Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5525/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş vəsaitin qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 916,16 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək mərhum atası X5 xx.xx.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyaçısı vəfat etdikdə ona təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi onun vəfat etdiyi gündən dayandırılır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh atasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 1516,16 (bir min beş yüz on altı manat, on altı qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X11 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1516,16 manat məbləğindən çıxılmış, qalan 916,16 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Tərəflərindən Cavabdeh yaranmış 916,16 manat borcu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Bu səbəbdən də tərəflərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun qaydada “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərar tərtib olunaraq cavabdehin ünvanına göndərilmişdir. Lakin SS761317516AZ nömrəli poçt xəbərnaməsinə əsasən cavabdehin həmin ünvanda yaşamaması səbəbindən sözügedən qərar Mərkəzi Filiala geri qaytarılmışdır. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, cavabdeh həmin həmin iddiaya cavab verməli olan şəxs deyildir. Yəni o, həmin iş üzrə əsl olmayan tərəfdir. Çünki iddiaçı tələb etdiyi pul vəsaitinin cavabdeh tərəfindən alınması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa mərhum atası X3 heç bir miras qalmamışdır və cavabdeh ondan hər hansı bir miras qəbul etməmişdir. Buna görə də onun öhdəliklərinə görə məsuliyyət daşımır. Sonuncu dəfə mərhum atası X1 2020-ci ilin iyun ayının ortalarında onun pensiyasını bankomatdan çıxararaq ona vermişdir. Həmin vaxtdan sonra mərhum atasının pensiya kartından pul çıxarmamışdır. Cavabdehdə olan məlumata əsasən mərhum atası X4 Azərbaycan Beynəlxalq Bankında krediti var idi. Eyni zamanda onun pensiya kartı da həmin bankda idi və bank hər ay avtomatik olaraq ödənilməli olan kredit məbləğini həmin kart hesabından tuturdu. Buna görə də iddiaçının iddia ərizəsində göstərdiyi 1516,16 manat məbləğində pul Azərbaycan Beynəlxalq Bankı tərəfindən mərhum atası X7 məxsus olan pensiya kartı hesabından tutulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən iddia tamamilə əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 114819 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 228 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********5 nömrəli əsassız alınmış pul vəsaitinin geri qaytarılması haqqında qərarına əsasən xx.xx.1976-cı il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu Cavabdeh xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində qalıq 916,16 manat məbləğində artıq alınmış pul vəsaiti tələb edilərək 10 gün müddətində Binəqədi rayonu, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 Səid Tofiq oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən dayanır. X8 25 iyun 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına iyun (6 gün) və iyul, avqust, sentyabr ayları üzrə əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum T.Seyidova 1516,16 manat artıq vəsait ödənilmişdir. Tofiq Seyidovun vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq sizə ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. Mərhum T.Seyidovun müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1516,16 manat vəsaitdən dəfn müavinəti çıxarılmış, qalan 916,16 manat məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarmağınız xahiş edilir. Əks halda tərəflərindən məhkəmədə iddia qaldıralacaqdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5525/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.1976-cı il təvəllüdlü X4 adına verilmiş 05/23 tarixli 6762 6111 0472 3019 nömrəli pensiya kartı üzrə bank hesabından sonuncu dəfə pensiya məbləğinin hansı tarixdə məxaric edildiyi barədə məlumat və 2020-ci il iyun ayından 30 sentyabr 2020-ci il tarixədək X9 adına verilmiş 05/23 tarixli 6762 6111 0472 3019 nömrəli pensiya kartı üzrə bank hesabına əmək pensiyası şəklində Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosial Müdafiə Fondu tərəfindən köçürülmüş vəsaitin məxaric edilmədən silinib-silinməməsi, silinibsə hansı bank əməliyyatı nəticəsində (kredit müqaviləsinə görə borc və s.) silinməsi barədə ətraflı məlumatın təqdim edilməsi "xxxx" ASC tərəfindən 10 gün müddətində təmin edilməsi qərara alınmışdır. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2022-ci il tarixli, 41-10010/2022 nömrəli məktubunda bildirilmişdir ki, X4 adına olan 6762-6111-0472-3019 saylı plastik kart vasitəsilə xx.xx.2020-ci il tarixdə iki dəfə nağdlaşdırma əməliyyatı aparılmış və ümumilikdə 1265 manat məbləğində vəsait məxaric edilmişdir, xx.xx.2020-ci il tarixdə isə 231.78 manat məbləğində pul vəsaiti kredit borcu üzrə silinmişdir. Diqqətinizə çatdırılır ki, qeyd olunan kart üzrə xx.xx.2020-xx.xx.2020-ci illər ərzində heç bir əməliyyat aparılmamışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, əmək pensiyaçısı olmuş X8 25 iyun 2020-ci il tarixində vəfat etmiş, mərhumun oğlu Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək atasının ölümüylə əlaqədar ona dəfn xərcinin ödənilməsini xahiş etmiş, bundan sonra iddiaçı quruma mərhumun müvafiq kart hesabına iyun (6 gün) və iyul, avqust, sentyabr ayları üzrə tam məbləğdə köçürülmüş 1516,16 manat artıq vəsaitin artıq ödənildiyi məlum olmuşdur. Hazırkı iddiasında iddiaçı inzibati orqan artıq ödənilmiş 1516,16 manat pul vəaitindən 600,00 manat dəfn müavinəti çıxıldıqdan sonra yerdə qalan 916,16 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq büdcəyə qaytarılması barədə qərar qəbul edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati hüquq münasibətləri idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri olaraq dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanın vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. İnzibati məhkəmə icraatı da məhz inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, tərəflər arasında mülki hüquqdan irəli gələn münasibətlər olmadığından, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Məhkəmə hazırkı iddianın inzibati hüquq münasibətlərindən irəli gələn inzibati hüquq mübahisəsi olmaqla məhkəmə aidiyyətinin düzgün müəyyən edildiyi qənaətinə gəlsə də aşağıdakılara əsasən hesab edir ki, iddia cavabdeh qismində qoyulmuş hazırkı subyektə münasibətdə mümkün sayılmamalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -38.1-ci maddəsinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. -39.1-ci maddəsinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Sadalanan normalar əmək pensiyaçısının sağlığında onun hesabına ödənilmiş pensiya məbləğinin geri qaytarılması hallarını tənzimləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında əmək pensiyaçısı vəfat etdikdə ona təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi onun vəfat etdiyi gündən dayandırılmasını nəzərdə tutulsa da eyni Qanunla vəfat etmiş şəxsin hesabına artıq ödənilmiş məbləğin hansı qaydada geri qaytarılmalı olması əsasları bilavasitə tənzimlənməmişdir. Vəfat etmiş şəxsə ödənilməli pensiya məbləği ilə bağlı norma ƏPQ-nin 42.1-ci maddəsidir. Adı çəkilən maddəyə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Göründüyü kimi vəfat etmiş şəxsə vəfat edən günədək ödənilməli olan pensiyanın tələb edilməsində qanun mülki qanunvericiliyə göndəriş edir. Qeyd edilən vəfat etmiş şəxsə ödənilməli olan yeganə bu normanın (maddə 42.1) mahiyyəti üzrə əksi vəfat etmiş əmək pensiyaçısının hesabına ödənilmiş lakin vəfat etməsindən dolayı verilməli olmayan əmək pensiyası məbləğinin mülki qanunvericilikdə nəzərdə tutulan qaydada qaytarılması ola bilər. Başqa sözlə, məhkəmə hesab edir ki, vəfat etmiş şəxsin hesabına artıq ödənilmiş pensiya məbləğinin ən azından kimdən geri tələb edilməli olması əsası da mülki qanunvericiliyin tələbləri üzrə araşdırılmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi əsassız varlanma tələbi üzrə cavabdehlik o şəxsə münasibətdə yaranır ki, şəxs başqa şəxsin hesabına hüquqi əsas olmadan və yaxud aradan qalxmış əsasa görə əmlak əldə etmiş olsun. Hazırkı iş üzrə iddiaçı inzibati orqan tələbini cavabdeh qismində Cavabdeh yönəltsə də sonuncunun iddia tələbi üzrə cavabdehliyi yaranmamışdır. Belə ki, cavabdeh orqan Tofiq Seyidovun vəfat etdiyi xx.xx.2020-ci il tarixdən sonuncunun ölməsi barədə məlum olduğu ayın sonunadək, yəni xx.xx.2020-ci il tarixədək ödənilmiş pensiya məbləğinin geri qaytarılmasını tələb edir. Halbuki, məhkəmə sorğusu ilə əldə edilmiş mərhum T.Seyidova aid bank hesab kartı ilə bağlı əməliyyatlara dair məlumatlardan müəyyən olunur ki, X4 adına olan 6762- 6111-0472-3019 saylı plastik kart üzrə xx.xx.2020-ci il tarixdə, yəni mərhum T.Seyidovun sağlığında iki dəfə məxaric əməliyyatı aparılmış, T.Seyidov vəfat etdikdən sonra müvafiq kart üzrə xx.xx.2020-ci il tarixədək hər hansı əməliyyat aparılmamış, yalnız xx.xx.2020-ci il tarixdə 231.78 manat məbləğində pul vəsaiti mərhumun kredit borcu üzrə bank tərəfindən silinmişdir. Beləliklə, mübahisələndirilən dövr ərzində Cavabdeh mərhuma məxsus bank hesabına əmək pensiyası şəklində ödənilmiş vəsait üzrə hər hansı bank əməliyyatı (məxaric edilmə, hesabdan hesaba köçürülmə və s.) aparılmamış, bununla da qeyd edilən hesab üzrə ödənilmiş pul vəsaitindən faydalanmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh qaldırılan iddia üzrə mülki qanunvericiliklə nəzərdə tutulmuş vərəsəlik qaydasında da cavabdehliyi müəyyən olunmur. Belə ki, Mülki Məcəllənin: -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. -1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1306.2-ci maddəsinə görə əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. -1321.3-cü maddəsinə əssaən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Sadalanan normalara əsasən müəyyən olunur ki, mirası qəbul etmiş vərəsələr miras qoyandan onlara keçmiş miras aktivinə müvafiq olaraq miras passivi-əmlak vəzifələri daşıyırlar. Hazırkı iş üzrə T.Seyidovun vəfat etdiyi, Cavabdeh isə mərhumun oğlu olduğu məlum olsa da. lakin Cavabdeh mərhumun vərəsəsi olması, ona miras aktivi keçibkeçməməsi məlum deyildir və inzibati orqan bu halı inzibati icraatda müəyyən etmədən yalnız Cavabdeh dəfn xərci ilə bağlı müraciətinə əsaslanaraq ona qarşı hazırkı tələbi irəli sürmüşdür. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu(bundan sonra Sifraişçi adlanacaq) ilə Azərbaycan Beynəlxalq Bankı (bundan sonra İcraçı adlanacaq) arasında bağlanmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının, onun yerli orqanlarının və tabeliyində olan müəssisələri üçün xidmətlərin göstərilməsinə dair satınalma müqaviləsinin: -17.9-cu maddəsinə görə kart sahibi vəfat etdikdə Sifarişçi tərəfindən kart sahibinin hesabına köçürülmüş pul vəsaitinin kart sahibinin vəfat etdiyi tarixdən sonrakı müddət üzrə məbləği kart sahibinin hesabından çıxarılmadığı halda Sifarişçinin sorğusu əsasında İcraçı tərəfindən Sifarişçiyə qaytarılır. Bu halda kart sahibinin pul öhdəliklərinin icrasını təmin etmək üçün İcraçı tərəfindən silinmiş vəsait İcraçı tərəfindən Sifarişçiyə qaytarılır. Vəfat etmiş şəxsin qanun və ya vəsiyyət üzrə vərəsəsi olmadığı halda və ya vərəsələrdən heç biri mirası qəbul etmədiyi təqdirdə yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edildikdə vəfat etmiş şəxsin hesabında qalan vəsait Sifarişçiyə qaytarılır. -17.10-cu maddəsinə görə kart sahibi ödənişdən məhrum edildikdə (o cümlədən ödənişi dayandırıldıqda) Sifarişçi tərəfindən kart sahibinin hesabına köçürülmüş pul vəsaiti, habelə kart sahibinə qanunvericiliyə əsasən müəyyən edilmiş (və ya müəyyən edilməli) məbləğdən artıq ödənilmiş pul vəsaiti kart sahibin hesabından çıxarılmadığı halda Sifarişçinin sorğusu əsasında Sifarişçiyə qaytarılır. Kart sahibinin pul öhdəliklərinin icrasını təmin etmək üçün vəsait və ya onun bir hissəsi İcraçı tərəfindən vəsaitin geri qaytarılması ilə bağlı Sifarişçinin sorğusunun daxil olduğu andan sonra artıq ödənilmiş vəsait hesabına silinmişdirsə İcraçı tərəfindən artıq ödənilmiş məbləğ hesabına silinmiş vəsait tam həcmdə Sifarişçiyə kart sahibinin hesabında vəsaitin olmasından asılı olmayaraq geri qaytarılır. Bu bənd üzrə digər hallarda kart sahibinin pul öhdəliklərinin icrasını təmin etmək üçün silinmiş vəsait Sifarişçinin yazılı sorğusunun daxil olduğu andan sonrakı müddət üzrə Sifarişçiyə qaytarılır. -17.11-ci maddəsinə əsasən kart sahibi 3 aydan çox plastik kartını götürmədikdə və ya vəsaiti çıxarmadıqda İcraçı bu barədə Sifarişçini məlumatlandırır. Göründüyü kimi DSMF ilə bank arasında bağlanmış müqavilə pensiya ödənişi dayandırıldığı, əmək pensiyaçısına ödənilmiş pul vəsaitinin vəfat etdikdən sonra çıxarılmadığı, eləcə də bank tərəfindən mərhumun pul öhdəliklərinin icrasını təmin etmək üçün silinmiş olduğu hallarda həmin vəsaitlərin DSMF-nin sorğusu əsasında geri qaytarılması hallarını tənzimləyir ki, bu müqavilə şərtlərinə əsasən də hazırkı cavabdehin hesaba ödənilmiş və çıxarılmamış əmək pensiyası vəsaitinin geri qaytarması öhdəliyinin olduğu müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş Cavabdeh inzibati orqanın tələbi ilə bağlı cavabdehliyi olmadığından ona qarşı yönəlmiş iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş vəsaitin qaytarılması” tələbinə dairi iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5525/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5525/2022
02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver