Məhkəmə qərarları › İş №2-1(112)-5528/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5528/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5528/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi İddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə barədə sərəncama dəyişikliyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma sərəncamında və uçota alınma işində dəyişikliyin edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdehin 13 noyabr 2023-cü il tarixli sərəncamında dəyişiklik edilməsi, mənzil növbəsinə götürülmə tarixinin xx.xx.2020-ci il tarixinin göstərilməsinə dair bəndin əlavə edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı üçüncü dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən texniki səhvə yol verilmiş və bu hüququn xx.xx.2023-cü il tarixdən sonra yarandığı qənaətinə gəlmişdir. Halbuki, iddiaçıya üçüncü dərəcəli əlillik xx.xx.2020-ci il tarixdə təyin olunmuşdur ki, bu da onun həmin tarixdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində nəzərə alınmasına əsas verir. İddiaçı göstərilən tələblə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqların pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmas ilə bağlı Bakı şəhəri Cavabdehnə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və onun müraciətinə əsasən o, əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Cavabdeh hesab edir ki, tərəflər arasında artıq mübahisə olmadığından, iddia mümkün sayılmamalıdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə bildirir ki, cavabdeh iddiaçını əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alsa da, iddiaçının hazırki tələbi ona əlilliyin təyin olunduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən götürülməsi ilə bağlıdır ki, bu hal tərəflər arasında mübahisənin mövcud olduğunu göstərir. Odur ki, iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tibbi-Sosial Ekspert Komissiyasının müayinə məlumatlarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr və s.” Diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 193 №-li Sərəncamı ilə vətəndaş İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 2 uşağı) yaşayış yeri üzrə İİİ dərəcəli əlil kimi güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasının təsdiqlənmiş müayinə arayışına görə xx.xx.2023-cü il tarixdən İİİ dərəcəli əlil hesab olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsində qeyd olunmuşdur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizə əsasında həmin orqan tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq Xəzər RİH-nin xx.xx.2023-cü il tarixli, 193 nömrəli Sərəncamı ilə güzəştli əsaslarla mənzil növbəsinə qəbul olunmuşdur. Qeyd olunanlara əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma sərəncamında dəyişiklik edilməsi barədə müraciətin müsbət həlli mümkün deyildir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Hazırki işin faktiki hallarından da göründüyü kimi, iddiaçı üçüncü dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdı. O, hazırda üçüncü dərəcəli əlilliyin xx.xx.2020-ci il tarixdən nəzərə alınaraq yerli icra hakimiyyətinin sərəncamına dəyişiklik edilməsini istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş və bu halı onunla əsaslandırılmışdır ki, iddiaçı Tibbi Sosial Ekspert Komissiyasının təsdiqlənmiş müayinə arayışına görə xx.xx.2023-cü il tarixdən İİİ dərəcəli əlil hesab olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin bu yanaşması əsassızdır. İlk növbədə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıda sadalanan müddəalarına nəzər yetirilməlidir. Həmin Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X1 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bəhs olunan qanunvericiliyin müddəalarının şərhinə keçməzdən əvvəl Məhkəmə bildirir ki, əlillərə, şəhid ailələrinə, aztəminatlı şəxslərə, mənzillə təmin edilməsinə ehtiyacı olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin məqsədidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələbinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu zaman mənzil şəraitinin yaxşılaşdırılması da layiqli həyat səviyyəsini təmin edilməsinə xidmət edir. Qeyd olunmalıdır ki, əlilliyi olan şəxslər əhalinin xüsusi kateqoriyasına aiddirlər. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər xüsusi olaraq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bərabərlik prinsipi baxımından hər bir əlil olan şəxsin hüquqlarının qorunması təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, qanunvericilik əlilliyi olan şəxslərin mənzil təminatı ilə bağlı hüquqlarını, yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsaslarını və uçota alınma məsələsini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları ilə tənzimləyir. Hazırki iş üzrə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış vətəndaş xüsusi kateqoriyaya aid olan üçüncü dərəcəli əlildir. Onun mənzil təminatı hüququ üçüncü dərəcəli əlilliyin olması və yaşayış sahəsinə ehtiyac olan şəxslərin kriteriyalarına cavab verməsi ilə yaranmışdır. Cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixdən İİİ dərəcəli əlil olduğunu hesab etmiş və onun mənzil növbəsinə götürülməsini bu tarixdən sonra həyata keçirmişdir. Halbuki, iddiaçının mənzillə təmin olunma, daha dəqiq desək ilkin mərhələdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma hüququ ona əlillik dərəcəsi verildiyi tarixdən yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 1.7-ci bəndində göstərilmiş maddənin normasından görünür ki, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonraki ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi şəxsin əlil hesab olunması müddətidə qanunvericilikdə xüsusi olaraq tənzimlənmişdir. Hazırki işdən isə görünür ki, iddiaçıya üçüncü dərəcəli əlillik xx.xx.2020-ci il tarixdə verilsə də, cavabdeh Tibbi Sosial Ekspert Komissiyasının təsdiqlənmiş müayinə arayışına əsaslanaraq xx.xx.2023-cü il tarixdən İİİ dərəcəli əlil hesab olduğu qənaətinə gəlmişdir ki, yuxarıda göstərilən dəlillərə görə bu əsassız olmuşdur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, cavabdeh iddiaya münasibətdə təqdim etdiyi yazılı etirazda iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma hüququnun onun müvafiq olaraq yerli icra hakimiyyətinə ərizə təqdim etdikdən sonra yarandığını qeyd edir. Bununla bağlı Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021ci il tarixli qərarını əsas gətirərək bu əsasa aydınlıq gətirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Lakin hazırkı işlər üzrə kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərardadının “şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər” müddəası fərziyyələrə əsaslanmaqla pensiya təminatı ilə bağlı işlərin qanunvericiliyə uyğun həll edilməsinə mənfi təsir göstərə bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarları qəbul edilərkən həmin Kollegiyanın “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadının hər hansı fərqləndirmə etmədən bu tərzdə tətbiq edilməsi nəticəsində ərizəçilərin Konstitusiyanın 38 və 60-cı maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur.” Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən qərarında isə konkret olaraq göstərilmişdir ki, müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmaması nəzərə alınmalıdır. İşin faktiki hallarından isə görünür ki, hazırkı iş üzrə də yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınma ilə bağlı iddiaçının cavabdehə müraciəti məhz onun iradəsindən asılı olmayan səbəblərdən, yəni digər orqanın əsassız imtinası (əlilliyin təyinindən imtina olunması)səbəbindən olmuşdur. Halbuki, həmin orqan tərəfindən müraciət təmin edilənədək hazırkı cavabdehə qarşı iddianın əsaslılığı mümkün olmayacaqdır ki, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından sonra iddiaçı üçüncü dərəcəli əlilliyin təyininə nail olmuşdur. Odur ki, cavabdeh iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınma ilə bağlı müraciətinin 2023-cü ilin noyabr ayından müəyyən etməsində qanunsuz və əsassız mövqe nümayiş etmiş, əvvəlki məhkəmə icraatının predmeti olan iddia tələbinin məzmununun hazırkı mübahisə üzrə əhəmiyyətini müəyyən etmədən, iradəsindən asılı olmayan hallara əhəmiyyət vermədən müraciətin təminindən imtina etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-889/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarda da qeyd edilmişdir ki, söhbət təkcə bilavasitə pensiya təyin edən orqana deyil, həm də əmək pensiyası hüququnun reallaşdırılması (pensiyanın təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması) prosesində buna səlahiyyətli olan digər inzibati orqana – hazırkı halda, təminat xərcliyinə dair məlumatın verilməsi üçün qulluq etdiyi orqanın müvafiq qurumuna müraciətdən gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma barədə ərizə ilə gec müraciət etməsi onun iradə ifadəsindən asılı olmayan bir hal olmuşdur ki, bu hal hər bir halda hazırki iddianın təminini istisna etmir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh 13 noyabr 2023-cü il tarixli sərəncamında dəyişiklik edilməsi, İddiaçı mənzil növbəsinə götürülmə tarixinin xx.xx.2020-ci il tarixinin göstərilməsinə dair bəndin əlavə edilməsi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar