Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-555/2023 12.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X10, Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X15) “qeydiyyat yazısının ləğvi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “10 saylı DNK tərəfindən təsdiq edilmiş, xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1974-cü il tarixdə X8 adına qeydiyyatdan keçmiş ünvan 4 saylı yaşayış evinin məhv olmasının təsdiqlənməsi və həmin evin tam məhv olması ilə əlaqədar onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Bayramov Bəyməmməd ünvan 1 ünvanında yerləşən evi rəsmi alqı-satqı tarixindən - 1974-cü ildən təxminən üç il əvvəl X6 almışdır. Öz aralarında razılaşdıqları pulu faktiki olaraq evin sahibinə - X11 ödəmişdir. X4 hələ 18 yaşı yox idi. Həmin vaxt özü 1-ci sinfə yenicə gedirdi. Qeyd edilən ünvanda iki ev biri yanmış, dağılmış vəziyyətdə, digəri isə onun təxminən üç metrliyində yerləşmiş qırmızı kərpicdən tikilmiş şüşəbəndli ev mövcud idi. Bu evlərin olduğu həyətə yol tərəfdən hasarı və yalnız bir giriş taxta qapısı var idi. Hazırkı vaxta qədər də yerindədir. Taxta qapıdan mübahisəli ünvana girəndə sol tərəfdə dağılmış ev və qırmızı kərpicli ev yerləşirdi. Həmin evlər təxminən 6 sot torpaq sahəsində yerləşirdi və bu torpaq sahəsi sağ tərəf geniş boş torpaq sahəsindən aradan çəkilmiş besedka ilə ayrılırdı. Atasının aldığı evin damı - üst örtüyü çökmüşdü, evin divarları qara daşdan şirə palçıqla tikilmişdi, külək, yağış, qar altında qaldıqca dağılırdı. Həmin dağılmış evin divarlarından qalan hissəsini elə Əli Abbas kişi evin rəsmi alqı-satqısı tarixindən əvvəl sökdürmüşdü, daşlarının çoxunu qonşular daşıyıb aparmışdı. Evi satan Əliabbas Əliyevin özü dağılıb məhv olmuş evin yanında qırmızı kərpicdən tikilmiş evdə qarşı tərəfi şüşəbənd olan kiçik ölçülü bir otaqlı evdə tək yaşayırdı, yaşlı və xəstə idi. Oğlu həbsxanada idi, başqa yaşayış yeri və qulluq edəni də yox idi. Atası ilə razılaşmışdı ki, ömrünün axırına qədər qırmızı kərpicli evdə qalıb yaşasın və bunun da əvəzi olaraq evin həyətyanı torpaq sahəsindən atası istifadə etsin, o öləndən sonra da torpaq qalsın. Həmin ünvanı almaqda atasının da məqsədi orada yaşamaqla bərabər əsasən heyvandarlıqla məşğul olmaq olmuşdur. Atası ilə Əli Abbas razılaşdıqları kimi də hərəkət etdilər. Xəstə olan Əli Abbasa atası və anası qulluq göstərirdilər. Ağır xəstəliyinin son günlərində oğlu gəlib onu aparmışdır. Sovetlər dövründə məhdudiyyətlərlə əlaqədar atası öz adına ev olduğu üçün Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 ünvanını öz adına yox, mərhum qardaşı Atif Babayevin adına sənədləşdirmışdır. Lakin atası çox çalışsa da, ev dağılmış vəziyyətdə olduğundan, qırmızı kərpicli ev də şəraitsiz olduğundan, indiki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsi qardaşı Atifin adına yeni plan - sxem - hüquqverən sənəd hazırlada bilmədi. Atası mübahisəli Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 ünvanı üzrə yalnız ev dəftəri açdıra bildi və oğlanlarını həmin ünvana ev dəftəri üzrə pasport qeydiyyatına aldırdı. Qardaşları mübahisəli ünvanda pasport qeydiyyatına alınsalar da, həmin ünvanda yaşamayıblar, onların mübahisəli ünvanda qeydiyyatı formal xarakter daşımışdır. Mübahisəli ünvan üzrə ev dəftəri yanmış evin yanındakı qırmızı kərpicli evə açılmışdır. Mübahisəli ünvan qardaşı Atif Babayevin adına sənədləşdirildiyindən, həmin ünvan üzrə də kommunal xidmətlər üçün haqlar atası ilə onun tərəfindən ödənilmiş və bu barədə müvafiq sənədlər qardaşı Atifin adına tərtib edilməkdə davam etmişdir. Yəni Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 adlanan ünvanı qardaşı Atifin adı ilə idarə etmişlər. Atif Babayev ümumiyyətlə heç bir vaxt mübahisəli ünvanda yaşamayıb. Mübahisəli ev rəsmi alqı-satqı tarixində - 1974-cü ildə Atifin 18 yaşı yenicə tamam olmuşdu. Atif, özü və digər bacı-qardaşları valideynləri ilə birlikdə atası Bəyməmməd Babayevə məxsus Bülbülə qəsəbəsi Kəndçi (keçmiş Kristyanski) küçəsi, dalan 3, ev 3-də yaşamışlar. Bu ata evindən hərbi xidmətə gedən Atif Babayev hərbi xidmətdən ata evinə qayıtdıqdan bir-iki aydan sonra gözlənilmədən evdən çıxıb getdi. Axtarış zamanı öyrənmişdir ki, qardaşı Atif Babayev özündən yaşça çox böyük, boşanmış, iki oğul anası olan X15 ilə birlikdə Bakıxanov qəsəbəsindəki evində yaşayır və ailə qurublar. Valideynləri Atifin bu hərəkətinə çox sarsılmışdılar. Qardaşı Atif bir daha evə qayıtmayaraq Ədilə Məmmədovanın evində yaşamaqda davam etdi. Onların nikahdan üç uşağı var. Atifin adına alınmış ev dağılıb məhv olmuşdu. Atası onun yerində ev tikmək üçün geniş ölçüdə bünövrə qazdı və yanmış evin qara daşlarından qalanları həmin özülə-bünövrəyə verildi və üstündən də mişar daşı ilə kürsü tikildi. Atası Atifin adına aldığı evin yerində yeni bir ev tikmək xeyir verməyəcək deyə orada ev tikməkdən daşındı və bünövrə hissəni torpaqla doldurub həmin hissədə tərəvəz əkib-becərdi. Oradakı ağacları da sonradan özü əkmişdir. Məhv olmuş evin yeri bu günə qədər də boş qalmaqdadır. Mübahisəli ünvana giriş taxta qapıdan sağ tərəfdə, məhv olmuş evdən təxminən 25-30 metr aralıda boş torpaq sahəsini zibillikdən təmizləyərək hasara alıb istifadədəki torpağa qataraq orada 1987-ci ildən başlayaraq atasının köməkliyi ilə imkan olduqca özünə tikintisinə icazə almadan 6 otaqlı ev tikməyə başladı. 1993-cü ildə 4 otaqlı evin iki otağın iç təmir işlərini başa çatdırmışdır. Bu yaşadığı dövrdə də qalan və əlavə otaqların tikinti-təmir işlərini aparmışdır. Arvadı Nigarın köçdüyü otaqları oğlu Nəcməddinə vermişlər. Evin qarşı tərəfinə bitişik əlavə otaqlar da tikmişlər, giriş hissə və mətbəxt əlavə etmişlər. Orada Nigarla özü və digər oğlu birlikdə yaşayırlar. Bu yaşadığı fərdi yaşayış evinin həyətinə yol tərəfdən yeni giriş dəmir darvaza qoymuşlar. Öz vəsaiti ilə tikdiyi fərdi evdə arvadı Nigarla birlikdə uzun müddətdir ki, təsərrüfat aparmaqla yaşayırlar. Uşaqları Nəcməddin və Səbrəddin bu evdə doğulubböyüyüblər. Başqa yaşayış sahələri yoxdur. Mübahisəli ünvandakı mal tövləsi və ot çardağı və digər yardımçı tikililər atası ilə onun vəsaiti əsasında tikilmişdir. Arvadı Nigar mübahisəli ünvanda 1994-cü ildən daimi pasport qeydiyyatında olmaqla hazırkı vaxta qədər də onunla birlikdə tikdiyi fərdi evdə uşaqları ilə birlikdə yaşayırlar. Uşaqları da mübahisəli ünvanda daimi pasport qeydiyyatındadırlar. Həmçinin ailə üzvləri mübahisəli ünvanda Ədilə Məmmədovanın məhkəməyə verdiyi məlumatda olduğu kimi kirayəşin və ya müvəqqəti yaşayan yox, daimi yaşayan şəxslərdir. Mübahisəli ünvanda ailə üzvləri ilə qeydiyyatda olduğu barədə Bülbülə qəsəbəsi İƏD üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışını Suraxanı Rayon Məhkəməsinə təqdim etmiş və bu arayışı Bakı İnzibati Məhkəməsinə də təqdim edəcək. Evi özbaşına tikili olduğu üçün ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış əldə etməmişdir. Qardaşı Atif hərbiçi - gizir idi. O, 1996-cı ildə cəbhədən xəstə vəziyyətdə Ədilə Məmmədovanın mənzilinə qayıtmış, ürəkdamar xəstəsi idi. Artıq Ədilə və uşaqları xəstə və müflis vəziyyətə olan Atifə qulluq etmirdilər. Mübahisələri olmuş və Atif ailəsini tərk edərək müxtəlif ünvanlarda qalmış, sonradan isə Bül-Bülə qəsəbəsi 1-ci Mədən ərazisində 2m x 3m ölçüdə köşkdə qalmaqla orada onunla satış fəaliyyəti ilə məşğul olurdu. Atif xəstə olduğu üçün mağazanın ağır işlərini özü görürdü. X25 qovdu, paltarlarını isə çoxdan yandırdığını dedi. Bundan sonra da Atif ölənə qədər xəstəxanalarda, dəmir köşkdə qaldı. Ona qaldığı köşkdə və xəstəxanalarda bacısı, xalası, özü və qardaşı Vüqar qulluq etmişlər. Ədilə və uşaqları qardaşı Atiflə maraqlanmayıblar. Axrıncı dəfə X1raq iki ay idi ki, müalicə olunurdu. Həmin Sanatoriyada xx.xx.2000-ci il tarixdə vəfat etdi. Ədilə öz ərinin meyitinə belə sahib çıxmadı. Atifin bütün yas mərasimləri atasının təşkilatçılığı ilə verilmiş və qəbrin üstü sinə, baş daşı atasının və bacısının pul vəsaiti hesabına götürülmüşdür. Buna Bülbülə qəsəbə sakinləri şahiddirlər. Ədilə və uşaqları dəfn mərasimində iştirak etməyiblər. Atifin qəbrinin yerini onun ölümündən təxminən 19 il sonra “miras əmlak” axtarışı zamanı qəbirstanlıqda işləyən molladan öyrəniblər. Atifın ölümündən təxminən 6-7 il sonra, Ədilə Məmmədova dövlət reyestr xidmətinin işçilərini - mütəxəssislərinin vasitəsi ilə mübahisəli ünvanın yerini tanıyan sakinlərdən öyrəndikdən sonra həmin xidmətin işçilərini yaşadığı mübahisəli ünvana gətirmişdir ki, burada onun ərindən miras ev qalıb. Mütəxəssislərə dedi ki, bu ünvanda qardaşı Atifdən miras qalmış hər hansı bir əmlak-torpaq sahəsi və tikili varsa, ilk növbədə atasının və onun mülkiyyətinə verilərdi. Çünki bu ünvan yalnız atasının və onun faktiki sahibliyində olmuşdur. Həmin mütəxəssislər əllərində Əliabbas Əliyevin adına olan texniki pasportla (plan-sxemlə) gəlmişdilər və cihazla yoxlayaraq məhv olmuş evin yerini göstərib dedilər ki, burada ev olub, o da məhv olub və yanındakı qırmızı kərpicdən olan ev qanunsuz və şəraitsizdir. Fərdi evin isə təzə özbaşına tikili olduğunu, onun Atifə və ya Əli Abbas adlı şəxsə heç bir aidiyyətı olmadığını, mübahisəli ünvanda Atifın mülkiyyətində torpaq sahəsi də mövcud olmadığını, texniki pasportun evi satan Əli Abbas adlı şəxsin adına olduğunu deyərək qardaşı Atifın adına plan-sxem və digər sənədlər hazırlanmasından imtina edərək narahatçılığa görə üzr istəyərək Ədilə Məmmədova ilə birlikdə çıxıb getdilər. X15 mirası faktiki qəbul etmədiyi halda ərinin ölümündən 19 il sonra (2019-cu ildə) mirasın qəbulu üçün “Asan-4” Xidmət Mərkəzində yerləşən notariat kontoruna müraciət etmişdir. Lakin, mirasın faktiki qəbulu ilə bağlı sübut təqdim edə bilmədiyindən notariat kontoru xx.xx.2019-cu il tarixli, 1530 saylı cavab məktubu ilə ona vərəsəlik şəhadətnaməsi verilməsinə imtina etmiş və bildirilmişdir ki, mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət edilməlidir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu maddəsində nəzərdə tutulmuş, mirasın faktiki qəbulu ilə bağlı hərəkətlərin X15 tərəfindən edildiyi təsdiq edilmir. 4 saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi mirasın faktiki qəbulu ilə bağlı sübut təqdim edə bilmədiyi ilə əlaqədar ərizəçi Ədilə Məmmədovaya vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etməkdə haqlı olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5226/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizəçi X9 mirasın faktiki qəbulu ilə bağlı ərizəsi təmin edilərək Suraxanı rayonu Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 ünvanında yerləşən fərdi yaşayış evi X15 tərəfindən miras əmlak olaraq qəbul edilmiş sayılması qət olunmuş və Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 ünvanında qalmış fərdi yaşayış evinə dair X9 adına vərəsəlik şəhadətnaməsinin verilməsi “Asan-4” Xidmət Mərkəzində yerləşən notariat kontoruna hüquqmüəyyənedici və texniki sənədlərin verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Belə bir qətnamə əldə etdikdən sonra Məmmədova Ədilə ona qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dir iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Ədilə Məmmədovanın ərizəsinə dair işə xüsusi icraat qaydasında baxıldığına görə də həmin işdə iştirak etməyə cəlb edilməmiş, işə onun iştirakı təmin edilmədən baxılmışdır. Qətnamədə istinad edilən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı fərdi yaşayış evi 10 saylı DNK-nin xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X5 adına Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. 46 il bundan əvvəl, yəni 1974-cü ildə alqı-satqı müqaviləsinə əsasən reyestr xidmətində qeydiyyatdan keçmiş miras əmlakın tərkibi müəyyən edilmədən qətnamə çıxarılmışdır. Miras qalmış yaşayış evində faktiki yaşama, müvəqqəti və ya daimi yaşama, qeydiyyatda olma halı müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış-sənəd əsasında təsdiq oluna bilərdi. Mirasın tərkibinə yaşayış evi daxildirsə, onun yeri, ümumi sahəsi - yaşayış və yardımçı sahələri, yaşayış otaqlarının sayı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş müvafiq hüquqverən sənədlərlə-fərdi yaşayış evinə dair texniki pasportla təsdiq oluna bilərdi. O cümlədən mirasın qəbulu üçün müəyyən olunmuş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınması mötəbər sübutla - müqavilə və digər rəsmi sənədlə təsdiq oluna bilər. Belə mötəbər sübutlar, eyni zamanda Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində nəzərdə tutulmuş sənədlər iş materiallarında olmadan, təqdim edilmədən və ya tələb edilmədən, yerində müayinə belə keçirilmədən işə baxan məhkəmə qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını nədənsə ərizəçinin, onun qızlarının, öyrədilmiş şahidlərin yanlış məlumatları ilə təsdiq edərək qətnamə çıxarmışdır. Heç olmazsa, məhkəmə tərəfindən yerində müayinə keçirilmiş olsaydı, işin həqiqi halları, mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu yerindəcə müəyyən edilərdi. Onun işə cəlb edilməyi ilə işin həqiqi halları, ərizəçinin, şahidlərin məlumatlarının yalan olduğu və bununla bağlı mötəbər sübutlar üzə çıxardı. Mərhum qardaşı Atifin adına mübahisəli evə dair texniki pasport haqqında məlumat reyestr xidmətinin arxivində aşkar edilməsə də, Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 ünvanındakı fərdi yaşayış evini Atif Babayevə satmış mülkiyyətçi Əliabbas Əliyevin adına onun satdığı evin texniki pasportunda həmin evin yeri, ölçüləri, texniki göstəriciləri nəzərdə tutulmuşdur. Hər bir halda həmin sənədlə yerində baxış keçirməklə miras əmlakın tərkibi müəyyən edilə bilər. Məhv olmuş evin və ya qırmızı kərpicli evin (bu qırmızı kərpicli ev son bir neçə ildir ki, şəraitsiz, uçuq, məhv olmuş vəziyyətdə yerindədir), yoxsa 1987-ci ildən atası ilə tikintisinə başlamaqla tikib-təmir edərək 1993-cü ildən ailə üzvləri ilə birlikdə faktiki daimi yaşadığı evin dövlət reyestrində qardaşı Atifin adına qeydiyyatdan keçmiş ev olub-olmadıgı məlum olacaq. Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı ünvanda 10 saylı DNK-nin xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmetinin hansı fərdi yaşayış evi olduğunun müəyyən edilməsi zəruriliyi işin mahiyyətindən irəli gəlir. Çünki mübahisəli ünvanda yaşayış üçün yeganə şəraitli ev yalnız 1987-ci ildən atası ilə tikintisinə başlamaqla tikib-təmir edərək ailə üzvləri ilə yaşadığı evdir. İddiaçı X12 10 saylı DNK-nin xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmeti olmuş Bakı şəhəri Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı fərdi yaşayış evinin tam məhv olması ilə əlaqədar onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi və X8 həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun itirilməsi tələbi barədə qarşılıqlı iddia vermişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2392/2020 nömrəli, 21 iyul 2020-ci il tarixli qərardadı ilə həmin qarşılıqlı iddia icraata qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5226/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsində olan mülki iş icraatdadır. Suraxanı Rayon Məhkəməsində 2(010)-2392/2020 nömrəli işə baxılıb həll edilənə qədər Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6100/2020 saylı mülki işin icraatı dayandırılmışdır. İddiaçı Ədilə Məmmədova işə baxılması nəticəsində aşkar ifşa olunacağını bilərək verdiyi iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə verdi. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Ədilə Məmmədovanın evə köçürülmə tələbi barədə ərizəsi baxılmamış saxlanıldı, sənədləri geri qaytarıldı. Ancaq, o, bu qərardadla razılaşmayaraq işə baxılmasının davam etdirilməsini, işin həqiqi halları üzrə qətnamə çıxarılması, mübahisəyə son qoyulması üçün qərardaddan şikayət verdi. Lakin Bakı Apellyasiya Məhkəməsi qərardadı dəyişdirilmədən saxladı. Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı ilə onun Ədilə Məmmədovaya qarşı məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvinə dair tələbi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilmiş və ona qeyd olunan tələblə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli olduğu izah edilməsi qərara alınmışdır. Bu qərardaddan da şikayət verdi. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə istinad etməklə yuxarıda göstərilən qərardadları qəbul etmişlər. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa, və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Mərhum qardaşı Atif Babayevin adına qeydiyyata alınmış Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov (keçmiş Pravda) küçəsi döngə 6, 8 saylı yaşayış evi göstərdiyi kimi tam məhf olub və bunun nəticəsində onun qeydiyyatı hər cür mənasını itirsə də hazırda X15 mübahisəli evin qeydiyyatının ərinin, qardaşım Atifın adına olduğuna istinad etərək həmin evin tərəfindən miras əmlak olaraq qəbul edilmiş sayılması barədə Suraxanı Rayon Məhkəməsində 2(010)-5226/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə çıxarılmasına nail olmuşdur. X19 Rayon Məhkəməsinin 2(010)-5226/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini əsas gətirməklə mübahisəli ünvanda ailə üzvləri ilə yaşadığı, ümumiyyətlə 1974-cü ildə alqısatqı dövründə mövcud olmamış, sonradan atasının və onun pul vəsaiti ilə 1987-ci ildən etibarən tikilmiş müasir təmirli-şəraitli fərdi yaşayış evini ələ keşirmək niyyəti ilə məhkəməyə yanlış məlumatlarla müraciət etmişdir. Mübahisəli ünvanda yaşayış üçün yeganə şəraitli ev yalnız 1987-ci ildən atası ilə tikintisinə başlamaqla tikib -təmir edərək ailə üzvləri ilə yaşadığı evdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-5226\2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin qüvvəyə minib icra edilməsi mübahisəli ünvandakı yeganə yaşayış evi olan, 1987-ci ildən etibarən tikilmiş, ailə üzvləri ilə yaşadığı evin və torpaq sahəsinin qanunsuz ələ keçirilməsi deməkdir. Odur ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 10 saylı DNK tərəfindən təsdiq edilmiş, xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1974-cü ildə X8 adına qeydiyyatdan keçmiş ünvan 4 saylı yaşayış evinin məhv olmasını təsdiqləməyi və həmin evin tam məhv olması ilə əlaqədar onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsini təmin etməyi xahiş etmişdir. Müraciəti ilə bağlı 30 noyabr 2021-ci il tarixdə poçt vasitəsi ilə ona verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış **********91 saylı xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya qeyd olunan əmlaka dair vərəsəlik rəsmiləşdirildikdən sonra vərəsələrdən birinin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğv edilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizəsi əsasında ləğv edilə bilər. xx.xx.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinin onda olan surətindən görünür ki, qardaşı Atifə satılaraq onun adına qeydiyyata alınmış ev iki otaqlı olmaqla yaşayış sahəsi 13,0 kv.m, yardımçı sahəsi 16,80 kv.m-dən ibarət olmuş və 6 sot torpaq sahəsində yerləşmişdir. Evin alqı-satqısına dair notariat işinin materiallarını və digər mötəbər sübutları məhkəməyə təqdim edəcək. Suraxanı Rayon Məhkəməsində onun qarşılıqlı iddiasına baxılan zaman uzun müddətdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli evin Əliabbas Əliyevin adına olan texniki pasportları məhkəməyə təqdim edilmişdir. Bunu 2021-ci ildə bilib, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verdiyi vaxtda, təqribi olaraq, protokola qeydlər verdiyi vaxtda texniki pasportdakı kartoçkanın surətini məhkəmədə əldə etmişdir. Həmin kartoçka ilə xx.xx.1959-cu il tarixli akta əsasən Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov (keçmiş Pravda) küçəsi döngə 6, 8 saylı yaşayış evinin qəzalı vəziyyətdə olduğu müəyyən olunur. İddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək bildirmişdir ki, mübahisəli ünvana yerində baxış keçirildiyi təqdirdə iddianın dəlillərinin təsdiq olunacağı mübahisələndirilən evin yerində mövcud olmadığı müəyyən ediləcəyi aşkardır. Məhz bu baxımdan da iddia ərizəsi məhkəmənin icraatına qəbul edildiyi vaxtdan - xx.xx.2021-ci il tarixdən etibarən uzun müddət ərzində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ədilə Məmmədovanın xeyrinə olaraq mübahisəli ünvana dair X29 adına olan 1962-ci il və 1963-cü il tarixli Texniki pasportlar məhkəməyə təqdim edilmirdi. Bu hal, o cümlədən də mübahisəli ünvana guya tərəfindən maneələr yaradılması barədə məhkəməyə verilmiş məlumatların ağ yalan olduğu həm də onunla təsdiqini tapır ki, məhkəmənin tapşırığı əsasında Dövlət Reyestr Xidmətinin mütəxəssisi heç bir maneə olmadan gələrək yaşadığı mübahisəli ünvana baxış keçirmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktını tərtib etmişdir.Həmin baxış X28 Xidmətinin nümayəndəsi tərəfindən məhkəmə iclasında hakimə təqdim olunmuş, işə baxan hakim tərəfindən də Akt elan edilmiş və Aktın surəti elə məhkəmə iclasında vəkili tərəfindən götürülmüşdür. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktında qeyd edilmişdir - “Texniki baxış zamanı məlum oldu ki, ərazidə yaşayan İddiaçı köhnə ev həyətin tin nöqtəsindəydi və sənədlə 6 sot torpaqda yerləşirdi, lakin şərti olaraq həmin vətəndaşın göstərdiyi yerdə heç bir tikili yoxdur. Sözügedən ünvana aid MQS arxiv texniki pasportu aşkar olunmadı, yalnız vətəndaşın vəkilində cizgilər mövcuddur. İdarəyə rəsmi həmin texniki pasport təqdim edilməyib. Ərazidə digər köhnə tikili var. Həmin tikili qəzalı vəziyyətdədir və ümumi sahəsi 18.8 kv.mh-2.2.m (vətəndaş bildirir ki, həmin qəzalı olan tikili yardımçı sahə kimi əvvəl istifadə olunurdu). Nəticə - ətraflı baş planda. Ümumi 0.1936 ha sahədə 1 mərtəbəli ev inşa edilib. Baş planda göstərdiyi və qəzalı vəziyyətdə olan tikili kərpicdən inşa olunub”. Mütəxəssis aktından da görünür ki, Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 ünvanında yalnız 1 mərtəbəli fərdi yaşayış evi var. Həmin ev də 1987-ci ildən atası ilə tikintisinə başlamaqla tikib-təmir edərək 1993-cü ildən ailə üzvləri ilə birlikdə faktiki daimi yaşadığı evdir. Bundan başqa, kərpicdən inşa edilmiş tikili də var ki, o da atası tərəfindən inşa edilmişdi, köməkçi tikili kimi istifadə olunurdu. Hazırda da qəzalı vəziyyətdə olmaqla yararsız vəziyyətdədir. Sonrakı məhkəmə iclasında məlum oldu ki, sözügedən mütəxəssis X28 Xidmətinin məktubu olmadığı səbəbindən iş materiallarına əlavə edilməmişdir. Hansı ki, həmin mütəxəssis aktı məhkəmə iclasında hakim tərəfindən elan olunmuşdu. Mübahisəli ünvana aid texniki pasportu Dövlət Reyestr Xidməti təqdim etmədiyindən, həmin Xidmətin mütəxəssisi texniki pasportdakı göstəricilər əsasında mübahisəli ünvana baxış keçirə bilməmişdir. İş hakim Pərviz Hüseynovun icraatında oldugu vaxtda iddiaçı tərəfin vəsatəti əsasında mübahisəli evin X29 adına olan 1962-ci il və 1963-cü il tarixli Texniki pasportları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi hakim tərəfindən təmin edildi. Növbəti məhkəmə iclasında da xx.xx.1974-cü il tarixdə X8 adına qeydiyyatdan keçmiş evin ünvan 4 ünvanında mövcud olub - olmadığını müəyyən etmək üçün mübahisəli ünvanda X29 adına olan 1962-ci il və 1963-cü il tarixli Texniki pasportlara uyğun yerində müayinə-baxış aparılmaqla mütəxəssis rəyi verilməsi barədə iddiaçı tərəfin vəsatəti hakim tərəfindən təmin olundu. Bundan sonra mütəxəssis rəyinin verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubla hakimə bildirildi ki, Azərbaycan Respublikasının Tarif (qiymət) şurasının 04 yanvar 2021-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı va texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri"nin Xlll bəndində torpaqkadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsinə görə xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, Tarif şurasinin Xlll bəndinə uyğun olaraq nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. İddiaçı tərəfindən 95 manat pul vəsaiti cavabdeh tərəfin hesabına köçürüldükdən sonra cavabdeh tərəf mübahisəli ünvanda yerində baxış keçirmədi, X29 adına olan 1962-ci il və 1963-cü il tarixli Texniki pasportlar əsasında mütəxəssis rəyi verilmədi və yalnız Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktının adını mütəxəssis rəyi ilə əvəz edərək Bakı İnzibati məhkəməsinə göndərdi (məhkəmənin tapşırığını yerinə yetirmədi). İş icraatda olduğu vaxtda mütəxəssis rəyi verilməsi tələb edilsə də, cavabdeh tərəf iddiaçının 95 manat pulunu öz hesabına keçirdikdən sonra da xidməti vəzifəsini yerinə yetirməyərək xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubla bildirmişdir ki, mütəxəssis rəyi barədə məhkəməyə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Yəni cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktının üzünə köçürüldüyü etiraf edilir və məhkəmə tapşırığını yerinə yetirməkdən imtina etdiyini aşkar bildirir. Beləliklə, 2021-ci ildən məhkəmənin icraatında olan iş üzrə cavabdeh təşkilat uzun sürən süründürməçilikdən sonra xidməti vəzifəsini, məhkəmənin tapşırığını yerinə yetirmək əvəzinə iddiaçının 95 manat pulunu almaqla kifayətlənmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********91 saylı xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya qeyd olunan əmlaka dair vərəsəlik rəsmiləşdirildikdən sonra vərəsələrdən birinin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğv edilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizəsi əsasında ləğv edilə bilər. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma aparılmış, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqların qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya qeyd olunan əmlaka dair vərəsəlik rəsmiləşdirildikdən sonra vərəsələrdən birinin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğv edilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizəsi əsasında ləğv edilə bilməsi ilə bağlı vətəndaşa **********91 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Bundan əlavə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə sözügedən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 150-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. X16 və X17 arasında bağlanmış xx.xx.1974-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Pravda küçəsi döngə 6 ev 8 X3. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********94 saylı xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhəri, ünvan 6 ünvanına dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin surəti göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********01 saylı xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi. M.Bəydəmirov (Pravda) küçəsi, döngə 6, 8 saylı fərdi yaşayış evi xx.xx.1974-cü il tarixdə X8 adına qeydiyyatdan keçmişdir və hazırda adındadır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 2(103)-103/2022 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçı X9 cavabdeh 4 saylı «Asan Xidmət» mərkəzində Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi” tələbinə dair mülki iş üzrə üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarsı “qeydiyyat yazısının ləğvi” tələbinə dair mülki işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Qeyd olunanlara əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyat yazısının ləğvi” tələbinə dair mülki iş (iş № 2-1(112)-4258/2022) üzrə yekun məhkəmə aktının qəbul edilib-edilməməsi, edildiyi təqdirdə həmin yekun məhkəmə aktının hansı tarixdə qüvvəsini alması barədə məlumatın verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********88 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Pravda küçəsi, döngə 6, 8 saylı fərdi yaşayış evi X14 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair qovluğda mövcud olan hüquqi rəyin surətini təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ********** saylı xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən ünvan 8 ünvanında yerləşən ərazinin faktiki olaraq ümumi sahəsi 0,1936 ha müəyyən edilmişdir. Sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Sahəyə dair ********** və ********** saylı müraciətlər edilmişdir və imtina təqdim edilmişdir. İddia ərizəsi qeydiyyatın ləğvi ilə əlaqədardır. Texniki baxış zamanı məlum olmuşdur ki, ərazidə yaşayan İddiaçı bildirdiyinə görə, köhnə ev həyətin tin nöqtəsində idi və sənədlə 6 sot torpaqda yerləşirdi, lakin şərti olaraq göstərdiyi yerdə heç bir tikili yoxdur. Sözügedən ünvana aid MQS arxiv texniki pasportu aşkar olunmadı. Yalnız vətəndaşın vəkilində cizgilər mövcuddur. İdarəyə rəsmi həmin texniki pasport təqdim edilməyib. Ərazidə digər köhnə tikili var. Həmin tikili qəzalı vəziyyətdədir. Vətəndaş bildirmişdir ki, həmin tikili yardımçı sahə kimi əvvəl istifadə olunurdu. Ətraflı baş planda, ümumi 0.1936 ha sahədə 1 mərtəbəli ev inşa edilib. Baş planda göstərilən və qəzalı vəziyyətdə olan tikili kərpicdən inşa edilmişdir. Sözügedən torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: X = 413228,5361 Y = 4476118,5766 Z = 0,0000; X = 413225,2897 Y = 4476121,2665 Z = 0,0000; X = 413224,6405 Y = 4476122,9361 Z = 0,0000; X = 413199,6519 Y = 4476154,8145 Z = 0,0000; X = 413217,8085 Y = 4476182,7799 Z = 0,0000; X = 413233,9304 Y = 4476179,4407 Z = 0,0000; X = 413236,0695 Y = 4476178,1886 Z = 0,0000; X = 413252,9740 Y = 4476145,7884 Z = 0,0000. Cavabdeh tərəfindən 3-21-3-30/2-8972/2023 **********72 saylı xx.xx.2023-cü il tarixli məktubla göndərilmiş mütəxəssis rəyinə əsasən göstərilən ümümi ərazi faktiki olaraq 0.1936 ha təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Sözügedən ərazidə yaşayan İddiaçı şifahi məlumatına əsasən köhnə ev həyətin tinində sənədlə 0.06 ha torpaq sahəsinin üzərində yerləşirdi. Lakin şərti olaraq göstərilən həmin ərazidə faktiki olaraq heç bir tikili yoxdur. Sözügedən ərazidə digər qəzalı vəziyyətdə olan tikili mövcuddur (tikili kərpiçdən inşa olunub ümumi sahəsi 18.8 kv.m təşkil edir). Vətəndaşın bildirdiyinə görə, həmin qəzalı vəziyyətdə olan tikili əvvəllər köməkçi tikili kimi istifadə olunub. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X15 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi iddiaya etiraz edərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinəı əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırda İddiaçı ünvan 4 saylı yaşayış evinin mülkiyyətçisi deyil. İddiaçı həm iddia ərizəsində, həmçinin məhkəmə araşdırması zamanı hazırda faktiki istifadəsində olan evlə məhv olduğunu iddia etdiyi evin fərqli yerdə yerləşməsini, birinin digərinin yerində inşa edilməməsi, faktiki istifadəsində olan evlə qeydiyyatın ləğvini iddia etdiyi evin eyni ev olmamasını dəfələrlə və israrla bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətçisi olmadığı sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğvi barədə ərizə ilə müraciət etmək hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə həmçinin prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova