Məhkəmə qərarları › İş №2-1(112)-5551/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5551/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5551/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı dəymiş mənəvi zərərin ödənilməsi (3-cü şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsi) qarşı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, polis orqanının qanunazidd hərəkətləri nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmənin 28 fevral 2022-ci il tarixli Qərardadına əsasən Bakı şəhər Nəsimi rayon Polis İdarəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərərək hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət olduğu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.1-ci maddəsinə əsasən inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə şamil olunmadığı, iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi təşkil etdiyini bildirətrək «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi izah edilmişdir. Lakin iddiaçı iddia ərizəsinə qoyduğu tələb üzrə baxılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin aprel ayında Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhər sakini vətəndaş X1 qanunsuz hərəkətlərindən şikayət etmişdir. Abşeron rayon Polis İdarəsi toplanmış materialları Ə.Manafzadənin qeydiyyatda olduğu Nəsimi rayon Polis İdarəsinə göndərmiş və həmin İdarənin İstintaq şöbəsi tərəfindən toplanmış materiallar üzrə 07 avqust 2019-cu il tarixində ”cinayət işinin başlanılmasının rədd edilməsi barədə ” qanunsuz və əsassız qərar qəbul edilmişdir. Sonra iddiaçı Nəsimi rayon prokurorluğuna müraciət etmiş və toplanmış materiallar polis tərəfindən Nəsimi rayon prokurorluğuna göndərilmiş və cinayət işi açılmışdır. Həmin məsələ ilə bağlı açılmış cinayət işi hadisənin baş verdiyi ərazi üzrə, yəni Abşeron rayon Polis İdarəsinə göndərilmiş və həmin X7 müstəntiqi tərəfindən təhqiqat aparılaraq cinayət işi başlanılmışdır. xx.xx.2021-ci il tarixində cinayət işinin istintaqı yekunlaşdırılaraq X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə X13 rayon prokuroru tərəfindən təsdiqlənərək məhkəməyə təqdim olunmuşdur. X12 İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Abşeron rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1 (012)-210/2021 saylı hökmünə əsasən X4 vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını mənimsədiyinə görə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı bildirir ki, Polis orqanının qanunazidd hərəkətləri nəticəsində 2 ildən artıq müddətdə vaxtımı itirmiş və mənəvi sarsıntı keirmiş, depresiyyaya düşmüşdür. Ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı 06 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə və Nəsimi Rayon Polis İdarəsinə rəsmi müraciətlər etməsinə baxmayaraq heç bir cavab verilməmiş, Y.Yusifov barəsində heç bir tədbir görülməmiş və iddiaçıya dəymiş zərərin əvəzi ödənilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qanunsuz və əsassız qərarda qeyd olunmuşdur ki, ’’İddiaçı məxsus 7000 manat pulu pensiya düzəldəcəyi adı ilə Ə. Manafzadəyə verməsi və həmin pulun X6 tərəfindən dələduzluq yolu ilə ələ keçirməsi faktı öz təsdiqini tapmamışdır”. Abşeron rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1 (012)-210/2021 saylı hökmünə əsasən X6 vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını mənimsədiyinə görə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X1 iddiaçıya qarşı dələduzluq hərəkətləri etməsi elə əvvəldən də bəlli olmuşdur... İddiaçı polis orqanının qanunsuz hərəkətləri nəticəsində tam 2 (iki) ildən artıq müddət ərzində hüquq-mühafizə orqanlarında ədalətin bərpası üçün vaxtını və səhhətini itirdiyini qeyd edir. Məsələ ilə bağlı müvafiq instansiyalar müraciət etmiş, DİN-ə ünvanladığı müraciət ***-*******-3121 nömrəsi ilə qeydiyyat alındığı bildirilsə də, lakin cavabdeh tərəfindən mənə heç bir rəsmi cavab verilməmiş, nəticədə heç bir tədbir görülməmiş və beləliklıə pols orqanının qanuazidd hərəkətləri nəticəsində ona dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı qeyd olunanların ona mənəvi iztirablar formasında zərər verməklə səhhətini əhəmiyyətli dərəcədə pozduğunu, bunun nəticəsində uzun müddətdir fiziki əzab çəkdiyini, daimi stress vəziyyətində olduğunu, depressiyaya düşmüşdüyünü bildirir və polis orqanının qanunazidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10 000 (on min) manat məbləğində ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsində göstərilən dəlillərin əsassız olduğunu qeyd edərək iddianın qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Eyni zamanda iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, idiaçının tələbi cinayət prosessual fəaliyyətdən irəli gəlir. Belə ki, iddiaçı hazırki iddia tələbi üzrə polisin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, lakin işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının tələbi cinayət-prosessual fəaliyyətdən irəli gələn tələbdir və iş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(012)-210/2021-ci il tarixli Hökmü üzrə zərərçəkmiş şəxs qismində müəyyən edilən iddiaçı X2 ona dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmçinin, iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3. zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı iddia tələbi mülki hüquq münasibətlərindən irəli gəldiyi, iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə vurğulayır ki, tərəflər arasında inzibati hüquq münasibətinin mövcud olmadığı təqdirdə inzibati mübahisədən söhbət gedə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.1-ci maddəsinə əsasən inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər formada məhdudlaşdırılmış şəxslərin hüquqları bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada bərpa olunur. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən şikayətlərə məhkəmə nəzarətini həyata keçirən ümumi məhkəmələr tərəfindən baxılması nəzərdə tutulur. Beləliklə, İPM-in 2.1-ci maddəsinə görə isə qanunla başqa aidiyyət qaydası müəyyən edilməməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqanların qanunsuz qərarları və hərəkətlərinə dair iddialara baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 17-ci maddəsində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar