Məhkəmə qərarları › İş №2-1(112)-552/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-552/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-552/2023 06.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.N0N1-ci il tarixli 18N8 ş/h №-li əmrinə əsasən Sahil Mühafizəsi rəisinin xx.xx.N0N1-ci il tarixli 0N36 №-li əmrin ləğv edilməsi və iddiaçının Dövlət Sərhəd Xidmətinin X1N bölməsinin baş zabit vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı onun barəsində qəbul edilmiş əmri əsassız hesab edir və qanunvericiliyin tələblərinə zidd olaraq qəbul etdiyini bildirir. İddiaçı qeyd edir ki, o, xx.xx.N007-ci il tarixdən xx.xx.N0N1-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində olduğu vəzifələrdə qüsursuz xidmət etmiş, heç bir nöqsana yol verməmişdir. Bu səbəbdən də iddiaçı müxtəlif medallarla təltif olunmuşdur. Lakin cavabdeh inzibati orqan göstərilən bu halları nəzərə almamış və həqiqi hərbi xidmətdən ehtiyata buraxmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş əmrlər əsassız olduğundan, ləğv olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 15 may N0N0-ci il tarixli ********* nömrəli məktubu və Bakı Hərbi Məhkəməsinin 15 may N0N0-ci il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 01 avqust N011-ci il tarixdən 01 mart N0N0-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmışdır. Qeyd olunan yoxlama 18 may N0N0-ci il tarixdə başlanaraq 13 avqust N0N0-ci il tarixdə başa çatmışdır. Bu barədə 13 avqust N0N0-ci il tarixdə QN667m nömrəli akt tərtib edilmişdir. Yoxlama zamanı Sahil Mühafizəsi üzə əməkhaqqı, mükafat, maddi yardım, müavinət və digər ödənişlərin hesablama cədvəlləri üzrə hərbi qulluqçu və mülki şəxslərin əməkhaqlarından N017-ci ildə 100843,00 manat, N018-ci ildə 10N751,60 manat və N019-cu ildə 96798,11 manat cəmi 30039N,71 manat məbləğində tutulmuş gəlir vergisi, N019-cu ildə N7000,00 manat məbləğində tutulmuş məcburi dövlət sosial sığorta haqqı (3,0 faiz) olmaqla ümumilikdə 3N739N,71 manat məbləğində vəsait dövlət büdcəsinə və Dövlət Sosial Müdafiəsi Fonduna köçürülməli olduğu halda təyinatından kənarlaşdırılaraq Sahil Mühafizəsinin şəxsi heyətin siyahısından çıxarılmış NN şəxsin adlarına "Kapital Bank” ASC-nin Suraxanı filialında açılmış ödəniş kartları üzrə bank hesablarına köçürülmüşdür. Yoxlama ilə müəyyən edilmişdir ki, Sahil Mühafizəsinin rəsinin müvafiq əmrlərinə əsasən xidmət müddəti başa çatması, digər hərbi hissə komandirlərinin sərəncamına keçirilməsi, xidmətə uyğunsuzluq və digər səbəblərdən N017-ci ilin fevral ayında şəxsi heyətin siyahısından çıxarılmış X3N, XN0, XN5, X16, X13, X5, X6, XN1, X14, X17, X7 adlarına N6 aprel N017-ci il tarixdə “Kapital Bank" ASC-nin Suraxanı filialına kart sifarişi verilmiş və bankdan həmin şəxslərin adlarına yeni kartlar alınmışdır. Eyni hal üzrə N019-cu ilin fevral-avqust aylarında şəxsi heyətin siyahısından çıxarılmış X3, X9, X18, XN6, XN7, X10, isgəndərli Elvin Sahib oğlu, X15, XN8, X11, XNN adlarına 11 sentyabr N019-cu il tarixdə “Kapital Bank" ASC-nin Suraxanı filialına kart sifarişi verilmiş və bankdan həmin şəxslərin adlarına yeni kartlar alınmışdır. Bundan əlavə yoxlama zamanı Sahil Mühafizəsində mühasibat uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 fevral N01N-ci il tarixli Q-0N nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimaf'a uyğun aparılmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq İddiaçı attestasiyası komissiyasına çıxarılmış və "Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqəsəduyğun hesab edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N0N1-ci il tarixli, 18N8 ş/h nömrəli əmri ilə tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bundan başqa iddiaçı iddia ərizəsində xx.xx.N007-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək Sahil Mühafizəsində təyin olunduğu vəzifəsində qüsursuz xidmət etdiyini bildirmişdir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı məxsus xidmət vərəqəsindən görünür ki, İddiaçı DSXdə xidmət etdiyi müddət ərzində xx.xx.N016-cı il tarixdə "xidmət yerinə vaxtında gəlmədiyinə görə” Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət”, xx.xx.N016-cı il tarixdə “həyəcan komandasına əsasən hərbi hissəyə təyin olunmuş vaxtdan gec gəldiyinə görə" Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət", 07.11 N016-cı il tarixdə “sıra düzülüşündə iştirak etmədiyinə görə” Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət", xx.xx.N017-ci il tarixdə “təyin olunmuş tədbirə vaxtında gəlmədiyinə görə” Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət", xx.xx.N019- cu il tarixdə “zəif icraçılığa görə" Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət", xx.xx.N0N0-ci il tarixdə “vaxtında məruzə etmədiyinə görə” Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət” və xx.xx.N0N0-ci i İ tarixdə “hərbi qulluqçuların arasında etikdavranış qaydalarını pozduğuna görə" Sahil Mühafizəsi rəisi tərəfindən “Şiddətli töhmət” elan edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.N0N0-ci il tarixli 957 ş/h və xx.xx.N0N1-ci il tarixli 18N8 ş/h № əmrlərinin, Sahil Mühafizə rəisinin xx.xx.N0N1-ci il tarixxli 0N36 №-li əmrinin ləğv edilməsi və onun Dövlət Sərhəd Xidmətinin X1N bölməsinin baş zabit vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.N0N0-ci il tarixli 957 ş/h nömrəli əmrin ləğv edilməsi» hissəsində mümkün sayılmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən inzibati aktların (xx.xx.N0N1-ci il tarixli və xx.xx.N0N1-ci il tarixli) mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Lakin, məhkəmə icraatı zamanı iddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə ötürülmüş prosessual müddəti üzürlü hesab edərək, bərpa etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olduğundan, həmçinin barəsində qəbul edilmiş inzibati aktların mübahisələndirilməsinə dair prosessual müddət bərpa olunduğundan, hazırki iddia tələbi ilə mümkünlük şərtlərini ödəyir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”: Maddə 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə-həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə-hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə-ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.

165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Müsbət attestasiya olunub ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular üçün işlərini və vəzifəsini təhvil verdikdən sonra aşağıdakı şəkildə təntənəli yola salma mərasimi keçirilir: həqiqi hərbi xidmətdən buraxılan bölmə, hərbi hissə və birləşmə komandirlərini, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını — hərbi bölmə komandirlərinin təntənəli yola salınması qaydası barədə göstərişə uyğun olaraq şəxsi heyətin düzülməsi ilə (16 saylı əlavə); həqiqi hərbi xidmətdən buraxılan digər hərbi qulluqçulara — hərbi hissənin şəxsi heyətinin iclasında. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: N.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.N. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Bu isə ona deməyə əsas verir ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda nümayiş etdirdiyi hərəkətlər qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini özündə ehtiva etməlidir. Nəzərə alınmalıdır ki, xidməti uyğunsuzluğa görə hərbi qulluqçunun ehtiyata buraxılması anlayışı qanunvericilikdə ətraflı olaraq təsvir olunmasa da, bu anlayış özündə hərbi qulluqçunun nümayiş etdirdiyi hərəkətləri ehtiva edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı XN 1N yanvar N007-ci il tarixli 54 ş/h və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə komandirinin N yanvar N007-ci il tarixli 13 №-li əmrinə əsasən İddiaçı 1N yanvar N007-ci il tarixdən Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilmiş hesab olunmaqla X8 bölməsinə mühasib xəzinadar vəzifəsinə təyin olunmuş və N yanvar N007-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Daha sonra 3N00 nömrəli hərbi hissə komandirinin əmri ilə Maliyyə bölməsinin zabiti baş leytenant İddiaçı vəzifəsindən azad olunmaqla həmin bölmənin baş zabiti vəzifəsinə təyin edilmişdir. Son olaraq Dövlət Sərhəd Xidmətinin N5 sentyabr N0N1-ci il tarixli 18N8 ş/h №-li və 3N00 nömrəli hərbi hissə komandirinin N oktyabr N0N1-ci il tarixli 0N36 №-li əmri ilə İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı barəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı qəbul edilmiş əmrin əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsində nəzərdə tutulmuş əsas (xidməti uyğunsuzluğa görə) dayanır. Belə ki, X8 bölməsinin baş zabiti İddiaçı barəsində toplanmış materiallarından görünür ki, Sahil Mühafizəsi üzə əməkhaqqı, mükafat, maddi yardım, müavinət və digər ödənişlərin hesablama cədvəlləri üzrə hərbi qulluqçu və mülki şəxslərin əməkhaqlarından N017-N019 dövr üzrə ümumilikdə 30039N,71 manat məbləğində tutulmuş gəlir vergisi, N019-cu ildə N7000,00 manat məbləğində tutulmuş məcburi dövlət sosial sığorta haqqı (3,0 faiz) olmaqla ümumilikdə 3N739N,71 manat məbləğində vəsait dövlət büdcəsinə və Dövlət Sosial Müdafiəsi Fonduna köçürülməli olduğu halda təyinatından kənarlaşdırılaraq Sahil Mühafizəsinin şəxsi heyətin siyahısından çıxarılmış NN şəxsin adlarına "Kapital Bank” ASC-nin Suraxanı filialında açılmış ödəniş kartları üzrə bank hesablarına köçürülmüşdür. Eyni zamanda cavabdeh tərəfindən aparılmış araşdırma zamanı Sahil Mühafizəsinin rəsinin müvafiq əmrlərinə əsasən xidmət müddəti başa çatması, digər hərbi hissə komandirlərinin sərəncamına keçirilməsi, xidmətə uyğunsuzluq və digər səbəblərdən N017-ci ilin fevral ayında şəxsi heyətin siyahısından çıxarılmış 11 şəxsə N6 aprel N017-ci il tarixdə və N019-cu ilin fevral-avqust aylarında şəxsi heyətin siyahısından çıxarılmış 11 şəxsə 11 sentyabr N019-cu il tarixdə “Kapital Bank" ASC-nin Suraxanı filialına kart sifarişi verilmiş və bankdan həmin şəxslərin adlarına yeni kartlar alınmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının xidmətində nöqsanlara yol verdiyini bilavasitə onun xidməti vəzifələrinin icrasında ciddi nöqsanlara yol verilməsi ilə əsaslandırmışdır. Doğrudur ki, pul vəsaitinin Maliyyə bölməsinin rəisi Ülvi Fətullayev və həmin bölmənin zabiti İddiaçı tərəfindən mənimsənilməsi faktı üzrə açılmış cinayət işi üzrə istintaq davam etdirilməkdədir. Nəzərə alınmalıdır ki, hazırki mərhələdə istintaqın yekunlaşmaması hər bir halda vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının əsasında duran hal onun vəzifə funksiyalarının icrası zamanı nöqsanlara yol verilməsidir ki, bu nöqsanlar təkcə pul vəsaitinin onun tərəfindən mənimsənib-mənimsənmədiyini deyil, ümumiyyətlə səlahiyyətlərindən sui istifadə etməsi, vəzifə funksiyalarının düzgün icra etməməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı X8 bölməsinin rəisi X4 yoxlamaya təqdim etdiyi 08 iyul N0N0-ci il tarixli izahatında Sahil Mühafizəsinin şəxsi heyətin siyahısından çıxarılmış hərbi qulluqçuların adlarını bilərəkdən yeni kartların alınması üçün banka təqdim olunan siyahılara daxil etdiyini və banka əsassız olaraq sifariş verildiyini, Sahil Mühafizəsi rəisinin təsdiq etdiyi etibarnaməyə əsasən N017-ci ilin aprel ayında 11 ədəd ödəniş kartının özü tərəfindən, N019-cu ilin sentyabr ayında isə 11 ədəd ödəniş kartının Maliyyə bölməsinin baş zabiti İddiaçı tərəfindən "xxxx" ASC-nin Suraxanı filialından alındığını, eyni zamanda ödəniş kartları açılmış şəxslərin həmin kartlardan və ödəniş kart üzrə bank hesablarına köçürülmüş vəsaitlərin bəzi hallarda özü tərəfindən bəzi hallarda isə İddiaçı tərəfindən ödəniş kartlarından çıxarılaraq nağdlaşdırıldığını, o cümlədən də N017-N019-cu illərdə işçilərin əməkhaqlanndan tutulmuş gəlir vergisi və məcburi dövlət sosial sığorta ayırması məbləğlərinin aidiyyəti üzrə dövlət büdcəsinə və Dövlət Sosial Müdafiəsi Fonduna köçürülən vəsaitlərdən azaldılması hesabına Sahil Mühafizəsinin şəxsi heyətin siyahısından çıxarılmış NN hərbi qulluqçusunun adlarına açılmış yeni ödəniş kartları üzrə bank hesablarına əsassız olaraq 3N739N,71 manat məbbləğində vəsaitin köçürdüyünü, bundan N017-N018-ci illərdə 30 faizini, N019-cu ildə isə 50 faizini (təxminən 1N0000,00 manat) Maliyyə bölməsinin baş zabiti İddiaçı verdiyini, qalan vəsaitləri isə şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının özü də 08 iyul N0N0-ci il tarixli izahatında həqiqətən N019-cu ilin sentyabr ayında etibarnamə əsasında bankdan 48 ədəd, o cümlədən 11 nəfər Sahil Mühafizəsinin şəxsi heyətin siyahısından çıxarılmış hərbi qulluqçuların adlarına olan ödəniş kartları aldığını təsdiq etmiş, bankdan alınan kartların iş otağında saxlanıldığını və 37 ədəd ödəniş kartlarını işçilərin müraciəti əsasında onlara təhvil verildiyini və bu barədə heç bir sənəd imzalamdığını, əsassız alınmış 11 ədəd kartı isə kimin tərəfindən götürülməsi barədə məlumatının olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının özü də şəxsi heyətin siyahısından çıxarılmış hərbi qulluqçuların adlarına ödəniş kartlarının alındığını qəbul etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin dövrdə Maliyyə bölməsinin baş zabiti olduğundan, onun vəzifə funksiyaları hərbi hissənin şəxsi heyyətinin pul təminatının vaxtında hesablanmasını ödənilməsi; zabit, gizir heyyətinin şəxsi vərəqələrinin tərtib edilməsi; pul vəsaitinin sifarişini hesablaması, maliyyəti təsərrüfatının uçot hesabat işlərinin aparılması, təhtəl hesab şəxslərin hesabatını yoxlanılması; müvafiq kompensasiya və ödənişlərin verilməsi üçün məxaric sənədlərin hazırlanmasını, o cümlədən hərbi və mülki qulluqçulara zəruri olan əmək haqqı barədə arayışlar verilməsini təmin edilməsi; hərbi hissə komandirinin təsdiq etdiyi plana uyğun olaraq maliyyə məsələlərinə dair əməllərin və göstərişlərin icrasını təşkil etmək hərbi hissənin maliyyə xidmətləri və əlaqədar bölmələrlə daimi əlaqə qurması ilə bağlı olmuşdur. Buna baxmayaraq iddiaçı vəzifə səlahiyyətlərindən sui istifadə edərək Sahil Mühafizəsinin şəxsi heyətin siyahısından çıxarılmış hərbi qulluqçuların adlarına ödəniş kartlarını almışdır ki, bu hal bir mənalı olaraq maliyyəti təsərrüfatının uçot hesabat işlərinin düzgün aparılmadığının göstəricisidir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən Sahil Mühafizəsində mühasibat uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 fevral N01N-ci il tarixli Q-0N nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimaf'a uyğun aparılmamışdır. Məhkəmə xüsusi ilə qeyd edir ki, N017-N019 dövr üzrə pul vəsaitinin iddiaçı tərəfindən mənimsəməsi faktı üzrə əməlində cinayət tərkibinin olub-olmaması, onu hazırki mübahisədə haqlı etmir. Çünki, bir daha da qeyd olunur ki, söhbət pulun iddiaçı tərəfindən mənimsənib-mənimsəməsindən deyil, onun bu hərəkəti etməsindən, yəni Sahil Mühafizəsinin şəxsi heyətin siyahısından çıxarılmış hərbi qulluqçuların adlarına ödəniş kartlarını almasından gedir ki, həmin hərəkət özü-özlüyündə hərbi qulluqçunun adına xələl gətirən hərəkətdir. Eyni zamanda Məhkəmə onu da diqqətə çatdırmaq istəyir ki, iddiaçının xidmətində digər nöqsanlarının yol verilməsi də, yəni, mühasibat uçotunun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 fevral N01N-ci il tarixli Q-0N nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimaf'a uyğun aparılmaması cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olan məsələdir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.N. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.N-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.N-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Məhkəmə hesab edir ki, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıdığından və onun bu səlahiyyətlərinin düzgün icra etməməsi sübuta yetirilmədiyindən, mübahisələndirilən inzibati aktların əsasında duran həmin hal əsaslı hesab olunur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının əvvəlki işlədiyi dövrlərdə də vəzifəni düzgün icra etmədiyinə və ya zəif icra etdiyinə görə töhmət almış, son olaraq etik davranış qaydalarına riayət etməyərək şiddətli töhmət almışdır. İnzibati orqan iddiaçı tərəfindən birinci dəfə vəzifə funsiyalarına icra etmədiyinə görə onu xidmətdən xaric etməmiş, əksinə ona töhmət vermiş, son olaraq da etik davranış qaydalarını pozduğuna görə şiddətli töhmət vermiş, bununla da əməkdaşa gələcəkdə bu növ hərəkətlərə yol verilməməsi üçün imkan yaratmışdır. Qeyd olunmalıdır ki, qanunda məzəmmət (irad), töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olması qeyd edilsə də, həmin töhmət əmrinin qüvvədə olmaması ilə bağlı hal özü özlüyündə iddiaçının xidmətdən xaric edilməsi ilə bağlı məsələyə qiymət verilərkən birbaşa məcburi qüvvəyə malik olmasa da nəzərə alınmamalı olan hal kimi dəyərləndirilməməlidir. Belə ki, iddiaçının xidmətdən xaric edilməyə səbəb olan hərəkətlərə yol verməsi töhmət intizam tənbeh tədbirindən nəticə hasil etməməyinin göstəricisi qismində çıxış edir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati akt, hazırkı halda cavabdehin əmrinin qəbul edilməsinin zəruri edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir ki, faktiki şərtin sübut edilməsi həmin inzibati aktın məhkəmə qaydasında ləğvini istisna edən hal kimi qiymətləndirilir. Adıçəkilən maddənin tələbindən görünür ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar