Məhkəmə qərarları › İş №2-1(112)-5509/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5509/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5509/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 15 sentyabr 2021-ci il tarixli, **********214000 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublkası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 15 sentyabr 2021-ci il tarixli, **********214000 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi X10 X1 əsasən xx.xx.2006-cı il tarixdə 0106-P238-46340 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti “Ofis və Ticarət müəssisəsləri üçün mebellərin istehsalı” fəaliyyətidir. Cəmiyyət fəaliyyəti dövründə heç bir riskli vergi əməliyyatı və sair əməliyyatlar həyat keçirməmiş və aparmamışdır. Qərarın qəbul edilməsi qanuni və əsaslı deyil, cavabdeh orqan qərarda müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cəmi 148.3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda "xxxx" X3, "xxxx" 28 may Filialının mebelləri və "xxxx" 28 may Filialının əlavə mebelləri" qeyd olunduğu müəyyn edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mail (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyət növünün “Ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı” fəaliyyətinin olduğunu və təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığını müəyyən edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyəti riskli vergi ödəyicisi hesab edərək qanunsuz qərarın qəbul edilməsinə nail olmuşdur. Cavabdeh orqanın cəmiyyət barəsində qəbul etdiyi qərarda gəldiyi nəticə əsaslı və qanuni deyil, cəmiyyətin faktiki olaraq vergi orqanına təqdim etdiyi elektron qaimə fakturalarda fərqli mal çeşidi olmamışdır. Obyektin sənədləri tam hazır olmadığından qeydiyyata alınma yubanmış, sonradan qanuni əsaslarla qeydiyyat məsələsi həllini taparaq müvafiq qaydada kod verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5509/2024 nömrəli qərardadı ilə iddia tələbi “”Bakı Dizayn-Tikinti Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi” siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarların 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Eyni zamanda, “Meyarlar”ın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Belə ki, qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən iddiaçı "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2021xx.xx.2021-ci il tarixdə cəmi 148,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda " Yelo bank, X3, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank, 28 May filialının əlavə mebelləri" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaiməfaktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyəti növü ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı kimi qeyd olunmuşdur. Lakin təsərrüfat subyekti (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunmuş və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********650600 nömrəli “Riskli vergi ödəyicisi olması barədə” bildiriş göndərilmiş və tərəfindən aparılan əməliyyatların araşdırılmasına zərurət yarandığı bildirilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarda qeyd edilən digər bir əsas isə vergi ödəyicisinin qeydiyyatda olan təsərrüfat subyektinin mövcud olmamasıdır. Meyarların 2.1.3-cü bəndinə görə, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 33.2-ci maddəsinə görə bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Göründüyü kimi, vergi qanunvericiliyi təsərrüfat subyektini uçota qoymağı vergi ödəyicisi üçün vəzifə olaraq müəyyən etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,-ci, 3.1.1,-ci və 2.1.3-cü bəndlərinə əsasən hüquqi şəxs "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2021-ci il tarixli **********214000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, xx.xx.2021-ci il tarixində saat 17:18:49-da tərəfindən oxunmuşdur. Təhlil zamanı müəyyən olmuşdur ki, Vergi ödəyicisinin müraciəti əsasında xx.xx.2024-cü il tarixində təsərrüfat subyektinin (obyektin) qeydiyyata alındığı müəyyən olunsa da, xx.xx.2021-xx.xx.2021-ci il tarixdə cəmi 148,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar vergi ödəyicisi tərəfindən ləğv edilməmişdir. Beləliklə, araşdırmanın nəticəsi olaraq iddiaçı tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddiaçı "xxxx" MMC-nin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materialları ilə təqdim olunmuş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********214000 nömrəli qərarından görünür ki, ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021xx.xx.2021-ci il tarixlərində cəmi 148,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "Yelo bank, X3, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank , 28 may filialının əlavə mebelləri " qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyət növü ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı kimi qeyd olunmuşdur. Lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Nəticədə Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatda qeyd edilmişdir ki: -e-QF təqdim edən X7: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: **********, E-X12 X7: “Yelo Bank-Açıq Səhmdar Cəmiyyəti”, e-Qaimə-fakturanın tipi: Malların (işlərin, xidmətlərin) təqdim edilməsi, tarixi: xx.xx.2021, malın kodu: **********, eqaimənin seriyası EBBG nömrəsi 373166, yekun məbləğ 3500 man; -e-QF təqdim edən X7: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: **********, e-X12 X7: “Yelo Bank-Açiq Səhmdar Cəmiyyəti”, e-Qaimə-fakturanın tipi: Malların (işlərin, xidmətlərin) təqdim edilməsi, tarixi: xx.xx.2021, malın kodu: **********, eqaimənin seriyası EBBD nömrəsi 383778, yekun məbləğ 57276,5 man; -e-QF təqdim edən X7: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: **********, e-X12 X7: “Yelo Bank-Açıq Səhmdar Cəmiyyəti”, e-Qaimə-fakturanın tipi: Malların (işlərin, xidmətlərin) təqdim edilməsi, tarixi: xx.xx.2021, malın kodu: **********, eqaimənin seriyası EBBD nömrəsi 427159, yekun məbləğ 87535 man. xx.xx.2021-ci il tarixli “Təhvil-təslim akt”ında qeyd edilmişdir ki, bir tərəfdən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994-cü il tarixdə 203 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC, oğlu şəxsində, bundan sonra “Alıcı” adlanacaq, digər tərəfdən "xxxx" MMC direktor Nümayəndə bundan sonra “Satıcı” adlanacaq, bu Aktı (bundan sonra - “Akt”) 28 aprel 2021-ci il tarixli YB/059/21saylı müqavilənin 3 saylı əlavəsinə əsasən, əlavə olaraq ondan ötrü tərtib etdik ki, bağlanmış müqaviləyə əsasən mallar təhvil alındı və tərəflərin bir birinə heç bir iddiası yoxdur: Malın Adı: DRAWİNG İD: Al-05_Personal Service Desk Wirh Drawer Unit - 1 Ədəd – 1500 AZN, Mətbəx Masa+6 Tauburetka (1600x1000) – 1 Ədəd – 300 Azn, Drawing İd: Al-04_Screen Pendant, X11(300*80*162 Mm) – 4 ədəd – 300 AZN – 1200 AZN, Terminal və X8 - 1 ədəd – 500 AZN. 09 iyul 2021-ci il tarixdə Bir tərəfdən Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən "YELO BANK” ASC, bundan sonra “Bank” adlanacaq və digər tərəfdən "xxxx" MMC, direktor Nümayəndə oğlu şəxsində, bu X2 (bundan sonra - Protokol) 28 Aprel 2021-ci il tarixli Satınalma Müqaviləsinə (bundan sonra- Müqavilə) əlavə olaraq 04 nömrəli X2 imzalanmışdır. Cəmi ƏDV daxil 57282,50 man təşkil edir. xx.xx.2021-ci il tarixli “Təhvil-təslim akt”ında qeyd edilmişdir ki, Bir tərəfdən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994-cü il tarixdə 203 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC, şəxsində, bundan sonra “Alıcı” adlanacaq, digər tərəfdən "xxxx" MMC Direktor Nümayəndə bundan sonra “Satıcı” adlanacaq, bu Aktı (bundan sonra - “Akt”) 28 aprel 2021-ci il tarixli YB/059/21 saylı müqavilənən 2 saylı əlavəsinə əsasən, əlavə olaraq ondan ötrü tərtib etdik ki, bağlanmış müqaviləyə əsasən mallar təhvil alındı və tərəflərin bir birinə hec bir iddiası yoxdur.Cəmi 87535 manat təşkil edir. Vergi ödəyicisinin obyekti barədə məlumatdan görünür ki, VÖEN: **********, Tam adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Obyekt haqqında əsas məlumat; Kodu: **********-31001, Adı: mebel istehsalı sahəsi, Qeydiyyat tarixi: xx.xx.2024, Ünvan: AZ0119, Abşeron Rayonu, Novxani, Novxani Kəndi ev.1 m.1, Sahəsi haqqında məlumat; Əsas sahə: 100, Əlavə sahə: 0, İcarəyə verən verci ödəyicisinin məlumatı; VÖEN: **********, Adı: Nümayəndə, Obyektin kodu 15 rəqəmli: **********-31001 «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyəti üzrə isə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət növü mebel istehsalı sahəsidir. Vergi orqanı tərəfindən araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021xx.xx.2021-ci il tarixdə 148,3 min manat dəyərində qaimə-fakturalar əsasında mebel təqdim etmiş, lakin satdığı həmin malların onun elektron qaimə-faktura üzrə alışında və idxalında müəyyən edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının əsas fəaliyyətinə uyğun olaraq təsərrüfat obyekti qeydə alınmamışdır. İddiaçı qeyd edilən iki əsas üzrə cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Hazırkı iddiasında iddiaçı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: -1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrədövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. -3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından görünür ki, vergi orqanı iddiaçının xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 148,3 min manat dəyərində elektron qaimə-fakturalar təqdim etdyini, lakin elektron qaimə faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyini, iddiaçının istehsal fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyekti (obyektinin) qeydə alınmadığı əsas gətirərək iddiaçını Meyarların 2.1.1, 3.1.1 və 2.1.3cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına salmışdır. Məhkəmə hazırkı halda iddiaçının riskli vergi ödəyicisi siyahısında saxlanılması ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmır Belə ki, qeyd edilməlidir ki, meyarların 3.1.1-ci bəndinin tələblərinə görə vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə fakturalarda göstərdiyi malla aldığı və ya idxal etdiyi malların çeşidləri fərqli olduqda, başqa sözlə, vergi ödəyicisinin idxal etdiyi və ya aldığı malı deyil, həmin maldan fərqli çeşiddə mal satdığı (təqdim etdiyi) halda ödəyicinin apardığı əməliyyat riskli əməliyyat, özü isə riskli vergi ödəyicisi hesab olunur. Hazırkı işin hallarını qeyd edilən normanın tələbləri ilə müqayisəli təhlil etdikdə müəyyən olunur ki, iddiaçının istehsal etdiyi və e-qaimələrdə “Yelo bank, X3, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank, 28 May filialının əlavə mebelləri" adıyla satdığı mebellərin əldə edilməsini (satın alınması və yaxud idxalı) təsdiq edən sənədləri yoxdur. İddiaçı qeyd edilən mebel məhsullarının hazırlanması üçün zəruri olan mal-materialı eqaiməsiz, vergi ödəyicisi olmayan şəxslərdən əldə etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi mala dair xərc sənədi olmadığı müəyyən olunmuş olsa da, lakin bu hal onun aldığı ilə satdığı malın fərqli çeşdiddə olduğu qənaətinə gəlməyə əsas vermir. İddiaçının aldığı (idxal etdiyi) mal bəlli olmadığı halda həmin malın satış sənədlərindəki mal çeşidindən fərqli mal olduğunu müəyyən etmək mümkünsüzdür. Dolayısı ilə, qeyd edilən meyarların 3.1.1-ci yarımbənddə olan dispozisiya şərti iddiaçıya münasibətdə ödənilmir. İddiaçı digər vergi ödəyicisi ilə malın təqdim edilməsi ilə bağlı müqavilələr, təhviltəslim aktları, e-qaimə fakturaları təqdim etmiş, cavabdeh orqan sözügedən xx.xx.2021xx.xx.2021-ci il tarixdə 148,3 min manat dəyərində malların təqdim edildiyini inkar etməmişdir. Belə olan halda satış əməliyyatı baş tutmuş, əmtəəsiz əməliyyat olduğu sübuta yetirilmədiyi və ya iddia edilmədiyi halda malların e-qaimə fakturalarının birtərəfəli qaydada-iddiaçı tərəfindən ləğvinə zərurət yoxdur. Başqa sözlə, vergi ödəyicisinin müqavilə öhdəliklərini yerinə yetirərək təhvil verdiyi malların e-qaimə fakturalarının ləğv edilməsi, (dolayısı ilə müvafiq əməliyyatın baş tutduğu qəbul edildiyi halda malın geri tələb edilməsi, ödənilmiş vəsaitin müvafiq hesaba qaytarılması və s.) şərti ilə vergi ödəyicisinin riskli vergi ödəyici siyahısından çıxarılmasına məcbur edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Digər tərəfdən hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının təsərrüfat fəaliyyəti mebel istehsalı olmaqla həmin fəaliyyətin həyata keçirilməsi üçün ilkin olaraq müvafiq təsərrüfat obyekti qeydiyyatda olmadığı halda, vergi ödəyicisi xx.xx.2024-cü il tarixdə AZ0119, Abşeron Rayonu, Novxani, Novxani Kəndi ev.1 m.1 ünvanında yerləşən obyekti təsərrüfat subyekti (obyekti) olaraq qeydiyyata aldırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edildiyi və riskli vergi ödəyicisi siyahısına daxil edilməsinin hüquqi əsasları qeyd edilmiş olsa da, lakin hazırkı tarixədək vergi ödəyicisinin riskli vergi ödəyici siyahısından çıxarılmasının hüquqi əsasları (meyarları) qanunvericiliklə tənzimlənməmişdir. Bu halda məhkəmə hesab edir ki, bir halda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısında saxlanılması daimi hesab edilə bilməz, o zaman müvafiq olaraq riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə əsas vermiş hallar aradan qalxdığında vergi ödəyicisi riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Belə ki, müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul deə bilər: 1.Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə; 2.Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə. Göründüyü kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi olma barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar artıq əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv edilməsini tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə onu mübahisələndirsin. Bununla şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olur. İşin hazırkı hallarından görünür ki, iddiaçı iddia tələbini dəqiqləşdirməklə onun barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğvini deyil, qərarda göstərilənlərin nəzərə alınaraq müvafiq tədbirlər görülməklə həmin hallar aradan qaldırıldığından riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş edir, hansı ki, bununla da həmin qərarın qanuni olduğunu qəbul edərək, onunla razılaşır. İşin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qalxdığından, məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar