Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5526/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı müraciətə cavab verilməsi tələbinə dair iddiası üzrə inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Baş X7 İdarəsinin 01 oktyabr 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və 01 oktyabr 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nzirliyi Baş X7 İdarəsinə İdarənin qanunsuz hərəkətləri barədə 01 oktyabr 2020-ci il tarixli şikayət ərizəsi ilə müraciət edərək, sonuncunun qanunsuz hərəkətlərinin araşdırılmasını xahiş etmişdir. 01 oktyabr 2020-ci il tarixli şikayət ərizəsi 08 oktyabr 2020-ci il tarixdə cavabdeh Baş X7 İdarəsinə daxil olmuşdur. Lakin cavabdeh təşkilat şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. Cavabdeh Baş X7 İdarəsinin şikayət ərizəsinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh təşkilatın müraciəti cavablandırmaqdan imtina etməsi “Vətəndaşların müraciətləri haqqında” Qanunun, “Dövlət qulluğu haqqında” Qanunun 18.0.5-ci, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanının 3-cü və “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cu il 24 noyabr tarixli 4 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə ziddir. Odur ki, cavabdeh təşkilatın yazılı müraciəti cavablandırmaqdan imtinası qanunsuz və əsassız hesab edilməli, aidiyyəti vəzifəli şəxslərin məsuliyyəti müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 16.04.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iş üzrə icraat 08 iyun 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh inzibati orqan Baş X7 İdarəsinin 016-52169-1221 №-li 03.05.2021-ci il tarixli mülahizəsi və etiraza əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. Cavabdeh iddiaya dair yazılı mülahizədə göstərmişdir ki, müraciət edənin nümayəndəsi olduğu Ruslan İsmayıllının mülkiyyətində olan “VAZ 21214” markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair vət. X3 verilmiş etibarnamənin mülki olması səbəbindən sonuncu tərəfindən törədilmiş yol hərəkəti qayda pozuntuları ilə bağlı tərtib olunmuş elektron qərarların surətlərinin onun ünvanına göndərilməsi, həmin qərarların qeyd olunan şəxsə yönəldilməsinə, eləcə də qeydiyyat şəhadətnaməsinin tapılmasına və ya yenisi ilə əvəz olunmasına köməklik göstərilməsi, həmçinin indiyə qədər etdiyi müraciətlərinə vaxtında baxılmaması barədə vət. İddiaçı Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı eyni məzmunlu müraciətləri əsasında tərəflərindən araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı BDYPİ-yə daxil olmuş eyni məzmunlu təkrar müraciətlərinə 01.06.2018-ci il tarixdə 016-56317A-3218, 09.10.2020-ci il tarixdə 016-89915A04220, 14.11.2020-ci il tarixdə 016-63851A-3220, 27.11.2020-ci il tarixdə 016-63851/3A-3220, 25.12.2020-ci il tarixdə 016-89915/3A-3220, 14.01.2021-ci il tarixdə 016-63851/5A-4221, 26.01.2021-ci il tarixdə 016-927A-221, 28.01.2021-ci il tarixdə 016-4357/2A-3221, 01.04.2021-ci il tarixdə 016-927/9A-3221 və 27.04.2021-ci il tarixdə 016-47348A-3221 nömrəli məktublarla cavab verilmişdir. Araşdırma zamanı “VAZ 21214” markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntularına dair nümayəndəsi olduğu vət. Ruslan İsmayılının barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar sonuncunun adından çıxarılaraq xətanı törətmiş şəxsin adına yönəldilmişdir. Eyni zamanda həmin nəqliyyat vasitəsinə aid qeydiyyat şəhadətnaməsi vət. X1 alınaraq vət. İddiaçı təqdim edilmiş, sonuncu 24.04.2021-ci il tarixdə BDYPİ-də qəbul edilərkən izahatında hazırda şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq vət. X2 nümayəndəsi İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin İddiaçı ünvanlanmış 01.06.2018-ci il tarixli 016-56317A-32187 №-li, 09.10.2020ci il tarixli 016-89915A-4220 №-li, 14.11.2020-ci il tarixli 016-63851A-3220 №-li, 27.11.2020-ci il tarixli 016-63851/3A-3220 №-li, 25.12.2020-ci il tarixli 01689915/3A-3220 №-li, 14.01.2021-ci il tarixli 016-63851/5A-4221№-li, 26.01.2021-ci il tarixli 016-927A-3221 №-li, 28.01.2021-ci il tarixli 016-4357/2A-3221 №-li, 01.04.2021-ci il tarixli 016-927/9A- 3221 və 27.04.2021-ci il tarixli 016-47348A-3221 №-li məktublardan müəyyən olunur ki, İddiaçı müraciətlərinə cavabdeh inzibati orqan tərəfindən cavab verilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə ünvanlanmış 24.04.2021-ci il tarixli (daxil olma № 016-47348A 26.04.2021-ci il) izahatın surətindən müəyyən olunur ki, “VAZ 21214” markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgənin qanunsuz sahibliyində olması ilə bağlı müraciətlərinin araşdırıldığını və hazırda bununla bağlı şikayətinin və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı müraciətə cavab verilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5526/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5526/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver