Məhkəmə qərarları › İş №2-1(112)-5543/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5543/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5543/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədlərində uyğunsuzluğun aradan qaldırılması və dövlət qeydiyyatında düzəlişin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubunun əsassız və qanunsuz hesab edilməsi və hazırda qanuni mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsinin planı və ölçüsü sənədində cari düzəliş edilməklə uygunsuzlugun aradan qaldırılması və dövlət qeydiyyatında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** nömrəli, RX № 1069460, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən onun mülkiyyətindədir. Belə ki, qanuni mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə lazim olan sənədləri toplayıb məlumatlandırma icraatı qaydasında münasibət bildirilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə baxan Suraxanı Rayon İcra Hakimiyyəti ona ünvanladığı məktubunda bildirmişdir ki, ona məxsus torpaq sahəsinə dair DƏDRX-nin xx.xx.2017-ci il tarixli Çıxarışa və xx.xx.2017-ci il tarixli (A № 166008) torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən göstərilən torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına əsas olan ilkin torpaqayırma sənədlərin qanuniliyinə şübhə yarandığından məsələnin araşdırılması üçün aidiyyəti üzrə cavabdehə - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və Suraxanı RİH-a təqdim olunan ilkin hüquqmüəyyənedici sənədlərdə (sərəncam və cizgi aktında) göstərilən torpaq sahəsinin yerleşdiyi yer və torpaq sahəsinin konfiqurasiyası ilə təqdim olunan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi yer və torpaq sahəsinin konfiqurasiyası arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla bağlı araşdırma aparılması məqsədi ilə Suraxanı RİH tərəfindən müvafiq məktubla aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, alınmış xx.xx.2022-ci il tarixli **********16 nömrəli cavab məktubunda məsələ yerində (naturada) təkrar araşdırılarkən ilkin cizgidə göstərilən torpaq sahəsi planı və ölçü sənədində qeyd olunan sahədən təqribən 10-14 metr qərb istiqamətdə yerləşməli olduğunun müəyyən edildiyi və ilkin yerləşmə cizgisinə uyğun torpaq sahəsinin planı və ölçüsü sənədində cari düzəlişlərin aparılması üçün hüquq sahibinin cavabdeh idarəyə müraciət etməsinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir. Bundan sonra, o qanuni mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədində cari dəyişiklik edilməklə uyğusuzluğun aradan qaldırılması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh orqan müraciətə imtina məktubunda bildirmişdir ki, sözügedən ünvana texniki baxış keçirilmiş, arxiv məlumatlarına əsasən Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamı ilə X4ma Zığ qəsəbəsi ərazisində ayrılmış 0,04 ha torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-30087 saylı şəhadətnamənin elektron baza məlumatı ilə sərəncama əlavə edilmiş ilkin yerləşmə cizgisində işarələnmiş sahə arasında ciddi uyğunsuzluq olması səbəbindən planı və ölçüsü tərtibi zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi döngə nöqtələrinin koordinatlanına istinad olunmuşdur. Məsələ yerində (naturada) təkrar araşdırılarkən məlum olmuşdur ki, ilkin cizgidə göstərilən torpaq sahəsi planı və ölçü sənədində qeyd olunan sahədən qərb istiqamətdə yerləşməlidir. Həmin cizgidə olan sahə və bu sahədən bölünmüş torpaqlarla notarial qaydada təsdiq edilmiş bölgü sxemi ilə müraciət olunduğu təqdirdə işin icrasına qanunamüvafıq qaydada baxılacaqdır. Sözügedən torpaq sahəsinə dair verilmiş mülkiyyət sənədləri (dövlət reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi) məhz cavabdeh orqan tərəfindən tərtib edilmiş və təsdiq edilməklə ona təqdim edilmişdir. Lakin, hazırki halda cavabdeh dövlət reyestrində qeydiyyata aldığı hüquqi əhəmiyyətli mülkiyyət sənədlərində uyğunsuzluq aşkar edir. Məlum olduğu kimi, cavabdeh orqanın məqsədi hüququ pozulmuş vətəndaşa kömək edib problemi həll etmək deyil, əksinə işi daha da çətinə salıb süründürməçilik yaratmaqdır. Cavabdehin imtina məktubunda istinad etdiyi hallar qanuni mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədində cari dəyişiklik edilməsindən və uyğunsuzluğun aradan qaldırılmasından imtina üçün əsas ola bilməz. Lakin, cavabdeh heç bir hüquqi əsas olmadan, yalnız öz mülahizəsinə görə əsassız və qanunsuz olaraq imtina etmişdir. Sözügedən 0.04 ha torpaq sahəsi ondan əvvəlki şəxsin mülkiyyətinə verilən zaman, eləcədə sonradan bölünməklə 0.02 ha hissəsi onun mülkiyyətinə keçən zaman cavabdeh orqanın əməkdaşları tərəfindən həmin əraziyə təkrar baxış keçirilmiş və həmin torpaq sahəsinin koordinatları, kadastr plan ölçüləri, faktiki yerləşmə yeri barədə məlumatlar GPS cihazı vasitəsi dəqiq yoxlanıldıqdan sonra bu barədə müsbət rəy verilmişdir. Məhz aparılan bu yoxlamadan sonra cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ona ********** nömrəli, RX № 1069460, xx.xx.2017-ci il tarixli Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi (texniki pasportu) verilmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında qeyd etmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq **********61 xaricolma nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin ilkin olaraq qeydiyyatına əsas olmuş X3 Zığ qəsəbəsi ərazisində ayrılmış 0,04 ha torpaq sahəsinə dair Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamına əlavə edilmiş yerləşmə cizgisində işarələnmiş sahə ilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş xx.xx.2006-cı il tarixli, JN-30087 saylı şəhadətnamənin elektron baza məlumatı arasında ciddi uyğunsuzluq olduğundan planı və ölçüsünün tərtibi zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi döngə nöqtələrinin koordinatlarına istinad olunmuşdur. Məsələ yerində (naturada) təkrar araşdırılarkən məlum olmuşdur ki, ilkin cizgidə göstərilən torpaq sahəsi planı və ölçü sənədində qeyd olunan sahədən qərb istiqamətdə yerləşməlidir. Odur ki, həmin hissədə mövcud hasar və yaşayış evi nəzərə alınmaqla cizgidə olan sahə və bu sahədən bölünmüş torpaqlarla notarial qaydada təsdiq edilmiş bölgü sxemi ilə müraciət olunacağı təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxılacağı ilə bağlı **********61 nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı tərəfindən bölgü sxeminin tərtibi ilə bağlı xx.xx.20203-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət edilmişdir. Ərizənin icrası ilə əlaqədar idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilərkən məlum olmuşdur ki, bölgüsü sxemi tərtib edilməsi nəzərdə tutulmuş qonşu sahənin sənədləri iddiaçının torpaq sahəsinin qərbindən 17-23 metr aralıda yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, iddia ərizəsinə əsasən iddiaçının tələbi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsinin planı və ölçüsü sənədində cari düzəliş edilməklə uygunsuzlugun aradan qaldırılması və dövlət qeydiyyatında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1745/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsinin planı və ölçüsü sənədində cari düzəliş edilməklə uyğunsuzluğun aradan qaldırılması və dövlət qeydiyyatında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qərarında göstərmişdir ki, “...Hazırki iş üzrə iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin koordinatlarının dəyişdirilməsini tələb edərək, onun Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ilkin yerləşmə cizgisinə uyğunlaşdırmasını xahiş etmişdir. Məhkəmə tərəfindən uyğunsuzluğun olub-olmaması və nədən ibarət olmasının müəyyən etmək üçün mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli **********43 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, İddiaçı adına verilmiş A№-166008 saylı plan və ölçü sənədi Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamı ilə X3 ayrılmış 0.04 ha torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-30087 saylı şəhadətnaməsi əsasında verilmişdir. Şəhadətnamənin eleketron baza məlumatları ilə sərəncama əlavə edilmiş yerləşmə cizgisindəki sahə arasında ciddi uyğunsuzluq olması səbəbindən plan və ölçü tərtibi zamanı keçmiş DTXK-nın təqdir, etdiyi döngə nöqtələrinin koordinatlarına istinad olunmuşdur, ilkin cizgidə göstərilən torpaq sahəsi plan və ölçü sənədində qeyd olunan sahədən təqribən 10-14 metr qərb istiqamətdə yerləşməlidir. X3 ayrılmış torpaq sahəsinə dair ilkin cizgidəki sahə xx.xx.2006-cı ildə tərtib edilmiş JN-30087 saylı şəhadətnamənin elektron baza məlumatı arasında 200 metr fərq mövcuddur. Şərti sərhədlərlə göstərilmiş torpaq sahəsi faktiki olaraq 200,0 kv.m təşkil edir. Torpaq sahəsinin fiziki sərhədləri olmadığından sənəd üzrə faktiki sahə arasında olan uyğunsuzluğun araşdırılması mümkün olmamışdır. Bununla yanaşı, işdə olan ilkin hüquq sahibi olmuş X3 aid sənədlərdən göründüyü kimi Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamı ilə ona Zığ qəsəbəsinin qərb hissəsində 0,04 ha torpaq sahəsi ayrılmışdır. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı müavini C.İsmayılovun təsdiq etdiyi xx.xx.2005-ci il tarixli aktla Zığ qəsəbə İHB-nın nümayəndəsi B.Abbasovanın iştirakı ilə torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünü aparmışlar və torpaq sahəsi X3 təhvil verilmişdir. Daha sonra DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 30087D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamına əsasən Mirzəyeva (Quliyeva) Məhbubə Fazil qızına Zığ qəsəbəsi ərazisində ayrılmış 0,04 ha torpaq sahəsi adına dövlət qeydiyyatına alınmışdır. Sonradan həmin torpaq sahəsi müxtəlif şəxslərə satılmış və nəticə etibarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Lakin DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 30087D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırda etibarlı və mötəbər sənəd sənəd olmaqla nə ilkin hüquq sahibi, nədə ki, sonrakı mülkiyyətçilər, o cümlədən iddiaçı tərəfindən mübahisləndirilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları qeydiyyata alınaraq, koordinatlarının müəyyən edilməsi zamanı heç bir səhvə yol verilməmiş, torpaq sahəsinin plan və ölçüsü mötəbər sənəd olan həmin dövrdə səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-30087 saylı şəhadətnaməsi əsasında tərtib edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır.” İşdən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1745/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Belə olan halda, yuxarıda sadalananlardan aydın olur ki, iddiaçı daha əvvəl eyni tələblə məhkəməyə müraciət etmiş, iddiaçının həmin məzmunda iddiası təmin olunmamışdır. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhz qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya daha əvvəl baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə mübahisə predmeti ola və baxıla bilməz. Məhkəmə onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Hazırkı iş üzrə istinad olunan normadakı hallardan hər hansı birinin mövcud olması və iddiaçının bununla bağlı cavabdehə təkrar müraciət etməsi də müəyyən olunmur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar