Məhkəmə qərarları › İş №2-1(112)-5553/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5553/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5553/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “adın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən adının dəyişdirilməsinə dair imtinanın qanunazidd olması və məhdudiyyətin aradan qaldırılmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində Ədliyyə Nazirliyinin Cavabdehnə adının dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Sözügedən qurum tərəfindən daha öncə adının dəyişdirilməsinə dair Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarın 6.3-cü bəndini əsas tutaraq imtina edilmişdir. Əgər o, şəxsi istəyi ilə adının dəyişdirilməsi təşəbbüsü göstərirsə və bunu hər hansı bir cinayətdən, deportasiyadan və digər öhdəliklərdən yayınmaqdan ötrü etmirsə, həmçinin qərarın 6.3-cü bəndinin göstərdiyi 6.24-6.28-ci bəndlərindəki nüansların heç biri onun ad dəyişilməsi müraciəti ilə əlaqəli deyilsə, Cavabdeh əsaslandığı Nazirlər Kabinetinin bu qərarı onun azad seçim hüququnu məhdudlaşdırmış olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2013-cü il tarixdə 07 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən, 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən soyad və ad “Gülləri Hacıağa”dan "İddiaçı"ya dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli,79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi” qaydalarına əsasən adın ,ata adının və'soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və konsullua idarəsi bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir Göstərilənlərə əsasən, adın yenidən “Hacı”dan “Davud”a dəyişdirilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ 202785 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 1325 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5-/4-13- 598/2024 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -xx.xx.1991-ci il tarixli, 1325 nömrəli Doğum haqqında akt qeydinə əsasən, X2 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. -Soyadın, adın, ata adının dəyişdirilməsi haqqında xx.xx.2013-cü il tarixli, 91026 0007 nömrəli Akt qeydindən görünür ki, ad, soyad və ata ad dəyişənədək X2, dəyişəndən sonra İddiaçı olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 13-199/24 nömrəli məktubla göndərilmiş vətəndaş İddiaçı xx.xx.2013-cü il tarixdə şöbəmizə adının “Hacıağa”-dan “Hacı”-ya, soyadının “Gülləri”- dən “Zeynalov”ilə bağlı müraciət etmişdir. Adın və soyadın dəyişdirilməsinə əsas olmuş sənədlərin surətlərini və xx.xx.2013-cü il tarixli 07 saylı akt qeydinin təsdiq edilmiş sürətindən görünür ki: -AZE seriyalı 06151034 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X2 xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. -Yasamal rayon Polis İdarəsinin xx.xx.2013-cü il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi barədə vəsatət vermiş ərizəçinin şəxsiyyətinin yoxlanılmasının nəticəsi barədə Rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-si tərəfindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş «adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları»nm təsdiq edilməsi barədə vəsatətin baxılmasının qaydası haqqında Əsasnamənin 6-cı bəndinə əsasən, adını, ata adını və soyadını dəyişdirmək barədə vəsatət verən Bakı şəhəri Yasamal rayonu ünvan 3 ünvanında yaşayan, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş X1 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsindən daxil olmuş materiallara əsasən, onun şəxsiyyətinin yoxlanılması aparılmış və təqsirləndirici material aşkar edilməmişdir. -X1 ad, soyad, ata adının dəyişdirilməsi haqqında xx.xx.2013-cü il tarixli rəyindən müəyyən olunur ki, X2 öz arzusuna əsasən adı, soyadı “Gülləri Hacıağa”dan “İddiaçı”ya dəyişdirilməsinə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən icazə verilmişdir. -xx.xx.2013-cü il tarixli, AZ-İ 009423 nömrəli Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991-ci il tarixdə doğulmuş X1 adı və soyadı Gülləri Hacıağa-dan İddiaçı-ya dəyişdirildi. Bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixli, 07 nömrəli qeyd aparılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-09/24 nömrəli məktubunda bildirilmişdir ki, sizin adınızın “Hacı”dan “Davud”a dəyişdirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. Araşdırma zamanı, müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə 07 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən, 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən soyad və ad “Gülləri Hacıağa”dan “İddiaçı”ya dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli,79 saylı qərarı ilə təsdiq edilmiş "Adın ,ata adının və soyadın dəyişdirilməsi”qaydalarına əsasən adın ,ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və konsulluq idarəsi bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bildiririk ki, adın yenidən “Hacı”dan “Davud”a dəyişdirilməsi dəyişdirilməsi imkanımız xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. Beləliklə işin hallarından görünür ki, iddiaçının əvvəllər adı, soyadı və ata adı X2 olmuş, daha sonra adı və soyadını Gülləri Hacıağa-dan İddiaçı-ya dəyişdirmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə, 07 nömrəli qeyd aparılmışdır. Hazırkı iddia tələbi üzrə iddiaçı növbəti dəfə adının Hacı-dan Davud adına dəyişdirilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və iddianı qanunla müəyyən olunmuş müddət daxilində təqdim etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabını aldıqdan sonra xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi qanunvericilik ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir. Adının növbəti dəfə dəyişdirilməsi isə yalnız yuxarıda sadalanan Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə ididiaçıya münasibətdə həmin hallar mövcud deyildir. Belə olan halda iddiaçının adının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdeh imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “adın dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar