Məhkəmə qərarları › İş №2-1(112)-5537/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5537/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5537/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) «dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş, 26 təqvim ili (güzəştli şərtlərlə isə 45 il) xidmət etmişdir. Xidmətinin 23 ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Lakin mənzillə təmin olunmaq hüququnun olmasına baxmayaraq, hərbi xidmət dövrü yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Həmin Fərmanda dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Həmin Fərmana əsasən o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün də kifayət qədər əsaslar mövcuddur. Belə ki, o, 23 il 02 ay 17 gün Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət etmişdir, 20 ildən çox qüsursuz xidmət etdiyinə görə xx.xx.2013-cü il tarixdə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur, ümumiyyətlə 7 medalla təltif olunmuşdur, hərbi xidmət dövrü heç vaxt yaşayış sahəsi ilə təmin edilməmişdir, himayəsində 2 uşağı var, Silahlı Qüvvələr veteranıdır, uzun müddət döyüş zonasında xidmət etmişdir, müharibə veteranıdır, 2-ci qrup Qarabağ müharibəsi əlilidir. 2020-ci ilin iyun ayında o, cavabdehə ərizə ilə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında) Azərbaycan Respublikası Prezidentinin 569 №-li xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə göstəriş verilməsini xahiş etmiş, lakin onun müraciətinə xx.xx.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, o, Gəncə Qarnizonunun Hərbi tribunalı tərəfindən xx.xx.1995-ci il tarixli hökmünə əsasən 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət etmiş, 20 il qüsursuz xidmət etməsini isə xx.xx.2013-cü il tarixli 087 t №-li əmrlə təltif edildiyi 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı sübut edir. Həmçinin o, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalı ilə təsdiq edilmişdir. Bu medalla Silahlı Qüvvələrdə 25 il və daha çox qüsursuz xidmət etmiş Azərbaycan Respublikasının hərbi qulluqçuları təltif olunurlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1993-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir və ümumi xidmət illəri 23 il təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alınarsa, iddiaçını bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Səbəb də odur ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226.1.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzanın şərti olaraq tətbiq edilməməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlər - İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçı iddia tələbində qeyd etdiyi medallarla təltif edilsə də, o, cinayət cəzasına məhkum edildiyi üçün xidməti qüsursuz hesab edilmir. Bu səbəbdən də müvafiq komissiyaya müraciət edilməmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 2226 saylı məktubda qeyd olunur: Sizin Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirirəm ki, X10 Hərbi Tribunalı tərəfindən cinayət məsuliyyətinə cəlb olunmusunuz. Odur ki, Sizin dövlət vəsaiti hesabına mənzillə təminatınız Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixil 569 nömrəli Fərmanının təsiri xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş M\V seriyalı 015317 nömrəli vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan iddiaçıya məxsus DSMF-nun Xətai rayon Şöbəsi tərəfindən verilmiş 030600 nömrəli vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı 2-ci qrup əlildir (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı Gəncə Qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 6 ay müddətində (həbs tarixi xx.xx.1995-ci il) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1996-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus EZ nömrəli ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2016-cı ilədək hərbi xidmət keçmiş, xx.xx.2016-cı ildə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə (həmin Əsasnamənin 164-cü maddəsinə əsasən) hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavininin 91 nömrəli xx.xx.2016-cı il tarilxi əmrinin surətindən görünür ki, polkovnik-leytenant İddiaçı Nazım oğlu, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş idarəsinin Döyüş X2 Qoşunların hazırlığı şöbəsinin baş zabiti, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2016-cı ıl tarixli 0152 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin «V» bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq (hərbi geyim formasını daşımaq hüququ verilməklə) ehtiyata buraxıldığına görə, xx xxxx 2016-cı il tarixdən Müdafiə Nazirliyinin Aparatının şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai Rayon idarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Döyüş hazırlığı və hərbi təhsil Baş idarəsinin arayış-təqdimatından görünür ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Döyüş X5 qoşunların hazırlığı şöbəsinin baş zabiti polkovnik-leytenant İddiaçı xx.xx.1970-ci il təvəllüdüü. Təhsili – 1993-cü il, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi. O, xx.xx.1987 - xx.xx.1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmətdədir. Dövlət Təltifləri: Silahlı Qüvvələrin 10 illiyi yubiley medalı xx.xx.2004, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal xx.xx.2006, Silahlı Qüvvələrin 90 illiyi yubiley medalı xx.xx.2008, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal xx.xx.2009, Silahlı Qüvvələrin 95 illiyi yubiley medalı və “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal xx.xx.2013, Silahlı Qüvvələrin veteranı medalı xx.xx.2016-cı il. Döyüş əməliyyatlarında iştirak etmişdir, xx.xx.1994-cü ildə yaralanmışdır. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2004-cü il tarixli 044t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» yubiley medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2008-ci il tarixli 0120t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubiley medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2013-cü il tarixli 099t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubiley medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2018-ci il tarixli 0171t nömrəli əmri ilə «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2016-cı il tarixli 0156t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2006-ci il tarixli 044t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2009-cı il tarixli 036t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2013-cü il tarixli 087t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı, «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı, «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı, «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin tələblərinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin tələblərinə əsasən isə “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər və “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. İş materiallarından görünür ki, iddiaçı həm 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə, həm də 10 təqvim ili, 15 təqvim ili və 20 təqvim ili qüsursuz hərbi xidmət keçdiyi üçün “Qüsursuz xidmətə görə” medalın hər üç dərəcəsi ilə təltif olunmuşdur. Adından və təltif edilmə şərtləri və qaydalarından görünür ki, bu təltiflər dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. İddiaçı Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır və bu hüquq qeyd olunan maddənin tələbinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş şəxslərə verilə bilər. İddiaçının da hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etməsi nəzərə alınmaqla ona bu hüquq verilmişdir. Qeyd olunanlar iddiaçının 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığını təsdiq edir və bu, onu «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verir, bu baxımdan həmin Fərman iddiaçıya da şamil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar