Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-553/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X25 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçılar İddiaçı və X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli, 1/44 saylı qərarı ilə X12 (vərəsəsi İddiaçı) Ləhiş bağlar sahəsində 160 nömrəli BTK nəzdində ayrılmış 0,12 ha topaq sahəsi olan 13 saylı bağ sahəsinə dair mərhum X10 adına və X7 (vərəsəsi X3) Ləhiş bağlar sahəsində 160 nömrəli BTK nəzdində ayrılmış 0,12 ha torpaq sahəsi olan 14 saylı bağ sahəsinə dair mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X9 İcra Komitəsinin 27 mart 1990-cı il tarixli, 1/44 saylı qərarı ilə X12 (vərəsəsi İddiaçı) Ləhiş bağlar sahəsində 160 BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 13 saylı və X8 (vərəsəsi X3) Ləhiş bağlar sahəsində 160 BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 14 saylı bağ ayrılıb və tərəfələrə buna dair Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X5 və istismarı birliyi tərəfindən order verilib. Bundan sonra onlar bəstəkarlar ərazidə tikinti işləri aparmaq istəyəndə Nardaran sakinləri buna imkan vermədilər. Aradan bir müddət keçmiş, onlar həmin bağ sahələrinə gedəndə onlara məxsus bağ sahələrinin qanunsuz olaraq zəbt edildiyini, hasara alındığını görmüşlər. Onlar buna öz etirazlarını bildirərkən zəbt olunmuş bağ sahəsində gözətçi işləyən X20 onlara həmin torpaq sahələrinin bütövlükdə guya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərinə verildiyini bildirmişdir. Bununla əlaqədar, onlar Konstitusiya Məhkəməsinə müraciət etmişlər və oradan bildirmişlər ki, bu məsələ ilə əlaqədar onlar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etsinlər. Göstərilənlərlə əlaqədar, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişlər və xx.xx.2019-cu il tarixli cavabdan onlara məlum olmuşdur ki, “...sözügüdən ünvanda yerlşən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Çöl ölçmə işlərinnin aparılmasına şərait yaradılacağı təqdirdə ərizələrinə yenidən baxılacaqdır. (Həmin idarənin xx.xx.2019-cu il tarixli oxşar növ cavabı da əlavə olunur.)”. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X16 İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə etdikləri xx.xx.2019-cu il tarixli cavabdan isə məlum olmuşdur ki, istifadələrinə ayrılmış torpaq sahələri kənar şəxslər tərəfindən zəbt olunmuşdur. Bu yaxınlarda həmin idarəyə etdikləri müraciətin (müraciət edən X3) xx.xx.2022-ci il tarixli cavabı isə belə oldu ki, təqdim etdiyi X5 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin istifadəsində olmadığı aşkar olunmuşdur. Bundan əlavə, İdarəyə məhkəmə mübahisəsinin olması barədə Bakı İnzibati Məhkəməsinin 2(008)-5103/2019 saylı bildiriş daxil olmuşdur. Lakin, müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı idarəyə daxil olmamışdır.” xx.xx.2022-ci il tarixli (müraciət edən İddiaçı) cavabından isə məlum oldu ki, təqdim etdiyi X5 və İstismarı Biliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin koordinantları göstərilən sahə sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin istifadəsində olmadığı müəyyən edilmiş, eyni zamanda şərti olaraq göstərilən sahənin bir hissəsi faktiki olaraq digər sahələrə yol kimi istifadə olunur. Bundan əlavə idarəyə məhkəmə mübahisəsi olması barədə Bakı İnzibati məəhkəməsinin 2(008)- 91/2022 saylı bildiriş daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı idarəyə daxil olmamışdır.”
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3899/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli, 1/44 saylı qərarı ilə X12 (vərəsəsi İddiaçı) Ləhiş bağlar sahəsində 160 nömrəli BTK nəzdində ayrılmış 0,12 ha topaq sahəsi olan 13 saylı bağ sahəsinə dair mərhum X10 adına və X7 (vərəsəsi X3) Ləhiş bağlar sahəsində 160 nömrəli BTK nəzdində ayrılmış 0,12 ha torpaq sahəsi olan 14 saylı bağ sahəsinə dair mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələblərinə ayrıca icraatda və yeni nömrə verilərək baxılması, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli, 1/44 saylı qərarı ilə X12 (vərəsəsi İddiaçı) Ləhiş bağlar sahəsində 160 nömrəli BTK nəzdində ayrılmış 0,12 ha topaq sahəsi olan 13 saylı bağ sahəsinə dair mərhum X10 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə 2-1(112)-3899/2023 sayı altında baxılması qərara alınmışdır.
4. Məhkəmənin 2-1(112)-553/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı və iddiaçının nümayəndə-vəkillərinin Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 saylı qərarı ilə X12 Ləhiş bağlar sahəsində 160 nömrəli BTK nəzdində ayrılmış 0.12 ha torpaq sahəsi olan 13 saylı bağ sahəsinə dair mərhum X10 adına hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “13” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən X5 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, koordinatlarla göstərilən sahə sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazi 5500 nömrəsi ilə başlayan bağ sahələrinin ərazisidir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı müəyyən edilmiş, eyni zamanda şərti olaraq göstərilən sahənin bir hissəsi faktiki olaraq digər sahələrə yol kimi istifadə olunur. Bundan əlavə, idarəyə məhkəmə mübahisəsinin olması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 91/2022 saylı bildiriş daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərin mümkün olmamışdır. Bu barədə vətəndaşa **********85 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq veriliş xx.xx.2022-ci il tarixli **********85 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, təqdim etdiyi X5 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir Həmçinin, koordinatlarla göstərilən sahə sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin istifadənizdə olmadığı müəyyən edilmiş, eyni zamanda şərti olaraq göstərilən sahənin bır hissəsi faktiki olaraq digər sahələrə yol kimi istifadə olunur. Bundan əlavə, idarəyə məhkəmə mübahisəsinin olması barədə Bakı İnzibati Məhkəməsinin 2(008)-91/2022 saylı bildiriş daxıl olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır.
10. 160 nömrəli X6 tərəfindn verilmiş 10 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən ona Ləiş bağlar sahəsində 160 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 13 nömrəli bağ ayrılmışdır.
11. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Bakı şəhər X17 İcraiyyə Komitəsitəsinin 1/44 nömrəli 27 mart 1990-cı il tarixli qərarından çıxarış təqdim edilmişdir. Həmin çıxarışa 1 nömrəli əlavəyə əsasən 160 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında X11 adı 8-ci sırada qeyd edilmişdir.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli 157 nömrəli məktuba əsasən xx.xx.2001-ci il tarixdə vəfat etmiş X10 adına açılmış vərəsəlik işi üzrə İddiaçı ondan qalmış bağ sahəsinə dair vərəsəlik hququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədi ilə Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarına və X5 və İstismarı Birliyi tərəfindən verilmiş 10 nömrəli Orderə əsasən Ləhiş (Ləiş) bağlar sahəsində 160 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 13 nömrəli bağ sahəsinə dair mərhum X10 adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi xahiş edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yrləşən 160 saylı bağ tikinti kooperativinə aid 25 (iyirmi beş) vərəqdən ibarət arxiv qovluğunun əsli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş arxiv qovluğundakı sənədlərə əsasən X10 adı kooperativin üzvlərinin siyahısının 13-cü sırasında qeyd edilmişdir.
14. Cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən yerli baxış zamanı məlum olmuşdur ki, vətəndaş bağ sahəsinin sərhədlərini dəqiq tanımır, şərti olaraq ümumi sahə göstərmişdir. Şərti olaraq göstərilən sahənin bir hissəsi faktiki olaraq digər sahələrə yol kimi istifadə olunur. Mərkəz koordinatı X - 410952 Y – 4492841, X – 411053 Y -4492863.
15. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-38946/2023 **********46 nömrəli mkətubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, məhkəmə tərəfindən qoyulmuş “Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 saylı qərarı ilə X12 ayrılmış Ləhiş bağlar sahəsində 160 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 13 (5582) saylı bağ sahəsinin faktiki olaraq kənar şəxslər tərəfindən zəbt olunub-olunmaması barədə” suala cavab olaraq bildirirlər ki, torpaq sahəsinə yerli baxış uçün təkrar telefon əlaqəsi yaradılmış, məlum olmuşdur ki, sahədə mərzçəkmə, hasarlama işləri aparılmamışdır. Əvvəllər göstərilən eyni sahəyə iddia edilir (şərti olaraq ümumi boş sahə göstərilmişdir). İddiaçı tərəfindən torpaq sahəsinin sərhədləri dəqiq göstərilməmişdir. Bildirirlər ki, şərti olaraq göstərilən sahənin bir hissəsi faktiki olaraq digər sahələrə yoil kimi istifadə olunur.
16. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-91/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı və X2 cavabdehlər X13, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinin iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 ərizəsinə əsasən baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
23. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. İşin hallarından göründüyü kimi, Bakı şəhər X17 İcraiyyə Komitəsinin 1/44 nömrəli 27 mart 1990-cı il tarixli qərarı ilə iddiaçının vərəsəsi olduğu X14 160 nömrəli Ləiş bağ-tikinti kooperativində, sahəsi 0.12 ha olan 13 saylı bağ sahəsi ayrılmışdır. M.Quliyevin adı kooperativin üzvlərinin siyahısında 8-ci sırada qeyd edilmişdir. M.Quliyevə həmin bağ sahəsinə dair 160 nömrəli Ləiş bağ-tikinti kooperativi tərəfindən 10 nömrəli order verilmişdir. Həmin sənədlər 160 nömrəli Ləiş bağ-tikinti kooperativinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində olan qovluqda da, mövcuddur.
26. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərindən biri olan orderin İdarənin arxivində aşkar olunmamasına, koordinatlarla göstərilən sahə sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, göstərilən sahənin 5500 nömrəsi ilə başlayan bağ sahələrinin ərazisinə uyğun gəlməsinə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin iddiaçının istifadəsində olmadığının müəyyən edildiyinə, eyni zamanda şərti olaraq göstərilən sahənin bir hissəsinin faktiki olaraq digər sahələrə yol kimi istifadə olunmasına, bundan əlavə, idarəyə məhkəmə mübahisəsinin olması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-91/2022 saylı bildiriş daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının İdarəyə daxil olmamasına istinad edilmişdir.
27. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçının vərəsəsi olduğu, mərhum X12 mübahisəli torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır. Hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi ümumi boş torpaq sahəsidir. Torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, sahənin bir hissəsinin faktiki olaraq digər sahələrə yol kimi istifadə olunması və digər əsaslarla imtinası həm qanunvericiliyin tələbləri baxımından, həm də etimadın qorunması doktrinası ilə uzlaşmır.
28. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin imtinasında və etirazında istinad edilən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-91/2022 saylı iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qərardada əsasən iddiaçılar İddiaçı və X2 cavabdehlər X13, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinin iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 ərizəsinə əsasən baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının vərəsəsi olduğu X1 torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
31. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
33. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X10 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.
34. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
35. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
36. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
39. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 saylı qərarı ilə X12 Ləhiş bağlar sahəsində 160 nömrəli BTK nəzdində ayrılmış 0.12 ha torpaq sahəsi olan 13 saylı bağ sahəsinə dair mərhum X10 adına hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva