Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5507/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X24 Nazirliyinə qarşı istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X1, X25, X30 və X26 cavabdeh Azərbaycan Respublikası Əmək və X24 Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özəlləşdirilən «Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsi dövlət müəssisəsinin sosial ödəncləri üzrə aşağıdakı şəxslərə: X6 11.305 manat, X13 10.800 manat, X21 5.544 manat, X14 3.696 manat oktyabr 2012-ci ildən oktyabr 2019-cu il tarixədək 7 il müddətində yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsində fəhlə işləyərkən əmək xəsarətləri alaraq, qanunla nəzərdə tutulan qaydada müavinət almışlar. Oktyabr 2012-ci il tarixdən onlara ödənilən müavinətlərin verilməsi dayandırılmışdır. Əvvəl əsaslandırmışlar ki, idarə özəlləşməyə gedir. Onların ödənclərini veriləcəkdir. Onlar da rəhbərliyin şifahi göstərişinə inanmışlar. Nəhayət «Bakı şəhər Tikinti Tresti» 21 saylı Tikinti İdarəsi xx xxxx 2016-cı il tarixdə ləğv edilərək Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Ondan sonra aidiyyatı bütün dövlət orqanlarına müraciət etsələr də, heç bir müvafiq orqan onlara dəqiq kimə müraciət etmək lazım olduğunu cavablandırmamışlar. Hər birinə oktyabr 2012-ci il tarixədək «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsi tərəfindən istehsalat qəzası nəticəsində aldıqları xəsarətə görə müvafiq olaraq 135, 120, 66 və 44 azn ödənc verilmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-172/2020 nömrəli qərardadı ilə X1nun və digərlərinin cavabdeh Azərbaycan Respublikası Əmək və X24 Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbləri üzrə 2-1(112)-172/2020 nömrəli inzibati işdən iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və X24 Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi, iddiaçı X15 cavabdeh Azərbaycan Respublikası Əmək və X24 Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və X24 Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2012-ci ilin oktyabr ayından etibarən ona istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sorıra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Göründüyü kimi həmin ödənclərın verilməsi qanunvericiliklə Dövlət X28 deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. Bundan əlavə, iddiaçının ərizəsində də qeyd etdiyi kimi onun işlədiyi müəssisə “Bakı şəhəri tikinti tresti” 21 saylı tikinti idarəsi hal-hazırda fəaliyyət göstərmir. Adıçəkilən Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəvən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Müəssisə ləğv edildiyi halda iddiaçının qanunvericilikdə müəyyən edilmiş müddət daxilində ikinci növbəli kreditor kimi həyata və sağlamlığa dəyən zərərin ödənilməsini tələb etmək hüququ mövcud olmuşdur. İşçinin aylıq müavinəti almaq hüququ mövcud deyil. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü il tarixli, 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verdən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan diyər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na əsasənaylıq müavinəti almaq üçün əsas şərt şəxsin işlədiyi müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi və özəlləşdirilməsi başa çatmamış olmasıdır. Lakin müəssisənin özəlləşdirilməsi 2001-ci ildə başa çatmışdır. Həmçinin 2003-cü ilə kimi müəsisənin vətəndaşlara borcu olmamış və müəssisə ləğv edilənədək vətəndaşlara ödənclər ödənilmişdir. Eləcə də müəsisənin borcu olmadığı üçün 2008-ci ildə vətəndaşla Fond arasında müqavilə bağlanılmamışdır. Nazirlik tərəfindən apardığı araşdırmalar nəticəsində iddiaçının işlədiyi müəssisənin həmin siyahılarda olmadığı aşkar edilmiş və bu fakt vətəndaşa verilən imtina məktubunda da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. - İş materiallarına əlavə olunmuş istehsalatda bədbəxt hadisəyə dair xx.xx.1981-ci il tarixli aktdan və aktdan çıxarışdan görünür ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsində daş ustası işləyən İddiaçı xx.xx.1981-ci il tarixdə bədbəxt hadisə zamanı xəsarət almışdır. - X19 xx.xx.1990-ci il tarixli çıxarışının, Nizami rayon Sosial Müdafiə Şöbəsi tərəfindən verilmiş 415400 nömrəli vəsqisəsinin surətlərindən görünür ki, İddiaçı istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirmiş, ona görə ona 2-ci qrup əlillik verilməklə aylıq əmək haqqının 104 rubl.31 qəpik miqdarında pensiya təyin edilmişdir. - 21 saylı X11 rayon X24 Mərkəzinə ünvanlandığı 01/07 №-li, xx.xx.2014-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı istehsalat qəzası nəticəsində xəsarət almış 2012ci ilin oktyabr ayına qədər ayda 120 AZN ödənilmişdir. Müəssisə hal-hazırda heç bir fəaliyyət göstrəmir, ona görə də xəsarət ödəmə imkanı yoxdur. - Azərbaycan Respublikasının Əmək və X24 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 21 saylı Tikinti İdarəsinin rəisi Fəqani Hüseynova ünvanlandığı 07/51-825 №-li, xx.xx.2014-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və X24 Nazirliyinə ünvanlandığı xx.xx.2014-cü il, 01/05 nömərli məktubuna cavab olaraq bildirilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 1.2-ci maddəsinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş müddət üzrə onların müraciəti əsasında aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Göstərilənləri nəzərə alaraq müraciətinin müsbət həlli qeyri-mümkündür. - Azərbaycan Republikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000275 №-li, xx.xx.2001-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında yerləşən 21 saylı tikinti idarəsi özəlləşdirilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X20 Dövlət Qeydiyyat İdarəsinin məktubundan görünür ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsi (VÖEN **********) hüquq ünvanı ünvan 3 qanuni təmsilçilik funksiyasına malik rəhbəri ünvan 4 mənzil 77 ünvanında qeydiyyatda olan X16r. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X20 Dövlət Qeydiyyat İdarəsinin **********115100 №-li məktubundan görünür ki, «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsi (Qeydiyyat nömrəsi D-778) xx.xx.2016-cı il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxlərin dövlət reyestrindən çıxarılmışdır. - Azərbaycan Respublikası Dövlət X28 iddiaçıya ünvnladığı xx xxxx 2018-ci il tarixli, **********5 №-li məktubundan görünür ki, “Özəlləşdirilən və idarəetməyə verilən dovlət müəssilərinin istəhsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən, həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndinə əsasən özəlləşdirilməyə açıq elan edilmiş müəssisədə çalışarkən əmək zədəsi almış şəxslərə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və X24 Nazirliyi tərəfindən həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2008-cı il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya əsasən bu qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cu il 27 sentyabr tarixindən bu qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin ıstehsaial qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisnə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Eyni zamanda çatdırılmışdır ki, Azərbaycan Respublikasının Mülk Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təstiq edilən hüquqi şəxsin yenidən müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır zərər əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə ünvanlandığı **********96 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsində mövcud olan arxiv sənədlərinə əsasən araşdırılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında yerləşən 21 saylı tikinti idarəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamentı ilə bağlanmış xx.xx.2001-ci il tarixli, 2252 nömrəli alqı-satqı müqaviləsinə əsasən əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs X27 tərəfindən özəlləşdirilmişdir. Eyni zamanda bildirirlir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən həmin Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-cı iliərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin Qaydalar qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. 21 saylı tikinti idarəsinin özəlləşdirilməsi həmin Qaydalar qüvvəyə minənədək başa çatdığından (2001-ci ildə), qeyd edilən müəssisənin adı Azərbaycan Respublikasının Dövlət X32 göndərilmiş müvafiq siyahıya daxil edilməmişdir. - Məhkəmə tərəfindən Bakı şəhəri, Nərmanov rayon məhkəməsinin icraatında olmuş 2(005)-63/2018 nömrəli mülki işin materiallarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-63/2018 nömrəli qərardadı ilə X1nun, İddiaçı və X9 cavabdeh “Bakı şəhəri Tikinti” Trestinin 21 saylı Tikinti X2rşı X17, X18, X23, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanına Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi və Azərbaycan Respublikası Əmək və X24 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üçüncü şəxslər göstərilməklə əmək xəsarətinə görə ödəniş tələbinə dair mülki iş üzrə icraata cavabdeh “Bakı şəhəri Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi ləğv edildiyindən və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığından xitam verilmişdir. Həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsində daş ustası işləyən zaman xx.xx.1981-ci il tarixdə bədbəxt hadisə zamanı xəsarət almış, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirmiş, ona 2-ci qrup əlillik təyin edilərək işlədiyi müəssiə tərəfindən 2012-ci ilin oktyabr ayına kimi ödənclər ödənilmişdir. 2012-ci ilin oktyabrından müəssisə fəaliyyət göstərməməsini əsas gətirərək ödənclərin verilməsini dayandırmışdır. Bundan sonra iddiaçı ona ödənclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə «Bakı şəhər Tikinti» Trestinin 21 saylı tikinti idarəsi xx.xx.2016-cı il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxlərin dövlət reyestrindən çıxarılmasını əsas göstərərək iddiaçının iddiası üzrə icraata xitam vermişdir. İddiaçı bundan sonra inzibati orqana müracət edərək ödənclərin ödənilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə müəssisənin 2001-ci il tarixdə özəlləşdirilməsini, ödənişin müəssisə tərəfindən həyat keçirilməli olmasını əsas gətirərək iddiaçının xahişini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”-nin: - 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. - 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. - 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. b - 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. - 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. - 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Həmin Qaydaların xx.xx.2010-cu il tarixə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət X28 vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət X28 vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Adıçəkilən Qərarla təsdiq olunmuş Qaydaların məzmunundan belə aydın olur ki, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin kim tərəfindən verilməsi tam şəkildə öz əksini tapmamışdır. Belə ki, hazırki mübahisə üzrə işəgötürən müəssisə hüquqi şəxs kimi ləğv edilmiş, lakin həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin vaxtı ilə qüvvədə olmuş 3.7 və 3.8-ci bəndlərində oxşar münasibətlər üzrə hansı üsulla ödənclərin ödənilməsi Qərarda öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli, 804 nömərli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın: - 1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. - 2-ci bəndinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2008-ci tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın: 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və X24 Nazirliyinə təqdim edir. Əmək və X24 Nazirliyi bu siyahıları Azərbaycan Respublikasının Əmək və X24 Nazirliyi yanında Dövlət X28 şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Şöbələr və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Azərbaycan Respublikasının Dövlət X40 tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və X24 Nazirliyinin, Dövlət X28 və Maliyyə Nazirliyinin yerli orqanlarının və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunduğu halda, komissiya bu barədə məlumatı Azərbaycan Respublikasının Əmək və X24 Nazirliyinə təqdim edir. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həmin Məcəllənin 1126.2-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Mülki qanunvericilikdə hüquqi şəxsin ləğvi zamanı vurulmuş zərərin ödənilməsi üçün ödənişlərin qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun şəkildə kapitallaşdırılmalı olduğu qeyd olunmuşdur. Lakin bu qaydalar hazırda mövcud deyildir. Hətta mövcud olsa belə, “Bakışəhərtikinti” trestinin 21 saylı Tikinti İdarəsi hüquqi şəxs kimi ləğv olunan zaman həmin hüquqi prosedur qaydalarına riayət edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və X24 Nazirliyi haqqında Əsasnamənin 2.1.1-ci bəndinə əsasən əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya və X24, o cümlədən əmək pensiyaları və sosial sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3-cü bəndinə əsasən isə tibbi-sosial ekspertizanın, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyasının və sosial müdafiəsinin təşkil edilməsi üzrə müvafiq tədbirləri həyata keçirmək Nazirliyin fəaliyyət istiqamətlərinə aiddir. Həmin Əsasnamənin 3.1.28-4-cü bəndinə əsasən əmək pensiyalarının, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində göstərilən tədbirlərin və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin vaxtında maliyyələşdirilməsini təmin etmək Nazirliyin vəzifələrindən biridir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi xx.xx.2016-cı il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxlərin dövlət reyestrindən çıxarıldığından, eyni zamanda ləğv zamanı ödənclərin gələcəkdə ödənilməsi kapitallaşdırılmadığından, hazırda bu sahədə dövlət siyasətini həyata keçirən və əhalinin bu statusda olan qisminin sosial müdafiəsini təşkil edən mərkəzi icra hakimiyyəti olan Əmək və X24 Nazirliyi xx.xx.2016-cı il tarixdən etibarən həmin ödəncləri iddiaçıya ödəməli idi. İddiaçının işlədiyi və istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş müəssisə 2001-ci ildə özəlləşdirildiyindən iddiaçı barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət X32 göndərilməməsi, həmçinin müəssisənin ləğvi zamanı prosedur qaydalara riayət edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və onun Konstitusiya ilə müdafiə olunan hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbu edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraati qaydasında baxılır. - 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbu edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində prosəs iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2016-cı il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X24 Nazirliyinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5507/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5507/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver