Məhkəmə qərarları › İş №2-1(112)-5553/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5553/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5553/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı (Ünvan: Şəmkir şəhəri, R.Rza küçəsi ev 5; ixtisası: orta təhsil; iş yeri: işləmir), cavabdehin nümayəndəsiQuliyev Azad Qəzənfər oğlunun (Ünvan:Abşeron rayonu, Saray qəsəbəsi, N.Aslanov küçəsi ev 17a; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mütəxəssis - hüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylıq əmək haqqı üzrə kompensasiyanın ümumi məbləği olan 23.346 (iyirmi üç min üç yüz qırx altı) manat məbləğində pulun iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-2352/2015 saylı qətnaməsi əsasında iddiaçının xx.xx.2000-ci il tarixdə «Azəriqızıl» X1 kəşviyyat axtarış partiyasında iş zamanı xəsarət alması faktı müəyyən edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(83)-131/2018 saylı qərarı ilə iddiaçı olaraq onun cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı qaldırmış olduğu aldığı istehsalat xəsarəti nəticəsində itirdiyi əmək haqqı qazancını kompensasiyasının ödənilməsi, tərəfindən çəkilmiş əlavə xərclərin ödənilməsi, pensiyadan əlavə aylıq müavinətin ödənilməsi tələbinə dair iddianın qismən təmin edilməsi, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməmiş 20721,11 (iyirmi min yeddi yüz iyirmi bir) manat 11 qəpik kompensasiyanın ödənilməsi və xx.xx.2013-cü il tarixdən etibarən aylıq müavinətin təyin edilərək hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilməsi qərara alınmış iddianın qalan hissəsi təmin edilməmişdir. Lakin, xx.xx.2016-cı il tarixdən halhazıradək isə həmin qayda ilə hesablanmış kompensasiyam ödənilməmiş qalmaqdadır. Ona görə də tərəfindən statistika idarəsinə edilmiş, müraciət əsasında Azərbaycan Respublikasında 2016-cı il üçün ölkə üzrə orta aylıq nominal əmək haqqının 499,8 manat, 2017-ci il üzrə 528,5 manat, 2018-ci il üzrə 544, 6 manat və 2019-cu il üzrə 623,1 manat olması barədə xx.xx.2020-ci il tarixli 06\1-14 saylı arayış verilmişdir. Şərh olunanlara əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək ona ödənilməli olan kompensasiyanın cavabdehdən alınıb ona verilməsini tələb etməli oldum. Beləliklə, 2016cı ilin səkkiz ay üçün kompensasiya 3398,64 (üç min üç yüz doxsan səkkiz) manat, 2017ci ilin 12 ayı üçün kompensasiya 5,390,7(beş min üç yüz doxsan) manat, 2018-ci ilin 12 ayı üçün kompensasiya 5,554,92 (beş min öeş yüz əlli dörd) manat, 2019-cu ilin 12 ayı və 2020-ci iln may ayının sonunadək kompensasiya 9,004 (doqquz min doqquz) manatdır. Bu hesabla xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün tələb etdiyi ümumi kompensasiyanın məbləği 23.346 (iyirmi üç min üç yüz qırx altı) manatdır. Məhkəmə zamanı iddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2-1(83)-131/2018 saylı qərarı ilə İddiaçı xx.xx.2013-cü il tarixdən - xx.xx.2016-cı il tarixədək ödənilməmiş 20721.11 (iyirmi min yeddi yüz iyirmi bir manat on bir qəpik) manat kompensasiyanın ödənilməsi və xx.xx.2013-cü il tarixdən etibarən aylıq müavinətin təyin edilərək hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. Məhkəmənin qeyd olunan qərarında göstərilən 20721 manat 11 qəpik məbləğində kompensasiya 29 dekabr 2019-cu il tarixdə “A” formalı, 499 №-li ödəniş tapşırığına əsasən İddiaçı “Kapital Bank” ACS-nin Şəmkir filialında olan müxbir hesabına köçürülmüşdür. Bundan əlavə xx.xx.2013-cü il tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə nəzərdə tutulmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” qaydalarına uyğun olaraq 315.91 (üç yüz on beş manat doxsan bir qəpik) manat aylıq müavinətin təyin edilərək 01 avqust 2020-ci il tarixədək 27621.11 (iyirmi yeddi min altı yüz iyirmi bir manat, on bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. Məhkəmə zamanı cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2-1(83)-131/2018 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməmiş 20721,11 (iyirmi min yeddi yüz iyirmi bir manat, on bir qəpik) manat kompensasiyanın ödənilməsi və xx.xx.2013-cü il tarixdən etibarən aylıq müavinətin təyin edilərək hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2-1(83)-131/2018 saylı qərarının qanuni qüvvəyə minməsi işin mübahisələndirilməyən halıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 499 nömrəli Ödəniş tapşırığından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə “Kapital Bank” ACS-nin Şəmkir filialı vasitəsi ilə İddiaçı hesabına 20721,11 manat məbləğində pul köçürmüşdür. Ödənişin təyinatı və əsası kimi “Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2-1(83)-131/2018 saylı qərarı” göstərilmişdir. İş materiallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə nəzərdə tutulmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” qaydalarına uyğun olaraq 315.91 (üç yüz on beş manat doxsan bir qəpik) manat aylıq müavinətin təyin edilərək 01 avqust 2020-ci il tarixədək 27621.11 (iyirmi yeddi min altı yüz iyirmi bir manat, on bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2-1(83)-131/2018 saylı qərarı ilə ödənilməsi nəzərdə tutulan xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməmiş 20721,11 (iyirmi min yeddi yüz iyirmi bir manat, on bir qəpik) manat kompensasiyanın cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ödənilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarında, yəni Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2-1(83)-131/2018 saylı qərarında xx.xx.2016-cı il tarixdən sonra hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2-1(83)-131/2018 saylı qərarına əsasən xx.xx.2016-cı il tarixdən sonra ona kompensasiyanın ödənilməsini tələb etməsinin hüquqi əsası olmadığından, hazırkı iddia təmin olunmamalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylıq əmək haqqı üzrə kompensasiyanın ümumi məbləği olan 23.346 (iyirmi üç min üç yüz qırx altı) manat məbləğində pulun iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar