Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5514/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X3, X8 və X9 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X3, X8 və X9 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddiaçının və onun xx.xx.2008-ci il təvəllüdlü övladı X1 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1 K) saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə ailə quranadək atası X12 məxsus ünvan 2 ünvanda yerləşən mənzildə yaşamışdır. O, xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər VVADQ şöbəsində 296 saylı nikah qeydinə əsasən nikaha daxil olmuşdur. xx.xx.2008-ci il tarixdə qızı X4 dünyaya gəlmişdir. Ailə qurduqdan 6 ay sonra əri nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdiyi üçün iddiaçı atasına məxsus evə gəlmişdir. Ailədə 4 bacı olublar, digər bacıları ailəli olduqları üçün iddiaçı atası və anası ilə birlikdə yaşamışdır. Atası ağır onkoloji xəstəlikdən xx.xx.2022-ci il tarixdə vəfat edəndən sonra anası Samayə Kərimova ilə münasibətləri pozulmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçının anası Samayə Kərimova onu və azyaşlı qızını əşyaları ilə birlikdə küçəyə atmışdır. O, mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1490/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü övladı X4 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1K) saylı mənzilə köçürülmə tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3259/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qüvvədə qalmışdır. xx.xx.2024-cü il tarixdə qətnamə icra olunmuş və iddiaçı azyaşlı övladı X4 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1K) saylı mənzilə köçürülmüşdür. Lakin, qeyd olunan ünvanda pasport qeydiyyatına alınma ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.
3. Məhkəmənin 2-1(112)-5514/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə X3, X8 və X9 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.
4. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü övladı X1 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1/1K” ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh məhkəməyə məktubla müraciət edərək işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli 3-13-55/2-K-39803 nömrəli məktubla imtina edilmişdir.
9. 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 100 nömrəli, xx.xx.2023-cü il tarixli forma 2 arayışına əsasən İddiaçı Namiq Şükürov küçəsi, “1Q” saylı ev atası mərhum X10 məxsus olan özü tikili evdə 2003-cü ildən 2007-ci ilin aprel ayınadək və 2009-cu ildən 2022-ci ilin may ayınadək yaşamışdır. Arayışın verilməsinə əsas 6 saylı notariat ofisi tərəfindən verilmiş qonşuların ərizəsi olmuşdur.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan qızı ilə birlikdə cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 1 Q (Yeni qaydalarla 1K) saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin sözügedən qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3259/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mübahisə predmeti sürməyən üçüncü şəxs X7 apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Mübahisə ilə bağlı məhkəmələrin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi iddiaçı, onun azyaşlı qız övladı tərəfindən evdən çıxarılanadək istifadə olunmuş, həmçinin, hazırda da, cavabdeh tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. İddiaçı qeyd olunan evin (özbaşına tikilinin) yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehityacı olduğuna dair də məhkəməyə sübutlarını təqdim etmişdir. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı cavabdehin doğma qızıır və köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə də ehtiyacı vardır. Başqa sözlə, iddiaçının köçmək istədiyi ünvanda yaşadığı açıq-aşkar təsdiq olunur. Demək ki, iddiaçının başqa yaşayış yeri mövcud deyil və yaşadığı özbaşına tikiliyə köçürülməsi zərurəti də, olmudur.
12. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarına əsasən tələbkar İddiaçı və övladı xx.xx.2008-ci il təvəllüdlü X4 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni qaydalarla “1K”) saylı mənzilinə köçürüldüklərindən və bu barədə müvafiq akt tərtib edildiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/20224-053 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1804/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 və X11 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunmasına dair iddia tələbi qismən təmin edilməklə İddiaçı və qızı xx.xx.2008-ci il təvəllüdlü X2 ünvan 5 ünvanında yerləşən mənzildən istifadə qaydaları müəyyən edilmiş və ümumi sahədə olan mətbəx, hamam və sanitar qovşaqdan sərbəst istifadələrinin təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən ünvan 6 ünvanında xx.xx.1998-ci il təvəllüdlü X8 və xx.xx.1949-cu il təvəllüdlü X9 qeydiyyatdadırlar.
15. 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 431 nömrəli, xx.xx.2025-ci il tarixli forma 2 arayışına əsasən İddiaçı həqiqətən Nazim Şükürov küçəsi 1/1K ünvanında yerləşən özbaşına tikilidə yaşayır. Əvvəlki küçə Nazim Şükürov 1K olmuşdur.
16. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-12158/2025 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, “1Q” (yeni qaydalarla 1 K) saylı yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişlər, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1/1K) ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla iddiaçının mərhum atasına məxsus olmuşdur. Sonradan iddiaçı ilə ailə üzvləri arasında mübahisə yarandığından, iddiaçı anası X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən iddiaçının tələbi təmin edilməklə yetkinlik yaşına çatmayan qızı ilə birlikdə X5 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 1 Q (Yeni qaydalarla 1K) saylı evə köçürülməsi qət edilmişdir. İddiaçı hazırda sözügedən ünvanda övladı ilə birlikdə yaşamaqla, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən onların həmin fərdi yaşayış evindən istifadə qaydaları da, təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının və onun yetkinlik yaşına çatmayan qızının hazırda sözügedən ünvana köçürülməsinə əsas verən sənəd – qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur ki, sözügedən sənəd də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulan yaşayış sahəsinə köçməyə əsas verən sənəd qismində qiymətləndirilməlidir.
24. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, eləcə də, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, iddiaçının və onun yetkinlik yaşına çatmayan övladının qızının Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni qaydalarla 1/1K) ünvanına qeydiyyata alınmalarından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də, o, qeydiyyata alınmadan imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdırlar.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci bəndinin 2-ci yarımbəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.
27. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
28. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
29. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
30. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
32. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2008-ci il təvəllüdlü övladı X4 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1/1K” ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva