Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-554/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X10 iştirаkı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinə qarşı “mərhum öğlunun şəhidlik statusunun bərpa edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cаvаbdеh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə qarşı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mərhum oğlu X4 şəhidlik statusunun qeyri-qanuni olaraq dayandırıldığından şəhidlik statusunun bərpa edilməsi və şəhid adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2-1(83)-1908/2019 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsi ilə əvəz edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin № 2-1(083)-1908/2019 saylı 19.11.2019-cu il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanunun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırki iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsilə məhkəmənin icraatına verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu X7 torpaqların müdafiəsi üçün gedən döyüşlərdə erməni qəsibkarlarına qarşı döyüş tapşırıqlarını layiqincə yerinə yetirmiş, vətəninə xalqına layiqli əsgər olmuşdur. Mərhum oğlu X4 qulluq etdiyi hərbi hissə N saylı hərbi hissə olmuşdur. Həmin hərbi hissə Ağstafa rayon Soyuq Bulaq qəsəbəsində yerləşmişdir. Həmin hərbi hissədə qulluq edən istənilən hərbiçi region ərazisində yerləşən ön cəbhələrdə xidmət aparmışdır. Mərhum oğlu X7 31.08.1990-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən döyüş tapşırığında olarkən düşmən gülləsindən xəsarət alaraq dünyasını dəyişmiş və Şəhid olmuşdur. Hərbi hissənin idarə heyyəti və bir sıra dövlət nümayəndələri yaxından iştirak etmişlər və dəfn xərclərininin qismən olan hissəsini də özləri çəkmişlər. Həmin vaxtdan da, yəni 1990-cı ildən mərhum oğlu X5 şəhidlik statusu verilmiş, şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqüdünü uzun müddət almış. 1997-ci ildən bu günə kimi şəhidlik statusu ləğv edilmişdir. Lakin bu vaxta kimi müəyyən səbəblərdən məhkəməyə müraciət olmamışdır. O, onun haqqı olan Şəhid adını bərpa etmək istəyir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: İV-ЖГ № 276381 saylı 01 sentyabr 1990-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 21.08.1990-cı il tarixdə, 18 yaşında Qazax rayonunun, Soyuq- Bulaq qəsəbəsində ölmüşdür. N saylı Hərbi Hissə tərəfindən göndərilmiş 10.09.1990-cı il tarixli № 314 saylı xəbərdarlığın surətindən görünür ki, İddiaçı 1971-ci il təvəllüdlü kiçik serjant X11 vəzifə borcunu yerinə yetirərkən ölmüşdür. Azərbaycan Respublikası Hərbi Komissarlığının Nizami rayon Hərbi Komissarlığı tərəfindən 05.07.2000-ci il tarixli № 200 saylı arayışına əsasən, həqiqətən də X11 30.11.1989-cu il tarixdə Bakı şəhəri Nizami RHK tərəfindən Azərbaycan Respublikası silahlı qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanladığı 16.08.2019-cu il tarixli № M/2958 saylı imtina məktubunun surətindən görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiq qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü yarımbəndinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Aidiyyəti üzrə rayon icra hakimiyyətinə müraciət etməyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 1 ünvanlanaraq qeyd edilmişdir ki, İddiaçı mərhum oğlu X4 şəhidlik statusunun bərpa olunması ilə əlaqədar daxil olmuş sərəncama əsasən araşdırılma aparılmış, mərhumun atasının təqdim etdiyi sənədlərə əsasən məlum olmuşdur ki, Mustafayev (Məhəmməd) yox Şamil Ömər oğlu SHXÇDX-nin Ağstafa rayon şöbəsində hərbi qeydiyyatda olmamış və ona şəhidlik statusu onlar tərəfindən verilməmişdir. X2 Nizami rayon Hərbi Komissarlığında hərbi qeydiyyatda olmuşdur. X1 Nizami rayon Hərbi komissarlğıı tərəfindən şəhidlik statusu verilmiş və sonradan ləğv olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri ünvan 2 ünvanlanaraq qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin arxiv uçot sənədlərində 1971-ci il təvəllüdlü X11 30.11 1989-cu il tarixdə k-1500 komandası ilə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Lakin onun vəfat etməsinə, şəhidlik, statusunun verilməsinə və şəhidlik statusunun hansı səbəbə görə dayandırılmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində hər hansı sənədin olmaması qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən 25 fevral 2020-ci il № **********5 saylı məktub ünvanlanaraq qeyd edilmişdir ki, İddiaçı Şöbə tərəfindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ünvanlanmış 12.06.2020-ci il tarixli № 3118 saylı məktubunda qeyd edilmişdir ki, kiçik çavuş X11 SSRİ Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət keçərkən 01.08.1990-cı il tarixdə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Belə ki, hərbi hissənin 10.09.1990-cı il tarixli 314 nömrəli bildirişində mərhum Şamil Mustafayevin xidməti vəzifəsinin icrası zamanı hansı səbəb və şəraitdə həlak olması qeyd edilməsə də, keçmiş Nizami rayon hərbi komissarlığının 1993cü il tarixli 1/949 nömrəli arayışında onun, erməni quldur dəstələrinə qarşı döyüş əməliyyatlarında həlak olması və əsasverici sənəd kimi N saylı hərbi hissəsin bildirişi göstərilmişdir. Bu səbəbdən, məktubun icrası və qeyd olunan ziddiyyətlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti üzrə Xidmətin Bakı şəhər Nizami rayon idarəsinə müvafiq göstəriş verilmişdir. Xidmətin Aparatına təqdim edilən cavaba əsasən, 1971-ci il təvəllüdlü X11 SSRİ Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, lakin onun hərbi xidmət keçərkən həlak olması və ya vəfat etməsi, o cümlədən “şəhid” adının, ailəsinə “şəhid ailəsi” statusunun verilib-verilməməsi barədə Xidmətin Bakı şəhər Nizami rayon idarəsinin arxiv-uçot sənədlərində hər hansı bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçulara, o cümlədən mülki şəxslərə “şəhid” adının, ailələrinə "şəhid ailəsi” statusunun verilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalari'nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının tələblərinə əsasən tənzimlənir. Mövcud qanunvericilikdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçərkən həlak olmuş və ya vəfat etmiş şəxslərə “şəhid” adının, ailələrinə “şəhid ailəsi” statusunun verilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin 2-1(112)-554/2021 saylı qərardadı ilə iddiaçı 10.02.1942-ci il təvəllüdlü İddiaçı 6762 6121 0343 3247 bank kartının açılmasına əsas olan sənədlərin təsdiq edilmiş surətinin, bank kartı üzrə ödənişlərin və ödənişlərin təyinatı barədə ətraflı məlumatın Azərbaycan Beynəlxalq Bankından 5 (iş) günü müddətində tələb edilmişdir. Azərbaycan Beynəlxalq Bankının 04.05.2021-ci il tarixli № 268 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı "Sənaye" filialında vaxtı ilə (28.03.2007 ci ildən - 31.03.2013 cü ilədək) əmək haqqı kartı (K/N 6762********3287) ilə xidmət olmuş İddiaçı aid heç bir sənəd (bank kartının açılmasına əsas olan sənədlərin sürəti) aşkarlanmadı. Belə ki, 30.07.2013 tarixli Azərbaycan Respublikasını bank sistemində arxiv işinin aparılması haqqında təlimatın, Bank sisteminin strukturuna uyğun olaraq, 132-139 saylı maddələrinə əsasən saxlanma müddəti (5 il) başa çatmış sənədlər məhv edilməsi üçün ayrılır. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın görünür ki, iddiaçı mərhum oğlu X11 N saylı hərbi hissədə qulluq etdiyi zaman hərbi xidməti vəzifəsini yerinə yetirərkən 31.08.1990-cı il tarixdə düşmən gülləsindən xəsarət alaraq dünyasını dəyişdiyini, ona şəhidlik statusu verildiyini, lakin 1997-ci ildən şəhidlik statusunun ləğv edildiyini bildirir və şəhidlik statusunun bərpa edilməsini tələb edir. Lakin cavabdeh inzibati orqan 1971-ci il təvəllüdlü X11 SSRİ Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, lakin onun hərbi xidmət keçərkən həlak olması və ya vəfat etməsi, o cümlədən “şəhid” adının, ailəsinə “şəhid ailəsi” statusunun verilib-verilməməsi barədə Xidmətin Bakı şəhər Nizami rayon idarəsinin arxiv-uçot sənədlərində hər hansı bir məlumatın aşkar edilmədiyi bildirir. İş üzrə araşdırma apraraq Məhkəmə hesab edir ki, tələb əsassızdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əasən Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci maddəsinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. İddia tələbi şəhidlik statusunun bərpası olduğuna görə Məhkəmə ilk növbədə iddiaçının mərhum oğluna şəhidlik statusunun verilib-verilməməsini araşdırır. İş üzrə araşdırma aparmaq məqsədilə müvafiq qurumlara sorğular göndərilmiş, şəhid ailə üzvü kimi iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları tərəfindən vəsiqənin verilib-verilməməsi, şəhid ailəsi kimi güzəşt və imtiyazlardan istifadə edib-etməməsi, müvafiq təqaüdün (müavinətin) təyin olunub-olunmaması araşdırılmış, lakin sorğulara gələn cavablardan iddiaçının mərhum oğluna şəhidlik statusunun verilməsi, şəhid ailə üzvü kimi iddiaçının imtiyazlardanistifadə etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, bir halda ki, iddiaçının mərhum oğlu X8 şəhid statusuna malik olması, şəhid hesab edilməsi, daha sonra isə həmin statusun ləğv olunması öz təsdiqini tapmadığından, hazırki tələb- şəhidlik statusunun bərpası tələbi də əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-554/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-554/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver