Məhkəmə qərarları › İş №2-1(112)-5507/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5507/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5507/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək inzibati orqanın hərəkətlərinin qanunsuz hesab olunması, güzəştli şərtlərlə yaşa görə İddiaçı təyin olunmuş əmək pensiyasının 2020-ci ilin dekabr ayı tarixindən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilin noyabr ayından 57 yaşında güzəştli şərtlərlə təqaüdə çıxmışdır. 2020-ci ilin dekabr ayından etibarən isə qanunsuz olaraq ona təqaüd ödənişinin verilməsi dayandırılmışdır. O, 17 dekabr və 22 dekabr 2020-ci il tarixlərində müvafiq olaraq, 3 saylı Bakı Dost Mərkəzinə və DSMF-nin “İri sığortaedənlərlə iş üzrə departamentinə yazılı ərizə ilə dəfələrlə müraciət elməyinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir. Belə ki. uzun müddət araşdırma aparıldığı bildirilmiş və ona əsas gətirmədən formal məktub verilərək şikayətlərinin araşdırılmasından dolayısıyla imtina olunmuşdur. Daha sonra məhkəmədə iştirak etməyi üçün bildiriş gəlmişdir. İnzibati orqan tərəfindən verilən iddiaya baxan İnzibati Məhkəmə qətnamə qəbul edərkən aşağıdakı nəticəyə gəlmişdir: “Əmək pensiyaları haqqında” AR Qanununun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq İcra Hakimiyyəti orqanı (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən aparılır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasıçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Məhkəmə inzibati orqan tərəfindən hüquq normalarının pozulduğu qənaətinə gəlməsi səbəbiylə iddianın mümkünsüz hesab olunması barədə qərar qəbul elmişdir. İddiaçı isə rəsmi qaydada inzibati orqanın hər hansı qərarını əldə elməmişdir və işin araşdırılmasının davam eldiyi inzibati orqanın rəsmi əməkdaşları tərəfindən bildirildiyinə görə, lazımi sənədləri müraciət və şikayət ərizəsiylə birlikdə inzibati orqana bir neçə dəfə göndərmiş və yekun qərar əldə edə bilməmişdir. İnzibati orqanın iddiaçıya qarşı artıq ödənilmiş vəsaitin dövlət hesabına köçürülməsi barədə iddiasının mümkünsüz sayılması barədə İnzibati Məhkəmənin qərarını xx.xx.2021-ci il tarixində əldə etmişdir. İddiaçı xx.xx.1982-xx.xx.1987-ci il tarixlərində “Azərneft-kimyaquraşdırma” trestinin Bakı Mexanikləşdirmə İdarəsində “usta”, Qamma Deffektos-kopiya (metalların işığa salınması) qurğularında mühəndis-radioqraf vəzifələrində işləmişdir. İşlədiyi bu vəzifələr SSRİ Nazirlər Soveti Kabinetinin xx.xx.1956-cı il tarixli, 1173 saylı qərarı ilə təsdiq edilmiş siyahı № 1, bölmə № 21-də nəzərdə tutulmuş imtiyazlı təqaüd təminatını verən iş stajına (Təhlükəli şəraitdə iş) daxil edilmişdir (Qeyd: Ünıumi staj beş il dörd ay) ("xxxx" ASC-nin 197 saylı 06 noyabr 2015-ci il tarixli arayışı). 29 avqust 2002-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək “X7” LTD (sonradan “X7” MMC) - Mexaniklər xidmətinin kran təsərrüfatı sahəsində - isti və zərərli iş şəraitində çilingər, kran təsərrüfatı üzrə foreman (usta, briqadir), kran təsərrüfatı sahəsi üzrə usta və kran təsərrüfatı sahəsi üzrə mexanik vəzifələrində çalışmışdır. Çalışdığı bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (a) yarımbəndində “Metal və ferro-ərintilər istehsalı”nda isti və zərərli iş sahələrində çalışan təmirçi-çilingər, 3.6 (b) yarımbəndində avadanlığın təmiri üzrə ustalar və sahə mexaniki kimi öz əksini tapmışdır. Bu barədə “X7” MMC-nin rəhbərliyi tərəfindən cavabdeh inzibati orqana № 14/L xx.xx.2021-ci il tarixində ünvanlanmış rəsmi məktubu). Bundan əlavə əldə etdiyi 199/A saylı xx.xx.2020-ci il tarixli araşdırıcı arxiv arayışında “X7 Limited” Şirkətinin arxiv fondunda 29 avqust 2002-ci il tarixdən 01 avqust 2003-cü il tarixədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində çilingər vəzifəsində, 01 avqust 2003-cü il tarixindən 01 sentyabr 2009-cu il tarixinədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində kran üzrə foreman (usta, briqadir) vəzifələrində çalışdığı öz təsdiqini tapır (qeyd: Ümumi staj 7 il). 01 sentyabr 2009-cu il tarixindən 01 iyun 2011-ci il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə usta, 01 iyun 2011-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə mexanik vəzifəsində çalışdığı və bu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü bölməsinin 3.6 (b) yarımbəndində avadanlığın təmiri üzrə ustalar və sahə mexaniki kimi öz əksini tapdığını 939/L saylı xx.xx.2015-ci il tarixli Dövlət Sosial Müdafiə Fondunun Rayon Şöbəsinə ünvanlanan “X7” MMC-nin araşdırıcı arayışı təsdiq edir (Qeyd: Ümumi staj 6 il 2 ay). Qeyd edilən arayışlar əsasında qanuni olaraq 18 il 6 ay stajla güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasına 57 yaşında çıxmışdır. Qeyd edilənlərdən əlavə olaraq “X7” MMC Poladəritmə Müəssisəsinin podratçı Şirkəti sayılan "xxxx" MMC-də 08 sentyabr 2016-cı il tarixindən 04 yanvar 2018ci ilin yanvar ayınadək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə mexanik peşəsində çalışdığını 2/L saylı xx.xx.2021-ci il tarixli məktubu təsdiq edir. Ümumi hesablandığı zaman 20 ildən çox stajla, təhlükəli, isti və zərərli iş şəraitində çalışan, metallurgiya istehsalını həyata keçirən zavodda mövcud olan qapalı şəraitdə poladəritmə, armatur istehsalı sexlərində xidmət göstərən, 1600 dərəcədə əridilən metalın daşınmasında, metallurgiya sobalarının təmiri prosesində daşıma funksiyasını həyata keçirən, 500-600 dərəcədə metal külçələrin daşınmasını birbaşa təmin edən, körpülü kranların işinə nəzarət edən və texniki sazlığına cavabdeh olan, iş prosesində hər hansı nasazlıq olduğu təqdirdə dərhal müdaxilə edib təmir edən, həmin poladəritmə və armatur sexlərinin kran təsərrüfatı üzrə çilingər, briqadir, foreman (usta), mexanik kimi işləyən İddiaçı güzəştli şərtlərlə pensiya almaq üçün kifayət qədər iş stajı mövcud olmasına baxmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan qanunsuz və əsassız məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, doiomitin və əhəngin yandırılması peşələr bəndində (3.6) istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər nəzərdə tutulmuşdur. İnzibati icraat materiallarında cavabdehə xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik vəzifələrində işlədiyi müəyyən edilmişdir. Bu fakt “X7” MMC-nin cavabdehə dair 5 noyabr 2015-ci il tarixli 939/L nömrəli arayışında qeyd edilmişdir. Araşdırma zamanı onun işlədiyi kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik vəzifələri yuxarıda qeyd olunan istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər vəzifələrinə uyğun olmadığı müəyyən edilərək bu barədə xx.xx.2021-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi, ona xx.xx.2015-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16521,3 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəflərindən xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəfimizdən artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi ilə Bakı inzibati Məhkəməsinə müraciət olunmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “X7” MMC-nin Dövlət Sosial Müdafiə Fondunun Rayon Şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 199/A nömrəli arayışda qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, X7 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X4 Salan Mərkəz tərəfindən tərtib edilmiş X7 Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 29 avqust 2002-ci il tarixdən 01 avqust 2003-cü il tarixədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində çilingər vəzifəsində, 01 avqust 2003-cü il tarixdən 01 sentyabr 2009-cu il tarixədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində kran üzrə briqadir vəzifəsində çalışmışdır. Əsas: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X4 Salan Mərkəz tərəfindən tərtib edilmiş Arxiv fondunun materialları. Fond № 1, Siyahı № 1Ş, 21 №-li saxlama vahidi, 261 №-li saxlama vahidi. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.6. Polad və ferroərintilər istehsalatı (a) yarımbəndində isti və zərərli iş sahələrində məşğul olan təmirçi çilingərlər, 3.6 (b) yarımbəndinə ustalar, böyük ustalar kimi öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş “X7” MMC-nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli, 14/L nömrəli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin mexaniklər sahəsində çilingər, mexaniklər sahəsində kran üzrə briqadir, kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik peşələrində çalışmışdır. İddiaçı çilingər kimi isti və zərərli iş şəraitində kran avadanlıqların, tərtibatların və mexanizmlərin cari təmiri və texniki qulluğu ilə məşğul olmuşdur. Bu baxımdan onun tutuğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.6. Polad və ferroərintilər istehsalatı (a) yarımbəndində isti və zərərli iş sahələrində məşğul olan təmirçi-çilingərlər peşəsi ilə uyğun gəlir. Mexaniklər sahəsində kran üzrə briqadir kimi, mexaniki və texnoloji avadanlığın qurulması, sistemlərinin təmiri, təmizlənməsi və yağlanması, yenidən onların düzgün istismar olunması və sair işləri yerinə yetirirdi. Bu baxımdan onun tutuğu peşə yuxarıda qeyd edilən Siyahının 3.6 (b) yarımbəndinə ustalar, böyük ustalar peşəsi ilə uyğun gəlir. Kran təsərrüfatı üzrə usta kimi avadanlığın təmiri ilə məşğul olmuşdur və həmin siyahının 3.6 (b) yarımbəndinə ustalar, böyük ustalar peşəsinə uyğundur. Kran təsərrüfatı üzrə mexanik vəzifəsi sözügedən Siyahıda sahə mexanikləri kimi öz əksini tapmışdır. Yuxanda göründüyü kimi İddiaçı iş fəaliyyəti istehsalat sahəsində olan ağır yükqaldırıcı kranlarla bağlı olub. “X7” MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X2. Müəssisədə iş şəraiti ağır və zərərlidir. Vətəndaş bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirmişdir. Müəssisədə iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən İddiaçı) maaşlarına artım və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. Yuxarıdakıları nəzərə alaraq sizdən xahiş edilir ki, İddiaçı güzəştli pensiya təminatının bərpa olunmasına koməklik edəsiniz. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı pensiya işinə dair sənədlərin, onun Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətindən görünür ki: - Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 1779 nömrəli qərarı ilə İddiaçı xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının hansı səbəbdən dayandırılması ilə bağlı yazılı məlumat verilməsini və pensiyasının yenidən bərpa edilməsinə sərəncam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması peşələr bəndində (3.6) istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər nəzərdə tutulmuşdur. Araşdırma zamanı xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində sizin “X7” MMC-nin Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik vəzifələrində işlədiyiniz müəyyən edilmişdir. Bu fakt “X7” MMCnin sizə dair 5 noyabr 2015-ci il tarixli 939/L nömrəli arayışında qeyd edilmişdir. Sizin işlədiyiniz kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik vəzifələri yuxarıda qeyd olunan istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər vəzifələrinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Göründüyü kimi, sizə xx.xx.2015-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə xx.xx.2015xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16521,3 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınız xahiş edilir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. - İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək güzəştli şərtlərlə aldığı pensiyanın dayandırılmasının səbəbinin ona bildirilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri, Metallurgiya sobalarının təmiri, Dolomitin və əhəngin yandırılması bəndində (3.6) avadanlığın təmiri üzrə ustalar və sahə mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Mexaniklər xidmətində kran təsərrüfatı üzrə usta, xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər ərzində isə həmin müəssisədə kran təsərrüfatı üzrə mexanik vəzifələrində işlədiyiniz müəyyən edilmişdir. Göründüyü kimi işlədiyiniz usta və mexanik vəzifələri yuxarıda qeyd olunan avadanlığın təmiri üzrə ustalar və sahə mexanikləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Sizə xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə xx.xx.2015xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16521,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınız xahiş edilir. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. - İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 2015-ci il tarixindən pensiya alırdı. Lakin 2020-ci ilin dekabr ayında pensiya ödənişi dayandırılıb. Təqdim etdiyi sənədlərə baxılaraq pensiyasının bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 24 fevral 2021-ci il tarixli **********3 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 18 fevral 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri, Metallurgiya sobalarının təmiri, Dolomitin və əhəngin yandırılması bəndində (3.6) avadanlığın təmiri üzrə ustalar və sahə mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Mexaniklər xidmətində kran təsərrüfatı üzrə usta, xx.xx.2011xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər ərzində isə həmin müəssisədə kran təsərrüfatı üzrə mexanik vəzifələrində işlədiyiniz müəyyən edilmişdir. Göründüyü kimi işlədiyiniz usta və mexanik vəzifələri yuxarıda qeyd olunan avadanlığın təmiri üzrə ustalar və sahə mexanikləri vəzifələrinə uyğun deyil. Eyni zamanda Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən güzəştli iş stajınızın yerində dəqiqləşdirilməsi zamanı işlədiyiniz mexaniklər sahəsinin isti iş sahəsinə aid olmadığı, yalnız həmin sexin işini təmin edən sahə olduğu müəyyən edilmişdir. Bu səbəblərdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd edilən fakt “X7” MMC tərəfindən xx.xx.2021-ci il tarixli aktla təsdiq edilmişdir. Göstərilən uyğunsuzluqlara baxmayaraq sizə xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16521,30 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edilir. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Məhkəmənin sorğusuna cavab olaraq “X7” QSC-nin xx.xx.2022-ci il tarixli, X-Y- 1841 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək X7 Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Mexaniklər sahəsində çilingər peşəsində, xx.xx.2003-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək isə həmin sahədə kran üzrə briqadir vəzifəsində çalışmışdır (əsas: İddiaçı Əmək kitabçası). İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək “X7” MMCnin (hazırkı QSC-də) Mexaniklər xidmətində kran təsərrüfatı üzrə usta vəzifəsində, xx.xx.2011-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək isə həmin xidmətdə kran təsərrüfatı üzrə mexanik vəzifəsində işləmişdir. Məlumat üçün nəzərinizə çatdırılır ki, İddiaçı çilingər kimi Polad və ferroərintilər istehsalatı sahələrində isti və zərərli iş şəraitində kran avadanlıqlarının, tərtibatlarının, mexanizmlərinin cari təmiri və texniki qulluğu işləri ilə məşğul olmuşdur. Qeyd edilən peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalatı bəndinin (a) Fəhlələr yarımbəndində “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) Fəhlələr yarımbəndində “təmirçi çilingərlər” peşəsinə uyğundur. Mexaniklər sahəsində kran üzrə briqadir və Mexaniklər xidmətində kran təsərrüfatı üzrə usta Polad və ferroərintilər istehsalatı sahələrində kran avadanlıqlarının mexaniki və texnoloji hissələrinin qurulması, təmiri, təmizlənməsi və yağlanması, düzgün istismar olunması və sair işləri yerinə yetirir. Həmin peşələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarmın təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində “ustalar, böyük ustalar” vəzifələrinə uyğundur. Kran təsərrüfatı üzrə mexanik vəzifəsi Polad və ferroərintilər istehsalatı sahələrində kran avadanlıqlarının, tərtibatlarının, mexanizmlərinin qurulması, cari təmiri, texniki qulluğu, düzgün istismar olunması və sair işləri yerinə yetirir. Göstərilən vəzifə yuxarıda qeyd edilən Siyahının 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində “sahə mexanikləri” vəzifəsinə uyğundur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi İddiaçı iş fəaliyyəti Polad və ferroərintilər istehsalatı sahələrində ağır yükqaldırıcı kranlarla bağlı olmuşdur. “X7” QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük X2. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində - Polad və ferroərintilər istehsalatı sahələrində kran təsərrüfatına xidmət etməklə keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. X5 Sistemindən çıxarışa əsasən İddiaçı təyin edilmiş əmək pensiyası xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Sonuncu pensiya ödənişi xx.xx.2020-ci il tarixdə edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı DSMF-nun Nizami rayon Şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Cavabdehin pensiya ödənişini dayandırmağının əsası kimi ona istinad etmişdir ki, iddiaçının işləmiş olduğu sahə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyininə əsas verən sahə olmamaqla güzəştli iş stajı yoxdur. Hazırk tələbində iddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsini mübahisələndirir. Hazırkı iş üzrə iddiaçı cavabdeh isə inzibati orqanın dayandırdığı pensiya ödənişinin bərpasını tələb etdiyindən məhkəmə ilk növbədə inzibati orqanın pensiyanın dayandırılması, ilə bağlı hərəkətlərinin “İnzibati icraat haqqında”, “Əmək pensiyaları haqqında” Qanunların prosessual normalarının tələbləri baxımından qanuniliyini yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. -67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Sadalanan normalara istinadən məhkəmə qeyd edir ki, inzibati orqanın cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır. Hazırkı iş üzrə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında əlverişli inzibati akt mövcuddur, o ləğv edilməmişdir. Başqa sözlə, qüvvədə əlverişli inzibati akt olduğu halda həmin inzibati akt ləğv edilmədən həmin əlverişli inzibati aktın nəticələrinin icrasından imtina edilməsi yolverilməzdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və yeni icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından əmək pensiyası ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda, o cümlədən pensiyanın ləğv olunması ilə bağlı hallarda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin pensiyanın dayandırılması barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə müvafiq qurumlara sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı pensiyanın dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində pensiya ödənişinin dayandırılması kimi faktiki hərəkətlər edilmişdir. Bundan əlavə, inzibati orqan pensiya ödənişinin dayandırılmasına əsas kimi istinad etdiyi iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verib-verməməsini inzibati icraat zamanı yoxlamamış, bunun üçün müvafiq sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməmiş, bütün bunları iddiaçının iştirakı ilə aparmamış və yekun olaraq əlverişli inzibati aktı qüvvədən salan maddi və prosessual normalarla əsaslandırılmış inzibati akt qəbul etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda inzibati orqan tərəfindən pensiya təyinatının ləğv edilməsi, pensiya ödənişinin dayandırılması kimi inzibati akt qəbul edilməsə də inzibati orqanın faktiki hüquqi hərəkətləri mövcuddur ki, bu hərəkətlər inzibati icraat haqqında hüquq normalarının tələblərinin pozulması ilə həyata keçirildiyindən qanunsuz hesab olunur. Qanunsuz faktiki hüquqi hərəkətlərin hüquqi nəticələri də aradan qaldırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hazırkı icraatda inzibati orqanın hərəkətlərini prosessual cəhətdən yoxlayaraq qiymət vermiş, aşkar olunan bu prosessual pozuntular ilk növbədə hazırkı iddia tələblərinin hüquqi həllinə, yəni iddianın təmininə imkan verir, bu baxımdan hazırkı icraatda cavabdehin işin mahiyyəti ilə bağlı istinad etdiyi hallara maddi hüquq baxımından qiymət verilməsinə zərurət görmür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar