd olunan borcun ödənilməsi üçün VM-nin 65.1-ci maddəsinə müvafiq olaraq bildiriş verilməsi, eləcə də vergi orqanının VM-nin 89.6-cı maddəsində nəzərdə tutulan ardıcıllığa əməl etməsi, ödənilmədiyi təqdirdə akseptsiz qaydada cavabdehin hesabından silinməsi haqqında bank və ya digər kredit təşkilatına sərəncam verilməsi müəyyən edilməmişdir. Qəbul edilmiş qərarda isə əmlakın təsviri ümumiyyətlə yoxdur. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, əmlakın siyahıya alınması barədə cavabdehin xx.xx.2020-ci il tarixli qərar inzibati akt hesab edilə və inzibati məhkəmə icraatı qaydasında ayrıca mübahisələndirilə bilməz. xx.xx.2020-ci il tarixli qərar İnzibati Prosessual Məcəllənin müvafiq normalarının tələblərinin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma" əlamətindən məhrumdur. Sözügedən inzibati orqan tərəfindən tərtib olunan akt, yəni səyyar vergi yoxlaması haqqında akt iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli qərarı inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmədiyindən qərarın ləğvi barədə iddia mümkün saymamalıdır. Bununla bağlı Ali Məhkəmənin xx.xx.2021 -ci il tarixli 2-1(102)-2212/2021 saylı qərarında da qeyd olunan qərar və protokolların inzibati akt olmamasına dair mövqe ifadə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən siyahıya alınmış əmlakın ixtisaslaşdırılmamış açıq hərracda satılmasına dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e-2-2(113)-1558/21 saylı qətnamə qəbul edilərək 2776,87 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 187000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşıdırılmamış açıq hərracda satılması qət edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarından göründüyü kimi işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməlidirlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi iddia tələbi cavabdehin əmlakın siyahıya alınması haqqında 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərarın və 10 noyabr 2020-ci il tarixli **********106900 saylı qərara əlavənin etibarsız hesab edilməsindən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 13ci bəndinə əsasən, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Cavabdeh tərəfindən siyahıya alınmış əmlakın ixtisaslaşdırılmamış açıq hərracda satılmasına dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(113)-1558/21 saylı qətnaməsi ilə 2776,87 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 187000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşıdırılmamış açıq hərracda satılması qət edilmişdir. “Əmlakının siyahıya alınması haqqında” cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarı ilə iddiaçının əmlaklarının siyahıya alınması qərara alınmış, Vergi Məcəlləsinin 89-cu maddəsinə istinad olunaraq əmlakın siyahıya alınmalı olması və qərarın icrasının konkret dövlət vergi müfəttişlərinə həvalə edilməsi göstərilmişdir. xx.xx.2020-ci il tarixdə isə “vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” **********106900 nömrəli qərar qəbul edilərək əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X2, baş dövlət vergi müfəttişi X3 tapşırılmışdır. Həmin qərara uyğun tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, siyahıya alınmış əmlak İddiaçı tərəfindən məsul saxlamaya alınmış və onun tərəfindən protokol imzalanmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi xx.xx.2020-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak İddiaçı təhvil verilmiş və onun tərəfindən akt imzalanmışdır. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərarın və 10 noyabr 2020-ci il tarixli **********106900 saylı qərara Əlavə subyektiv baxımdan, qanunvericiliyin tələbləri qaydasında cavabdeh orqanın hər hansısa məsələnin nizama salınmasında öz səlahiyyətlərini aşmadan tərtib olunmuşdur və iddiaçının hüquqlarını məhdudlaşdıran inzibati akt deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdeh orqan tərəfindən tərtib edilmiş qərarların etibarsız hesab edilməsi haqqında iddiası məhkəmə icraatını mümkün edən faktiki şərtlər mövcud deyil. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əmlakın siyahıya alınması haqqında 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərarın və 10 noyabr 2020-ci il tarixli **********106900 saylı qərara əlavənin etibarsız hesab edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əmlakın siyahıya alınması haqqında 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərarın və 10 noyabr 2020-ci il tarixli **********106900 saylı qərara əlavənin etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5501/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5501/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver