Məhkəmə qərarları › İş №2-1(112)-5514/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5514/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5514/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızıın katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə və Cavabdeh3nə qarşı qəzalı vəziyyətə düşmüş mənzillərinə baxış keçirilərək, dəymiş ziyanın müəyyən edilməsi və ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə və Cavabdeh3nə qarşı qəzalı vəziyyətə düşmüş mənzillərinə baxış keçirilərək, dəymiş ziyanın müəyyən edilməsi və ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hal-hazırda məhkəmənin icraatında olan 2-1(112)-5514/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə və Cavabdeh3nə qarşı qəzalı vəziyyətə düşmüş mənzillərinə baxış keçirilərək, dəymiş ziyanın müəyyən edilməsi və ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yəni, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddianın məzmunundan göründüyü kimi, iş üzrə mübahisəli daşınmaz əmlak Abşeron rayonu ərazisində yerləşdiyindən, hazırki daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi yəni, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli, 4 nömrəli, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarının 17.1-ci bəndinə əsasən Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Abşeron rayonu Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından, hazırkı iş aidiyyətı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə və Cavabdeh3nə qarşı qəzalı vəziyyətə düşmüş mənzillərinə baxış keçirilərək, dəymiş ziyanın müəyyən edilməsi və ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair 2-1(112)-5514/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar