Məhkəmə qərarları › İş №2-1(112)-5513/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5513/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5513/2020 16.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialının nümayəndəsi X2 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, pensiyanın yenidən hesablanaraq, ödənilməsitələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialı və bundan sonra mətndə X5 üzrə Mərkəzi Filialı) qarşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə pensiyanın yenidən hesablanaraq, ödənilməsi barədə iddia qaldıraraq, xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün Müdafiə Naziri müavininin vəzifə maaşı ilə idarə rəisi vəzifəsinin vəzifə maaşı arasında fərqin hesablanaraq, ona ödənilməsi vəzifəsinin cavabdeh X5 üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini vəzifəsindən ehtiyata buraxılıb. xx.xx.1999-cu il tarixdən isə ona hərbi qulluqçu kimi yaşa görə Müdafiə Nazirliyi tərəfindən əmək pensiyası təyin edilmişdir. xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək əmək pensiyası ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ödənilmişdir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-111 QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger xidmətinin hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyaları Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X9 verilmiş və bu Fərmanın 4-cü bəndinin icrası məqsədi ilə yuxarıda göstərilən qurumların, o cümlədən Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatına dair sənədləri Əmək və X4 Nazirliyi yanında Dövlət X9 təhvil verilmişdir. Bunun əsasında xx.xx.2007-ci il tarixdən hazırki vaxtadək əmək pensiyası ona AR Əmək və ƏSMN yanında DSMF-nin X5 İdarəsi tərəfindən ödənilir. 2019-cu il tarixdə aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ona təyin edilmiş əmək pensiyası ehtiyata buraxıldığı AR Müdafiə Nazirinin müavini vəzifəsinin vəzifə maaşından yox, daha aşağı olan AR Müdafiə Nazirliyinin İdarə rəisinin vəzifə maaşı əsas götürülməklə hesablanmışdır. AR Müdafiə Nazirliyinə etdiyi müraciətinə əsasən AR Müdafiə Naziri müavininin vəzifə maaşı əsas götürülməklə ona təyin olunmuş pensiyanın yenidən hesablanması üçün barəsində tərtib olunmuş yeni məlumat vərəqi AR MN Maliyyə və Büdcə İdarəsi tərəfindən AR Əmək və ƏSMN yanında DSMF-nin X5 İdarəsinə göndərilmişdir. Yeni məlumat vərəqi DSMF-nin X5 İdarəsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş və ona xx.xx.2019-cu il tarixdən AR Müdafiə Naziri müavininin vəzifə maaşı əsas götürülməklə əmək pensiyası yenidən hesablanmışdır və ödənilir. Bu zaman əvvəlki 3 il üçün (xx.xx.2016-xx.xx.2019-cu il) pensiya fərqi hesablanmış və aylara bölünərək iddiaçıya ödənilir. X10 müavininin vəzifə maaşı ilə idarə rəisi vəzifəsinin vəzifə maaşı arasında xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün fərq ona ödənilməmişdir. Hesab edir ki, bu fərq ona ödənilməlidir. xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün Müdafiə Naziri müavininin vəzifə maaşı ilə idarə rəisi vəzifəsinin vəzifə maaşı arasında fərqin hesablanaraq ona ödənilməsi üçün müvafiq göstəriş verilməsi xahişi ilə o, xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin müraciəti hazırki vaxtadək cavabsız və nəticəsiz qalmışdır. İddiaçı müraciətin cavablandırılmamasını imtina kimi qəbul edir, imtinanı isə əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və 3-cü şəxsə təqdim edilərək, cavabdehdən və 3-cü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş xx xxxx 2019-cu il tarixli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası xx.xx.2016-xx.xx.2019cu il tarixləri arasındakı dövr ərzində yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunvericilikdə keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanılması nəzərdə tutulmuşdur. İddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 6.673,68 manat fərq məbləği 2019cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə (370,76 manat) pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X8 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair mülahizədə və izahatında göstərmişdir ki, iddiaçı istefada olan polkovnik İddiaçı xx xxxxxx 1974-cü il tarixdən xx xxxxxxx 1999-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin 0537 nömrəli xx xxxx 1999-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq Müdafiə nazirinin sərəncamından (Müdafiə nazirinin siyasi və ictimai işlər üzrə sabiq müavini-idarə rəisi, idarə rəisi vəzifəsinin müvəqqəti icraçısı) həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Müdafiə Nazirliyinin 207 nömrəli xx xxxxxx 1999-cu il tarixli əmri ilə xx xxxxxxx 1999-cu il tarixdən Nazirliyin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Onun xidmət illəri: təqvimlə- 25 il 01 ay 21 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət- 08 il 11 ay 01 gün, ümumi xidmət illəri isə 34 il 0 ay 22 gün təşkil etmişdir. İddiaçı xx xxxxxx 2000-ci il tarixdə Azərbaycan Respulikası Hərbi Komissarlığı tərəfindən xidmət illərinə görə (‘‘Hərbi qulluqçuların pensiya təminatı haqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a" bəndi) Müdafiə Nazirliyinin Tərbiyəvi işlər idarəsinin rəisi vəzifəsinin təminat xərcliyindən pensiya təyin edilərək, adına yazılmış 388582 nömrəli xx xxxxxx 2000-ci il tarixli pensiya vərəqi X1 Bankın (BUSB) Yasamal rayon filialına göndərilmişdir. Həmin tarixə İddiaçı aylıq pensiyası təminat xərcliyinin (vəzifə maaşı - 460000 (92 azn) manat, rütbə maaşı - 105000 (21 azn) manat, xidmət illərinə görə 30 faiz əlavə - 169500 (33.9 azn) manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 123733 (24.74 azn) manat) 92 faizi miqdarında müəyyən olunaraq, müharibə veteranı üçün 18000 (3.6 azn) manat əlavə də nəzərə alınmaqla 807575 (161.51 azn) manat təşkil etmişdir. Daha sonra İddiaçı pensiyası Səbail Rayon Məhkəməsinin xx xxxx 2002-ci il tarixli qərarı ilə Müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini-idarə rəisi vəzifəsinin təminat xərcliyindən yenidən hesablanaraq xx.xx.2001-ci il tarixdən ******* (410.28 azn), xx.xx.2001-ci il tarixdən ******* (423.39 azn), xx.xx.2003-cü il tarixdən ******* (424.93 azn), xx.xx.2004-cü il tarixdən ******* (425.83 azn), 01,09.2004-cü il tarixdən ******* (904.23 azn), xx.xx.2006-cı il tarixdən 952.61 manat təşkil etmişdir. 2007-ci ildə İddiaçı barəsində tələb olunan məlumatlar Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən "Məlumat vərəqi"ndə əks edilərək Dövlət X7 Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə təqdim edilmişdir. Lakin, bu "Məlumat vərəqi"ndə İddiaçı vəzifəsinin adı "Müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini-idarə rəisi" əvəzinə səhvən "Müdafiə Nazirliyinin Tərbiyəvi işlər idarəsinin rəisi" vəzifəsi kimi qeyd edilmişdir. Sonradan, 2019-cu ildə İddiaçı müraciəti əsasında Müdafiə Nazirliyi tərəfindən tərtib olunaraq Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 idarəsinə göndərilmiş 50473 nömrəli xx.xx.2019-cu il tarixli "Məlumat vərəqi"ndə İddiaçı vəzifəsinin adı yenidən "Müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini-idarə rəisi" kimi düzəliş olunaraq qeyd edilmişdir. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən mübahisənin məhkəmənin öz mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və 3-cü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından və iddiaçının, cavabdehin və 3-cü şəxsin nümayəndələrinin izahatlarından müəyyən edilir ki; xx xxxxxxx 1999-cu il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı xidmət illərinə görə pensiya təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-887/2002 saylı, xx xxxx 2002-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin maliyyə idarəsinə və Azərbaycan Respublikası Hərbi Komissarlığının maliyyə və sosial təminat bölməsinə qarşı təyin olunmuş pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilərək, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə və 49-cu maddəsinin 2-ci bəndinə əsasən İddiaçı təyin olunmuş pensiya məbləğinin Müdafiə Naziri müavininin təminat xərcliyini əsas götürməklə onun pensiyada olduğu bütün dövr üçün yenidən hesablanması və ödənilməsi, İddiaçı təyin olunmuş pensiya məbləğinin Müdafiə Naziri müavininin təminat xərcliyini əsas götürməklə yenidən hesablanması üçün müvafiq sənədlərin tərtib olunması və onun pensiyada olduğu bütün dövr üçün pensiyanın müvafiq qaydada yenidən hesablanaraq, ödənilməsinin aidiyyəti üzrə Müdafiə Nazirliyinin maliyyə idarəsinə və Azərbaycan Respublikası Hərbi Komissarlığının maliyyə və sosial təminat bölməsinə tapşırılması qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Qeyd olunan məhkəmə qərarına əsasən İddiaçı təyin olunmuş pensiya Müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini-idarə rəisi vəzifəsinin təminat xərcliyindən yenidən hesablanmışdır. 2007-ci ildə İddiaçı barəsində tələb olunan məlumatlar Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən "Məlumat vərəqi"ndə əks edilərək, Dövlət X7 Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə təqdim edilmişdir. Qeyd olunan "Məlumat vərəqi"ndə İddiaçı vəzifəsinin adı "Müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini-idarə rəisi" əvəzinə "Müdafiə Nazirliyinin Tərbiyəvi işlər idarəsinin rəisi" vəzifəsi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2019-cu ildə İddiaçı müraciəti əsasında 50473 nömrəli xx.xx.2019-cu il tarixli yeni "Məlumat vərəqi" tərtib olunaraq xx.xx.2019-cu il tarixli 802 №li məktubla Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 idarəsinə göndərilmiş və qeyd olunan "Məlumat vərəqi"ndə İddiaçı vəzifəsinin adı "Müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini-idarə rəisi" kimi qeyd edilmişdir. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq sonuncu tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, xx xxxxxxx 1999-cu il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müraciətçiyə xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq x xxxxxx 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını DSMF həyata keçirdiyindən müraciətçiyə əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş xx xxxx 2019-cu il tarixli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç ili üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla müraciətinin əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 6.673,68 manat fərq məbləği 2019-cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissəhissə (370,76 manat) pensiyanın (2545,37 manat) üzərinə əlavə olunmaqla (2545,37 + 370,76=2916,13 manat) müvafiq kart hesabına köçürülür. Hazırda iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün Müdafiə Naziri müavininin vəzifə maaşı ilə idarə rəisi vəzifəsinin vəzifə maaşı arasında fərqin hesablanaraq, ona ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanı ilə 2007-ci il 01 yanvar tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət X9 həvalə edilmiş və həmin tarixdən hərbi qulluqçu statusuna malik olan şəxslərin pensiyaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət X9 təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət X9 təqdim edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə görə məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, qərarların icrasına nəzarət isə onların çıxarmış məhkəmə (hakim) tərəfindən həyata keçirilir. Bu zaman, məhkəmə qərarının icrası üçün yeni məhkəmə qərarının çıxarlması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 45, 78, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, pensiyanın yenidən hesablanaraq, ödənilməsi tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar