Məhkəmə qərarları › İş №2-1(112)-553/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-553/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-553/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirаkı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “iddiaçının adına Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “iddiaçının adına Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-2021-ci illərdə Belarus Respublikasının Dövlət Texniki Universitetində təhsil alaraq, proqrammist-mühəndis ixtisasına yiyələnmişdir. Ona təhsili bitirməsi haqqında Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplom verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə xarici ali təhsilinin Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, NA/00003042 saylı məktubu ilə iddiaçının diplomunun tanınmasından imtina etmişdir. İmtinanın əsası kimi, iddiaçının tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasıdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə X2 iddiaya dair etirazında qeyd edilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2021-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il-12 gün, İİ il- getməyib, İİİ il - 11 gün, İV il-getməyib (İİ semestr pandemiya dövrünə təsadüfədir), V il-15 gün (İİ semestr) (İ semestr pandemiya dövrünə təsadüf edir)) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X5 Universitetində dərslər və imtahanlar həm onlayn, həm qiyabi olub. Bununla əlaqədar Minsk şəhərində dəfələrlə olmuş, qalıb həm dərs keçib, həm imtahanları verib. Eyni zamanda dərslərin və imtahanların çox hissəsi distant, onlayn şəkildə Micrsoft Teams, Zoom proqramları vasitəsi ilə keçirilmişdir; universitetə daxil olan dövrdə Azərbaycanda mühəndis proqramist ixtisası üzrə təhsil olmamışdır, bu səbəbdən xaricdə təhsil almağa üstünlük verməli olub. “Azərpoçt” dövlət müəssisəsində 2010-cu ildən inkassator vəzifəsini tutsa da, əsasən kompyuter ustası və texniki dəstək şöbəsində texniki işlərə baxıb, 2019-cu ilədən mütəxəssis vəzifəsində çalışır. Mütəxəssis olaraq Baş İdarədə çalışır və kompyuter avadanlığının və proqram təminatının təmin edilməsi üçün poçt şöbələrinin kompyuter avadanlıqlarının sazlanması, istifadəsi, quraşdırlması, yenilənməsi işlərini yerinə yetiririr. “Azərpoçt” dövlət müəssisəsində işləyə-işləyə X5 Universitetində distant formasında qiyabi təhsil alıb. Dİ Ns0034951 nömrəli Diploma Əlavədən (akademik transkript və imtahan vərəqindən çıxarış) görünür ki, ixtisas üzrə aldığım qiymətlər kifayət qədər qənaətbəxş qiymətlərdir və cavabdeh tərəfindən tələb olunan akademik saatlarından da artıq müddət ərzində təhsil alıb. Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə 03/723-16 nömrəli 10 oktyabr 2016-cı il tarixli müqavilədən görünür ki təhsil distant formalı qiyabi təhsil olmuşdur. Diplomumun təsdiq olunmaması ilə bağlı yaranmış anlaşılmazlıqla bağlı təhsil aldığım Belarus Milli Texniki Universitetinin Belorus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə verilmiş sorğuya cavabda 25 noyabr 2021-ci il tarixli Belarus Respublikasının Dövlət Texniki Universitetində keçirilmiş fənlərin siyahısı göstərilmişdir. 5 il qiyabi distant təhsilalma forması ilə təhsil almış, il ərzində dərs həftəsi 32, hər semestr 16 həftədən ibarət olmaqla hər semestrə 24 kredit müəyyənləşdirilmişdir. İxtisasın təhsil müddətindən asılı olaraq bakalavriat səviyyəsində kreditlər 240-300 təşkil etmişdir. xx.xx.2021-ci il tarixli diploma əlavədə 5 illik qiyabi (distant) təhsil müddəti ərzində akademik saatların miqdarı 8056 (səkkiz min əlli altı), 5 illik qiyabi (distant) təhsil müddəti ərzində kreditlərin cəmi miqdarı 241 (iki yüz qırx bir) kredit edir. Eyni zamanda, diploma əlavədən görünür ki, tələbə İddiaçı təhsil dövründə orta qiyməti Universitet tərəfindən 10 ballıq qiymətləndirmə sistemi ilə kifayət qədər yüksək 4-8 bal arası qiymətləndirilmişdir”. İddiaçı çıxışının sonunda iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçı və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını və çıxışlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Təhsildə X2 05 noyabr 2021-ci il tarixli, NA00003042 nömrəli Qərarından görünür ki, Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsindən imtina edilmişdir. Dİ ******* nömrəli Diploma və diploma əlavə edilmiş apostilə əsasən, iddiaçı Məmmədov X4 Milli Texniki Universitetinə qəbul olub və 2021-ci ildə adıçəkilən Universitetin “İnformasiya sistemlər və texnologiyaları” ixtisası üzrə tam kursunu bitirib. Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə xx.xx.2016-cı il tarixli, 03/723-16 nömrəli müqavilədə göstərilmişdir – Bundan sonra BMTU adlandırılacaq Belarus Milli Texniki Universiteti, 01-27/82 nömrəli xx.xx.2016-cı il tarixli etibarnamə əsasında fəaliyyət göstərən Tədris işləri və informasiya texnologiyaları üzrə prorektor X3 şəxsində bir tərəfdən və bundan sonra Xarici tələbə adlandırılacaq vətəndaş İddiaçı (Belarus Respublikasında müvəqqəti yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün), ölkə: Azərbaycan, digər tərəfdən aşağıdakılar barədə hazırki müqaviləni bağladılar. Müqavilənin predmeti – Xarici tələbinin vəsaitləri hesabına ödənişli əsaslarla qiyabi (distant) təhsil forması üzrə Beynəlxalq distant təhsil institutunda Mühəndisproqramçı peşəsinin verilməsi ilə ali təhsilli mütəxəssisin 1-40 05 01 “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə magistr pilləsində hazırlğı. Təhsil müddəti 4 il təşkil edir. Belarus Respublikasının Dövlət Texniki Universitetinin Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli, xx-xx/7901 nömrəli məktubu ilə İddiaçı xx.xx.2021-ci il tarixli, 04-23/82-k nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçı Beynəlxalq Distant Təhsil İnstitunda xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinədək 1-40 05 01 ixtisası üzrə təhsil alıb, - qiyabı (distant) formada. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə X2 Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti Arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında” 30 sentyabr 2011-ci il tarixli Sazişin 6-cı maddəsinə əsasən, tam orta təhsil əsasında normativ təhsil müddəti ilə 4 ildən az olmayaraq əyani təhsil aldıqdan sonra bakalavr dərəcəsinin verilməsini təsdiq edən Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında diplom və ümumi orta təhsil əsasında normativ təhsil müddəti ilə 4 ildən az olmayaraq əyani təhsil aldıqdan sonra ixtisas verilməklə Belarus Respublikasında verilmiş ali təhsil haqqında diplom həmin sənədin sahibinə təhsil alacağı dövlətin milli qanunvericiliyə uyğun olaraq Tərəflərin dövlətlərinin təhsil müəssisələrində magistr proqramları üzrə təhsillərini davam etdirmək hüququ verən sənəd olaraq Tərəflər tərəfindən tanınır. Sənədin təsdiq olunması üçün müraciət edilmiş dövlətin milli təhsil sistemində müvafiq təhsil istiqaməti olmadığı təqdirdə bu maddənin 1-ci hissəsində qeyd olunan təhsil sənədləri təhsİl almaq üçün müraciət etmiş şəxsin ali təhsil proqramı üzrə təhsil müddətini təsdiq edən sənəd olaraq tanınır. Belə olan halda qeyd edilən dövlətlərarası sazişin tələblərinə əsasən iddiaçının iddia tələbində göstərilən ali bakalavr təhsili haqqında diplom Azərbaycan Respublikasının ərazisində tanınmalıdır, belə ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi lazımi lisenziyaya malikdir, akkreditasiyadan keçmişdir. Cavabdeh iddiaçının ali təhsil haqqında diplomunun tanınmamasının əsası kimi iddiaçının təhsil müəssisəsinin yerləşdiyi Belarus Respublikasında qısa müddətdə olmasını göstərmişdir ki, məhkəmə bunu əsassız hesab edir. Belə ki, iddiaçi ilə Belarus Respublikasının Dövlət Texniki Universiteti arasında bağlanmış “Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə” müqavilədə iddiaçının ali təhsili qiyabi -distant şəkildə alacağı razılaşdırılmışdır ki, belə olan halda iddiaçının təhsil alması üçün Azərbaycan Respublikasının ərazisindən kənara çıxması və Universitetin yerləşdiyi ölkəyə getməsi tələb olunmur. “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd edilir ki, 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Həmin Qanunun 27.4-cü maddəsinə görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21-ci (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. İddiaçı diplomun tanınması üçün cavabdehə müraciət edən zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Qaydaları”nın 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər:xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda;təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa);xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar göstərilmişdir ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçının ali bakalvr diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmişdir. İnzibati Prosesual Məcəlləsinin 68.1. –ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçının adına Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar