Məhkəmə qərarları › İş №2-1(112)-5527/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5527/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5527/2024 19.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “protokolların ləğv edilməsi, nəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə (bundan sonra mətndə BDYPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində yazılmış əsassız protokolların ləğv edilməsi, ona məxsus olan “Mersedes Bens- V 220” markalı ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cərimə meydançasından götürülməsinə maneələrin aradan qaldırılması və buraxılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əri Qarabağ müharibəsi əlilidir. Bir qardaşı da Ağa Rəfi eyni döyüşdə şəhid olub, həm də Maştağa 1 saylı Psixosomatik şöbədə qeydiyyatdadır. Travma aldığına görə maşın idarə edə bilmir. 7 (yeddi) il ərzində cərimələrə görə DYP tərəfindən saxlanılmamışdır və cərimə meydançasına aparılma cəhdi olmamışdır. 7 (yeddi) ildən sonra 5 fevral tarixində Saray postunda saxlanılmışdır. 2500 manat məbləğində cəriməsi olduğu bildirilmiş, nəqliyyat vasitəsi saxlanılmışdır. O, saxlanılarkən heç bir qanunsuzluğa yol verməsə də maşını 2 aydan sonra cərimə meydançasına aparıldığında orada tabesizlik kimi qeyd olunmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh BDYPİ-nin iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndəsinin gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan BDYPİ tərəfindən İddiaçı ünvanlanmış: - 3-13-16/2-Q-15282/2 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Mersedes Benz V220” markalı ** OX *** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı törədilmiş yol hərəkəti qayda pozuntuları törədilməsi faktları foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Qanunvericilikdə hər hansı bir şəxsin cəriməni ödəməkdən azad olunması nəzərdə tutulmamışdır. Yol hərəkəti qayda pozuntularına yol verilməsinə görə barəsində tətbiq edilmiş cərimələrin ödənilməsi tövsiyyə olunmuşdur. EQ 13388841, EQ 13811478 nömrəli inzibati tənbeh vermə haqında elektron qərarların çıxarılması texniki səhvlə əlaqəli olmuş və müraciətinə baxılması nəticəsində qanunvericiliyin tələblərinə əsasən həmin qərarlar ləğv olunaraq işlərin icraatına xitam verilmişdir. - 3-13-16/2-Q-118271 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə “Mercedes Benz” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən yol hərəkəti qayda pozuntusu törədilməsi halı üzrə foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən EQ 12859151 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Araşdırma zamanı inzibati xətanın aşkar olunaraq sənədləşdirilməsində qanunazidd hərəkətlərə yol verilməsi halı müəyyən edilməmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 3-13-52/2-7579/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş “Yol hərəkət qaydaları, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydları əleyhinə olan və qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021,xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarların surətlərindən müəyyən olunur ki, İddiaçı “Mersedes Benz V 220 CDİ” Minik markalı ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün barəsində inzibati xəta haqqında protkollar tərtib olunmuş və həmin protokollar üzrə inzibati tənbehvermə haqqında qərarlar qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda adı çəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın məhkəmə, ərazi və predmet aidiyyəti və s.) cavab verməlidir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanın inzibati xəta üzrə fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Qeyd olunanlara əsasən, inzibati xəta haqqında qərarlardan şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, hazırki tələblə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “protokolların ləğv edilməsi, nəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar