Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5518/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı daha sonra iddia tələbini “60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşdirmişdir. 3.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. xx.xx.1981-ci il tarixdən əmək fəaliyətinə başlamış və müxtəlif təşkilatlarda işləmişdir. İddiaçı xx.xx.2004cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi “X7 LTD” şirkətində quraşdırıcı; xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixə kimi Bakı Dərin özəllər zavodunda; xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi Metalkonstruksiyaların Quraşdırılması üzrə quraşdırıcı peşəsində; xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək; xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC şirkətində montajçı peşəsində çalışmışdır. İddiaçının işlədiyi pəşələr güzəştli şərtlərlə pensiyaya çıxmağına əsaslar verir və iddiaçı bu barədə arayışlar almışdır. Lakin “X7 LTD“ şirkətinin arxivə təqdim etdikləri sənədlər natamam olduğuna görə həmin idarədən arayış ala bilməmişdir. İddiaçının güzəştli şərtlərlə iş stajı faktiki olaraq 13 ildən artıq olsa da, təqdim etdiyi arayışlar üzrə 11 il 3 ay olması səbəbindən güşəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir, iddiaçının ilkin işlədiyi müəssisədə işlədiyi illər pensiya stajına daxil edilmir. İddiaçı hesab edir ki, qeyd edilən hal onun təqsiri deyildir. İddiaçının çalışdığı iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısına” tamamilə uyğundur və iddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. 4.Cavabdeh tərəfindən iddiçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzəıdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərii və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqodar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci İl tarixli 12 nömrəli Qərarı i!ə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X3 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) bəndində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (9 il 11 ay 5 gün (xx.xx.2006-xx.xx.2010-cu il, xx.xx.2010xx.xx.2010-cu il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Məlumat üçün bildirilir ki, Mərkəzi Filiala təqdim edilmiş "xxxx" MMC-nin 22 sentyabr 2023-cü il tarixli AES-2023/076 nömrəli arayışında xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə montajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyi dövrlərdə gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat qeyd edilməyib. Bu səbəbdən də, sözügedən dövrü güzəştli iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi Filial) müraciət etmiş və ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə imtina məktubu ünvanlanmış, kifayət qədər ümumi və güzəştli stajının olmaması səbəbindən pensiyanın təyin olunmasından imtina olunduğu bildirilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddia ərizəsinin əsasları kimi hüququ yarandığı tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox müddətdə isə zərərli əmək stajı olduğunu qeyd etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır:
1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı;
2. Kişilər 60 yaşına, qadınlar 58 yaş 6 ayına çatmalı;
3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı. Bununla bağlı qeyd etmək istərdik ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 4.1.20-ci maddəsinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) bəndində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur.
6. SOCAR tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair Arayışda qeyd olunmuşdur ki, İddiaçı (FİN:xxxxxxx) Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən quraşdırıcı peşəsində: Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Özüllərin dənizdə quraşdırılması və Üst tikililərin yığılması və quraşdırılması sexlərində xx.xx.2006-cı il tarixindən (xx.xx.2006-cı il tarixli 99/k saylı əmrlər) xx.xx.2010-cu il tarixinədək (xx.xx.2010-cu il tarixli 450/k saylı əmr); Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Üst tikililərin yığılması və quraşdırılması sexində xx.xx.2012-ci il tarixindən (xx.xx.2012-ci il tarixli 204/k saylı əmrlər) xx.xx.2012-ci il tarixinədək (xx.xx.2012-ci il tarixli 1056/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı: 05 il 01 ay 07 gün İşlədiyi peşənin xüsusiyyətləri: Mürəkkəb metalkonstruksiya Qovşaqlarının qaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma islərindən ibarətdir. Süleymanov X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “a” yarımbəndində göstərilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsi üzrə iş stajı 05 il 01 ay 07 gün (beş il bir ay yeddi gün) təşkil edir.
7. Bos Şelf MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Güzəştli Arayışda qeyd edilmişdir ki, İddiaçı BOS Şelf MMC-də xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Metalkonstruksiyaların Quraşdırılması üzrə Quraşdırıcı peşəsində işləmiş, Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir (xx.xx.2017 tarixli, 1059/17 ir saylı Əmr). BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə, öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 5 il təşkil edir.
8. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında Arayışda qeyd olunmuşdur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər "Atlas ES ” MMC şirkətində montajçı peşəsində çalışmışdır. Onun çalışdığı iş yeri AR Nazirlər kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı-nın təsdiq edilməsi barədə 23.01,2007-ci il tarixli 12 saylı Qərarın 29-cu maddəsində "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri“ başlığı altında nəzərdə tutulmuş "Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıçılar” və Sənayə dəmir-beton boruların boruçəkənləri” bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İddiaçı "Atlas ES “MMC şirkətində güzəştli iş stajı 1 il 2 ay 17 gündür.
9. İş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, İddiaçıov Əlihəsən oğlu xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı tarixədək “X8 LTD” şirkətinin Azərbaycan Nümayəndəliyində quraşdırıcı vəzifəsində; xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Bakı Dərin Özüllər zavodunda 5-ci dərəcəli quraşdırıcı vəzifəsində; xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" MMC-də quraşdırıcı peşəsində; xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Bakı Dərin Özüllər zavodunda 5-ci dərəcəli polad və səmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində; xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində; xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də quraşdırıcı çilingər vəzifəsində; xx.xx.2019-xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də montajçı vəzifəsində işləmişdir.
10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş “montajçı” vəzifə təlimatına əsasən:
2. Vəzifə borcu 2.1.Metalkonstruksiyaların elementlərinin yığılması; 2.2.Yığılacaq hissələrin nişanlanması, onların konduktorlarda bolt-qayka, xamut və ya xüsusi sıxıcılarda sıxılaraq qaynaq prosesinə hazırlanmasını. 2.3.Müxtəlif ko nstruks iy alı pres- qayçılarda qalınlığı 100 mm artıq olan isti və soyuq hallda olan metal profillərin kəsilməsini. 2.4.Hissələrin çizgilərə uyğun xətkeş, bucaqlıq, pərgar, lekal, şablon və digər ölçü nəzarət alətlərindən istifadə olunmaqla nişanlanması. 2.5.Sifarişçinin və konstruktor sənədlərinin (cizgilərinin) tələblərinə uyğun olaraq konstruksiyaların yığılması və məmulatın hazırlanması. 2.6.Hazır həcmli konstruksiya qovşaqlarının, hissələrin quraşdırılması və yerdəyişməsi üçün ilmələnməsini. 2.12. Müxtəlif poladdan, əlvan metal və ərintilərdən olan materialların alovla kəsməsini. 2.13. Qazla kəsim üçün avadanlıqların, tərtibatların düzgün istismarı və istifadəsinə riayət edir. 2.14. Elektrik- qaz qaynaq, qazma və əllə qaz kəsmə işlərini yerinə yetirir. 2.15. Qazla kəsmə növləri üzrə işlərin yerinə yetrilməsini həyata keçirir.
11. Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində “X4 LTD” şirkəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil.
12. SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X8 LTD (X4 Limited) şirkəti (Şirkət) ilə əlaqədar tələb olunan Şirkətin fəaliyyət göstərməsi, işçilərin sayı, hüquqi ünvanı barədə məlumatlar SOCAR-da mövcud deyildir.
13. Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN **********) xx.xx.2000-ci il tarixdə 621 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi, əsas fəaliyyətinin “Bazar konyunkturasının tədqiqi və ictimai rəyin öyrənilməsi” və hüquqi ünvanının AZ1095, ünvan 1ddur. Nümayəndəliyi yaradan xarici hüquqi şəxsin qərarına əsasən Nümayəndəlik xx.xx.2016-cı il tarixdə ləğv olunaraq dövlət reyestrindən çıxarılmışdır. Əlavə olaraq bildirilir ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən həyata keçirildiyini nəzərə alaraq, əmək müqaviləsi əsasında işləyən işçilərin sayı barədə məlumatın təqdim edilməsi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.
14. Məhkəmə iclasında şahid qismində çıxış edən edən X2 izahatında bildirmişdir ki, 2003- 2006-cı illər ərzində “X8 LTD” Şirkətində işləmişdir, İddiaçı ilə “X8 LTD” Şirkətində tanış olmuşdur. Belə ki, İddiaçı da həmin dövrdə “X8 LTD” Şirkətində montajçı işləmişdir, işi dəmir konstruksiyalarının ilmələnməsi olmuşdur. Əlavə olaraq bildirdi ki, X2 3 ildir güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır.
15. Məhkəmə iclasında şahid qismində çıxış edən edən X11 izahatında bildirmişdir ki, 2004- 2006-cı illər ərzində “X8 LTD” Şirkətində montajçı işləmişdir, İddiaçı ilə “X8 LTD” Şirkətində tanış olmuşdur. Belə ki, İddiaçı da həmin dövrdə “X8 LTD” Şirkətində montajçı işləmişdir.
16. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
18. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
21. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
11. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasına dair xx.xx.2023-cü il tarixdə cavabdeh quruma müraciət etmişdir.
22. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.
23. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, aşağıda qeyd olunan dövrlər İddiaçı münasibətdə güzəştli iş stajı kimi nəzərə alınmamışdır: 1) xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlədiyi dövr (müvafiq müəssisədə işlədiyi təsdiq edən arayış təqdim olunmadığı üçün) 2) xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr (müəssisə tərəfindən verilmiş arayışda montajçı vəzifəsində işlədiyi qeyd olunsa da, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret halları barədə hər hansı məlumat əks olunmadığı üçün)
12. İddiaçı “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə müəyyən edir ki: - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləmişdir. - Məhkəmə iclasında şahid qismində çıxış edən edən X2 izahatında bildirmişdir ki, 2003-2006-cı illər ərzində “X8 LTD” Şirkətində işləmişdir, İddiaçı ilə “X8 LTD” Şirkətində tanış olmuşdur. Belə ki, İddiaçı da həmin dövrdə “X8 LTD” Şirkətində montajçı işləmişdir, işi dəmir konstruksiyalarının ilmələnməsi olmuşdur. Əlavə olaraq bildirdi ki, X2 3 ildir güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. - Məhkəmə iclasında şahid qismində çıxış edən edən X11 izahatında bildirmişdir ki, 2004-2006-cı illər ərzində “X8 LTD” Şirkətində montajçı işləmişdir, İddiaçı ilə “X8 LTD” Şirkətində tanış olmuşdur. Belə ki, İddiaçı da həmin dövrdə “X8 LTD” Şirkətində montajçı işləmişdir. - Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN **********) xx.xx.2000-ci il tarixdə 621 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi, əsas fəaliyyətinin “Bazar konyunkturasının tədqiqi və ictimai rəyin öyrənilməsi” və hüquqi ünvanının AZ1095, ünvan 1ddur. Nümayəndəliyi yaradan xarici hüquqi şəxsin qərarına əsasən Nümayəndəlik xx.xx.2016-cı il tarixdə ləğv olunaraq dövlət reyestrindən çıxarılmışdır. - Odur ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində “montajcı” vəzifəsində (dəmir konstruksiyaların ilmələnməsi) işləməsi məhkəmədə şübhə yaratmır. Belə ki, “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mövcudluğu Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda əks olunmuş; iddiaçının həmin müəssisədə “montajçı” vəzifəsində işlədiyi isə əmək kitabçasındakı qeydlə və şahidləri ifadələri ilə təsdiq edilmişdir.
13. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə müəyyən edir ki: - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2019-cü il tarixədək xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də montajçı vəzifəsində işləmişdir. - "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında Arayışda qeyd olunmuşdur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər "Atlas ES ” MMC şirkətində montajçı peşəsində çalışmışdır. Onun çalışdığı iş yeri AR Nazirlər kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı Qərarın 29- cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri“ başlığı altında nəzərdə tutulmuş "Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” və Sənayə dəmir-beton boruların boruçəkənləri” bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İddiaçı "Atlas ES “MMC şirkətində güzəştli iş stajı 1 il 2 ay 17 gündür. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş “montajçı” vəzifə təlimatında qeyd olunmuşdur ki, Montajçının vəzifə borcu: 2.1. Metalkonstruksiyaların elementlərinin yığılması; 2.2. Yığılacaq hissələrin nişanlanması, onların konduktorlarda bolt-qayka, xamut və ya xüsusi sıxıcılarda sıxılaraq qaynaq prosesinə hazırlanmasını. 2.3. Müxtəlif konstruksiyalı pres-qayçılarda qalınlığı 100 mm artıq olan isti və soyuq hallda olan metal profillərin kəsilməsini. 2.4. Hissələrin çizgilərə uyğun xətkeş, bucaqlıq, pərgar, lekal, şablon və digər ölçü nəzarət alətlərindən istifadə olunmaqla nişanlanması. 2.5.Sifarişçinin və konstruktor sənədlərinin (cizgilərinin) tələblərinə uyğun olaraq konstruksiyaların yığılması və məmulatın hazırlanması. 2.6. Hazır həcmli konstruksiya qovşaqlarının, hissələrin quraşdırılması və yerdəyişməsi üçün ilmələnməsini. 2.12. Müxtəlif poladdan, əlvan metal və ərintilərdən olan materialların alovla kəsməsini. 2.13. Qazla kəsim üçün avadanlıqların, tərtibatların düzgün istismarı və istifadəsinə riayət edir. 2.14. Elektrik-qaz qaynaq, qazma və əllə qaz kəsmə işlərini yerinə yetirir. 2.15. Qazla kəsmə növləri üzrə işlərin yerinə yetrilməsini həyata keçirir. - Odur ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı və zərərli əmək şəraiti işəgötürən tərəfindən təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
15. Beləliklə, iddiaçının qeyd edilən (mübahisələndirilən) qurumlarda zərərli əmək şəraiti gördüyü işin xarakteri ilə bağlı işəgötürən tərəfindən verilmiş (təlimlər keçməsinə dair) çoxsaylı sertifikatlar, şahid ifadələri və vəzifə təlimatları ilə təsdiq olunur.
16. Odur ki, iddiaçının cavabdeh tərəfindən güzəştli stajı mübahisələndirilən xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlədiyi dövr və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır.
17. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı:
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar
18. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 10 ay 23 gün stajı mövcuddur.
24. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.
25. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
19. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
20. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva