Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5531/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı statusu və vəsiqəsi”nin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində ərizədə göstərilən qurumların bir dövlət qurumu Azərbaycan Respublikası Müdafiə Nazirliyi olaraq qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun hərbi biletində İ Qarabağ Müharibəsində yaralanmağı ilə bağlı 9-cu səhifəsində qeydlər aparılmışdır. O, N №-li hərbi hissənin əsgəri xx.xx.N-ci ildə 3-cü batalyon şəxsi heyət sırasına daxil edilmişdir. N №li hərbi hissəyə N avqust N-ci ildə könüllü N7N nömrəli əmrlə səxsi heyyətin sıralarına daxil edilmişdir. Qeyd olunanlara əsasən ona “müharibə veteranı statusu və vəsiqəsi”nin verilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etsə də, müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilərək, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, № 3-25-4/2-N2N3/2024 saylı yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdehin etirazları: İddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Komissiyanın məktubunda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən, xx.xx.N-xx.xx.N-ci il tarixlərdə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində xidməti barədə və xx.xx.Nci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısından azad olunmağının səsəbləri göstərilmədiyindən, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. MHHK-nın xx.xx.20N2-ci il tarixli qərarında İddiaçı N-ci ildə fərarilik etməsi və Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli məktubuna əsasən qeydiyyata alınması göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar); Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş- şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun N.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin aidiyyəti orqana göndərilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.N967-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan N ünvanında pasport qeydiyyatındadır. İddiaçıya aid HZ seriyalı ******* №li hərbi biletdə aparılmış qeydlərə əsasən İddiaçı xx.xx.N985-ci ildən xx.xx.N987-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək N №li hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşmüşdür (səh 7). xx.xx.N-ci il tarixdə Çıldıranda gedən döyüşlərdə sağ ayağından dəlib keçən güllə yarası almışdır (səh 9). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-həkim Komissiyasının xx.xx.20N2-ci il tarixli, 565 №-li Qərarından müəyyən olunur ki, Bakı ş. Yasamal RHK tərəfindən N-ci ildə hərbi xidmətə çağırılmış, N-ci ildə fərarilik etmiş, Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2006- cı il tarixli məktubuna əsasən qeydiyyata alınmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-ci ildə aldığı və xx.xx.N-ci ildən xx.xx.N-ci ilə kimi 4 saylı şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ budun orta N/3 hissəsində dəlib keçən güllə yarası” (Yasamal rayon idarəsinin xx.xx.20N2-ci il tarixli 4/272 nömrəli göndərişi, xx.xx.20N2-ci il tarixli 4/272 nömrəli arayışı, 4 saylı şəhər klinik xəstəxanasından verilmiş xx.xx.N-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisicərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı inzibati icraat materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsinin xx.xx.20N9-cu il tarixli, 9/2-N075N saylı məktubunda göstərilmişdir ki; - N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 20 №-li əmrilə doldurucu İddiaçı (əsas:§ 2, sıra 33, əmrdə hərbi rütbəsi göstərilməyib) xx.xx.N-ci il tarixdən hərbi hissənin tərkibinə daxil edilərək bütün təchizatla təmin edilmişdir. - N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 20 №-li əmrində döyüş zamanı fəal iştirak etdiyinə görə İddiaçı R. oğluna (əsas: § 3, sıra 7, səh 33, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) təşəkkür olunması barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin N avqust N-ci il tarixli N24 №-li əmrilə könüllü İddiaçı (əsas: § 2, sıra 2, səh 6, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N-ci il tarixdən 3-cü batalyonun şəxsi heyətinin sıralarına qəbul edilmişdir. - N №-li hərbi hissə komandirinin N noyabr N-ci il tarixli N7N №-li əmrilə (əsas: sıra- 9, sə.-59; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) İddiaçı xx.xx.N-ci il tarixdən 3-cü batalyonun şəxsi heyətinin sıralarından azad edilmişdir. - N №-li hərbi hissə komandirinin iyun-noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 596 №-li cavab məktubunda göstərilmişdir ki; - N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 20 №-li əmrilə (əsas: §2, sıra- 26, səh.-33; qeyd: əmrdə hərbi rütbəsi qeyd olunmamışdır; əmrin mətnində “- Bu gündən üzərindən xətt çəkilməklə düzəliş edilərək yuxarısında “с N-го апреля” yazılmış, düzəliş hərbi hissə komandirinin möhür və imzası ilə təsdiqlənməmişdir) Əlahiddə köçəri reaktiv batareyasının doldurucusu İddiaçı bu-gündən xx.xx.N-ci il tarixdən hərbi hissənin tərkibinə daxil edilərək, bütün təchizatla təmin edilmişdir. - N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 20 №-li əmrində (əsas: §3, sıra-7, səh.-33; qeyd: əmrdə atasının adı tam yazılmamış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) döyüş zamanı fəal hərakat etdiklərinə görə düşmənin təyyarəsini, N ədəd döyüş texnikasını, canlı qüvvəsini Xocalı təyyarə limanında xx.xx.N-ci il tarixdə məhv etdiklərinə görə “təşəkkür” elan edilmiş БМ-2N reaktiv batareyasının 2-ci bölməsinin şəxsi heyətinin siyahısında İddiaçı R. oğlunun adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin N avqust N-ci il tarixli N24 №-li əmrilə (əsas: §2, sıra-2, səh.-6; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) könüllü İddiaçı xx.xx.N-ci il tarixdən 3-cü batalyonun şəxsi heyətinin sıralarına qəbul edilmişdir. - N №-li hərbi hissə komandirinin N noyabr N-ci il tarixli N7N №-li əmrilə (əsas: sıra- 9, səh.-59; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) İddiaçı xx.xx.N-ci il tarixdən 3-cü batalyonun şəxsi heyətinin sıralarından azad edilmişdir. - N №-li hərbi hissə komandirinin iyun-noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 653 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı barədə xx.xx.20N2-ci il tarixli 565 nömrəli qərarda istinad olunmuş “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli məktubu” sözləri SHXÇDX-nin Yasamal rayon idarəsinin xx.xx.20N2-ci il tarixli 4/309 nömrəli arayışına istinad edilərək yazılmışdır. Həmçinin qərarda qeyd olunmuş “fərarilik etmiş” sözləri də SHXÇDX-nin qeyd olunan arayışında əks olunan İddiaçı müalicədən sonra hərbi hissəsinə qayıtmaması ifadəsinə əsasən yazılmışdır. Məktuba əlavə olunmuş: Qarabağ Hərbi Prokurorluğu tərəfindən AR Bakı şəhəri Yasamal Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə ünvanlanmış N6/N982 saylı xx.xx.20N2-ci il tarixli məktubunda göstərilmişdir ki, N967-ci il təvəllüdlü İddiaçı. Rüstəm oğlunun barəsində Qarabağ hərbi prokurorluğunda araşdırma aparılmamış, cinayət işi istintaq edilməmişdir. AR Bakı şəhəri Yasamal Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/309 saylı “Arayış”ında göstərilmişdir ki, N967-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N-ci ildən xx.xx.N-ci il tarixədək 708 saylı, xx.xx.N-ci ildən xx.xx.N-ci ilədək N saylı hərbi hissələrdə hərbi xidmət keçmişdir. xx.xx.N-ci il tarixdə yaralanmış, xəstəxanada müalicədən sonra hərbi hissəyə qayıtmadığına görə AR Hərbi Komissarının NNN3 saylı xx.xx.2006-cı il tarixli göstərişinə, Azərbaycan Respublikası Hərbi Prokurorunun HP 0N/36 saylı xx.xx.2006-cı il tarixli məktubuna və barəsində təqsirləndirici material və cinayət işinin olmaması haqqında Qarabağ Hərbi Prokurorluğunun N6/N982 saylı xx.xx.20N2-ci il tarixli məktubuna əsasən hərbi uçota alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş N/Ə-NN762 №-li, xx.xx.20N9-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-N075N №-li arayışına əsasən xx.xx.N-ci il ildən xx.xx.N-ci ilədək hərbi xidməti, xx.xx.N-ci il taroxdə şəxsi heyət sıralarından azad olunmağının səbəbləri və yaralanması barədə məlumat olmadığından ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Tətbiq edilən hüquq. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: … “Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin (“X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı) məsələyə dair şərhindən irəli gələn nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994- cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilərBundan əlavə yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. İş materiallarından da müəyyən olunur ki, N №-li hərbi hissə komandirinin N may Nci il tarixli 20 №-li əmrilə xx.xx.N-ci il tarixdən hərbi hissənin tərkibinə daxil edilərək, bütün təchizatla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 20 №-li əmri ilə döyüş zamanı fəal hərəkət etdiyinə görə düşmənin təyyarəsini, N ədəd döyüş texnikasını, canlı qüvvəsini Xocalı təyyarə limanında xx.xx.N-ci il tarixdə məhv etdiklərinə görə “təşəkkür” elan edilmiş БМ-2N reaktiv batareyasının 2-ci bölməsinin şəxsi heyətinin siyahısında İddiaçı R. oğlunun adı da qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N avqust N-ci il tarixli N24 №-li əmrinə əsasən könüllü İddiaçı xx.xx.N-ci il tarixdən 3-cü batalyonun şəxsi heyətinin sıralarına qəbul edilmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N-ci il tarixli N7N №-li əmrilə İddiaçı xx.xx.N-ci il tarixdən 3-cü batalyonun şəxsi heyətinin sıralarından azad edilmişdir. Bu mövqeydən çıxış edərək məhkəmə ona diqqət etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş arxiv arayışında eləcə də məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş məlumatlara əsasən cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini etiraf edir. Beləliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 №li N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının xidmət ediyi hərbi hissələrin və sonuncunun xidmət etdiyi hərbi hissələrin tabeliyində döyüş əməliyyatlarında iştirak etməsi sübuta yetirilir. Eyni zamanda iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün tələb olun şərtlərdən biri də, onun ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərdə görünür ki, N №-li hərbi hissə komandirinin N noyabr N-ci il tarixli N7N №-li əmrilə İddiaçı xx.xx.N-ci il tarixdən 3-cü batalyonun şəxsi heyətinin sıralarından azad edilmişdir. Lakin cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddiaçının xx.xx.N-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısından azad olunmağının səsəbləri göstərilməmişdir. Bu barədə məhkəmə qeyd edir ki, müharibə dövründə xidməti etmiş şəxsin qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. Lakin həmin şərt daxilində hərbi hissənin şəxsi heyətin siyahısından azad olunmağının səbəblərinin göstərilməsilə bağlı mütləq göstərici mövcud deyildir. Bununla yanaşı həm də onu qeyd etməyi zəruri hesab edir ki, sonuncu hərbi xidmətdən təxris olunması zamanı əmrin tərtib olunması qanunla hərbi hissənin rəhbərliyinin səlahiyyətinə adi edilmişdir ki, əmrin düzgün tərtib olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Cavabdeh inzibati orqanın iddiaçıya “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsindən imtina olunaraq istinad etdiyi hallardan biri də xx.xx.N-xx.xx.N-ci il tarixlərdə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamağıdır. İstinad olunmuş halla bağlı məhkəmə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-həkim Komissiyasının xx.xx.20N2-ci il tarixli, 565 №-li Qərarına istinadən qeyd edir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-ci ildə aldığı və xx.xx.N-ci ildən xx.xx.N-ci ilə kimi 4 saylı şəhər klinik xəstəxanasında müayinə və müalicə olunması faktı öz əksini tapmışdır. N №-li hərbi hissə komandirinin N avqust N-ci il tarixli N24 №-li əmrilə könüllü İddiaçı (əsas: § 2, sıra 2, səh 6, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N-ci il tarixdən 3-cü batalyonun şəxsi heyətinin sıralarına qəbul edilmişdir. Nəzərə də almaq lazımdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında, N994-cü il N2 may tarixindən sonra isə döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin qeydinə əsasən, həmin Əsasnamənin N-ci hissəsi ilə müəyyən edilmiş qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bundan əlavə cavabdehin MHHK-nın xx.xx.20N2-ci il tarixli qərarında İddiaçı N-ci ildə fərarilik etməsi və Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli məktubuna əsasən qeydiyyata alınması barədə təkrarlanan dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin müvafiq sorğusuna əsasən İddiaçı barədə xx.xx.20N2-ci il tarixli 565 nömrəli qərarda istinad olunmuş “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli məktubu” sözləri SHXÇDX-nin Yasamal rayon idarəsinin xx.xx.20N2-ci il tarixli 4/309 nömrəli arayışına istinad edilərək yazılmışdır. Həmçinin qərarda qeyd olunmuş “fərarilik etmiş” sözləri də SHXÇDX-nin qeyd olunan arayışında əks olunan İddiaçı müalicədən sonra hərbi hissəsinə qayıtmaması ifadəsinə əsasən yazılmışdır. Belə ki, Qarabağ Hərbi Prokurorluğu tərəfindən AR Bakı şəhəri Yasamal Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə ünvanlanmış N6/N982 saylı xx.xx.20N2-ci il tarixli məktubunda göstərilmişdir ki, N967-ci il təvəllüdlü İddiaçı. Rüstəm oğlunun barəsində Qarabağ hərbi prokurorluğunda araşdırma aparılmamış, cinayət işi istintaq edilməmişdir. Bununla da iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə ki, prosessual normanın tələbləri baxımından məcburetmə haqqında iddialarda inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-nin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.N-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı vəvəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti, iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.N967-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublıkasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5531/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5531/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver